Month: August 2025

  • Tələbələrin köçürülməsi üzrə nəticələr şəxsi kabinetlərə göndərilib

    Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak etmiş tələbələrin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib.

    Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, tələbələr 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq qəbul edilmiş qərarı təsdiq etməlidirlər: “Qeyd edək ki, qərar təsdiq edilmədiyi halda tələbələrin əmrləşməsi müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilməyəcək və müraciət ləğv ediləcəkdir”.

  • Камбоджийская разведка обвиняет Таиланд в подготовке покушений на лидеров Камбоджи

    Камбоджийская разведка считает, что Таиланд может планировать покушение на премьер-министра Камбоджи Хун Манета и председателя Сената (верхней палаты парламента) азиатской страны Хун Сена с использованием бомб с GPS-наведением.

    Об этом сообщила газета Khmer Times со ссылкой на источники в разведке.

    По их информации, Бангкок планирует использовать легкие штурмовики AT-6TH, оснащенные бомбами с наведением по GPS, для нанесения точечных ударов по обоим камбоджийским лидерам.

    В свою очередь, МИД Таланда опроверг опровергло утверждения о том, что Бангкок планирует покушение на лидеров Камбоджи.

    “Министерство иностранных дел категорически отвергает это безосновательное утверждение”, – говорится в заявлении внешнеполитического ведомства.

    Там подчеркнули, что распространение ложных новостей в разгар переговоров делегаций двух стран в Куала-Лумпуре “не только неконструктивно, но и грозит серьезно подорвать позитивный настрой дискуссий, направленных на мирное урегулирование ситуации”.

  • Tailand Kamboca liderlərinə qarşı sui-qəsd cəhdində ittiham edilib

    Kamboca kəşfiyyatı hesab edir ki, Tailand Kambocanın Baş naziri Hun Manet və Asiya ölkəsinin Senatının (parlamentin yuxarı palatasının) sədri Hun Senə qarşı sui-qəsd planlaşdıra bilər.

    Bu barədə “Khmer Times” qəzeti kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

    Onların məlumatına görə, Banqkok hər iki Kamboca liderinə dəqiq zərbələr endirmək üçün AT-6TH yüngül hücum təyyarələrindən istifadə etməyi planlaşdırır.

    Öz növbəsində, Tailand Xarici İşlər Nazirliyi (XİN) Banqkokun Kamboca liderlərinə qarşı sui-qəsd planlaşdırdığı iddialarını təkzib edib.

    “Xarici İşlər Nazirliyi bu əsassız iddiaları qəti şəkildə rədd edir”, – nazirliyin bəyanatında deyilir.

  • “Qəbələ” iki futbolçusu ilə müqavilə müddətini uzadıb

    “Qəbələ” iki futbolçusu ilə müqavilə müddətini uzadıb.

    Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Qədir Ramazanov və Elnur Mustafayevlə 3 illik müqavilə imzalanıb.

  • TƏBİB: В июле в центр скорой и неотложной медпомощи поступило 63 обращения в связи с солнечным ударом

    В июле в Республиканский центр скорой и неотложной медицинской помощи по Баку обратились 53 человека (18 женщин и 35 мужчин) с солнечным ударом.

    Об этом в ответ на запрос Report сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    В ведомстве заявили, что 28 из них были госпитализированы в медицинские учреждения, 21 человеку была оказана медицинская помощь на месте, четверо отказались от медуслуг:

    “6 человек были госпитализированы в медицинские учреждения на основе обращений, поступивших из Губинского, Агстафинского, Сабирабадского, Гаджигабульского, Нефтчалинского и Закатальского районов, а 4 человека получили медицинскую помощь на месте”.

  • Ötən ay Bakıda təcili yardıma günvurma ilə bağlı 53 müraciət qeydə alınıb

    İyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi olmaqla) müraciət edib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, onlardan 28 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım göstərilib: “Bakı şəhəri üzrə 4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb. Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib”.

  • Keçmiş FIFA referisi 43 yaşında vəfat edib

    Vyetnamlı keçmiş FIFA referisi Çan Din Tin 43 yaşında vəfat edib.

    Bu barədə Vyetnam Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

    Beynəlxalq dərəcəli hakim dözümlülük testi zamanı huşunu itirib. Ona ilk yardım göstərilib, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, referi 2019-cu ildə FIFA-nın bayrağı altında bir sıra matçlarda idarəçilik edib.

  • Госслужба сообщает о двукратном росте числа уязвимых государственных информационных ресурсов

    Госслужба специальной связи и информационной безопасности Азербайджана за первые семь месяцев текущего года выявила уязвимости в 930 информационных ресурсах государственных учреждений, что вдвое превышает показатели аналогичного периода прошлого года.

    Как сообщает Report, данные получены в результате аудитов, пентестов и регулярного мониторинга.

    Во все затронутые государственные органы были направлены официальные уведомления о необходимости устранения обнаруженных проблем безопасности.

    Только в июле были обнаружены уязвимости в 28 информационных ресурсах, что на 53% меньше по сравнению с прошлогодним показателем.

    В целом в прошлом году уязвимости были выявлены в 857 информационных ресурсах государственных учреждений Азербайджана.

  • Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 2 dəfə artıb

    Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 930 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

    “Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

    Təkcə iyulda isə 28 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 53 % azdır.

    Xatırladaq ki, ötən il dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 23 % çoxdur.

  • Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq – PROQNOZ

    Azərbaycanda avqustun 6-da bəzi yerlərdə 40, bəzilərində 41 dərəcə isti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 26-30, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.