Month: August 2025

  • Donnarumma PSJ-dən ayrılıb

    İtaliyalı qapıçı Canluici Donnarumma Fransanın PSJ klubundan ayrılıb.

    O, bu barədə instaqramdakı səhifəsində məlumat yayıb.

    “Əziz PSJ azarkeşləri, klubda olduğum ilk gündən öz yerimi qazanmaq və bu klubun hədəfini qürurla müdafiə etmək üçün meydanda və meydandan kənarda hər şeyi verdim. Təəssüf ki, kimsə qərar verdi ki, mən artıq komandanın bir parçası ola və onun uğuruna töhfə verə bilməyəcəm. Bu qərar məni məyus edir və kədərləndirir.

    Yoldaşlarımz – ikinci ailəmə – hər matça, hər bölünmüş ana görə təşəkkür edirəm. Siz həmişə mənim qardaşlarım olacaqsınız, bu klubda oynamaq mənim üçün böyük şərəf idi”, – o yazıb.

    Donnarummanın 26 yaşı var, 2021-ci ildən PSJ-də oynayıb. Komanda ilə birlikdə 4 dəfə Fransa çempionu, 2 dəfə ölkə kubokunun, ötən mövsüm Çempionlar Liqasının qalibi olub. İtaliya millisinin heyətində 2021-ci ildə Avropa çempionu titulunu qazanıb. 2024/2025 mövsümündə Donnarumma PSJ-də 47 oyun keçirib.

    Daha əvvəl PSJ-nin baş məşqçisi Luis Enrike qapıçını iştirak ərizəsindən kənarlaşdırmaq qərarına şəxsən gəldiyini bildirərək, ona fərqli qapıçı lazım olduğunu əlavə edib.

  • Bakının hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    6. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    7. Babək prospekti, mərkəz istiqamətində;

    8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    9. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    10. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    12. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Miqrantların qayığı aşdı – 20 nəfər öldü

    Göyərtəsində 100-ə yaxın miqrantın olduğu qayıq İtaliyanın Lampeduza adasının sahillərində aşıb, nəticədə azı 20 nəfər ölüb, onlarla insan itkin düşüb.

    Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilib.

    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İtaliyadakı nümayəndəsi Filippo Unqaro bildirib ki, sağ qalan 60 nəfər Lampeduzadakı mərkəzə aparılıb.

    Sağ qalanların sözlərinə görə, gəmi Liviyanı tərk edərkən göyərtəsində 92-97 miqrant olub.

    BMT QAK-ın məlumatına görə, 20 cəsəd tapılıb və daha 12-17 adam axtarılırr.

    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, bu il Aralıq dənizinin mərkəzi hissəsindən təhlükəli keçid zamanı boğulan sonuncular da daxil olmaqla 675 miqrant həlak olub.

  • Из российского автономного округа депортировали 39 азербайджанцев

    Судебные приставы Ханты-Мансийского автономного округа (ХМАО) выдворили за пределы России 228 иностранных граждан. Все они находились на территории страны без законных оснований.

    Об этом сообщило ведомство на официальном сайте.

    “За семь месяцев 2025 года за нарушение правил въезда и пребывания в России выдворен 61 гражданин Таджикистана, 75 – Узбекистана, 23 – Кыргызстана, 39 – Азербайджана. Также отправлены на родину 16 граждан Китая, четыре – Казахстана, по два – Армении, Беларуси и Кубы, по одному – Туркменистана и Камеруна”, – уточнили в ведомстве.

    Все иностранцы были оштрафованы за нарушение режима пребывания. Затем суд вынес постановления об их административном выдворении. До отправки на родину они находились в центрах временного содержания, предназначенных для лиц, подлежащих депортации или выдворению. Судебные приставы оформили необходимые документы и сопроводили нарушителей до пунктов пропуска через государственную границу.

  • Rusiyanın muxtar dairəsindən 40-a yaxın azərbaycanlı deportasiya edilib

    Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində 40-a yaxın azərbaycanlı deportasiya edilib.

    Median.Az-ın ura.ru-ya istinadla verdiyi məlumata görə bu barədə qurumun rəsmi saytında məlumat verilib.

    Bildirilib ki, 2025-ci ilin yeddi ayı ərzində miqrasiya qaydalarını pozduqlarına görə məhkəmə icraçıları 228 xarici vətəndaşı Rusiyadan çıxarıb – 61 tacikistanlı, 75 özbəkistanlı, 23 qırğızıstanlı, 39 azərbaycanlı, həmçinin 16 çinli, dörd qazaxıstanlı, ikisi Ermənistandan, ikisi Belarusdan, ikisi Kubadan, biri Türkmənistandan və biri Kamerundan olan vətəndaşlar ölkələrinə göndərilib.

    Onların hamısı ölkə ərazisində qanunsuz əsaslarla qalıb. Əcnəbilərin hamısı qalma rejimini pozduqlarına görə cərimələnib, daha sonra məhkəmə onların inzibati qaydada ölkədən çıxarılması barədə qərar qəbul edib.

    Sərhədə yola salınana qədər həmin şəxslər deportasiya və ya çıxarılma üçün nəzərdə tutulan müvəqqəti saxlama mərkəzlərində saxlanılıb. Məhkəmə icraçıları zəruri sənədləri hazırlayaraq qayda pozanları dövlət sərhədindən keçid məntəqələrinə qədər müşayiət ediblər.

  • Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başlayır

    14 avqust saat 11:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

    Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

    Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

    Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.

  • Borc verdiyi şəxsi qohumunun evinə basqına vadar etdi – Zaqatalada dəhşətli cinayətin TƏFƏRRÜATI

    Zaqatala rayonunda qəribə quldurluq hadisəsi olub.

    Hadisə rayonun Çökəkoba kəndində baş verib. Rayonun Kebeloba kənd sakini Fərhad Vəliyevə övladını dünyaya gətirmək üçün pul lazım olub. Bu barədə dostu Vasiflə məsləhətləşib və o da Fərhada həmkəndliləri Asif Xanayevdən (ad və soyad şərtidir) borc almağı məsləhət görüb. Dostlar bu barədə Asifə müraciət edib. Asif Fərhada 2 000 manat, Vasifə isə 200 manat borc verib. Dostlar bildiriblər ki, pulu bir ay müddətində qaytaracaqlar.

    Hadisədən bir ay keçsə də, dostlar həmin pulu qaytara bilməyiblər. Asif onları çağırıb pulunu tələb edib. Fərhad götürdüyü pulun 100 manatını qaytarsa da, digər hissəsini tapa bilmədiyi üçün Asifdən daha bir ay vaxt istəyib. Asif isə nə Fərhada, nə də Vasifə vaxt verməyərək onlardan pulu qaytarmalarını tələb edib.

    Borc sahibi dostlara pulu qaytarmağın “yolu”nu da göstərib. Bildirib ki, Vasifin bibisi Umüküs Zəngiyeva bir neçə gün öncə rayon ərazisində 10 min manatlıq torpaq satıb və onun pulu var. Bunu eşidən Vasif plan qurub və bibisinin evinə basqın etməyi təklif edib. O bildirib ki, bibisi və onun əri qorxaqdır, əgər gecə vaxtı onların evinə basqın etsələr, ər-arvaddan istədikləri qədər pul ala biləcəklər.

    Bu məqsədlə onlar oyuncaq tapança, yapışqan, qara kapron corab və digər vasitələr alıb gecə basqınına getməyə hazırlıq görüblər.

    Gecə saat 3 radələrində dəstə üzvləri Asif Xanayevin avtomobili ilə adıçəkilən ünvana gedib. A.Xanayev özü küçədə dayanıb, Fərhad və Vasif açıq pəncərədən evə daxil olub. Onlar kapron corabla maskalanaraq yataq otağına keçib və “Təslim olun, banditizm!” deyərək Umüküs Zəngiyeva və onun həyat yoldaşını yuxudan oyadıb döşəməyə yıxıblar. Ardınca evə A.Xanayev daxil olub və üzərindəki oyuncaq tapançanı onlara tərəf tuşlayaraq evdəki pul və qızıl əşyaları tələb edib.

    A.Xanayevin tələbi ilə Fərhad və Vasif ər və arvadın əllərini yapışqan lentlə bağlayıblar. A.Xanayev oyuncaq tapançanı silah qismində istifadə edərək ər və arvaddan pul və qızılların yerini soruşub. Amma onlar pullarının olmadığını bildiriblər. Bu vaxt dəstə üzvləri əlləri bağlı olan ər və arvadı təpik və yumruq zərbələri ilə döyməyə başlayıb.

    Arvad və ər pulun yerini demədikdə, dəstə üzvləri kişinin cibindən 241 manat, qadının çantasından 52 manat, dəyəri 1000 manat olan iki ədəd üzüyü və qadının qulağından 342 manatlıq qızıl sırğanı götürüb hadisə yerindən qaçıblar.

    Fərhad və Vasif həmin pul və əşyaları A.Xanayevə verərək borclarını ödəyiblər.

    Hadisə barədə ailə dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərhad və Vasif saxlanılıb. Dəstə üzvlərinin saxlanıldığını eşidən A.Xanayev izi itirmək üçün Balakən rayonu ərazisindən sərhədi keçərək Gürcüstana, oradan da Rusiyaya yollanıb.

    Faktla bağlı cinayət işi başlanıb, Fərhadla Vasif həbs edilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə cəza verilsə də, A.Xanayevin yeri müəyyən edilmədiyindən o, beynəlxalq axtarışa verilib.

    Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları onu Moskvada saxlayaraq həbs edib və Azərbaycan tərəfinə təhvil veriblər.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xanayev 10 il azadlıqdan məhrum edilib.
    //oxu.az

  • Azərbaycanda talassemiya xəstəliyi aşkarlananların sayı artıb

    Ötən il Azərbaycanda 415 nəfərdə talassemiya xəstəliyi aşkarlanıb.

    Bu, “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.

    Qeyd olunub ki, bu say 2023-cü ildə 385 nəfər təşkil edib.

  • İlhamə Elşadqızı yenə də həbsdə qaldı

    Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anası Almaz Əskərova şahid kimi ifadə verməsi ilə bağlı müdafiə tərəfi vəsatət təqdim edib. Hakim vəsatətin natamam olmasını bildirərək onun yenidən tamamlanaraq təqdim edilməsini istəyib.

    Vəkil müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti yenidən təqdim etsə də, məhkəmə onun əsassız olduğunu bildirib və təmin etməyib.

    Sentyabrın 3-nə təyin edilən növbəti prosesdə təqsirləndirilənin anasının ifadəsi gözlənilir.

    Xatırladaq ki, İlhamə Əskərovaya qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddəni saxlama və ya daşıma) ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, “TikTok” əməliyyatları” çərçivəsində aparıcı Azər Zahid, Emin Abdullayev və digərləri saxlanılıblar. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.

    İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan müsabiqələrdə iştirakçı olub.
    //oxu.az

  • Azərbaycanda xüsusi icra məmurları fəaliyyətə başlayacaqlar

    Ölkəmizdə məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu yaradılır. Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən bu gün “Xüsusi icra məmurları haqqında” Qanun təsdiq edilib.

    Sözügedən qanuna əsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bu modelə görə məhkəmə və digər orqanların qərarlarının icrası həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçiriləcək.

    Xüsusi icra məmurları məcburi icra orqanı statusuna malik olacaqlar. Onlar cinayət, inzibati xəta, inzibati mübahisələrə dair işlər, dövlət orqanlarının tərəf olduqları digər işlər, məişət zorakılığından mühafizə, məcburi müalicə, uşağın mənafeyi ilə bağlı işlərdən (aliment istisna olmaqla) başqa bütün qərarların icrasını həyata keçirə biləcəklər. O cümlədən xüsusi icra məmurlarının fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə pul tələbləri ilə bağlı işlərin də xüsusi icra məmurları tərəfindən icrası nəzərdə tutulub.

    Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları xüsusi icra məmurları ola bilərlər. Xüsusi icra məmuru işləmək istəyən şəxslər test və müsahibədən ibarət olan müsabiqədən keçməklə ən azı 3 aylıq ilkin icbari hazırlığa və staj keçməyə cəlb olunacaqlar. Bundan sonra şəhadətnamə və xidməti vəsiqə veriləcək və onlar and içərək vəzifələrinin icrasına başlayacaqlar.

    Müstəqil şəkildə fəaliyyət göstərən bu şəxslər yalnız qanuna tabe olaraq göstərdikləri xidmətlərdən əldə etdikləri vəsaitlə özlərini maliyyələşdirəcəklər. Eyni zamanda, onlar xüsusi icra məmurlarının özünüidarə orqanı olan Xüsusi İcra Məmurlarının Palatasında birləşərək onun daxili idarəçilik qaydalarına əməl etməlidirlər.

    Qanunun tətbiqi ilə icra proseslərinin sürətlənməsi, vətəndaş məmnunluğunun artırılması, iş yerlərinin yaradılması, dövlət aparatının tədricən optimallaşması və yeni peşə mühitinin formalaşdırılması hədəflənib.

    Qeyd edək ki, xüsusi icra institutunun tətbiqinə başlanılması məqsədilə xüsusi icra məmurlarının şəhadətləndirilməsi, icbari təlimi və fəaliyyəti üçün zəruri olan hüquqi aktlar hazırlanmalı, eyni zamanda, bu sahədə institusional işlər aparılmalıdır. Bu səbəbdən xüsusi icra institutunun 2026-cı ildən tətbiqi nəzərdə tutulur.