Month: August 2025

  • Kartof üzərində mesaj yazmaqla milyonlar qazanır

    İnnovasiya və sahibkarlıq sahəsində bəzən ən sadə və qəribə ideyalar belə milyonluq gəlirə çevrilə bilər. ABŞ-da yaradılan “Potato Parcel” adlı startap da məhz bu nümunələrdən biridir.

    Şirkət insanların istədiyi mesajı kartofun üzərinə yazaraq ünvanlarına göndərir.

    Qulağa absurd səslənsə də, bu ideya qısa müddətdə viral olub, “Shark Tank” kimi nüfuzlu platformada sərmayə cəlb edərək ciddi biznes modelinə çevrilib.

    “Potato Parcel” ideyası 2015-ci ildə amerikalı Alex Craig tərəfindən yaradılıb. İlk vaxtlar sadəcə sosial şəbəkələrdə əyləncə məqsədilə yayılan bu təşəbbüs, çox keçmədən real müştəri bazasına və aylıq 10–13 min ABŞ dolları gəlirə malik biznesə çevrildi. Daha sonra biznes Riad Bekhit tərəfindən devralındı və aylıq gəlir 20-25 min ABŞ dolları səviyyəsinə qədər yüksəldi.

    Layihə “Shark Tank” verilişində təqdim olunarkən, artıq 13 ayda 12 000-dən çox kartof satılmış və 215 min ABŞ dolları gəlir əldə edilmişdi. Layihə investor Kevin O’Leary tərəfindən dəstəklənərək daha böyük bazarlara çıxış imkanı qazandı. O’Leary, layihəni “nə qədər qəribə olsa da, marketinq baxımından mükəmməl” adlandırmışdı.

    “Potato Parcel” bu gün də fəaliyyətini davam etdirir. Şirkətin rəsmi internet səhifəsi vasitəsilə məhsul sifarişləri qəbul olunur və təklif olunan seçimlər təkcə kartof üzərində mesajla məhdudlaşmır – glitter bomb, big head cut-out, foto ilə kartof və digər kreativ variantlar mövcuddur.

    Yayılan mediaya əsasən, şirkət indiyədək 700 000 ABŞ dollarından çox satış həyata keçirib və ümumi dəyəri 1.75 milyon dollar olaraq qiymətləndirilir. Bəzi sosial media paylaşımlarında satışların 7 milyon dollara çatdığı iddia edilsə də, bu rəqəmlər hələlik rəsmi mənbələrlə təsdiqlənməyib.

    Başlanğıcda yalnız ABŞ bazarını hədəfləyən startap hazırda Kanada, Avstraliya, Birləşmiş Krallıq və Avropa ölkələrinə də xidmət göstərir. Rəsmi veb-saytda çoxsaylı ölkələr üçün valyuta dəstəyi mövcuddur. Bu isə onun beynəlxalq alıcılara da çatdırılma təklif etdiyini göstərir.

    Qeyd etmək lazımdır ki, “Potato Parcel” şirkəti Better Business Bureau (BBB) platformasında “F” reytinqinə sahibdir və cavabsız müştəri şikayətləri ilə diqqət çəkir. Bu isə müştəri xidmətlərində bəzi boşluqların ola biləcəyinə işarədir.

    Sadə bir kartofun üzərinə yazılan mesajla milyon dollarlıq biznes qurmaq ideyası bəlkə də ilk baxışdan qeyri-ciddi görünə bilər. Ancaq “Potato Parcel” misalı göstərir ki, innovasiya yalnız texnologiyada deyil – həm də insanların duyğularını, yumor hissini və sosial davranışlarını doğru dəyərləndirməklə də mümkündür.
    //valyuta.az

  • Keçmiş baş həkimə bu əməllərinə görə 8 il 9 ay həbs verildi

    Külli miqdarda rüşvət almaqda və dələduzluqda ittiham olunan Gəncə Dəmir Yolu Xəstəxanasının sabiq baş həkimi Vidadi Seyidovun məhkəmə araşdırması başa çatıb.

    Eks-baş həkimə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.

    V.Seyidov baş həkim vəzifəsində işləyən müddətdə ona yaranan inam və etibardan sui-istifadə edib. Öz qulluq mövqeyindən istifadə edərək bir neçə şəxsə pensiya müavinəti düzəldəcəyi, xəstəxanada işlə təmin edəcəyi ilə bağlı yalan vədlər edib. Bundan əlavə, bir neçə nəfərdən rüşvət alıb. O, zərərçəkmişlərdən birindən pulu oğlunun təhsilhaqqını ödəmək, digərindən isə dərman biznesi qurmaq adı ilə götürüb.

    Baş həkimin əməlindən 9 nəfər zərər çəkib. Onlara dəymiş ziyan isə 250 min manat civarındadır.

    Təqsirləndirilən şəxs ona elan olunan ittihamlarla özünü qismən təqsirli bilib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Seyidov 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Ötən il Azərbaycanda neçə nəfər ömürlük azadlıqdan məhrum edilib?

    2024-cü ildə Azərbaycanda 10 nəfər ömürlük azadlıqdan məhrum edilib.

    Bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda hüquqpozmalar” adlı məcmuəsində qeyd edilib.

    Bu göstərici 2023-cü ildə 5 nəfər olub.

    Həmçinin, qeyd edilib ki, 2 ildən 5 ilə qədər 3770 nəfər, 5-10 ilə qədər 1921 nəfər, 10 ildən 20 ilə qədər isə 366 nəfər həbs edilib.

  • Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı

    Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi ilə birgə məhkum edilən xadimə Səlimə Mirzəyeva vaxtından əvvəl həbsdən azad olunub.

    Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseyn belə qərar qəbul edib.

    Xanım məhkum 8 illik cəzasının yarıdan çoxunu çəkməsinin, cəzaçəkmə müəssisəsinin müsbət rəyinin nəzərə alınmasını əsas gətirərək həbsdən azad edilməsini istəyib.

    Yuxarı instansiya məhkəməsi ərizənin təmin edilməməsi üçün heç bir əsas görməyib. Qərara əsasən, xadimə azadlığa buraxılıb. S.Mirzəyevə cəza müddəti tam bitənə qədər məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatda olacaq.

    Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülən məhkum qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlər çərçivəsində müəssisədən kənarda ola bilir.

    Xatırladaq ki, xəstəxanada xadimə işləmiş S.Mirzəyeva baş həkimin göstərişi ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib və digər həkimlərlə birlikdə xəstələrdən rüşvət alınmasında iştirak edib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il tarixli hökmü ilə baş həkim və digər təqsirləndirilən şəxslər də 9 ilə qədər həbs cəzasına məhkum olunub.

  • Azərbaycanda bu taksi şirkəti ləğv edilir

    “TESLATAXI” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir.

    Median.Az Trend-a istinadən xəbər verir ki, bu barədə şirkət özü elan edib.

    Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ4100 Laçın şəhəri, Laçın rayonu, Taxta-Körpü küçəsi ünvanına bildirə bilərlər.

    Sözügedən taksi şirkəti 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin qanuni təmsilçisi Allahverdiyev Asim Akif oğludur.

  • Ramanada qəbiristanlıq evlərə yaxınlaşır (VİDEO)

    Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, “Südçülük” ərazisi kimi tanınan ərazidə qəbiristanlıq evlərə qədər yaxınlaşır.

    Sakinlər “Xəzər Xəbər”ə bildiriblər ki, qəbiristanlığın hasarının olmaması onların narahatlığına səbəb olur. Bu həm qəbiristanlığın, həm də onların öz təhlükəsizliyi baxımından vacib olduğunu bildirirlər. Bundan əlavə sakinlər qəbiristanlıqda natəmizliyin hökm sürdüyünü də deyirlər.

    Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.

  • Sabirabadda mərkəzi bazarda yanğın baş verib – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad şəhəri, V.Əhmədov küçəsində fəaliyyət göstərən mərkəzi bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mərkəzi bazar ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində bazar ərazisində 20m² sahədə məişət tullantıları, ümumi sahəsi 900m² olan bir dam altında tikilmiş birmərtəbəli bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 16m² olan meyvə-tərəvəz mağazasının dam örtüyü və sahəsi 27m² olan məişət avadanlıqları mağazasının yanar konstruksiyaları, bazara bitişik yerləşən uşaq bağçasının ərazisində 300m² sahədə quru ot yanıb.

    Bitişik obyektlər və uşaq bağçasının binası yanğından mühafizə olunub.

  • Bakı metrosunda xətlərin ayrılması layihəsinə hazırlıq işlərinə başlanılır

    “AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Bakı şəhərinin nəqliyyat sistemində mühüm yer tutan metropoliten şəbəkəsinin daha da təkmilləşdirilməsi məqsədilə kompleks inşaat layihələrinin icrasına hazırlıq işlərinə start verilib.

    Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

    Bu işlər Prezident İlham Əliyevin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində genişmiqyaslı tədbirlər planına uyğun olaraq həyata keçirilir.

    Layihənin ilkin mərhələsində “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası üçün hazırlıq işlərinə başlanılır.

    Belə ki, hazırlıq işləri çərçivəsində “28 May” stansiyası ətrafında iki ərazidə şaxta qazılacaq. Tikinti meydançalarından biri stansiyanın yuxarı hissəsində – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində, digəri isə stansiyanın qarşısında yerləşir. Şaxtalar qazıldıqdan sonra əsas tunellərə keçid təmin edən əlavə yanaşma yolları inşa olunacaq. Ərazinin ağır geoloji mühitə malik olması səbəbindən sahədə ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək.

    Tikinti prosesi ərazidə avtobusların, Bakı Dəmiryol Vağzalının, eləcə də “28 May” metro stansiyasının fəaliyyətinə maneə yaratmayacaq. Bu müddət ərzində yeraltı və yerüstü nəqliyyatın hərəkəti ənənəvi qaydada davam etdiriləcək.

    Xatırladaq ki, xətlərin ayrılması layihəsi üzrə nəzərdə tutulan işlərin mərhələli icrası paytaxtın nəqliyyat infrastrukturunun inkişafına, tıxacların azaldılmasına və ictimai nəqliyyatın səmərəli fəaliyyətinə təkan verəcək. Eyni zamanda, fərdi avtomobillərdən istifadənin azalmasına, şəhərin hərəkət dinamizminin artmasına və mobillik planlarının optimal tətbiqinə imkan yaradacaq.

    Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyəti nəticəsində həm təhlükəsizlik, həm də hərəkət dayanıqlılığı əhəmiyyətli dərəcədə artırılacaq. “28 May” stansiyasına qədər sahələrdə (“Dərnəgül-28 May” və “İçərişəhər-28 May”) mövcud olan 4 dəqiqə və daha yuxarı intervallar mümkün ən minimum həddə çatdırılacaq.

  • Трамп в сентябре может совершить визит в Израиль

    Президент США Дональд Трамп может посетить Израиль в следующем месяце перед запланированной поездкой в Великобританию.

    Об этом пишет портал Ynet со ссылкой на источники в Белом доме.

    “Если позволят обстоятельства, визит состоится перед госвизитом Трампа в Великобританию, который состоится 17–19 сентября по приглашению короля Карла”, – отметил он.

    По словам источника, США стремятся к заключению всеобъемлющей сделки, ожидая, что премьер-министр Израиля Биньямин Нетаньяху также предпримет шаги в этом направлении.

    Отметим, что во время турне по Ближнему Востоку в начале этого года Трамп пропустил Израиль, посетив вместо этого Саудовскую Аравию, Катар и ОАЭ.

  • Tramp sentyabrda İsrailə səfər edə bilər

    ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya planlaşdırılmış səfərdən əvvəl gələn ay İsrailə gedə bilər.

    Bu barədə “Ynet” portalı Ağ Evdəki mənbələrə istinadən yazır.

    “Əgər vəziyyət imkan verərsə, səfər Trampın Kral Karlın dəvəti ilə 17-19 sentyabrda Böyük Britaniyaya baş tutacaq dövlət səfərindən əvvəl həyata keçiriləcək”, – o qeyd edib.

    Mənbənin sözlərinə görə, ABŞ hərtərəfli sazişin bağlanmasına can atır və İsrailin Baş naziri Binyamin Netanyahunun da bu istiqamətdə addımlar atacağını gözləyir.