Month: August 2025

  • İki manata məktəbli köynəyi satırlar, bu paltarlar… – Şöbə müdirindən AÇIQLAMA

    Bakı Tikiş Evi (BTE) məktəbli formalarının qiymətlərini açıqlayıb.
     
    Median.Az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında BTE-nin Etibar Əzimov məlumat verib.
     
    O qeyd edib ki, yeni mövsümə tam hazırdırlar:
     
    “Qiymətlərdə də xeyli endirim etmişik. İyulun 1-dən bu endirim tətbiq olunur. 26 ölçüdən 54 ölçüyə kimi hamısı eyni qiymətdir. Qısaqollu köynəklərin qiyməti 12 manatdan 8 manata düşüb. Bu, təxminən, 33 faiz endirim deməkdir. Uzunqollu köynəklər 12 manatdan 10 manata düşüb, bu isə 17-18 faiz endirimdir. Jaketlərin qiyməti isə 30 manatdan 20 manata enib. Bu isə 33 faizlik endirimdir. Şalvar və ətəklər 20 manatdan 15 manata enib”.
     
    Şöbə müdiri vurğulayıb ki, bazarda çox sayda mənşəyi bilinməyən, keyfiyyətsiz mallar var:
     
    “Həmin mallar çox aşağı qiymətə satılır. İki manata köynək satırlar. Normal düşünən adam anlayır ki, manat yarıma, iki manata köynək olmaz. İki-üç manatlıq köynəkdən nə çıxacaq? Bu paltarlar uşaqlarda allergiya, dəri xəstəliyi yarada bilər. Bəzi insanlar bu amilləri nəzərə almadan həmin keyfiyyətsiz paltarları alırlar. Həmin geyimləri bir dəfə yuyandan sonra tamamilə pis vəziyyətə düşür. İnsanları aldadırlar.
     
    Qiymətləri endirdik ki, onlarla rəqabət apara bilək. Nazirlər Kabinetinin qərarına əsasən, bütün məktəbli köynəkləri 100 faiz pambıqdan olmalıdır. Biz parçaları Özbəkistandan alırıq, özümüz burada tikirik. Şalvar və ətəkləri isə Belarusdan və Türkiyədən alırıq. Onların 60 faizi yundur, 40 faizi isə poliesterdir.
     
    Tövsiyəm odur ki, valideynlər şəhərdə tanımadıqları təsadüfi yerlərdən forma almasınlar. Çünki keyfiyyətsiz mallar uşaqlar üçün təhlükəli ola bilər. Bizim bütün məhsullarımız zəmanətlidir”.

  • Tramp Ukraynaya zəmanət verdi

    ABŞ Prezidenti Donald Tramp qapalı danışıqlar zamanı ukraynalı həmkarı Volodimir Zelenskiyə və G7 liderlərinə Rusiya lideri Vladimir Putinlə gözlənilən görüşün nəticəsindən asılı olmayaraq Ukraynaya hərbi tədarükün davam etdiriləcəyinə dair zəmanət verib.

    Bu barədə “Axios” nəşri məlumat yayıb.

    Nəşrin məlumatına görə, ABŞ lideri müttəfiq ölkələrin Alyaskada “Yalta ssenarisi”nin mümkün təkrarlanması ilə bağlı narahatlıqlarını aradan qaldırmağa çalışıb.

    Trampın zəmanətləri Vaşinqton və Moskva arasında birtərəfli razılaşmalardan ehtiyatlanan avropalı tərəfdaşlar arasında gərginliyi azaltmaq cəhdi kimi qəbul edilib.

  • Bu il Tükiyədə neçə azərbaycanlı mənzil alıb?

    Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədə 501 mənzil alıb.

    Bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.

    Belə ki, həmyerlilərimiz qardaş ölkədə yanvar ayında 50, fevralda 87, martda 66, apreldə 59, mayda 75, iyunda 71, iyulda isə 93 mənzil sahibi olub.

    Qeyd edək ki, ötən ay Türkiyədə mənzil satınalmalarına görə siyahıda Rusiya Federasiyası (315), İran (152) və Almaniya (135) vətəndaşları ilk üçlükdə qərarlaşıb. Azərbaycan sözügedən siyahıda 6-cı yerdə olub.

  • Ethereum qiymətləri üçün yeni rekord proqnozu

    Standard Chartered Bankı Ethereum (ETH) qiymətinə dair gözləntilərini yeniləyib.

    Bankın hesabatına görə, son vaxtlar Ethereum ekosistemində yaranan və Ethereum xəzinə şirkətləri adlandırılan qurumlar qiymət proqnozlarının yüksəlməsinə təsir göstərib. Bu meyl ETH-nin institusional investorlar tərəfindən mənimsənilməsini sürətləndirir.

    Bank uzunmüddətli proqnozunu da dəyişərək 2028-ci ilin sonu üçün ETH qiymətini əvvəlki 7 500 ABŞ dolları səviyyəsindən 25 000 dollara qaldırıb. Bu rəqəm, Ethereumun qarşıdakı illərdə dəyər qazanacağı gözləntisini gücləndirir.

    Hazırda bazar dəyərinə görə dünyanın ikinci ən böyük kriptovalyutası olan Ethereum noyabr 2021-də gördüyü 4 679,47 dollarlıq zirvəyə yaxın qiymətlərlə ticarət olunur.
    //qaynar.az

  • Azərbaycanda abortların sayı açıqlandı – Yeniyetmələr də var

    Azərbaycanda erkən yaşda qadınlar arasında abort sayı artıb.

    Bu barədə məlumat “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.

    Statistik məcmuədə bildirilir ki, 2024-cü ildə Azərbaycanda 78 245 abort qeydə alınıb. Onlardan 72 abort 15-17 yaş qrupuna aiddir.
    Statistik rəqəmlərdən də görünür ki, 2023-cü illə müqayisədə 2024-cü ildə 15-17 yaş qrupunda abort sayında artım baş verib. Belə ki, 2023-cü ildə bu yaş qrupu üzrə abort sayı 68 olub.

    15-19 yaşlılar arasında isə aborta müraciət sayı 2751 nəfərdir.

    2024-cü ildə bu yaş qrupu üzrə də abortların sayında artım müşahidə olunur. Belə ki, 2023-cü illə müqayisədə 15-19 yaş qrupu üzrə aborta müraciət edənlərin sayı 155 nəfər çox olub.
    Abort üçün müraciət edənlərdən 2 679 nəfər 18-19 yaş qrupuna aiddir. Bu yaş qrupu üzrə də 2023-cü ildə 2024-cü illə müqayisədə abort üçün müraciət edənlərin sayı 151 nəfər çox olub.
    Statistik mənzərə ümumilikdə Azərbaycanda erkən yaşlarda abort hallarının artdığını göstərir.

  • İcra Hakimiyyətinin vəzifəli şəxsinə “stop” qoyuldu

    Sabirabad Rayon İcra Hakimiyyəti yanında Mənzil-İstismar Sahəsinin rəisinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Qaynarinfo-nun məlumatına görə, 8 ay əvvəl MİS rəisi təyin olunan Sadıqov Yusif Ağakərim oğlunun Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə 10510.96 AZN vergi borcu yaranıb.

    Vergi borcunu 5 gün müddətində ödəmədiyi halda qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görüləcəyi barədə Yusif Sadıqova xəbərdarlıq edilib.

    Məhkəmənin qərarı ilə 1981-ci il təvəllüdlü sahə rəisi sözügedən xəbərdarlığı yerinə yetirmədiyi üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

  • Bir ildə Azərbaycanda cəzaçəkmə müəssisələrindən qaçan şəxslərin sayı açıqlandı

    2024-cü ildə Azərbaycanda cəzaçəkmə müəssisələrindən qaçmağa nail olan 19 nəfər axtarışa verilib.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

    Qeyd edilib ki, görülən axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisələrindən qaçan 19 nəfərdən 6-sının yeri müəyyən edilib.

    Ötən il cəza çəkməkdən qaçdığına görə axtarılan şəxslərin sayı isə 55 nəfər olub. Onların 42 nəfərinin yeri müəyyən edilib.

  • Qaraciyər və bağırsaq sağlamlığını tam bərpa etməyin yolu tapıldı

    “UC Davis Health”dən olan tədqiqatçılar bağırsaq bakteriyaları tərəfindən istehsal olunan bir molekulun tez-tez yerfıstığı, qarğıdalı və digər bitkilərdə tapılan kif toksini olan aflatoksinə məruz qaldıqdan sonra zədələnmiş qaraciyərləri bərpa etməyə və bağırsaq divarlarını sağaltmağa qadir olduğunu aşkar etdilər.

    Qaynarinfo xəbər verir ki, araşdırma “mBio” jurnalında dərc olunub.

    Söhbət Lactobacillus cinsinin bakteriyaları tərəfindən istehsal olunan 10-hidroksi-cis-12-oktadesenik turşu (10-HSA) birləşməsindən gedir. Siçanlar üzərində aparılan təcrübələrdə bu maddə aflatoksin B1-in törətdiyi qaraciyər və bağırsağın zədələnməsini tamamilə aradan qaldırıb: bağırsağın epitelial maneəsi bərpa edilib, əsas öd turşularının səviyyəsi normallaşdırılıb, maddələr mübadiləsi və detoksifikasiya ilə bağlı qaraciyər funksiyaları yaxşılaşıb, bağırsaqda immun proseslər sabitləşib.

    10-HSA, yağ metabolizmasının tənzimlənməsindən məsul olan PPARα zülalını aktivləşdirir və sintetik dərmanların yan təsirləri olmadan fəaliyyət göstərir. Alimlər ümid edirlər ki, bu molekul qaraciyərin zədələnməsinin qarşısının alınması və müalicəsi üçün təhlükəsiz əlavə yaratmaq üçün istifadə olunacaq, xüsusən də qidanın aflatoksinlə çirklənməsi riski yüksək olan bölgələrdə.

    Komandanın yaxın planlarına yağlı qaraciyər xəstəliyi və ya metabolik pozğunluqları olan insanlarda klinik sınaqlara hazırlaşmaq daxildir. Müəlliflər vurğulayırlar ki, kəşf mümkün qədər dəqiq və təhlükəsiz işləyən “mikrobiom dərmanları” yaratmaq yolunda bir addım ola bilər.

  • Ronaldonun sevgilisinə hədiyyə etdiyi nişan üzüyünün qiyməti açıqlandı

    London zərgərlik evi “77 Diamonds”ın idarəedici direktoru Tobias Kormind futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesə hədiyyə etdiyi nişan üzüyünün dəyərini 5 milyon ABŞ dolları məbləğində qiymətləndirib.

    Bu barədə “The Sun” yazıb.

    Hədiyyə edilən üzük məşhur Teylor-Berton brilyantı ilə müqayisə edilir. Həmin brilyant armud formalı olub, çəkisi 69,42 karatdır və onu aktrisa Elizabet Teylora aktyor Riçard Berton bağışlayıb.


    Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanında yaşayır və “Əl-Nəsr” klubunda çıxış edir. Ölkə qanunvericiliyi nikahsız qadın və kişinin bir evdə yaşamasına icazə verməsə də, məşhur futbolçuya istisna olaraq uşaqlarının anası ilə birgə qalmaq icazəsi verilib.

    İdmançının modeldən iki qızı var: altı yaşlı Alana Martina və bir yaşlı Bella Esmeralda. Bundan əlavə, futbolçunun 2010-cu ildə doğulan oğlu Kriştiano Jr da var. 2017-ci ildə isə surroqat ana ona əkizlər – Eva və Mateo – dünyaya gətirib.
    //qaynar.az

  • Названо число погибших и потерявших трудоспособность на производстве в прошлом году

    В 2024 году в Азербайджане в результате несчастных случаев на производстве погибли или потеряли трудоспособность 747 человек.

    Такие данные приведены в статистическом сборнике “Здравоохранение, социальная защита и жилищные условия в Азербайджане”.

    Согласно информации, 66 человек пострадали в горнодобывающей промышленности, 110 – в обрабатывающей, 159 – в сфере строительства.

    Отмечается, что это на 293 человека больше по сравнению с 2023 годом.