Month: August 2025

  • KİV: Tramp administrasiyası “Intel”də payın alınması ilə bağlı danışıqlar aparır

    ABŞ prezidenti Donald Trampın administrasiyası Amerikanın texnologiya nəhəngi “Intel”də payın alınması ilə bağlı danışıqlar aparır.

    Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

    Mənbələrin fikrincə, bu sövdələşmə korporasiyanın ABŞ-da istehsal potensialını gücləndirmək, o cümlədən Ohayoda istehsal mərkəzinin tikintisinə kömək etmək məqsədi daşıyır.

    Payın alınması təklifi avqustun 11-də Ağ Evdə Intel-in baş direktoru Lip-Bu Tan ilə Tramp arasında keçirilən görüşdən sonra irəli sürülüb. Müqavilənin şərtləri hələ də müzakirə olunur.

    Agentlik qeyd edib ki, razılıq əldə olunarsa, Lip-Bu Tan böyük ehtimalla korporasiyanın başında qalacaq. Şirkət rəsmilərlə danışıqlar barədə məlumatı “Bloomberg”ə təsdiqləməyib: “Biz Tramp administrasiyası ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik. Lakin şayiələri şərh etmək niyyətində deyilik”, – “Intel”in açıqlamasında deyilir.

  • İsveçdə məscid yaxınlığında atışma: Yaralananlar var

    Avqustun 15-də günorta saatlarında İsveçin Erebru şəhərində məscidin yaxınlığında atışma olub.

    Median.Az-ın Kommersant.ru-ya istinadən xəbərinə görə, bu barədə bölgə polisinin saytında məlumat verilib.

    Məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

    Sakinlərə hadisə yerinə yaxınlaşmamaları barədə çağırış edilib. Polis adam öldürməyə cəhdlə bağlı araşdırmalara başlayıb.

    Hadisə şahidləri SVT telekanalına bildiriblər ki, atışma namaz zamanı başlayıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və yeddi təcili tibbi yardım briqadası işləyir.

  • Лидера азербайджанской диаспоры на Урале Шахина Шихлинского оставили в СИЗО

    Главу азербайджанской диаспоры в Свердловской области Шахина Шихлинского оставили в следственном изоляторе (СИЗО), а апелляционную жалобу его защитника без удовлетворения.

    Как передает Median.Az, об этом ura.ru сказал источник, близкий к правоохранительным органам.

    Отмечается, что жалобу рассматривали в Московском городском суде.

    Ранее сообщалось, что главу азербайджанской диаспоры Шахина Шихлинского заочно арестовал Басманный суд Москвы. Это случилось после того, как его объявили в розыск.

    Некоторое время Шихлинский находился на территории азербайджанского посольства в Москве, куда доступ российским силовикам запрещен. Но затем он вышел, сдался органам и был доставлен в Екатеринбург, где принял участие в следственных действиях и был помещен в СИЗО.

    По предварительной информации, главу уральской диаспоры обвиняют в причастности к покушению на убийство Фехруза Ширинова (ст. 30 ст. 105 УК РФ), а также в насилии над представителем власти (ст. 318 УК РФ).

    Адвокат Шахина Шихлинского сообщил e1.ru, что его подзащитный настаивает на своей невиновности и намерен обжаловать решение об аресте. В Басманном суде не смогли оперативно ответить на звонок и письменный запрос редакции.

    Покушение на Фехруза Ширинова произошло в 2010 году, через несколько лет после убийства Юнуса Пашаева. Но Фехрузу повезло – пистолет убийцы дал осечку. Исполнителем же, по версии следствия, стал еще один азербайджанец – Эльман Сулейманов (уже умер от естественных причин). Перед смертью он якобы успел назвать имя заказчика.

    Ранее в Екатеринбурге отправили под арест сына Шахина Шихлинского – Мутвали. Он пробудет под стражей два месяца. Его задержали 15 июля по обвинению в применении насилия в отношении представителя власти.

    Причиной стала ситуация, произошедшая 1 июля у “Баку Плаза”. Тогда силовики устроили спецоперацию по задержанию главы диаспоры Шахина Шихлинского, который ехал в авто вместе с сыном. Когда в Mercedes Gelandewagen стали бить стекла, машина, за рулем которой был Мутвали, поехала назад и сбила спецназовца.

  • Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski ilə bağlı qərar verildi

    Uraldakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski istintaq təcridxanasında saxlanılıb.

    Bu barədə Ura.ru-ya hüquq-mühafizə orqanlarına yaxın mənbə məlumat verib.

    Məlumata görə, Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin istintaq təcridxanasında qalmasına qərar verilib və vəkilinin apellyasiya şikayəti təmin edilməyib.

    Qeyd olunub ki, şikayətə Moskva Şəhər Məhkəməsində baxılıb.

  • Azərbaycan klubları məğlub oldu, San-Marino və Malta tarix yazmağa yaxındır

    Avrokuboklarda davam edən mübarizədə San-Marino və Malta futbolu üçün tarixi nəticə qeydə alına bilər.

    Əgər “Virtus” klubu İslandiyanın “Breidablik” komandasını məğlub edərsə, San-Marino tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə klub yollamış olacaq.

    Oxşar vəziyyət Maltada da müşahidə olunur. Əgər “Hamrun Spartans” klubu Latviyanın RFŞ komandasını məğlub etsə, Malta da tarixində ilk dəfə avrokubokların liqa mərhələsində təmsil olunacaq.

    Qeyd edək ki, UEFA Konfrans Liqasında məğlub olan təmsilçilərimiz “Zirə”, “Araz-Naxçıvan” və “Sabah” avrokuboklarda mübarizəni dayandırıb.

  • Qazaxda 80 hektar ərazi yanıb

    Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in qüvvələri cəlb olunub.

    Bu barədə FHN məlumat yayıb.

    Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

    Yanğın nəticəsində təxminən 80 ha sahədə quru ot və kol-kos yanıb.

    Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

  • Трамп прибудет на Аляску первым и будет лично встречать Путина

    Президент США Дональд Трамп прибудет на место проведения саммита на Аляске первым и будет лично встречать президента России Владимира Путина на взлетно-посадочной полосе.

    Такие детали протокола встречи в пятницу раскрыл губернатор штата Аляска Майк Данливи в интервью телеканалу Fox News.

    “Президент прибудет на базу, затем приземлится российский президент, и президент [Трамп] будет уже на взлетно-посадочной полосе, готовый приветствовать российского президента на Аляске”, – сказал Данливи.

    Он добавил, что все произойдет “довольно быстро”.

  • ABŞ-Rusiya sammiti: Alyaskaya əvvəlcə Tramp gələcək və Putini şəxsən özü qarşılayacaq

    ABŞ Prezidenti Donald Tramp ilk olaraq Alyaska sammitinin keçiriləcəyi yerə gələcək və Rusiya Prezidenti Vladimir Putini uçuş-eniş zolağında şəxsən özü qarşılayacaq.

    Bu barədə ABŞ-nin Alyaska ştatının qubernatoru Mayk Danlivi “Fox News”a müsahibəsində görüş protokolunun təfərrüatını açıqlayarkən məlumat verib.

    “Prezident bazaya gələcək, sonra Rusiya prezidentinin təyyarəsi enəcək və Prezident (Tramp) Rusiya prezidentini Alyaskada qarşılamağa hazır vəziyyətdə uçuş-eniş zolağında olacaq”, – deyə Danlivi bildirib.

    O əlavə edib ki, hər şey “kifayət qədər tez” baş verəcək.

  • Masallıda 6000 abonentin qaz təchizatı dayandırılacaq

    Masallı rayonu ərazisində qazın verilişində fasilə yaranacaq.

    Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Masallı rayonu ərazisində, Boradigah yolu istiqamətində yerləşən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi ilə əlaqədar, 18 avqust 2025-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək Tüklə, Türkoba, Bədəlan, Babaser kəndləri və Boradigah qəsəbəsi də daxil olmaqla beş yaşayış məntəqəsində, ümumilikdə 6 000 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Qramla satılan ətirlərlə bağlı XƏBƏRDARLIQ – Bu xəstəliklərə yol açır

    Son illərdə ucuz qiymətinə görə bir çox insanın üstünlük verdiyi qramla satılan ətirlər, mütəxəssislərə görə, sağlamlıq üçün ciddi risklər yaradır. Əsas problem bu məhsulların tərkibində gizlənən maddələrdədir.

    Bu tip ətirlərdə tez-tez formaldehid, metanol, ftalatlar və sintetik aromatik yağlar kimi maddələr olur.

    Bu maddələr yalnız xoş qoxu vermir, həm də dəridən sorularaq qan dövranına qarışa bilir. Nəticədə allergiya, baş ağrısı, tənəffüs çətinliyi, hətta hormon pozğunluqları riski artır.

    Keyfiyyətsiz ətirlərdə tez-tez sintetik aromatik maddələr, formaldehid, ftalatlar və metanol kimi ucuz, amma təhlükəli komponentlər yer alır. Bu maddələr allergiya, baş ağrısı, göz və boğazda yanma hissi yarada bilər.

    Həmçinin qramla satılan ətirlər çox vaxt saflaşdırılmamış efir yağları və ya yüksək miqdarda spirt ehtiva edir. Həssas dəridə qızartı, qaşınma, səpgilər yarada bilər.

    Tez-tez orijinal ətir kimi təqdim olunan, amma ucuz xammalla hazırlanmış saxta qarışıqlardır. İstehsal prosesi gigiyena qaydalarına uyğun olmaya bilər. Keyfiyyətsiz parfümlərdəki bəzi uçucu maddələr (xüsusilə benzol və toluen) tənəffüs yollarında iltihab yarada bilər. Astma və allergiyası olanlarda vəziyyəti ağırlaşdıra bilər.

    Bəzi sintetik ətir komponentlərinin xroniki istifadəsi hormon balansını poza, hətta xərçəng riskini artırmaqla əlaqələndirilir (xüsusilə ftalatlar).
    //baku.ws