Month: August 2025

  • “Baker Tilly Azərbaycan”dan işdən çıxarılan Fərhad Pərvizi ilə bağlı açıqlama

    “Baker Tilly Audit Azərbaycan” şirkətində 1 il müddətində Biznes və Məsləhət Xidmətləri Direktoru vəzifəsində çalışan Fərhad Pərvizi 4 avqust 2025-ci il tarixində şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb.

    Bu barədə “APA-Economics”ə şirkətdən bildirilib.

    Qeyd edilib ki, o, bu qərarı öz yeni biznes fəaliyyətinə başlamaq və şəxsi layihələrinə daha çox vaxt ayırmaq məqsədilə verib.
    Fərhad Pərvizi ilə əməkdaşlıq qarşılıqlı anlaşma və peşəkar yanaşma çərçivəsində rəsmi olaraq tamamlanmış, onun şirkətlə olan bütün hüquqi və ictimai əlaqələri, o cümlədən Linkedin profili üzərindən rəsmən sonlandırılıb.

    Əmək fəaliyyəti dövründə Fərhad Pərvizinin peşəkar xidmətləri hər zaman yüksək qiymətləndirilmiş və məmnunluqla qarşılanıb:
    “Təəssüflə qeyd edirik ki, bu gün bəzi sosial media istifadəçiləri və səhifələri tərəfindən yayılan əsassız və yönləndirilmiş məlumatlar ictimai rəyi çaşdırmağa xidmət edir. Yayılan iddialar həqiqəti əks etdirmir və “Baker Tilly Azərbaycan” bu cür yanaşmaları qərəzli və məqsədli nüfuz zədələməsi kimi qiymətləndirir.

    “Baker Tilly Azərbaycan”, 18 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərən və beynəlxalq “Baker Tilly” şəbəkəsinin etibarlı üzvü olaraq, vergi, audit, hüquq və məsləhət xidmətləri sahəsində peşəkar tərəfdaş kimi tanınır. Şirkət peşəkarlıq, şəffaflıq və etik dəyərlərə sadiqliyini bu gün də qorumaqdadır və gələcək fəaliyyətində də bu prinsiplərə sadiq qalacaqdır”.

  • Avropanın səmasında “qalxan”: NATO-nun ən sürətli 10 qırıcı təyyarəsi

    1944-cü ildə Almaniyanın ilk reaktiv qırıcı təyyarəsi “Messerschmitt Me 262″ni havaya qaldırmasından sonra, hərbi aviasiyada yeni bir dövr başlandı. O vaxtdan bəri reaktiv qırıcılar yalnız güc simvolu deyil, həm də yüksək texnologiyalı sürət, çeviklik və silahlanma imkanları ilə seçilən döyüş maşınlarına çevrilib.

    Qaynarinfo xəbər verir ki, 1949-cu ildə yaradılan NATO alyansı isə bu sahədə dünya səviyyəsində ən qabaqcıl döyüş təyyarələrinin birgə hazırlanmasına və istifadəsinə töhfə verir. ABŞ mətbuatında yer alan “Slashgear” nəşri hazırda NATO ölkələrinin arsenalında olan ən sürətli 10 qırıcı təyyarənin siyahısını təqdim edib.

    NATO-nun ən sürətli 10 qırıcı təyyarəsi:

    1. “Boeing F-15EX Eagle II” – 2,5 Ma (təqribən 3 062 km/saat)

    2021-ci ildə təqdim olunan bu təyyarə, F-15 modelinin ən yeni versiyasıdır. Açıq proqram arxitekturası, yüksək daşıma qabiliyyəti (13 tonadək) və 18 kilometrədək yüksəlmə bacarığı ilə seçilir. ABŞ bu modellə parkını yeniləməyə başlayıb, Polşa isə Avropada bu təyyarəni ilk əldə edən NATO ölkəsi olacaq.

    2. “McDonnell Douglas F-15 Eagle” – 2,5 Ma (3 062 km/saat)

    1970-ci illərdə yaradılan bu orijinal model bu gün də döyüş imkanlarına görə güclü hesab olunur. İki ədəd “Pratt & Whitney” mühərriki və 7 tonadək silah daşıma qabiliyyəti ilə diqqət çəkir.

    3. “Dassault Mirage 2000” – 2,2+ Ma (təqribən 2 697 km/saat)

    Fransız istehsalı olan bu kompakt və çevik təyyarə nüvə silahı daşıma qabiliyyətinə malikdir. Deltaya bənzər qanad forması və SNECMA M53 mühərriki sayəsində yüksək sürətə çata bilir. 600 ədəd istehsal olunan bu modelin yarısı ixrac olunub.

    4. “Lockheed Martin F-22 Raptor” – 2,25 Ma (təqribən 2 755 km/saat)

    Dünyanın ilk beşinci nəsil qırıcısı olan “Raptor”, stealth (radara görünməzlik) texnologiyası, “qızılı” kokpit şüşəsi və 2 700 km/saatdan artıq sürəti ilə fövqəladə təhlükəli hesab olunur.

    5. “Eurofighter Typhoon” – 2 Ma (təqribən 2 450 km/saat)

    Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın birgə layihəsi olan bu təyyarə Avropa aviasiyasının qürurudur. Sürət, çeviklik və 3 700 km-dən çox uçuş məsafəsi ilə seçilir.

    6. “Lockheed Martin F-16 Fighting Falcon” – 2 Ma (təqribən 2 450 km/saat)

    Dünya üzrə geniş istifadə olunan bu model yüksək manevr qabiliyyəti və münasib qiymət-əməliyyat dəyəri ilə məşhurdur.

    7. “Saab JAS 39 Gripen” – 2 Ma (təqribən 2 450 km/saat)

    İsveç istehsalı olan bu çoxməqsədli təyyarə NATO standartlarına uyğunlaşdırılıb. Kompakt dizayna və yüksək manevr xüsusiyyətlərinə malikdir.

    8. “Boeing F/A-18E/F Super Hornet” – 1,89 Ma (təqribən 2 315 km/saat)

    ABŞ Hərbi Dəniz Qüvvələrinin əsas döyüş təyyarəsi olan bu model güclü silah sistemləri və daşıyıcı əsaslı istifadəyə uyğun dizaynı ilə seçilir.

    9. “Dassault Rafale” – 1,8 Ma (təqribən 2 205 km/saat)

    Fransanın çoxfunksiyalı qırıcısı olan “Rafale”, həm quru, həm də daşıyıcı bazalı əməliyyatlara uyğundur. Stealth elementləri və müasir avionikası ilə seçilir.

    10. “Lockheed Martin F-35 Lightning II” – 1,6 Ma (təqribən 1 960 km/saat)

    Beşinci nəsil qırıcının əsas üstünlüyü stealth texnologiyası və şəbəkə əsaslı döyüş imkanlarıdır. Sürəti digər qırıcılarla müqayisədə nisbətən az olsa da, çoxməqsədli qabiliyyətləri ilə üstünlük qazanır.

    Bu qırıcılar təkcə sürətləri ilə deyil, həm də müasir döyüş taktikalarına cavab verən texnoloji üstünlükləri ilə NATO-nun hava üstünlüyünü təmin edir.

  • Süni uşaq qidalarının “əl yandıran” qiymətləri – Araşdırma

    Son dövrlərdə süni uşaq qidalarının qiymətində müşahidə olunan artım valideynləri ciddi şəkildə narahat edir. Körpələrin sağlam inkişafı üçün həyati əhəmiyyət daşıyan bu məhsulların əlçatan olmaması bir çox ailə üçün əlavə maliyyə yükünə çevrilib.

    Xüsusilə ana südü ilə qidalandırmaq imkanı olmadığı hallarda süni qidalar alternativ deyil, zərurətə çevrilir. Lakin bu zərurət valideynlərin büdcəsini aşan səviyyədə baha başa gəlir. Hazırda bazarda satılan tanınmış brendlərə aid süni qidaların qiyməti aylıq olaraq yüzlərlə manata qədər qalxa bilir. Bu isə minimum gəlirli və ya birdən çox uşağı olan ailələr üçün böyük çətinliklər yaradır.

    Çətinliklər sırasında süni uşaq qidalarının hər kəs üçün əlverişli qiymətdə olmaması da var.

    Misal üçün İspaniya istehsalı olan keçi südündən hazırlanan “Mamako” uşaq qidası yalnız xüsusi mağazada və barmaqla sayılacaq apteklərdə satılır.

    Ölkəyə gətirilən uşaq qidasının niyə bütün market və ya apteklərdə deyil, məhz bir neçə mağazada satılması da sual doğuran məqamlardandır.

    Maraqlı olan məqamlardan biri də həmin qidanın Bakıda satışı ilə məşğul olan şirkətin klinikalarda üstüörtülü reklamının aparılmasıdır. Belə ki, klinikaların doğum şöbələrində ana südü ilə qidalana bilməyən uşaqlara məhz həmin qidanın verilməsidir. Daha sonra həmin qidanın satışı ilə məşğul olan şirkətin vizit kartının yeni ana olan qadınlara verilərək “qidaları burdan əldə edə bilərsiniz” deyilməsidir.

    Əlçatmaz uşaq qidaları sırasında təkcə “Mamako” deyil, “Nenni”, “Kendamil”, “Kabrita” kimi keçi südündən hazırlandığı deyilən qidalar da daxildir. Bu qidalar əlçatmaz olmaqla yanaşı, qiymət baxımından “əl yandıran” qidalar kateqoriyasına aiddir.

    Keçi südündən hazırlanan süni uşaq qidalarının qiymətini təqdim edirik:

    “Mamako” uşaq qidasının 400 ml – 50.50 AZN
    “Mamako” uşaq qidasının 800 ml -94.50 AZN
    “Nenni” uşaq qidasının 800 ML -115.40
    “Kabrita” uşaq qidasının 400 ml -70.40 AZN
    “Kabrita” uşaq qidasının 800 ml- 127.95 AZN
    “Kendamil” uşaq qidasının 800 ml -109 AZN-dir.

    Süni uşaq qidalarının qiymətinin niyə bu qədər baha olması ilə bağlı “Azad İstehlakçılar Birliyi”nin Eyyub Hüseynova sual ünvanladıq.

    O, AZXEBER.COM-a açıqlamasında deyib kı, qiymət siyasəti özü-özünü tənzimləyir və bu səbəbdən uşaq qidası istənilən qiymətə satıla bilər:

    “İlk onu qeyd edim ki, ölkədə illər öncə erkən yaşlı körpələrin qidalandırılmasına dair qanun qəbul olunub. Həmin qanunun bir sıra maddələrində çox istehlakçılar üçün əhəmiyyətli olan anlar var. Belə ki, qanun körpə qida distributorlarının pediatrlarla əlaqəsini qadağan edir. İllər boyu da “Azad İstehlakçılar Birliyi” bu məsələni təqib edir. Acı da olsa qeyd edim ki, Azərbaycanda ana südü ilə əmizdirmə faizi Avropa ölkələrindən xeyli geri qalır.

    İllərdir ki, Azərbaycanda ana südü ilə əmizdirmə faizinin 44 faiz olduğunu düşünürdüm. Lakin bu ilin martında Beynəlxalq Uşaq Təşkilatı Azərbaycanda tədbir keçirdi, ölkənin məsul şəxslərindən biri ana südü ilə əmizdirmə faizinin 28 faiz olduğunu bildirdi. Belə bir şəraitdə, əlbəttə, körpə qıdaları baha olacaq, çünki tələb təklifi üstələyir”.

    Eyyub Hüseynov süni uşaq qida distributorlarının pediatrlarla əməkdaşlıq etdiklərini deyib:

    “Körpə qida distributorları pediatrlarla sıx əlaqədə işləyirlər, yəni pediatrlara haqq verirlər və Azərbaycan dünyanın az ölkələrindən biridir ki, körpə doğulanda anadan ayrılırlar, hansı ki, 3 saat ananın sinəsi üzərində qalmalıdır. Doğum evlərində pediatrlar körpə anadan olan kimi süni qida ilə qidalandırırlar. Bu çox pis bir haldır və Azərbaycanda ana südü ilə əmizdirmə faizi aşağı düşdüyü üçün problemlər də yaşanacaqdır. Təkcə qidanın qiymətində deyil, uşaqların intellektual məsələsində də problemlər olacaqdır. “Azad İstehlakçılar Birliyi” sədri olaraq biz İBFAN deyilən, ana südü ilə əmizdirməyə dair beynəlxalq bir şəbəkənin üzvüyük. Dəfələrlə beynəlxalq tədbirlərdə iştirak emişəm. Azərbaycanda süni qidaların niyə belə baha olması bizi çox maraqlandırır. Biz pediatrlarla süni qida distribütorlarının əlaqəsini kəsmək üçün çox iş görmək istəyirik. Bir hadisəni xüsusi qeyd edim ki, bundan sui- istifadə edən insanlar 5 il öncə Azərbaycanda eşşək firması açmaq istədilər.

    İddia edirdilər ki, guya eşşək südü anan südünə əvəzdir. Həddindən artıq primitiv, axmaq yanaşmadır. O firmanın açılmasının qarşısını biz aldıq. Bir sözlə, qiymətin baha olması, hökumətin bu qiymət siyasətinə qarışmaması, qıda distribütorləri ilə pediatrların sıx əlaqəsi onlara haqq verilməsi, tələbin təklifi üstələməsi məsələsi kimi çox təəssüfedici hallar var və bunun qarşısı mütləq hökumət səviyyəsində alınmalıdır”.

  • NASA: США хотят первыми доставить реактор на Луну, чтобы занять ее лучшую часть

    США намерены установить на Луне ядерный реактор в рамках подготовки к долгосрочному присутствию на естественном спутнике Земли и будущим пилотируемым полетам на Марс.

    Об этом заявил исполняющий обязанности главы NASA, министр транспорта США Шон Даффи на пресс-конференции, посвященной вопросам регулирования беспилотных аппаратов.

    По его словам, использование ядерной энергии на Луне позволит создать устойчивую инфраструктуру и обеспечить энергией будущую лунную базу. “Послушайте, это не новая концепция. Она обсуждалась ещё при первом сроке Дональда Трампа, затем при Джо Байдене. Мы участвуем в гонке — в гонке за Луну, в гонке с Китаем. А чтобы иметь базу на Луне, нам нужна энергия”, — подчеркнул глава NASA.

    Даффи отметил, что особенно перспективным является участок Луны, где имеются солнечный свет и залежи льда. “Мы хотим добраться туда первыми и занять эту территорию для Америки”, — заявил он.

    Как отметил руководитель NASA, солнечная энергия не в полной мере может обеспечить потребности в электроэнергии, необходимых для поддержания жизни. “Для этого потребуется технология деления ядра. Причем не в масштабах крупных электростанций — речь идет о мощности в 100 кВт, что эквивалентно потреблению домом площадью около 186 квадратных метров за три с половиной дня”, — пояснил Даффи.

    По его словам, в отдельных районах Луны можно будет использовать солнечную энергию, однако именно ядерная технология обеспечит стабильный источник питания в условиях длительного лунного пребывания. “Мы уже потратили сотни миллионов долларов на изучение такой возможности. Теперь переходим от изучения к практике”, — отметил он.

    “Если мы действительно хотим поддерживать жизнь на Луне, а затем отправиться на Марс, без этой технологии нам не обойтись”, — заключил Шон Даффи.

  • NASA: ABŞ Ayın ən yaxşı hissəsini tutmaq üçün reaktoru ilk çatdırmaq istəyir

    ABŞ Yerin təbii peykində uzunmüddətli mövcudluğa və gələcəkdə pilotla Marsa uçuşlara hazırlıq məqsədilə Ayda nüvə reaktoru quraşdırmaq niyyətindədir.

    Bunu NASA-nın rəhbəri vəzifəsini icra edən, ABŞ-nin nəqliyyat naziri Şon Daffi pilotsuz aparatların tənzimlənməsinə həsr olunmuş mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, Ayda nüvə enerjisindən istifadə dayanıqlı infrastruktur yaradacaq və gələcək Ay bazasını enerji ilə təmin edəcək. “Qulaq asın, bu yeni konsepsiya deyil. Bu, Donald Trampın birinci prezidentlik dövründə, sonra Cozef Baydenin dövründə müzakirə olunub. Biz yarışdayıq – Ay yarışında, Çinlə yarışdayıq. Ayda bazaya sahib olmaq üçün bizə enerji lazımdır”, – NASA rəhbəri vurğulayıb.

    Daffi qeyd edib ki, Ayın günəş işığı və buz yataqları olan ərazisi xüsusilə perspektivlidir. “Biz ora birinci çatmaq və Amerika üçün bu ərazini tutmaq istəyirik”, – o deyib.

    NASA rəhbəri qeyd edib ki, günəş enerjisi həyatı təmin etmək üçün lazım olan enerji ehtiyacını tam ödəyə bilməz. “Bunun üçün nüvə parçalanması texnologiyası tələb olunacaq. Həm də böyük elektrik stansiyalarının miqyasında deyil – söhbət 100 kVt gücdən gedir ki, bu da təxminən 186 kvadratmetrlik bir evin üç yarım gün ərzində istehlakına bərabərdir”, – Daffi izah edib.
    //report

  • Автогонщик в США погиб при попытке установить мировой рекорд скорости

    Американский автогонщик Крис Рашке погиб при попытке установить мировой рекорд скорости на солончаках в штате Юта.

    Об этом сообщает пресс-служба Ассоциации хронометража Южной Калифорнии.

    Согласно информации, 60-летний гонщик разогнался до 450 км/ч, после чего потерял управление и разбился. Медики пытались спасти Рашке, но он скончался от полученных травм.

  • ABŞ yarış avtomobili sürücüsü dünya sürət rekordunu vurmağa cəhd edərkən ölüb

    ABŞ-li yarış avtomobili sürücüsü Kris Raşke Yuta dünya sürət rekordu vurmağa cəhd edərkən ölüb.

    Bu barədə Cənubi Kaliforniya Zamanlama Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

    60 yaşlı sürücü idarəetməni itirərək qəzaya uğramazdan əvvəl 285 mil/saat (450 km/saat) sürətə çatıb. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, o aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

  • Xocalıda yanğınlar davam edir

    Xocalıda otlaq sahəsində yanğınlar davam edir.

    Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

    Qeyd edək ki, avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

  • Peskov: Rusiya lazım gəldikdə müvafiq addımlar atmaq hüququna malikdir

    Rusiya daha orta və qısa mənzilli raketlərin yerləşdirilməsi məsələlərində heç nə ilə məhdudlaşdırılmayıb.

    Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
    Onun sözlərinə görə, Rusiya lazım gəldikdə müvafiq tədbirlər görmək hüququna malikdir.
    “Rusiyanın artıq bu məsələdə heç bir məhdudiyyəti yoxdur. Ölkə artıq özünü nə iləsə məhdudlaşdırılmış hesab etmir. Rusiya lazım gəldikdə müvafiq addımlar atmaq hüququna malik olduğunu hesab edir”, – o qeyd edib.
     
    ///report

  • “Şkendiya”və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Şkendiya” (Şimali Makedoniya) və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

    “Todor Proeski” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-də başlayacaq.
    Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
    “Qarabağ”: Kochalski, Silva, Zoubir, Addai, Mustafazade, Leandro Andrade, Kady, T. Bayramov, Pedro Bicalho, Medina, Akhundzade
    “Şkendiya: Gaye, Trumçi, Ramadani, Cake, Alhassan, B. Ibraimi, Krasniqi, Webster, Fetai, Tamba, Latifi.