Month: August 2025

  • В Зангилане задержан водитель, преднамеренно сбивший насмерть человека

    В Зангилане сотрудники полиции задержали водителя, который преднамеренно насмерть сбил автомобилем человека.

    Как сообщает Report, правоохранителям поступила информация, что 18 августа в селе Агалы местного жителя Эльмана Зейналова (1971 г.р.) сбил грузовик Ford Transit перед автомойкой, где он работал, мужчина скончался по дороге в больницу.

    В результате мероприятий, проведенных сотрудниками полиции, был задержан и привлечен к следствию в качестве подозреваемого водитель автомобиля Эльчин Абдуллаев (1980 г.р.).

    По предварительной информации, наезд был совершен преднамеренно на почве личных отношений.

    Расследование в связи с фактом продолжается.

  • Zəngilanda avtomobillə qəsdən adam vurub öldürən sürücü saxlanılıb

    Zəngilanda polis avtomobillə qəsdən adam vurub öldürən sürücünü saxlayıb.

    “Report”un əldə etdiyi məlumata görə avqustun 18-də rayonun Ağalı kəndində yerli sakin, 1971-ci il təvəllüdlü Elman Zeynalovun işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford Tranzit” markalı yük maşını ilə vurulması və xəstəxanaya aparılan zaman yolda ölməsi barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib. İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib.

    Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

  • СМИ: США направляют 4 тыс. морпехов для борьбы с наркокартелями

    Министерство обороны США направляет более 4 000 моряков и морских пехотинцев в морские районы вблизи Латинской Америки в качестве демонстрации силы после заявлений президента Дональда Трампа о готовности задействовать военных для борьбы с наркокартелями.

    Об этом сообщает агентство Bloomberg со ссылкой на источники.

    По словам источника, в зону ответственности Южного командования США, включающую Центральную и Южную Америку, а также Карибский бассейн, направляется амфибийно-десантная группа “Иводзима” и 22-й экспедиционный отряд морской пехоты. Эти силы действуют как объединенная группа реагирования на кризисы.

    Хотя конкретные задачи войск не разглашаются, ранее газета The New York Times сообщала, что Трамп приказал Пентагону подготовить варианты военных действий против латиноамериканских наркокартелей. В то же время Мексика уже исключила возможность развертывания американских сил на своей территории.

  • KİV: ABŞ narkokartellərlə mübarizə üçün 4 min dəniz piyadası göndərir

    ABŞ Prezidenti Donald Trampın narkokartellərlə mübarizədə ordudan istifadə etməyə hazır olduğunu deməsindən sonra ölkənin Müdafiə Nazirliyi güc nümayişi olaraq Latın Amerikası yaxınlığındakı dəniz bölgələrinə 4 mindən çox dənizçi və dəniz piyadası göndərir.

    Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

    Mənbənin sözlərinə görə, ABŞ Cənub Komandanlığının məsuliyyət zonası olan Mərkəzi və Cənubi Amerika, eləcə də Karib hövzəsinin daxil olduğu ərazilərə “İvodzima” amfibiya-desant qrupu və dəniz piyadalarının 22-ci ekspedisiya bölməsi göndərilir. Bu qüvvələr birlikdə böhrana cavab qrupu kimi fəaliyyət göstərir.

    Qoşunların konkret tapşırıqları açıqlanmasa da, “The New York Times” qəzeti daha əvvəl Trampın Pentaqona Latın Amerikasının narkotik kartellərinə qarşı hərbi əməliyyat variantları hazırlamağı əmr etdiyini yazmışdı. Bununla yanaşı, Meksika artıq ərazisində Amerika qüvvələrinin yerləşdirilməsi imkanını istisna edib.

  • Şəhidlər xiyabanında çəkilişlərə məhdudiyyət və geyim qadağalarının tətbiqi təklif olunur

    Azərbaycanda Şəhidlər xiyabanında çəkilişlər və digər məsələlərlə bağlı daha konkret və sərt tənzimləmələrə ehtiyac var.

    Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

    Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasında bu məsələ ilə əlaqədar yeni qanunvericilik təşəbbüsləri irəli sürməyi planlaşdırırır:

    “Hesab edirəm ki, şəhid məzarları, dini və tarixi abidələr, memorial komplekslər və milli əhəmiyyətli digər məkanlarda ictimai davranış qaydaları hüquqi şəkildə müəyyən edilməli, bu məkanlarda nalayiq hərəkətlərə yol verən şəxslər üçün inzibati və daha sərt cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Eyni zamanda, bu məkanlarda video və foto çəkilişlərə məhdudiyyət də qoyulmalıdır. Yalnız ziyarət, xüsusi günlər və digər zəruri hallar istisna olmaqla, şəxsi maraqlara xidmət edən çəkilişlərə icazə verilməməlidir. Həmçinin ölkəmizdəki Şəhidlər xiyabanlarını ziyarət zamanı geyimlə bağlı da müəyyən məhdudiyyət tətbiq olunmalıdır. Həmin yerləri şortla, qısa geyimlərlə ziyarət etmək qadağan edilməlidir”.

    S. Salmanova Azərbaycan xalqının tarixən şəhidlərinə və qəhrəmanlarına dərin hörmətlə yanaşdığını vurğulayıb.

    “Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bizim milli kimliyimizin, vətənpərvərlik ruhumuzun əsas dayaqlarından biridir. Şəhidlər xiyabanı isə bizim üçün sadəcə ziyarətgah deyil, həm də xalqımızın milli yaddaşını əks etdirən müqəddəs məkan, qürur yerimizdir. Bu səbəbdən də belə halların cəmiyyət tərəfindən qəbuledilməz hesab olunması, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində geniş müzakirə olunması təbiidir”.

    Qeyd edək ki, avqustun 13-də iki əcnəbi Şəhidlər xiyabanında yol verdikləri qeyri-etik davranışları əks etdirən video çəkərək sosial şəbəkədə paylaşıb. Fakt üzrə Cinayət Məcəlləsinin 245-ci maddəsi (Qəbir üzərində təhqiredici hərəkət) ilə cinayət işi başlanılıb, hər üç şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər. Hazırda iş üzrə təhqiqat davam edir.

  • В Военной прокуратуре Азербайджана произведено новое назначение

    В Военной прокуратуре Азербайджана произведено новое назначение.

    Как сообщает Oxu.Az, Фарид Шукюров назначен военным прокурором города Баку.

    Ф.Шукюров назначен на эту должность во второй раз. Впервые он занял этот пост в 2020 году.

    Отметим, что полковник юстиции Фарид Шукюров начал служебную деятельность в прокуратуре Агдамского района. Позднее работал следователем, старшим следователем Карабахской военной прокуратуры, прокурором отдела по надзору за следствием в военных прокуратурах Военной прокуратуры Азербайджанской Республики, помощником военного прокурора республики, начальником организационно-аналитического отдела и военным прокурором Карабаха.

  • Hərbi Prokurorluqda yeni təyinat olub

    Hərbi Prokurorluqda yeni təyinat olub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, Fərid Şükürov Bakının hərbi prokuroru təyin edilib.

    Fərid Şükürov bu vəzifəyə ilk dəfə 2020-ci ildə təyin olunub. Bu dəfə o, ikinci müddətə həmin vəzifəyə təyinat alıb.

    Qeyd edək ki, Fərid Şükürov xidməti fəaliyyətinə Ağdam Rayon Prokurorluğunda başlayıb. O, daha sonra Qarabağ Hərbi Prokurorluğunda müstəntiq, həmin hərbi prokurorluğun böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, Respublika hərbi prokurorunun köməkçisi, Təşkilat-analitik şöbəsinin rəisi və Qarabağın hərbi prokuroru vəzifəsində qulluq keçib, ədliyyə polkovnikidir.

  • Qazla əlaqədar yeni SABİT AYLIQ TARİF olacaq

    Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) müəyyənləşir, bu sıraya sabit tarif daxil edilir.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Qaz təchizatı haqqında” qanunda əksini tapıb.

    Qanuna əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.

    Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır:

    – qazın topdansatış tarifləri;

    – qazın nəqli tarifləri;

    – qazın saxlanması xidmətlərinin tarifləri;

    – qazın paylanması tarifləri;

    – istehlakçılara qazın pərakəndə satış tarifləri;

    – qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;

    – qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;

    – sabit tarif.

    Sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.

    Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarına uyğun olaraq hesablanacaq. Qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.

    Keçid maddələrinə əsasən, qazın topdansatış, nəqli, saxlanması xidmətləri, istehlakçılara pərakəndə satış, qazın nəqli şəbəkəsinə qoşulma xidmətləri, və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, o cümlədən sabit tarif bu qanunun qüvvəyə mindiyi gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qeyd edilənlər nəzərə alınmaqla, tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

    Bununla bərabər, qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.

  • Ölkəyə mal gətirən sahibkarlardan nazirlik rəsmiləri pulu necə alıblar? – MƏHKƏMƏ İŞİ

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

    Median.Az Musavat.com-a istinadla xəbər verir ki, hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

    Prosesdə ilk dindirilən şahid Arzuman Yaqubov olub. Şahid müttəhimləri tanımadığını bildirib. Deyib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ölkəyə İrandan yuyucu tozlar idxal edir. Sahibkar ölkəyə gətirdiyi yuyucu tozlara sertifikat almaq üçün Samir adlı şəxsə pul verdiyini, hər məhsul üçün 100-110 manat ödədiyini açıqlayıb.

    Şahid Sərdar Xasayev də sahibkar olduğunu, Türkiyədən Azərbaycana gigiyenik vasitələr gətirdiyini deyib. O, müttəhimlərdən kimsəni tanımadığını, hər məhsul üçün 450 manat ödədiyini açıqlayıb. Ona verilən suala cavab olaraq – “Əgər ödəniş etməsəydim, mənə sertifikat verilməyəcəkdi”, – deyib.

    Kamran Əsədov bildirib ki, o, yalnız Tahir Vəliyevi tanıyır. Tahir Vəliyevlə şəxsi danışığı olmadığını, sadəcə onu tanıdığını diqqətə çatdırıb. Məlum olub ki, şahid ölkəyə xaricdən kremlər gətirir və gətirdiyi mallara görə gömrük orqanına sertifikat təqdim etməlidir. Buna görə də sertifikat almaq məqsədilə 250-300 manat ödəyib.

    Şahid Nicat İsmayılov da ölkəyə İrandan, Çindən və Türkiyədən uşaq oyuncaqları gətirən sahibkardır. Məhkəmədə verdiyi ifadəsində bildirib ki, Ceyhun adlı şəxsə hər məhsul üçün 350 manat ödəniş edib, əvəzində ona sertifikat təqdim olunub. Sertifikatı gömrüyə təqdim etdikdən sonra malları götürüb.

    Şahid Svetlana Allahverdiyeva “Saxa Kids” MMC-nin direktoru olduğunu, müttəhimlərdən biri ilə telefonla danışdığını bildirib. Onun sözlərindən məlum olub ki, hüquqi şəxs olaraq fəaliyyət göstərir. MMC Türkiyə, Almaniya və İngiltərədən uşaq geyimləri idxal edir. “Mallarımız gömrükdə idi və hər gün üçün 100 dollar ödəniş etməli olurduq. Bizə dedilər ki, 300 manat ödəniş edin, lisenziya verilsin”, – deyə şahid məhkəmədə bildirib. Gömrüyə hər gün üçün niyə 100 dollar ödəməsinin səbəbini açıqlamayan şahid 300 manatı Samir, ya da Sahib adlı şəxsin kartına göndərdiyini bildirib. Bundan sonra ona lisenziya verildiyini və malları gömrükdən götürə bildiyini açıqlayıb.

    Qeyd edək ki, ötən ilin may ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib. Nəticəsində publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev saxlanıblar. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Tutulan vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

    İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

    Növbəti proses sentyabrın 16-na təyin olunub.

  • Bakıda cütlük nişan günü ayrıldı – Film kimi məhkəmə

    Bakı məhkəmələrinin birində film ssenarisini xatırladan cinayət işi araşdırılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, real hekayənin qəhrəmanları keçmiş nişanlılardır.

    Onların instaqramda başlayıb nişan mərasimində dramatik sonluqla bitən münasibəti sonda cinayətə çevrilib. Münasibətlərin pozulma səbəbi isə yeni qohumların nişan mərasimi xərclərinin birlikdə ödənilməsinə razılaşmamaları olub.

    23 yaşlı Elnurla 19 yaşlı Səbinə (bütün adlar şərti) arasında aşağıbüdcəli restoranların birində nişan mərasimi keçirilib. Məclisin sonunda məkan sahibi nişan tədbiri üçün ümumilikdə 1570 manat ödənilməli olduğu barədə cütlüyün valideynlərini məlumatlandırıb. Oğlanın anası hesabın yarı-yarıya ödənilməsini təklif etsə də, qızın anası razılaşmayıb. O israr edib ki, bütün xərci oğlan evi ödəməlidir.

    Bu məsələ valideynlər arasında böyük mübahisə yaradıb. İş o yerə gəlib çıxıb ki, cütlük elə restoranda münasibətlərini pozub, nişan üzüklərini qaytarıblar. Qızın anası polisə şikayət edəndən sonra oğlan tərəf hesabı bağlayıb.

    Həmin gecə nişan pozulsa da, Elnur qızın və anasının hərəkətlərini, ən əsası isə 1570 manatı tək ödəmələrini qarşı tərəfə bağışlamayıb. O, hadisədən iki gün sonra keçmiş nişanlısına zəng edərək restoran üçün verdiyi pulu geri qaytarmasa, şəkillərini yayacağı ilə hədələyib. Belə olan halda qohum-əqraba arasında biabır olacağını düşünən qız keçmiş nişanlısının tələb etdiyi 1570 manatı ona verib.

    Səbinənin anası çox keçməmiş bu məsələdən xəbər tutub, dərhal polisə müraciət edib. Araşdırma nəticəsində Elnur cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin sonuna kimi nəzarət şərti ilə azadlıqda qalmasına qərar verilib.

    Məhkəmədə Səbinə baş verənləri danışıb və keçmiş nişanlısının onu şantaj edərək pul aldığını təsdiqləyib.


    Elnur özü də ittihamı qəbul edib. İfadəsində işi bu yerə gətirib çıxaran anlaşmadan da danışıb: “Əslində nişan xərcləri qız tərəfdən qarşılanmalıdır. Amma Səbinənin ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Buna görə razılaşdıq ki, qız evinin qohumlarının nişan xərclərini qız tərəfi, oğlan evinin qohumlarının nişan xərclərini də oğlan tərəfi ödəsin. Amma nişan günü Səbinənin anası bu şərti pozdu. Bütün hesabı bizə ödətdirdi. 1570 manatdan əlavə, nişan üçün əlavə 2 min manat xərcləmişəm. Bütün bunlara baxmayaraq, etdiyim əməldən peşmanam. Səbinəni şantaj etməməli idim”.

    Verilmiş ittiham şahid ifadələri və digər sübutlarla da təsdiqini tapıb. Hökmə əsasən, Elnur hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib. Bu vaxta qədər azadlıqda olan müttəhim məhkəmə zalında həbs edilib.