Month: August 2025

  • Məhəmməd Əl Bəşir: “Azərbaycan qazının Suriyaya çatdırılması ölkənin bərpasına dəstəkdir”

    “Azərbaycan qazının Suriyaya çatdırılması ölkənin bərpası istiqamətində dəstəkdir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbirdə deyib.

    “Uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkür edirəm”, – o deyib.

  • Kolumbiyanın sabiq prezidenti 12 il azadlıqdan məhrum edilib

    Kolumbiya məhkəməsi ölkənin sabiq prezidenti Alvaro Uribeni 12 il ev dustaqlığına məhkum edib.

    Bu barədə “Caracol” xəbər portalı məlumat yayıb.

    Kolumbiyanın 2002-2010-cu illərdə prezidenti olan Alvaro Uribe fırıldaqçılıq və rüşvətxorluqda ittiham olunur.

    Bundan əlavə A.Uribe 822 min dollar cərimə olunub və səkkiz ildən artıq dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

  • Xaçmazda sürücü sükan arxasında ürəktutmasından ölüb, avtomobil ayırıcı zolağa çırpılıb

    Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağa çırpılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən sürücünün qəzadan əvvəl ürəktutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

    Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar havaların isti keçməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir: “Eyni zamanda, belə hallarla mübarizədə yaxın ətrafın rolu da vacibdir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar. Unutmayaq: Sağlamlığımızın risk altında olduğunu bildiyimiz halda sükan arxasına əyləşmək – qəzanı yolumuza “dəvət” etmək deməkdir! Qəzadan uzaq olaq!”.

  • Mikayıl Cabbarov: “Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı mühüm və tarixi hadisədir”

    “Bu gün Azərbaycandan Suriyaya təbii qaz təchizatının başlanması ölkələr arasında əməkdaşlıq tarixində mühüm və tarixi hadisədir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan qazının Suriyaya nəqli ilə bağlı keçirilən tədbirdə deyib.

    “Bu əlamətdar addım Azərbaycan, Türkiyə, Qətər və Suriya dövlət rəhbərlərinin güclü siyasi iradəsinin, regionda davamlı sülhə sadiqliyinin və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş birgə səylərinin nəticəsidir. Azərbaycan və Suriya prezidentləri arasında bu ilin aprelin 11-də Antalyada keçirilmiş görüşdə, eləcə də iyulun 12-də Azərbaycana dövlət səfəri çərçivəsində baş tutan danışıqlarda enerji sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmış, Azərbaycanın bu sahədə Suriyaya dəstəyinin vacibliyi qeyd olunub”, – nazir qeyd edib.

    Onun sözlərinə görə, Suriyanın enerji sahəsində üzləşdiyi ciddi çətinliklər fonunda Azərbaycan qazının bu ölkəyə ixracı enerji təhlükəsizliyinə mühüm töhfə vermək məqsədi daşıyır:

    “Məhz bu səbəbdən ali rəhbərlik tərəfindən layihənin qısa müddətdə icrası üçün müvafiq göstərişlər verilib və təxirəsalınmaz tədbirlər görüb.

    Layihənin uğurla həyata keçirilməsində Türkiyənin dəstəyi həlledici rol oynayıb. Azərbaycan və Türkiyə arasında enerji də daxil olmaqla bütün sahələrdə mövcud olan strateji əməkdaşlıq bu layihəyə də əhəmiyyətli töhfə verib. İki qardaş ölkə olaraq Suriyanın bərpası və inkişafı istiqamətində birgə səylərimizi davam etdiririk”.

    M.Cabbarov bildirib ki, Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya çatdırılması ölkəmizin enerji ixracı tarixində yeni mərhələ olmaqla yanaşı, Cənubi Qafqaz ilə Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur:

    “İlkin mərhələdə Suriyaya tədarük olunacaq qazın illik həcmi 1.2 milyard kubmetrə qədər nəzərdə tutulur. Bu təchizatın Suriyada iqtisadiyyatın bərpası və əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayacağına inanırıq.

    Bugünkü əhəmiyyətli hadisə Azərbaycan və Suriya arasında neft-qaz sektorunda əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Əminik ki, bu tərəfdaşlıq qarşılıqlı iqtisadi inkişafı təşviq etməklə yanaşı, regional enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də birgə investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına möhkəm zəmin yaradacaq”.

  • Неджмеддин Дёнмез: Поставки азербайджанского газа в Сирию через Турцию укрепят наше сотрудничество

    Экспорт азербайджанского газа в Сирию через Турцию еще больше укрепит энергетические связи с братскими странами.

    Как сообщает корреспондент Report из Килиса, об этом журналистам заявил председатель районной организации правящей Партии справедливости и развития Турции (АК Parti) Эльбейли Неджмеддин Дёнмез перед церемонией открытия газопровода Турция – Сирия.

    Он отметил, что экспорт азербайджанского газа в Сирию через территорию Турции укрепит сотрудничество между двумя странами в энергетической сфере.

    “Доставка азербайджанского газа в Сирию через нашу страну еще больше укрепит наши энергетические связи с братскими странами. Я горжусь тем, что являюсь участником этого исторического события”, – добавил представитель АК Parti.

    Дёнмез подчеркнул, что этот важный проект имеет стратегическое значение для всех трех стран.

    “Я верю, что этот шаг будет полезен как для Турции, так и для Азербайджана и Сирии. Надеюсь, что Азербайджан и в дальнейшем будет выступать с активными инициативами в вопросах восстановления Сирии и обеспечения энергетической безопасности”, – подчеркнул он.

  • Necmettin Dönmez: “Azərbaycan qazının Suriyaya ixracı enerji əməkdaşlığını gücləndirəcək”

    “Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı qardaş ölkə ilə enerji əlaqələrini daha da gücləndirəcək”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Elbeyli rayon təşkilatının sədri Necmettin Dönmez Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimindən əvvəl jurnalistlərə açıqlamasında səsləndirib.

    O bildirib ki, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı möhkəmləndirəcək:

    “Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya çatdırılması qardaş ölkələrlə enerji bağlarımızı daha da möhkəmləndirəcək. Bu tarixi hadisənin iştirakçısı olmaqdan qürur duyuram”.

    N.Dönmez qeyd edib ki, bu mühüm layihə hər üç ölkə üçün strateji əhəmiyyət daşıyır:

    “İnanıram ki, bu addım həm Türkiyə, həm Azərbaycan, həm də Suriya üçün faydalı olacaq. Ümid edirəm ki, Suriyanın bərpası və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan bundan sonra da fəal təşəbbüslərlə çıxış edəcək”.

  • Предотвращена попытка контрабанды наркотиков в Азербайджан

    Предотвращена попытка контрабанды значительной партии наркотических средств из Ирана в Азербайджан.

    Об этом заявила Государственная пограничная служба (ГПС) АР.

    Сообщается, что в зоне ответственности погранотряда “Горадиз” погранвойск в результате проведенных поисковых и оперативных мероприятий была обнаружена и изъята марихуана общим весом 5 кг 820 г.

    По данному факту продолжаются следственно-оперативные мероприятия.

  • Sərhəddə ƏMƏLİYYAT: Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

    İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

    Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 5 kiloqram 820 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Финансовая ревность: в Баку мужчина избил жену из-за денежного перевода от её отца

    В Наримановском районе Баку женщина была избита из-за того, что её отец переводил ей деньги на банковскую карту.

    Проживающий в столице, но прописанный в Масаллинском районе Мухаммед Мамедов (1994 г.р., имя и фамилия условные – ред.) женился в 2023 году. В семье есть ребенок от совместного брака.

    Спустя некоторое время Мухаммед узнал, что жена втайне от него пользуется банковской картой и стал подозревать ее в измене. Несколько дней назад мужчина, явившись домой пьяным, обнаружил, что пока он был в спальне, на карту жены вновь поступили деньги. На этой почве между супругами вспыхнула ссора. Хотя выяснилось, что деньги женщине отправил отец, Мухаммед не поверил ей и в результате избил жену кулаками и ногами.

    Женщина выбежала из дома и сообщила о случившемся в полицию. Прибывшие на место происшествия сотрудники полиции задержали Мухаммеда. Решением суда в его отношении была избрана мера пресечения в виде ареста, а также по факту избиения возбуждено уголовное дело.

    В ходе судебного разбирательства жена не простила Мухаммеда и потребовала его наказания.

    Суд приговорил М.Мамедова к 3 месяцам лишения свободы.
    //oxu.az

  • Bakıda atasından pul alan qadını əri döydü, həbs edildi

    Bakıda atası tərəfindən bank kartına pul göndərilən qadın döyülüb.

    Hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

    Masallı rayonunda qeydiyyatda olmaqla Bakının Nərimanov rayonuda yaşayan 1994-cü il təvəllüdlü Məhəmməd Məmmədov (soyad şərtidir) 2023-cü ildə ailə qurur. Birgə nikahdan ailənin bir övladı dünyaya gəlir.

    Bir müddətdən sonra Məhəmməd xəbər tutur ki, onun həyat yoldaşı ondan gizli bank kartı işlədir və ondan şübhələnməyə başlayır. Bir neçə gün öncə evə sərxoş vəziyyətdə gələn Məhəmməd yataq otağında olarkən həyat yoldaşının kartına yenidən pul göndərildiyini görür və cütlük arasında mübahisə yaranır. Qadına pulu atasının göndərdiyi məlum olsa da, Məhəmməd ona inanmır və mübahisə nəticəsində o, həyat yoldaşını yumruq və təpik zərbələri ilə döyür.

    Qadın evdən qaçaraq küçəyə çıxır və polisə məlumat verir. Hadisə yerinə polis əməkdaşları gəlir və Məhəmməd saxlanılır. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilir və faktla bağlı cinayət işi başlanır.

    Məhkəmə prosesində həyat yoldaşı Məhəmmədin bağışlamır və ona cəza verilməsini istəyir.

    Məhkəmənin hökmü ilə M.Məmmədov 3 ay azadlıqdan məhrum edilir.
    //oxu.az