Month: August 2025

  • Tülküləri qəfəsdə saxlayan “Yolüstü” restoranının sahibi cəzalandırılacaq

    Ələt-Astara magistral avtomobil yolunun kənarında fəaliyyət göstərən “Yolüstü” restoranının ərazisində qəfəsdə saxlanılan tülkülər təbiətə buraxılıb.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov məlumat verib. Onun sözlərinə görə, Dövlət Xidmətinin əməkdaşları tülkülərin qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan görüntüləri yerində araşdırıb:

    “Əraziyə keçirilən baxış zamanı vəhşi heyvanların qəfəsdə olmadığı müəyyənləşib. Restoran sahibi qeyd edib ki, görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tülkülər qəfəsdən çıxarılaraq təbiətə buraxılıb. Tülküləri qəfəsdə qanunsuz saxladığına görə restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görüləcək”.

  • Avropada yanğınlar davam edir: Ölənlər var

    Avropanın cənubunda meşə yanğınları tüğyan etməkdə davam edir. Ölənlərin sayı üç nəfərə çatıb.

    Bu barədə “ABC News” məlumat yayıb.

    Bölgədəki ölkələr güclü isti dalğasından sonra çoxlu yanğınla üzləşdiyindən yanğınla mübarizə üçün resurslar məhdud olub.

    Yunanıstanın qərbinə, Patras bölgəsinə və Zakintos adasına yardım göndərilib. Afina, həmçinin Tirananın cənubundakı yanğında Albaniyaya dəstək verib. Albaniyanın mərkəzində köhnə sursat anbarına yaxın olduqları üçün dörd kəndin sakinləri təxliyə edilib. Yunanıstanla sərhədə yaxın Korca bölgəsində İkinci Dünya müharibəsindən qalma mərmilər partlayıb.

  • Скончался блогер Селим Дадашов

    Скончался блогер Селим Дадашов.

    Информация о его кончине распространилась в социальных сетях.

    Причиной смерти стала печёночная недостаточность. В публикациях отмечено, что несколько дней назад он был помещен в отделение реанимации Клинического медицинского центра.

  • Bloqer Səlim Dadaşov vəfat edib

    Bloqer Səlim Dadaşov vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, Səlim Dadaşov qaraciyər çatışmazdığından vəfat edib. Paylaşımlarda onun bir neçə gün əvvəl Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyi qeyd olunub.

  • Azərbaycanda qadınlara dolğu və botoksla bağlı XƏBƏRDARLIQ

    “Bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunur”.

    Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır:

    “Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir.

    Vətəndaşlara tövsiyə olunur:

    – Yalnız dövlət qeydiyyatlı məhsullardan istifadə edən klinikalara müraciət edin.

    – Sosial şəbəkələrdə reklam olunan ucuz prosedurlara qarşı ehtiyatlı olun.

    – İstifadə edilən preparatın adını, istehsalçı ölkəsini, uyğunluq sertifikatını və qeydiyyat vəsiqəsini tələb edin.

    Qanunsuz və qeyri-peşəkar prosedurlar sağlamlığınıza ciddi ziyan vura bilər”.

  • Пресечена контрабанда в Азербайджан медикаментов и сигарет на полмиллиона манатов

    Разоблачена группа, пытавшаяся провезти в Азербайджан контрабандой крупную партию лекарств и сигарет.

    Как сообщает Oxu.Az, инцидент произошёл на таможенном посту “Красный мост” Товузского таможенного управления Государственного таможенного комитета, расположенного на административной территории Газахского района.

    Гражданин Турции Сакит Хасан (здесь и далее имена и фамилии условные), войдя в сговор с водителем фуры, гражданином Азербайджана Азадом Ахмедовым, пытались переправить через турецкую границу в Грузию, а оттуда в Азербайджан, медикаменты и сигареты на общую сумму 558 923 маната 49 гяпиков, приобретенных ими в Турции. Они были задержаны пограничниками на “Красном мосту”, когда везли контрабанду в Азербайджан. Выяснилось, что члены группы получили задаток за сбыт медикаментов и сигарет в Азербайджане.

    Злоумышленники были задержаны, по факту возбуждено уголовное дело и направлено в Гянджинский суд по тяжким преступлениям.

    Суд приговорил С.Хасана к 7 годам, а А.Ахмедова – к 6 годам и 6 месяцам лишения свободы.

  • Azərbaycana yarım milyon manatdan artıq qaçaqmal dərman gətirildi, sərhəddə yaxalandılar

    Azərbaycana qaçaqmal yolu ilə yarım milyon manatdan artıq dərman və siqaret keçirən dəstə ifşa olunub.

    Hadisə Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postunda baş verib.

    Türkiyə vətəndaşı olan Sakit Hassan (adı və soyadı şərtidir) Azərbaycan vətəndaşı olan TIR sürücüsü Azad Əhmədovla (adı və soyadı şərtidir) ilə əlbir olaraq Türkiyədən əldə etdikləri, ümumi dəyəri 558 min 923 manat 49 qəpiklik dərman preparatları və siqareti Türkiyə sərhədindən Gürcüstana keçirərək oradan Azərbaycana gətirmək istəyiblər. Dəstə üzvləri həmin dərman və siqaretləri Türkiyədən Gürcüstana keçirərək oradan Azərbaycana gətirərkən “Qırmızı Körpü”də sərhədçilər tərəfindən yaxalanıblar. Müəyyən edilib ki, dəstə üzvləri bu dərman və siqaretləri Azərbaycanda satmaq üçün beh də alıblar.

    Təqsirləndirilən şəxslər saxlanılıblar və faktla bağlı cinayət işi başlanaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məhkəmənin hökmü ilə Türkiyə vətəndaşı Sakit Hassan 7 il, Azərbaycan vətəndaşı Azad Əhmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
    //oxu.az

  • Pakistan prezidenti: “Azərbaycanla Ermənistan arasında sülh regiona sabitlik və rifah gətirəcək”

    “Azərbaycanla Ermənistan arasında əldə olunacaq razılaşma regionda davamlı sülh, sabitlik və rifahın başlanğıcı olacaq”.

    Median.Az APP-yə istinadla xəbər verir ki, bu fikri Pakistan Prezidenti Asif Əli Zərdari, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edərkən səsləndirib.

    Görüş zamanı iki ölkə arasında qarşılıqlı etimad, ortaq dəyərlər və maraqlara əsaslanan qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi müzakirə olunub.

    “Pakistan Azərbaycanı əsas strateji tərəfdaş kimi görür və xüsusilə ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Genişlənmiş ticarət əlaqələri, investisiya tərəfdaşlığı və regional nəqliyyat imkanlarının yaxşılaşdırılması iki ölkəni daha da yaxınlaşdıracaq və ortaq rifaha xidmət edəcək”, – deyə Asif Əli Zərdari vurğulayıb.

    Pakistan prezidenti, həmçinin qeyd edib ki, İslamabad münaqişələrin qarşılıqlı hörmət və anlayış əsasında dialoq yolu ilə, yəni dinc yolla həllinə inanır.

  • Bakının iki rayonunda ƏMƏLİYYAT – Həbs edilənlər var

    Bakının Xətai və Binəqədi rayonlarında 15 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunan 29 yaşlı Röyal Məmmədov və həmyaşıdı Cavad Məmmədov saxlanılıblar. Onlara məxsus mənzil və avtomobildən 15 kiloqram 460 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

    Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Xüsusi icra məmurları ilkin icbari hazırlıq keçəcəklər

    Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqə, habelə ilkin icbari hazırlıq və staj keçiləcək.

    Bu, Prezident İlham Əliyevin avqustun 13-də imzaladığı “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.

    Fərmana görə, Nazirlər Kabineti üç ay müddətində xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi qaydalarını, habelə xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarlarını və hədlərini, habelə standart haqq üzrə avansın məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.