Month: August 2025

  • Ötən il istehsalatda ölən və əmək qabiliyyətini itirən şəxslərin sayı açıqlanıb

    Ötən il Azərbaycanda istehsalatda bədbəxt hadisələr zamanı ölən və əmək qabiliyyətini itirən şəxslərin sayı 747 nəfər təşkil edib.

    Bu barədə məlumat “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində qeyd edilib.

    Onlardan 66 nəfəri mədənçıxarma sənayesində, 110-u emal sənayesində, 159-u tikintidə zərərçəkənlərdir.

    Qeyd edək ki, bu, 2023-cü illə müqayisədə 293 nəfər çoxdur.

  • Bakıda bina tikintisi üçün torpağın qiyməti 30 milyon manatı ötüb

    Bakıda torpaq bazarında ildən-ilə qiymətlərin artımı baş verir. Torpaq bazarına təsir edən amil əsasən tikintilərdir.

    Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

    O bildirib ki, şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə boş torpaq sahələri tapmaq demək olar böyük problemə çevrilib:

    “Mövcud olan torpaq sahələri də qiymətindən baha təklif edilir. Artıq torpaq sahələri sotla deyil, kvadrat metrlə satılır. Əvvəllər kiçik torpaq sahələri daha baha qiymətə satılırdısa, indi əksinədir. Misal üçün, bir hektar sahəsi olan torpaq sotla olan torpaqdan daha baha qiymətə satılır. Çünki bina tikintisi üçün qoyulan tələb bir bina üçün minimum 60 sot torpaq sahəsidir. Yəni 1.2 hektar torpaq sahəsində ikibloklu bir bina tikilə bilər”.

    “Yəni az sahəli torpaq sahələri daha ucuzdur. Əvvəllər 15-20 sot torpaq sahələri daha baha qiymətə satılırdı. Ancaq indi hektarla olan torpaq sahələri daha baha qiymətə təklif olunur. Nərimanov, Nəsimi, Xətai rayonunun bir hissəsində demək olar ki, boş torpaq sahələri yoxdur. Bu baxmdan şəhərin mərkəzində torpaq sahəsinin bir sotu 500-650 min manat dəyərində təklif olunur. Bina tikintisi üçün torpaq sahələrinin bir hektarının qiyməti isə 25-30 milyon manat və daha yuxarı təklif olunur”, deyə ekspert bildirib.

  • Ölkədə siqaret çəkən qadınlarla bağlı statistika açıqlandı

    Ölkə üzrə qadınların 0.2 faizi siqaret çəkir.
     
    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
     
    Məlumata görə, siqaret çəkən qadınlar təxminən 20 yaşından istifadəyə başlayır. Siqaret çəkən qadınların 22.5 faizi 45-64 yaş qruplarını əhatə edir.

  • İki vəkilə xəbərdarlıq edilib, birinin fəaliyyəti müvəqqəti dayandırılıb

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

    İclasda vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. İxtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, habelə icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul edilib.

    İclas çərçivəsində bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və borcların silinməsi, o cümlədən öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

    İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə iki vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, bir vəkilə irad tutulub və bir vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.

    Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari məsələlər müzakirə olunub və zəruri qərarlar qəbul edilib.

  • Авиакомпания “ИрАэро” продлила прямые рейсы между Пермью и Баку

    Российская авиакомпания “ИрАэро” приняла решение о продлении выполнения прямых рейсов между Пермью и Баку.

    Изначально программа полетов в столицу Азербайджана была утверждена до октября 2025 года. В рамках прежнего расписания перелеты на воздушных судах Superjet осуществлялись по воскресеньям с отправлением в 20:00 (по местному времени).

    “Начиная с 1 ноября 2025 года рейсы из Перми в Баку будут выполняться по субботам, вылет запланирован на 17:55. Полетная программа продлится до 28 марта 2026 года”, – говорится в сообщении на сайте аэропорта Большое Савино.

  • “IrAero” aviaşirkəti Perm-Bakı birbaşa reyslərinin icra müddətini uzatdı

    Rusiya “IrAero” aviaşirkəti Perm və Bakı arasında birbaşa reyslərin yerinə yetirilməsi proqramının uzadılması barədə qərar qəbul edib.

    Bu barədə Perm aeroportunun rəsmi saytında xəbər verilib.

    Bildirilib ki, əvvəlki uçuş cədvəlinə əsasən, “Superjet” təyyarələri bazar günləri saat 20:00-da (yerli vaxtla) yola düşürdü.

    “2025-ci il noyabrın 1-dən etibarən Permdən Bakıya reyslər şənbə günləri həyata keçiriləcək, uçuş saat 17:55-ə planlaşdırılıb. Uçuş proqramı 2026-cı il martın 28-dək davam edəcək”, – deyə məlumatda vurğulanıb.

    Xatırladaq ki, bundan əvvəl Azərbaycan paytaxtına uçuş proqramı 2025-ci ilin oktyabrına qədər təsdiqlənmişdi.

  • Litvada fövqəladə vəziyyət elan edildi

    Litva hökuməti güclü yağışlar səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.

    Litvanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu ilin yayında ölkənin bəzi ərazilərində bir gündə bir aylıq yağıntı düşüb. Uzun müddət davam edən yağışlı dövr kənd təsərrüfatı sektoru üçün ciddi fəsadlar törədib.

    Uzun sürən yağışlar məhsulun orta hesabla 50%-70%-ni zədələyib və ya məhv edib.

  • 44 günlük müharibədə Nəcməddin Sadıkov Türkiyədə dindirilib

    44 günlük İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkovun ordudan kənarlaşdırıldığı barədə xeyli məlumatlar dolaşırdı. İndi məlum olur ki, həmin vaxt Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən “zərərsizləşdirilib” və dindirilib.

    Bu barədə diplomatik mənbələrə istinadla nüfuzlu “Middle East Eye” qəzetinin müxbiri Raqip Soylu məlumat paylaşıb.

    Məlumata görə, 44 günlük müharibə zamanı Azərbaycan ordusunun sıralarında rusiyapərəst ünsürlərin aşkarlanmasında Türkiyə rəsmiləri də iştirak edib: “Bu “ünsürlərdən” biri də Rusiyaya simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi. Vəziyyətlə tanış olan mənbə MEE-yə bildirib ki, Türkiyə hakimiyyəti müharibə zamanı onun deportasiyasını təşkil edib, dindirilmək üçün Türkiyəyə gətirib və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verib”.

    Qeyd edək ki, N.Sadıkov 2021-ci ildə Azərbaycan ordusunun Baş Qərargah rəisi vəzifəsindən azad edilib. Dəfələrlə müxtəlif məhkəmə proseslərində adı hallanıb.

  • Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınır

    Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım göndəriləcək.

    Ukrayna üçün nəzərdə tutulan humanitar yardım Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınacaq.

    Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2025-ci il tarixli Sərəncamına əsasən, bu məqsədlə iki milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

    Bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir.

    Yolasalma mərasimində Energetika Nazirliyinin təmsilçiləri və Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edirlər.

  • Elza Seyidcahanla Roza Zərgərlinin məhkəməsi başa çatdı

    Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli bu dəfə səhnədə deyil, məhkəmədə üz-üzə gəliblər. Bu işdə onlardan biri xüsusi ittihamçı, digəri isə təqsirləndirilən şəxs kimi çıxış edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, E.Seyidcahan R.Zərgərlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

    Müğənni şikayət ərizəsində yazıb ki, Roza ona qarşı nalayiq ifadələr işlədərək təhqir edib. Yutub platformasında səsləndirilən təhqiredici fikirlər isə konkret olaraq “Bağışla Elza, bağışla məni, şou-biznesə təlxəklər, meymunlar lazımdır. Sadəcə pulsuzsan da, pulla oynayan meymunlar lazımdır. Elza şeirində deyir ki, ağzını aç, tüpürüm, tüpürcəyim bal dadır, sənin üzünə bal lazımdır.

    Bu adamın başı işləmir. Dinlə məşğul olan adamlar hara baxır? Bu dəlinin qabağını almırlar, o şeirləri hansı şeriyyata soxa bilərsən. İfaçı kimi zay….” sözlərindən ibarətdir.

    Deputatlığa namizəd olmuş Seyidcahan “təlxək”, “dəli”, “zay” sözləri ilə şəxsiyyətinin nalayiq formada alçaldığını, bu səbəbdən həmkarının 6 aylıq həbslə cəzalandırılmasını xahiş edib.

    Təqsirləndirilən şəxs qismində cəlb edilmiş R.Zərgərli isə ittihamı qəbul etməyib. Müğənni deyib ki, onun işlətdiyi sözlər təhqir deyil, tənqid kimi qəbul edilməlidir:

    “Şair kimi bal, ifaçı kimi zay olduğunu demişəm. Bunu bildirməklə onu həm tərifləmişəm, həm də tənqid etmişəm. Üstəlik, həmin verilişdə onu mükəmməl bəstəkar kimi təqdim etmişəm”.

    Məhkəmə istintaqı müddətində xüsusi ittihamçıya qarşı səslənən fikirlərin təhqir olub-olmadığını dəqiqləşdirmək üçün ekspetiza keçirilib.

    Amma ekspert rəyi səslənən fikirlərdə cinayət tərkibi yaradan hallar olduğunu təsdiqləməyib. Rəydə yazılır ki, təqsirləndirilən şəxsin müxtəlif mövzulara dair fikir bildirərkən qurduğu cümlələrdə işlətdiyi “təlxək”, “meymun”, “dəli” kimi sözlər daşıdığı məzmun baxımından aid edildiyi şəxsin şərəf və ləyaqətinin alçaldılması hesab edilir. Amma həmin sözlər ədəbi dil hüdudlarını aşmadığı və nalayiq leksikaya aid olmadığı üçün nalayiq məzmunlu hesab edilmir.

    Yasamal Rayon Məhkəməsində keçirilən yekun iclasda hökm açıqlanıb. Hakim Rəşad Cavadzadə ekspert rəyini bu iş üzrə mötəbər sübut kimi qəbul edərək Roza Zərgərliyə bəraət verib. Ona qanunsuz məhkəməyə verilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək etmək hüququ olduğu da izah edilib.