Month: August 2025

  • Bakının hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    8. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    9. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

  • Bankdan oğurluq edənlərə ağır cəza verildi

    “BTB Bank” ASC-nin müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları nağd pul oğurlamaqda təqsirli bilinən Aleksey Babayev və Sergey Qrinkeviçin cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən yekun prosesdə hökm oxunaraq, Aleksey Babayev və Sergey Qrinkeviçin hər biri 12 il azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə 2025-ci ilin martında baş verib. “BTB Bank” ASC-nin depozit otağından 316 min manat və 32 ABŞ dolları oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

    Araşdırmalarla oğurluqda şübhəli bilinənlər – Aleksey Babayev və Sergey Qrinkeviç saxlanılaraq istintaqa cəlb olunublar.

    Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 29.177.4-cü (oğurluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Küçədə meyiti tapılan şair Kəramət Şükürovun ÖLÜM SƏBƏBİ bilindi

    Ötən gün küçədə meyiti tapılan şair Kəramət Şükürovun ilkin ölüm səbəbi bilinib.

    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, mərhum infarktdan vəfat edib.

    Qeyd edək ki, şair, nasir, jurnalist Kəramət Şükürov ötən gün saat 19-20 vəfat edib.

  • Putin Trampla yeni müqavilə bağlaya bilər

    Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla gözlənilən danışıqlar zamanı strateji hücum silahlarına dair yeni sazişin bağlanacağını istisna etməyib.

    Bu barədə Kremlin saytı məlumat dərc edib.

    Rusiya lideri avqustun 14-də Kremldə Rusiyanın müdafiə naziri Andrey Belousov, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və digər şəxslərin iştirakı ilə görüş keçirib.

    Putin bəyan edib ki, Rusiya-Amerika sammitində razılaşmaların əldə edilməsi “ölkələrimiz arasında, Avropada və bütövlükdə dünyada uzunmüddətli sülh şəraiti yaratmaq üçün” lazımdır.

  • Bu ilin ilk altı ayında QƏZADA ÖLƏNLƏRİN sayı açıqlandı

    Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 577 yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

    Bildirilib ki, qəzalar nəticəsində 313 nəfər həlak olub, 499 nəfər yaralanıb.

  • Илью Варламова заочно приговорили к 8 годам колонии

    Мещанский районный суд Москвы заочно приговорил блогера Илью Варламова (признан в РФ иноагентом) к восьми годам колонии по делу о распространении заведомо ложной информации о Вооруженных силах РФ.

    Об этом сообщает Median.Az со ссылкой на ТАСС.

    “Признать Варламова виновным, окончательно назначить ему наказание в виде восьми лет колонии заочно”, – огласила решение судья.

    Суд также назначил Варламову штраф в размере 99 млн рублей. Кроме того, ему на четыре года запрещено администрирование сайтов.

    В ходе прений сторон прокурор просил назначить Варламову такое же наказание.

    Блогер заочно признан виновным по ч. 2 ст. 207.3 УК РФ (публичное распространение заведомо ложной информации об использовании Вооруженных сил РФ), а также по ч. 2 ст. 330.1 УК РФ (уклонение от исполнения обязанностей, предусмотренных законодательством РФ об иностранных агентах).

  • Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

    Moskvanın Meşçanski Rayon Məhkəməsi tanınmış rusiyalı bloqer İlya Varlamovu qiyabi olaraq səkkiz il müddətinə azadlıqdan məhrum edib.

    Median.Az bu barədə TASS agentliyinə istinadən məlumat yayıb.

    İ.Varlamov Rusiya Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumat yaymaqda təqsirli bilinib.

    Məhkəmə, həmçinin, İ.Varlamovu 99 milyon rubl (2.1 milyon manat -red.) cərimələyib.

    Bundan əlavə, ona dörd il müddətinə internet saytlarını idarə etmək qadağan olunub.

  • Dəmiryol Vağzalında parklanma xidməti müvəqqəti dayandırılır

    Bakı Dəmiryol Vağzalının parklanma xidməti metro şaxtasının tikintisinə görə müvəqqəti dayandırılır.

    Median.Az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

    Məlumata görə, “Bakı Metropoliteni” QSC uzunluğu 200 metrə yaxın tunelin inşasına hazırlıq işləri çərçivəsində “28 May” metro stansiyası ətrafında Bakı Dəmiryol Vağzalının yaxınlığında havalandırma şaxtasının tikintisinə başlayır. Tikinti meydançalarından biri Vağzalın Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsində sərnişinlər üçün qarşılama və yola salma məqsədilə yenidən qurulmuş avtomobil parklanma sahəsində yerləşir.

    Təhlükəsizlik tələblərinin yerinə yetirilməsi məqsədilə ərazi hasarlanacaq, parklanma xidməti müvəqqəti olaraq dayandırılacaq. Sərnişinlər vağzal ərazisinə parklanma sahəsindəki şlaqbaumun yuxarı hissəsindən və digər girişlər vasitəsilə daxil ola biləcəklər.

    Tikinti işləri Bakı Dəmiryol Vağzalının fəaliyyətinə və ADY-nin qatarlarının qrafik üzrə hərəkətinə maneə yaratmayacaq.

  • Lənkəranda montyor işlədiyi evin sahibini döydü

    Lənkəranda montyor elektrik xətti çəkdiyi evin sahibini döyüb.

    Hadisə rayonun Separadi kəndində baş verib.

    Kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əliyev (soyad şərtidir) kənd ərazisində fərdi əməklə məşğul olub. O, həmçinin kənd ərazisində santexnik və montyor kimi də fəaliyyət göstərib.

    Kənd sakini Xaliq Eminov (soyad şərtidir) ona müraciət edərək evinə elektrik xətti çəkməsini xahiş edib. M.Əliyev əraziyə baxış keçirib və görəcəyi işə görə Xaliddən 200 manat Alacağını bildirib. Xalid ustanın təklifi ilə razılaşıb və Mikayıl evə elektrik xətti çəkməyə başlayıb. O, işi tam qurtardıqdan sonra Xalid ona gördüyü işə görə 100 manat zəhməthaqqı verib və bildirib ki, qalan 100 manatı da bir neçə gündən sonra verəcək. Mikayıl da onunla razılaşıb. Mikayıl həyətdən çıxarkən Xalid ondan daha bir xahiş edib. O bildirib ki, həyətin küçə hissəsinə də əlavə iki elektrik xətti çəkmək lazımdır və buna görə də o, Mikayıla əlavə ödəniş edəcək. Mikayıl bildirib ki, yaxın bir-iki gün ərzində gəlib həmin xətti də çəkəcək.

    İki gündən sonra həmin evə gələn Mikayıl görüb ki, Xalid küçəyə elektrik xəttini çəkdirib. O, Xalidi çağırıb bu barədə soruşanda Xalid deyib ki, həmin xətti başqa ustaya çəkdirib.

    Mikayıl etiraz etməyib və o, Xaliddən qalan 100 manat zəhmət haqqını tələb edib. Xalid həmin məbləğ üçün ondan bir müddət vaxt istəsə də, Mikayıl onunla razılaşmayıb və aralarında mübahisə yaranıb. Nəticədə Mikayıl Xalidi təpik və yumruq zərbələri ilə döyüb.

    Hadisə yerinə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları gəliblər və faktla bağlı araşdırmalar başlanılıb.

    Fakta görə cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
    //oxu.az

  • В Пакистане два взрослых и ребенок погибли из-за стрельбы в День независимости

    В Пакистане двое взрослых и восьмилетняя девочка погибли, а еще около 60 человек пострадали в городе Карачи из-за стрельбы на мероприятии, посвященном празднованию Дня независимости государства.

    Об этом 14 августа сообщает телеканал NDTV.

    “Во время празднования Дня независимости в пакистанском Карачи в результате “безрассудной” стрельбы погибли три человека, включая пожилого гражданина и восьмилетнюю девочку, еще более 60 получили огнестрельные ранения”, – говорится в материале.

    Отмечается, что правоохранительные органы Пакистана начали проверку по факту инцидента, местные власти призвали граждан отмечать праздник “более безопасными способами”.