Month: August 2025

  • “Qırmızı Körpü” gömrük postunda 440 avtomobil gözləyir

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 440 avtomobil gözləyir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 54, Mazımqara gömrük postunda 8, Samur gömrük postunda 95 yük maşını var.

    Eyni zamanda, Biləsuvar gömrük postunda gözləyən avtomobillərin sayı isə 165-dir.

    Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobillərin sayı 2-dir.

    AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

  • Azərbaycanda növbəti torpaq hərracları elan edilib

    Sentyabrın 17-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 3 torpaq müsabiqəsi və 22 hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Hərraclar ƏMDX-nın Salyan, Saatlı, Səbirabad, Mingəçevir, Ağdaş, Kürdəmir, Göranboy, Naftalan, Qazax, Cəlilabad, Masallı, Biləsuvar və Ağsu və ərazi şöbələrində olacaq. Müsabiqə və hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 25 torpaq sahəsi çıxarılacaq.

    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

  • AQTA Rusiyanın istehsalçı şirkətinə qoyduğu məhdudiyyəti aradan qaldırıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın istehsalçı şirkətinə qoyduğu məhdudiyyəti aradan qaldırılıb.

    Bu barədə AQTA məlumat yayıb.

    Belə ki, AQTA-nın bildirişi əsasında, Rusiyanın aidiyyəti qurumu istehsalçı müəssisədə nəzarət tədbirləri görülüb və laborator müayinələr aparıb. Müvafiq sağlamlaşdırma tədbirləri ilə bağlı AQTA-ya ətraflı məlumat verilib.

    Rusiya tərəfindən gücləndirilmiş nəzarət tədbirlərinin görülməsi, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Rusiya Federasiyası Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinə müvafiq məlumat verilib.

    Xatırladaq ki, Rusiyanın istehsalçı şirkətinə dondurulmuş toyuq dərisi məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar AQTA idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət tətbiq etmişdi.

  • Rusiyada zavodda partlayış olub – 5 ölü,100 yaralı (YENİLƏNİB)

    Ryazan vilayətindəki zavodun istehsalat müəssisəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

    Bu barədə regionun qubernatoru Pavel Malkov məlumat yayıb.

    * * * * *

    Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” zavodunda barıtın partlaması nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

    Bu barədə Rusiya mətbuatı məlumat dərc edib.

    İlkin ehtimala görə, partlayışa barıt istehsal edən sexdə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub. Hadisə nəticəsində sexin binası tamamilə dağılıb.

  • Производство золота в Азербайджане выросло почти на 50%

    В январе-июле 2025 года в Азербайджане было произведено 1 862.7 кг золота и 2 533.5 кг серебра.

    Об этом сообщает Госкомстат.

    Было отмечено, что производство золота в стране по сравнению с соответствующим периодом прошлого года увеличилось на 49.2%, а серебра – на 32.9%.

    Отметим, что на 1 августа 2025 года запасы готовой продукции по золоту и серебру в Азербайджане составили 167.5 кг и 577.3 кг соответственно.

    Напомним, что в течение 2024 года в стране было п

  • Azərbaycanda qızıl istehsalı 50%-ə yaxın artıb

    2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1 862.7 kq qızıl, 2 533.5 kq isə gümüş istehsal edilib.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49.2%, gümüş istehsalı isə 32.9% artıb.

    Qeyd edək ki, 2025-ci il avqust ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 167.5 kq və 577.3 kq təşkil edib.

    Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2 663.5 kq qızıl, 3 184.9 kq isə gümüş istehsal edilib.

  • Обнародована численность населения Азербайджана

    Численность населения Азербайджана с начала года увеличилась на 16 833 человека или 0.2%, достигнув по состоянию на 1 июля 2025 года 10 241 722 человек.

    Об этом сообщили в Госкомстате.

    54.4% населения страны проживает в городах, 45.6% – в сельской местности, 49.8% населения – мужчины и 50.2% – женщины.

  • Azərbaycan əhalisinin sayı açıqlanıb

    Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 16 833 nəfər və ya 0.2 faiz artaraq 2025-ci il iyul ayının 1-i vəziyyətinə 10 milyon 241 min 722 nəfərə çatıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Ölkə əhalisinin 54.4 faizini şəhər, 45.6 faizini kənd sakinləridir. Onlardan 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.

    Bu ilin iyul ayının əvvəlinə əhalinin 4.6 faizi Naxçıvan Muxtar Respublikasının, 23 faizi Bakı şəhərinin, 9.2 faizi Lənkəran-Astara, 8.6 faizi Abşeron-Xızı, 7.3 faizi Qarabağ, 7.1 faizi Mərkəzi Aran, 6.6 faizi Qazax-Tovuz, 6.1 faizi Şəki-Zaqatala, 5.8 faizi Gəncə-Daşkəsən, 5.4 faizi Quba-Xaçmaz, 5.2 faizi Mil-Muğan, 4.9 faizi Şirvan-Salyan, 3.2 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

  • В Азербайджане за 7 месяцев из незаконного оборота изъято наркотиков на 126 млн манатов

    В январе-июле текущего года в Азербайджане из незаконного оборота были изъяты 4 т 949 кг 473.018 г наркотических средств и психотропных веществ общей стоимостью 126 млн 71 тыс. манатов.

    Об этом сообщает Median.Az со ссылкой на обзор Государственной комиссии по борьбе с наркоманией и незаконным оборотом наркотических средств.

    Всего выявлено 5 214 фактов преступлений, связанных с наркотиками. Из них 1 632 связаны с незаконной продажей наркотических средств, 3 453 – с незаконным приобретением и хранением наркотических средств, 127 – с незаконным выращиванием и культивированием растений, содержащих наркотические вещества, 2 – с другими преступлениями этой категории.

  • Bu ilin yeddi ayı ərzində 126 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

    2025-ci ilin yanvar-iyul ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 4 949 kq 473.018 qram narkotik vasitə və psixotrop maddənin ümumilikdə dəyəri 126 milyon 71 min kimi qiymətləndirilir.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

    Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5 214 cinayət faktı aşkarlanıb. Onlardan 1 632-si narkotik vasitələrin qanunsuz satışı, 3 453-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 127-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, ikisi bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.