Month: August 2025

  • Şəmkirdə 140 min tona yaxın kartof yığılıb

    Şəmkir rayonunda kartof sahələrindən kartof yığımı davam edir.

    Cari ilin məhsulu üçün Şəmkirdə 6615,2 hektar sahədə kartof əkilib. Son statistik məlumatlara görə, əkilmiş sahələrin 4802hektarında məhsul yığımı artıq başa çatıb.

    Fermerlər tərəfindən ümumilikdə 133,975 ton məhsul yığılıb, orta məhsuldarlıq hər hektara görə 278 sentner təşkil edib.

    Yerli fermerlər bildirib ki, bu il becərdikləri kartof sahəsinin hər hektarından topladıqları məhsul nəzərdə tutduqlarından da artıqdır və məhsuldarlıq yüksək səviyyədədir.

  • Ermənistan hərbi təlimə hazırlaşır

    Ermənistan ABŞ-lə birgə hərbi təlim keçirəcək.

    Median.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, avqustun 12-dən 20-dək Ermənistanda “Qartal tərəfdaşı 2025” adlı Ermənistan-ABŞ birgə təlimi keçiriləcək.

    Təlimdə Ermənistanın sülhməramlı briqadasının şəxsi heyəti, ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı briqadası və Kanzasda yerləşən Milli Qvardiyanın hərbçiləri iştirak edəcəklər.

    Təlimdə əsas diqqət tibbi evakuasiya prosedurlarına xüsusi diqqət yetirilməklə sülhməramlı əməliyyatların hazırlanması və icrasına yönəldiləcək.

  • 27 yaşlı azərbaycanlı gənc Serbiyada faciəvi şəkildə öldü

    27 yaşlı Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılaraq ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran şəhər sakini 1998-ci il təvəllüdlü Həsən Mənsubov işləmək üçün Serbiya Respublikasına gedib.

    Bir neçə gün bundan əvvəl o, yüksək mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan H.Mənsubov Serbiyada xəstəxanaların birinə yerləşdirilib və 4 gün komada qalıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər və o, aldığı xəsarətlərdən ölüb.

    Onun meyitinin bu gün Lənkərana gətirilərək dəfn olunacağı bildirilir.

    Qeyd edək ki, Həsən idmanın ağır atletika növü ilə məşğul idi.

  • В Турции отреагировали на возможность передачи РФ фигурантов дела о теракте в “Крокусе”

    Турция обменивается с Россией информацией по делу о теракте в подмосковном концертном комплексе “Крокус Сити Холл”, детали не разглашаются, при этом турецкая сторона не комментирует возможность выдачи РФ фигурантов.

    Как передает Median.Az, об этом заявил РИА Новости турецкий источник в профильном ведомстве.

    Как ранее передавало РИА Новости со ссылкой на имеющиеся в распоряжении материалы дела, предполагаемый исполнитель теракта в “Крокус Сити Холле” Мухаммадсобир Файзов признался, что его брат, который проживает в Турции, также является участником преступления и членом ИГИЛ. Брат Файзова объявлен в розыск.

    “Страны обмениваются необходимой информацией, детали не разглашаются”, – заявил собеседник агентства.

    На уточняющий вопрос о возможности выдачи Турцией РФ фигурантов дела, источник отметил, что такой информации нет.

    “Без комментариев”, – добавил он.

    Террористический акт в концертном зале “Крокус Сити Холл” в подмосковном Красногорске произошел 22 марта 2024 года: нападавшие открыли огонь из автоматического оружия по находившимся в здании людям и подожгли зрительный зал. В результате погибли 149 человек, пострадали более 600. Причиненный ущерб составил 5.7 млрд рублей (более 120 млн манатов – ред.).

    Дело в отношении фигурантов поступило во 2-й Западный окружной военный суд для рассмотрения по существу.

  • Türkiyə “Crocus” terroru ilə bağlı Rusiya ilə məlumat mübadiləsi aparır

    Türkiyə Rusiya ilə Moskva vilayətində “Krokus Siti Holl”da baş verən terror aktı ilə bağlı məlumat mübadiləsi aparır, lakin detallar açıqlanmır. Türkiyə tərəfi şübhəlilərin Rusiyaya təhvil verilməsi məsələsini şərh etməkdən imtina edir.

    Bu barədə “RİA Novosti” agentliyinə Türkiyənin müvafiq qurumundakı mənbə bildirib.

    “Ölkələr zəruri məlumatları mübadilə edirlər, detallar açıqlanmır”, – deyə agentliyin həmsöhbəti bildirib.

    Qeyd edək ki, bir müddət əvvəl “Crocus City Hall “da terror aktını həyata keçirməkdə şübhəli bilinən Muhammasobir Fayzov etiraf edib ki, Türkiyədə yaşayan qardaşı da cinayətdə iştirak edib. Onun sözlərinə görə, qardaşı İŞİD üzvüdür. Fayzovun qardaşı axtarışa verilib.

    Türkiyənin işdə adı keçən şəxsləri Rusiyaya təhvil vermək ehtimalı ilə bağlı dəqiqləşdirici suala mənbə qeyd edib ki, bu barədə məlumat yoxdur.

    “Şərhsiz”, – deyə o əlavə edib.

    Cinayətdə adı keçən şəxslərlə bağlı iş mahiyyəti üzrə baxılması üçün ikinci Qərb dairə hərbi məhkəməsinə göndərilib.

    Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı – Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd edib, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıb. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.

  • Sabirabadda azyaşlılara əxlaqsız hərəkət edən şəxs saxlanıldı – Video

    Sosial şəbəkələrdə Sabirabadda kişinin azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələ ilə bağlı məlumat yayaraq həmin şəxsin saxlanıldığını bildirib:

    “Görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilərək dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılıb”.

    O qeyd edib ki, faktla bağlı araşdırmalara başlanılıb və həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün tədbirlər görülür.

  • Azərbaycanda deputat xadiməni MƏHKƏMƏYƏ VERDİ

    Naxçıvan Ali Məclisinin deputatı Əli Abbasov sosial şəbəkədə haqqında yayılan məlumatlara görə məhkəməyə müraciət edib.

    Median.Az modern.az-a istinadən xəbər verir ki, deputat 27 iyun 2025-ci il tarixində xadimə işləyən Pərvin Məmmədovanın (şərti ad) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən, böhtan xarakterli paylaşımlar etdiyini əsas gətirərək, həmin şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verib.

    Ərizədə qeyd olunur ki, Pərvin adlı şəxs deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi əsassız ittihamlar irəli sürüb.

    Deputatın nümayəndəsi şikayət ərizəsini düzgün hazırlamadığı üçün məhkəmə işi icraata götürməkdən imtina edib.

  • Məktəblilərimiz üç medal qazandılar

    27 iyul-3 avqust tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) iştirak edən komandamız 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb.

    Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri, 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medala, Bakı şəhəri, Ankara liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq görülüb.

    Məktəblilərimiz sözügedən olimpiadada 1994-cü ildən iştirak edir. 1994-1999-cu illərdə 2 medal, 2000-2009-cu illərdə 2 medal, 2010-2019-cu illərdə 1 medal, 2020-2025-ci illərdə 11 medal qazanıblar (https://stats.ioinformatics.org/results/AZ).

    Qeyd edək ki, cari tədris ilində 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanmaqla şagirdlərimiz ölkə olaraq tariximizin ən yüksək nəticəsinə imza atıblar. Həmçinin iki şagirdimiz dünya məktəbliləri arasında ilk yüzlükdə qərarlaşıb.

    Son illərdə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

  • Sabunçuda yanğın olub

    Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 15 m² olan metaldan ibarət konteynerin və bitişik sahəsi 25 m² olan tikilinin yanar konstruksiyaları yanıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Konor Makqreqor yenidən UFC-yə qayıtdı

    Motivasiyasızlıq və fiziki yorğunluq səbəbilə UFC-dən uzaqlaşan ikiqat çempion, irlandiyalı döyüşçü Konor Makqreqor yenidən “səkkizbucağ”a qayıdır.

    O, artıq dopinq və qadağan olunmuş maddələrlə bağlı testdən keçib.

    Bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.

    Onun UFC ilə müqaviləsi başa çatmaq üzrədir. Konor iki dəfə döyüşmək istəyir, bundan sonra BKFC-yə keçməyi düşünür. Makqreqorun mümkün rəqiblərindən biri amerikalı Maykl Çandlerdir.

    Qeyd edək ki, Makqreqor 2021-ci ilin iyul ayında baş tutan sonuncu görüşündə Dastin Puaryeyə texniki nokautla məğlub olmuşdu.

    Xatırladaq ki, K.Makqreqorun karyerasında 22 qələbə və 6 məğlubiyyət var.