Month: August 2025

  • Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artıb

    Azərbaycanda 7 min 427 xarici vətəndaş ötən tədris ilində bakalavr və magistratura pilləsi üzrə qəbul olunub.

    Bu barədə məlumat “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı statistik məcmuədə əks olunub.

    Belə ki, bu rəqəm 2023-2024-cü ildə 6 min 680, 2020-2021-ci tədris ilində 5 min 256 nəfər olub.

    Ali təhsilin sözügedən pillələri üzrə Azərbaycanı seçən 7 min 427 tələbənin 1175-i MDB ölkələrindən, 6 min 297-si digər ölkələrdəndir.

    MDB ölkələri içərisində 794 nəfər Rusiyadan, Türkmənistandan 107 nəfər, Qazaxıstandan 70 nəfər Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olub.

    Həmçinin Ukraynadan 57 nəfər bakalavr və magistratura pilləsi üzrə Azərbaycanda təhsil alıb.

    Bundan başqa, ötən tədris ilində Türkiyədən 3477, İrandan 942 nəfər, Gürcüstandan 668 nəfər, Hindistandan 305, Pakistandan 180, Suriyadan 148 nəfər Azərbaycan ali təhsil müəssisələrinə qəbul olub.

    Məlumatda qeyd olunub ki, Anqola, Estoniya, Eritreya, İsveç, Kolumbiya, Kamerun, Koreya, Küveyt, Tanzaniya, Yaponiyadan hər biri ayrılıqda 1 nəfər Azərbaycanda təhsil almağı seçib.

  • На Солнце произошла вторая крупнейшая вспышка

    Новая вспышка предпоследнего класса мощности, примерно равная произошедшей ранее крупнейшей за два месяца, зафиксирована на Солнце во вторник.

    Об этом сообщили в лаборатории солнечной астрономии Института космических исследований РАН и Института солнечно-земной физики СО РАН.

    “Новая сильная вспышка зарегистрирована на Солнце в 08:25 по мск (09:25 по Баку – ред.)”, – говорится в сообщении. По рентгеновской шкале балл события составил M4.52. Исследователи отметили, что за ночь активность звезды возросла, и, “исходя из текущих тенденций, должна в течение суток пробить высший уровень X”.

    Кроме того, по словам ученых, активные солнечные центры за сутки переместились, и часть из них находится в 50 градусах от линии Солнце – Земля. “По умолчанию такое угловое смещение все еще считается безопасным, но уже не абсолютно, а лишь с некоторым запасом прочности”, – отмечается в сообщении.

    Ранее в ИПГ сообщили ТАСС о вспышках М3.3 и М1.3, произошедших в ночь на вторник.

  • Günəşdə ikinci ən böyük partlayış baş verib

    Günəşdə əvvəlki iki ayda baş verən ən böyük partlayışa bərabər və sondan əvvəlki güc sinfinə aid yeni partlayış qeydə alınıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

    “Günəşdə yeni güclü partlayış Bakı vaxtı ilə saat 9:25-də qeydə alınıb”, – deyə məlumatda bildirilib.

    Rentgen şkalasında hadisənin balı M4.52 təşkil edib. Tədqiqatçılar qeyd ediblər ki, gecə ərzində ulduzun aktivliyi artıb və mövcud tendensiyalardan çıxış edərək, 24 saat ərzində ən yüksək X səviyyəsini keçməlidir.

    Bundan əlavə, alimlərin sözlərinə görə, sutka ərzində aktiv günəş mərkəzləri yerdəyişmə edib və onların bir hissəsi Günəş-Yer xəttindən 50 dərəcə məsafədə yerləşir.

  • Ötən il Azərbaycanda övladlığa götürülən uşaqların sayında artım qeydə alınıb

    Ötən il övladlığa götürülən uşaqların sayı artaraq 165 uşaq olub.

    Bu barədə “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı statistik məcmuədə bildirilib.

    Məlumata əsasən, 2023-cü ildə bu göstərici 137 olub.

    2024-cü ildə övladlığa götürülən uşaqlardan 26-sı bir yaşadək, 86-sı 1-5 yaş, 31-i 6-10 yaş, 22-si isə 11-17 yaşda olub.

    Ötən il bir qız uşağının övladlığa götürülməsi barədə qərar ləğv edilib.

  • ООН: В Пакистане 400 человек погибли за 10 дней из-за наводнения

    Около 400 человек погибли и более 190 получили травмы в Пакистане за последние 10 дней вследствие проливных дождей и наводнений.

    Об этом сообщило Управление ООН по координации гуманитарных вопросов (УКГВ).

    “По данным властей, за последние 10 дней в Пакистане из-за проливных дождей и внезапных наводнений в Хайбер-Пахтунхве, Гилгит-Балтистане и Кашмире погибли 400 человек и более 190 получили ранения. Более 20 тыс. остаются без крова”, – отметило УКГВ.

    Пострадавшие от наводнения нуждаются в медицинской помощи, им необходимы чистая вода, средства гигиены, материалы для строительства жилья. Заместитель генерального секретаря ООН по гуманитарным вопросам Том Флетчер выделил 600 тыс. долларов на оказание помощи.

    В нынешний сезон муссонов Пакистан, напомнили в УКГВ, “столкнулся с масштабными разрушениями в результате проливных дождей и наводнений”. По сведениям властей, с июня погибли 798 человек, более 1 тыс. получили ранения.

    Сезон муссонов в Пакистане обычно длится с июня по сентябрь, принося обильные дожди, которые жизненно важны для сельского хозяйства, но часто приводят к наводнениям и другим природным катастрофам.

  • BMT: “Pakistanda 10 gün ərzində daşqınlar nəticəsində 400 nəfər ölüb”

    Pakistanda son 10 gündə leysan yağışlar və daşqınlar nəticəsində 400-ə yaxın insan ölüb, 190-dan çox insan yaralanıb.

    Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

    “Hökumət orqanlarının məlumatına görə, Pakistanda son 10 gündə Xayber-Paxtunxva, Qilqit-Baltistan və Kəşmirdə leysan yağışları və daşqınlar nəticəsində 400 nəfər ölüb, 190-dan çox insan yaralanıb. 20 mindən çox insan evsiz qalıb”, – deyə idarədən bildirilib.

    BMT-nin baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer yardım üçün 600 min dollar ayırıb.

    Qeyd olunub ki, cari musson mövsümündə Pakistan güclü yağışlar və daşqınlar nəticəsində geniş dağıntılarla üzləşib. Səlahiyyətlilərin məlumatına görə, iyun ayından bəri 798 nəfər ölüb, 1000-dən çox insan yaralanıb.

  • Bakıda ƏMƏLİYYAT: Səkkiz nəfər 44 kiloqram narkotiklə ələ keçdi – Video

    Bakının Nərimanov Rayon Polis İdarəsi və ərazi üzrə 16, 17 və 18-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən səkkiz nəfər – Eldar Cəfərov, Elmin Qazalıyev, Rahim Abdullayev, Vaqif Rzazadə, onunla əlbir olan Faiq Rzayev, Ramil Abbasov və tanışı Ruslan Məmmədov, eləcə də Rəhim Ağazadə saxlanılıblar. Onlardan ümumilikdə 44 kiloqram 452 qram, o cümlədən bir kiloqram heroin, iki kiloqrama yaxın tiryək, bir kiloqram psixotrop maddə metamfetamin, 25 ədəd güclü təsiredici xassəyə malik metadon və digər növdən olan həblər aşkarlanıb.

    Araşdırma zamanı saxlanılanların narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

    Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Nənəsinin evində əxlaqsızlıq yuvası təşkil edən qadınla bağlı QƏRAR

    Şirvan Apellyasiya Məhkəməsində fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamada təqsirləndirilən Cəmilə Lətifovanın (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    İttihama görə, Cəmilə Lətifova gəlir əldə etmək məqsədilə 2024-cü illərdə 2 qadını fahişəliyə cəlb edib və fahişəliklə məşğul olmaq üçün nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edib.

    Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cəmilə Lətifova 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib.

  • По факту пожара в ТЦ “Садарак” возбуждено уголовное дело

    Возбуждено уголовное дело в связи с пожаром, произошедшим в торговом центре (ТЦ) “Садарак”.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в пресс-службе Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана.

    Отмечено, что в связи с инцидентом в Оперативно-следственном управлении МЧС возбуждено уголовное дело по соответствующей статье Уголовного кодекса АР, ведется следствие.

    Напомним, 24 августа днем вспыхнул пожар на складе, сдаваемом в аренду ТЦ “Садарак”. Пожар, продолжавшийся почти сутки, удалось полностью потушить только на следующий день. В ходе инцидента 13 человек отравились дымом.

  • “Sədərək” Ticarət Mərkəzindəki yanğınla bağlı CİNAYƏT İŞİ açılıb

    “Sədərək” Ticarət Mərkəzində avqustun 24-25-də baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, “Sədərək” Ticarət Mərkəzi tərəfindən icarəyə verilmiş obyektdə baş vermiş yanğınla əlaqədar FHN-in Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.

    Xatırladaq ki, yanğın zamanı 13 nəfər tüstüdən zəhərlənib.