Month: August 2025

  • Azərbaycan 7 ayda xarici vətəndaşlara 6 milyon manata yaxın ƏDV geri qaytarıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 5 milyon 874 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarıb.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, geri qaytarılan vəsait xarici vətəndaşların ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.

  • Оман отменил визы для граждан Армении

    Оман с августа этого года отменил визы для граждан Армении.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщила пресс-секретарь МИД Ани Бадалян.

    “Правительство Омана, высоко оценив решение правительства Армении об одностороннем освобождении от виз граждан Омана, приняло решение с 11 августа отменить для граждан Армении требование о наличии визы для въезда в страну”, — отметила она.

    По ее словам, безвизовый режим распространяется на краткосрочные поездки и будет способствовать развитию туристических и гуманитарных связей.

  • Oman Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib

    Oman bu ilin avqustundan Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib.

    Median.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

    “Oman hökuməti ölkə vətəndaşlarının birtərəfli qaydada vizadan azad edilməsi ilə bağlı Ermənistan hökumətinin verdiyi qərarı yüksək qiymətləndirərək, avqustun 11-dən Ermənistan vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında qərar qəbul edib”, – o qeyd edib.

    Mətbuat katibinin sözlərinə görə, qısamüddətli səfərlərə şamil edilən vizasız rejim turizm və humanitar əlaqələrin inkişafına töhfə verəcək.

  • Завтра в Баку пойдет дождь, в регионах ожидаются ливни

    В Баку и на Абшеронском полуострове 15 августа ожидается переменно-облачная погода, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Однако утром и вечером местами возможны дожди и грозы. Северо-восточный ветер к вечеру сменится умеренным северо-западным.

    Температура воздуха ночью составит 22-25° тепла, днем – 28-31° тепла. Атмосферное давление будет на уровне 759 мм рт.ст., относительная влажность воздуха составит 70-75% ночью и 40-45% днем.

    В регионах Азербайджана в некоторых местах ожидаются кратковременные дожди и грозы, местами – ливни и град. Ночью и утром в некоторых горных районах ожидается туман. Восточный ветер местами усилится.

    Температура воздуха ночью составит 20-24° тепла, днем – 30-34° тепла, в горах ночью – 12-17° тепла, ночью – 18-23° тепла.

  • Sabah Bakıda yağış yağacaq, rayonlarda leysan olacaq

    Azərbaycanda avqustun 15-də Bakıda yağış, rayonlarda leysan gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 22-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-24, gündüz 30-34, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq

  • DMX: Ötən ay 11 mindən çox əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

    Ötən ay Dövlət Miqrasiya Xidmətinə (DMX) 11 min 226 nəfər əcnəbi Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciət edib.

    Bu barədə DMX məlumat yayıb.

    Bildirilib ki, iyul ayı ərzində xidmətə 86 min 99 müraciət daxil olub. Onlardan 56 min 741-i əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.

    Bununla yanaşı, vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərin sayı 137 olub. Azərbaycan vətəndaşlığına dair mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı isə 1914 müraciət qeydə alınıb.

    Məlumatda qeyd olunub ki, müraciətlərdən 1 169-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.

  • Azərbaycan çempionatında turun açılış oyununu FIFA referisi idarə edəcək

    Misli Premyer Liqasında I turun açılış oyununu FIFA referisi idarə edəcək.

    “Karvan-Yevlax” – “Qəbələ” matçının baş hakimi Əliyar Ağayev olacaq.

    Misli Premyer Liqası

    1-ci dövrə, I tur

    15 avqust (cümə)

    17:00. “Karvan-Yevlax” – “Qəbələ”
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
    VAR: Rəşad Əhmədov.
    AVAR: Kamran Bayramov.
    Hakim-inspektor: Asim Xudiyev.
    AFFA nümayəndəsi: Mübariz Hüseynov.
    Şamaxı şəhər stadionu

    16 avqust (şənbə)

    17:00. “İmişli” – “Turan Tovuz”
    Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
    VAR: Tural Qurbanov.
    AVAR: Eyyub İbrahimov.
    Hakim-inspektor: Ramil Diniyev.
    AFFA nümayəndəsi: Eldəniz Musayev.
    Şamaxı şəhər stadionu

    20:00. “Neftçi” – “Şamaxı”
    Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
    VAR: İnqilab Məmmədov.
    AVAR: Şirmamed Mamedov.
    Hakim-inspektor: Babək Quliyev.
    AFFA nümayəndəsi: Rüfət Əmirov.
    “Neftçi Arena”

    17 avqust (bazar)

    20:30. “Sumqayıt” – “Kəpəz”
    Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
    VAR: Rauf Cabarov.
    AVAR: Rahil Ramazanov.
    Hakim-inspektor: Anar Salmanov.
    AFFA nümayəndəsi: Elçin Mehtiyev.
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

    19 avqust (bazar ertəsi)

    20:00. “Zirə” – “Araz-Naxçıvan”
    Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Asiman Əzizli.
    Hakim-inspektor: Ömər Paşayev.
    AFFA nümayəndəsi: Seymur Səlimli.
    Zirə İdman Kompleksinin stadionu

    Qeyd edək ki, I turun “Sabah” – “Qarabağ” matçı təxirə salınıb.

  • Qazaxda meşəlik ərazidə yanğın başlayıb

    Qazaxda meşəlik ərazidə yanğın başlayıb.

    Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.

    Məlumata görə, yanğın Cəfərli kəndi ərazisində başlayıb, sonradan Xanlıqlar kəndinə keçib.

    Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

    Əraziyə iki helikopter cəlb olunub.

  • Azərbaycanda süd və süd məhsullarının adambaşına istehlakı azalıb

    2024-cü ildə Azərbaycanda adambaşına ən çox istehlak edilən qida süd və süd məhsulları olub.

    Bu barədə Dövlət Statistika Komitəsininin açıqladığı “Ev təsərrüfatları tədqiqatlarının yekunları” adlı məcmudə bildirilir.

    Sənədə əsasən, ötən il ölkədə adambaşına 244,9 kiloqram süd və süd məhsulları istehlak edilib ki, bu da əvvəlki illə müqayisədə 1,5 % azdır.

    Əvəzində adambaşına yumurta istehlakı 0,6 % artaraq 163 ədəd olub.

    İl ərzində çörək və çörək məhsullarının adambaşına istehlakı isə 131,5 kiloqram təşkil edib. Bu da illik müqayisədə 1,3 % azdır.

    Hesabat dövründə ət və ət məhsulllarının adambaşına istehlakı isə 0,6 % artaraq 36,1 kiloqram olub.

    Ən az istifadə edilən qida məhsulu isə balıq və balıq məhsulları olub. İl ərzində hər bir şəxs bu qida məhsulundan 7,8 kiloqram qəbul edib. 2023-cü illə müqayisədə bu rəqəm dəyişməyib.

  • В Азербайджане мужчины совершают преступления в 17 раз чаще женщин

    В 2024 году в Азербайджане зарегистрировано 22 485 фактов преступлений.

    Это следует из данных Госкомстата.

    Согласно информации, 21 250 из них совершено мужчинами, 1 235 – женщинами.

    Таким образом, в прошлом году мужчины в 17,2 раза чаще совершали преступления, чем женщины.

    В указанном периоде осуждены 15 885 человек, из них 15 241 мужчин и 644 женщин.