Month: August 2025

  • Qazaxıstan adambaşına düşən ÜDM həcminə görə Rusiyanı ötdü

    Qazaxıstan MDB ölkələri arasında adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcminə görə ilk dəfə Rusiyanı ötüb.

    Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları təsdiq edir.

    Məlumatlara əsasən, 2025-ci ildə Rusiyada sözügedən göstərici 14 600 dollar, Qazaxıstanda isə 14 700 dollar olub.

    2024-cü ildə Rusiya bu göstərici üzrə Qazaxıstanı qabaqlayırdı (14 100 dollara qarşı 14 700 dollar).

  • Бакинский метрополитен приступает к строительству тоннеля между “Джафар Джаббарлы” и “Низами” – Видео

    ЗАО “Бакинский метрополитен”, входящее в группу компаний AZCON Holding, приступает к подготовительным работам для строительства тоннеля протяженностью около 200 метров, который соединит перегон “Джафар Джаббарлы” – “Низами”.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу метрополитена, подготовительные работы для строительства тоннеля продлятся 4-5 месяцев.

    “В рамках этого процесса будут вырыты шахты в двух зонах вокруг станции “28 Мая”. Одна строительная площадка расположена перед станцией, другая – в задней части, на парковочной зоне на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.

    Территория будет подготовлена с соблюдением норм и правил безопасности, начнется выемка шахт диаметром около 12 метров с применением всех современных стандартов в сложных геологических условиях. После достижения необходимой глубины, превышающей 30 метров, будут прорыты подходные тоннели небольшого объема в направлении основных тоннелей. На этом процесс выемки шахт завершится.

    Указанные работы продлятся примерно 4-5 месяцев и не создадут никаких препятствий для нормальной организации движения в метрополитене. Пассажиры продолжат пользоваться метро с прежним интервалом движения.

    Кроме того, проводимые земляные работы не окажут никакого влияния на движение автобусов в этом районе и на график работы железнодорожного вокзала”, – говорится в информации.

  • Bakı metrosu üçün yeni tunelin tikintisi nə qədər davam edəcək? – Video

    “AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC “Cəfər Cabbarlı” – “Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası üçün hazırlıq işlərinə başlayır.

    Median.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Bildirilib ki, tunelin inşası üçün hazırlıq işləri 4-5 ay davam edəcək:

    “Hazırlıq işləri çərçivəsində “28 may” stansiyası ətrafında iki ərazidə şaxtalar qazılacaq. Tikinti meydançalarından biri stansiyanın qarşısında, digəri isə arxa hissəsində – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində yerləşir.

    Ərazi təhlükəsizlik norma və qaydalarına riayət olunmaqla hazırlanacaq, bütün müasir standartlarla çətin geoloji şəraitdə diametri 12 metrə yaxın olan şaxtaların qazıntısı başlanılacaq. Dərinliyi 30 metrdən çox olan şaxtalar lazımı dərinliyə çatdıqdan sonra əsas tunellərə doğru kiçik həcmdə yanaşma tunelləri qazılacaq. Bununla da şaxtaların qazılma prosesi yekunlaşacaq.

    Qeyd olunan proses təxminən 4-5 ay müddətində davam edəcək və metropolitendə hərəkətin normal təşkilinə heç bir maneə yaratmayacaq. Sərnişinlər metrodan indiyə qədər olan intervalla istifadəni davam etdirəcəklər.

    Əlavə olaraq, aparılan qazma işləri ərazidə olan avtobusların hərəkətinə və dəmir yolu vağzalının iş qrafikinə heç bir təsir göstərməyəcək”.

  • Gəncədə qurumuş və qəzalı ağaclar yenisi ilə ƏVƏZLƏNƏCƏK

    Gəncə şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq ilə bağlı şəhərin estetik görünüşünün yaxşılaşdırılması, mövcud yaşıllıqların mühafizəsi və qiymətləndirilməsi məqsədilə küçə, prospekt və parklarda quru, qəzalı, o cümlədən xəstəliyə yoluxmuş ağacların mərhələli şəkildə əvəzlənməsinə başlanılır.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, götürülən ağacların yerinə mövsümdə – sentyabr ayında iqlim və torpaq şəraitinə uyğun yeni ağaclar əkiləcək.

    “Qurumuş və qəzalı ağacların vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən şəhər ərazisində monitorinqlər aparılıb. Belə ki, 500-dən çox bioloji inkişafdan qalmış, quru və qəzalı ağac müəyyən olunaraq inventarlaşdırılır, onların qeydiyyatı və nömrələnməsi işlərinə başlanılıb.

    İnventarlaşdırılmış ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatları ictimaiyyət www.agac.az saytından izləyə biləcək.

    Qeyd edək ki, qurumuş və qəzalı ağacların götürülməsi və yerinə yeni ağacların əkilməsi işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub”, – deyə məlumatda qeyd olunub.

  • Ильхам Алиев направил поздравительное письмо президенту Конго

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Республики Конго Дени Сассу-Нгессо.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    От своего имени и от имени народа Азербайджана выражаю Вам и в Вашем лице всему Вашему народу самые искренние поздравления и наилучшие пожелания по случаю 65-й годовщины независимости Республики Конго.

    Отрадно, что отношения между Азербайджаном и Конго развиваются по восходящей линии и наполняются новым содержанием. Два Ваших визита в нашу страну в прошлом году придали значительный импульс расширению сотрудничества.

    Дружеские отношения, сложившиеся в настоящее время между Азербайджаном и Конго, создали благоприятную почву и возможности для развития взаимовыгодного сотрудничества в политической, экономической, гуманитарной и других сферах.

    Уверен, что мы и впредь будем прилагать совместные усилия для укрепления отношений между Азербайджаном и Конго, углубления нашего сотрудничества на двусторонней и многосторонней основе.

    В этот праздничный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, народу Конго – постоянного благополучия и процветания”.

  • İlham Əliyev konqolu həmkarına məktub ünvanlayıb

    Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu Nqessoya məktub ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Konqo Respublikasının müstəqilliyinin 65-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

    Azərbaycan ilə Konqo arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Sizin keçən il ölkəmizə iki səfəriniz əməkdaşlığımızın genişlənməsinə əhəmiyyətli təkan vermişdir.

    Hazırda Azərbaycan ilə Konqo arasında formalaşmış dostluq münasibətləri siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli zəmin və imkanlar yaratmışdır.

    Əminəm ki, Azərbaycan-Konqo əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Konqo xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Azərbaycan Prezidenti “Fox News”a müsahibə verib

    Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə verib.

    Dövlət başçısı müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb.

    Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. “Biz sadəcə bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, – deyə Prezident İlham Əliyev əlavə edib.

  • Azərbaycanda ən çox bu yaş aralığında xaricə səfər ediblər

    2025-ci ilin yanvar-iyun aylarında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının yaş qrupları üzrə sayı açqlanıb.

    Valyuta.az xəbər verir ki, yanvar-iyun aylarında turizm məqsədilə xarici ölkələrə ümumilikdə 321 min 926 səfər edilib.

    Ən çox səyahət edən yaş qrupu 36-45 yaş aralığında olan vətəndaşlar olub və bu dövrdə onların payına 99 min 534 səfər düşüb.

    2-ci yerdə 46-55 yaş aralığında olanlar yer alıb, bu yaş qrupunda 78 min 325 səfər qeydə alınıb.

    3-cü yeri isə 26-35 yaş aralığında olan vətəndaşlar tutub, onların sayı 46 min 783 nəfər olub.

    17-25 yaş aralığında 34 min 338, 17 yaşadək olanlar arasında isə 26 min 644 səfər həyata keçirilib.

    56-65 yaş aralığında 23 min 49, 66 yaş və yuxarı olanlar arasında isə 13 min 253 səfər baş tutub.

    Qeyd edək ki, yaş qrupundan asılı olmayaraq, Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi ölkələr sırasında Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan ilk beşlikdə yer alıb.

  • “YouTube” süni intellektlə istifadəçilərin yaşını təxmin edəcək

    “YouTube” platforması dünyada bütün yaş qrupları arasında ən populyar onlayn xidmətlərdən biridir. Lakin burada paylaşılan bütün videolar hər yaşa uyğun hesab olunmur.

    Platforma digər rəqəmsal xidmətlər kimi, 18 yaşdan aşağı istifadəçilər üçün zorakılıq və çılpaqlıq kimi məzmunlara məhdudiyyətlər qoyur. Lakin bu məhdudiyyətləri keçmək üçün istifadəçilər hesablarında yaşlarını böyük göstərməklə qoruma tədbirlərini asanlıqla aradan qaldıra bilirlər.

    Valyuta.Az-ın verdiyi xəbərə görə, artıq “YouTube” bu problemi həll etmək üçün süni intellekt əsaslı bir alət tətbiq etməyə başlayır. Bu alət istifadəçinin platformadakı fəaliyyətlərini təhlil edərək onun yaşını təxmin edəcək və qeydiyyatda göstərilən doğum tarixindən asılı olmayaraq, bu siqnallara əsasən yaşa uyğun məhsul təcrübəsi və qoruma tədbirləri təqdim edəcək. Bu barədə “YouTube Youth” məhsul idarəçiliyinin direktoru Ceyms Bizer (James Beser) ötən ay bloq yazısında məlumat verib.

    Bizerin sözlərinə görə, bu texnologiya artıq digər bazarlarda “bir müddətdir” tətbiq olunur və çərşənbə günü ABŞ-da sınaq mərhələsinə başlayacaq. Daha sonra isə geniş şəkildə tətbiq ediləcək.

    “Yeniyetmələrin məxfiliyini qorumaqla yanaşı, təhlükəsizlik tədbirləri təqdim edən texnologiyanı yenidən ilk olaraq təqdim etdiyimiz üçün qürur duyuruq”, – deyə Bizer bildirib. “Ailələr ‘YouTube’a təhlükəsiz və faydalı təcrübə üçün etibar edirlər və biz onların təhlükəsiz şəkildə araşdırma aparmaq imkanlarını qorumağa davam edəcəyik.”

    Süni intellekt necə işləyəcək?

    Bizer qeyd edir ki, model istifadəçilərdən müxtəlif siqnalları təhlil edərək onların yaşını müəyyən edəcək. Bunlara axtarılan videoların növləri, baxılan kateqoriyalar və hesabın mövcudluq müddəti daxildir.

    Əgər sistem istifadəçinin 18 yaşdan aşağı olduğunu müəyyənləşdirərsə, “YouTube” avtomatik olaraq yaşa uyğun qoruma tədbirlərini aktivləşdirəcək. Bunlara fərdiləşdirilmiş reklamların deaktiv edilməsi, fasilə və yatmaq kimi rəqəmsal sağlamlıq alətlərinin aktivləşdirilməsi, eləcə də müəyyən tipli məzmunların təkrar tövsiyəsinin məhdudlaşdırılması daxildir.

    Bizer bildirir ki, yalnız yaşı 18 və daha yuxarı olduğu təxmin edilən və ya təsdiqlənən istifadəçilərə yaş məhdudiyyətli videolara baxmaq icazəsi veriləcək.

    “Google”un dəstək forumunda qeyd olunub ki, “YouTube” bütün istifadəçilərdən şəxsiyyət vəsiqəsi yükləməyi tələb etməyəcək. Lakin əgər sistem bir istifadəçini səhvən azyaşlı kimi müəyyən edərsə, həmin şəxs yaşını kredit kartı, selfi və ya dövlət tərəfindən verilmiş şəxsiyyət sənədi ilə təsdiqləyə biləcək. Təyin olunmuş azyaşlılar bu sənədləri təqdim etməməyi də seçə bilərlər, lakin bu halda onlara tətbiq edilən qoruma tədbirləri qüvvədə qalacaq.

    Yeni sistem kontent yaradıcılarına da müəyyən təsir göstərə bilər. Əgər bir istifadəçi yeniyetmə kimi tanınarsa, onun yüklədiyi videolar avtomatik olaraq “özəl” (private) olaraq təyin edilə bilər və o, vertikal canlı yayımlarda hədiyyələrdən gəlir əldə etmək imkanından məhrum qala bilər. “Bu, reklam gəlirlərinin azalmasına səbəb ola bilər, çünki biz bu izləyicilərə yalnız fərdiləşdirilməmiş reklamlar təqdim edirik”, – deyə bir “YouTube” əməkdaşı bildirib.

    “YouTube” bu addımı niyə atır?

    Yeniyetmələrin yaş məhdudiyyətlərini aşmaq üçün yollar tapması səbəbindən ABŞ-da “YouTube” kimi platformalara azyaşlıların qorunması üçün daha ciddi tədbirlər görmək yönündə siyasi təzyiqlər artmaqdadır.

    İyunda ABŞ Ali Məhkəməsi Texasda qəbul edilən və cinsi xarakterli məzmun təqdim edən veb-saytlarda yaş təsdiqlənməsini tələb edən qanunu konstitusiyaya uyğun hesab edib. Bəzi ştatlar sosial mediada azyaşlılara qarşı əlavə məhdudiyyətlər nəzərdə tutan qanunvericilik təşəbbüsləri də irəli sürüblər. İki partiyalı dəstəyə malik “Uşaqların onlayn təhlükəsizliyi haqqında akt” bu il yenidən Konqresə təqdim olunub.

    Bu tendensiya qlobal səviyyədə də müşahidə olunur. Avstraliyada hökumət 16 yaşdan aşağı uşaqlar üçün sosial mediaya, o cümlədən “YouTube”a ümummilli qadağa tətbiq etməyə və axtarış sistemlərində yaş yoxlaması sistemini tətbiq etməyə hazırlaşır. Böyük Britaniyada isə böyüklər üçün nəzərdə tutulmuş saytları hədəf alan Onlayn Təhlükəsizlik Qanunu istifadəçilərdən yaşlarını təsdiqləməyi tələb edir. “Spotify”, “Reddit” və “X” kimi platformalar da istifadəçilərdən yaş təsdiqi tələb etməyə başlayıblar.

    Risklər və narahatlıqlar

    İnternetdə hüquq və azadlıqları müdafiə edən “Center for Democracy & Technology” təşkilatına görə, yaş təyini texnologiyası bəzi istifadəçiləri texnologiyadan haqlı olaraq istifadə etmək imkanından məhrum edə bilər. Məsələn, “əgər bir böyüklər istifadəçi sadəcə “YouTube”da rol oyunu (roleplay) oyunlarının icmallarına baxdığı üçün uşaq kimi təsnif edilərsə, o, ya sistemə etiraz edərək şəxsiyyətini təqdim etməli, ya da platformaya çıxışdan imtina etməlidir”.

    Bununla yanaşı, “YouTube”un yaş təyini planı məxfiliklə bağlı narahatlıqlar doğurur. “Change.org” saytında bu sistemə qarşı başlatılmış petisiya indiyədək 68 mindən çox imza toplayıb.

    Petisiyada bildirilir ki, bu addım “kütləvi nəzarət və məlumat üzərində idarəetmə” təhlükəsini artırır, çünki sistem istifadəçilərin baxış davranışlarını və izləmə tarixçəsini analiz edir. Petisiya müəllifləri qeyd edirlər ki, bu yanaşma təhlükəli bir presedent yarada bilər: “Bu sistemlər bir dəfə normallaşdıqdan sonra, nadir hallarda ləğv olunur – onlar daha da genişlənir. Əgər indi səsimizi ucaltmasaq, sərbəst şəkildə baxmaq, yaratmaq və məzmundan zövq almaq azadlığımızı itirə bilərik. Bu məsələ təkcə ‘YouTube’la bağlı deyil. Bu, rəqəmsal azadlıqla bağlıdır”.

  • Kartla ödənişdən imtina etdi, cərimələndi

    “Olimp 2008” Məhdud Məsuliyyətli Cəmiyyəti maliyyə sanksiyasına məruz qalıb.

    Valyuta.az-ın məlumatına görə, şirkətdə aparılan yoxlama zamanı POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilib.

    Tərtib edilən AKT-a əsasən “Olimp 2008” MMC barəsində 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

    Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Kamran Məmmədov Əhmədiyya oğludur.