Month: August 2025

  • Mehriban Əliyeva ailə üzvlərinin əhatəsində – FOTO

    Avqustun 26-da ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva doğum gününü qeyd edir.

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sosial şəbəkə hesabında Mehriban Əliyevanın ailə üzvlərinin əhatəsində fotosunu paylaşıb.

    Median.Az paylaşımı təqdim edir:

  • Али Асадов: Победы АР были официально закреплены в Вашингтоне с участием и подписью президента США

    Триумфальный визит Президента Ильхама Алиева в Вашингтон, находившийся в центре внимания всего мирового сообщества, не только значительно укрепил авторитет и позиции Азербайджана на международной политической арене, но и открыл новые перспективы для обеспечения долгосрочного мира в регионе.

    Как передает Report, об этом заявил премьер-министр Али Асадов на специальном заседании правительства, посвященном итогам визита президента в Вашингтон.

    “Встреча Президента Ильхама Алиева на высшем уровне в столице самого могущественного государства мира – Вашингтоне, в Белом доме, где его с большим уважением и почтением принял президент Дональд Трамп, особая симпатия, искренность и высокое гостеприимство, проявленные к главе нашего государства, а также вручение президентом США символического ключа от Белого дома лидеру Азербайджана – все это яркое выражение особого отношения американского президента к личности и лидерским качествам Ильхама Алиева”, – сказал глава правительства.

    Али Асадов подчеркнул, что победы, одержанные доблестной армией Азербайджана на поле боя под руководством Президента Ильхама Алиева, и мирная инициатива, выдвинутая Азербайджаном, были официально закреплены в Вашингтоне при участии и подписи президента США.

  • Əli Əsədov: “Azərbaycanın təşəbbüskarı olduğu sülh ABŞ prezidentinin iştirakı ilə rəsmiləşdi”

    “Prezident İlham Əliyevin bütün dünyanın diqqət mərkəzində olan triumfal Vaşinqton səfəri Azərbaycanın beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açır”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov hökumətin Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.

    “Prezident İlham Əliyevin dünyanın ən qüdrətli dövlətinin paytaxtı Vaşinqtonda, Ağ Evdə Prezident Donald Tramp tərəfindən böyük hörmət və ehtiramla ən ali səviyyədə qarşılanması, dövlət başçımıza göstərilən xüsusi rəğbət, səmimiyyət və yüksək qonaqpərvərlik, ABŞ dövlət başçısının Ağ evin rəmzi açarını Azərbaycanın dövlət başçısına təqdim etməsi Amerika Prezidenti tərəfindən Prezident İlham Əliyevin şəxsiyyətinə və liderliyinə xüsusi münasibətin parlaq ifadəsidir”.

    Ə.Əsədov bəyan edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər və Azərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞ prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi.

  • Кабмин проводит специальное заседание по итогам визита Президента в Вашингтон

    Кабинет министров Азербайджана проводит специальное заседание, посвященное итогам визита Президента Ильхама Алиева в Вашингтон.

    Как сообщает Report, заседание проходит под председательством премьер-министра Али Асадова при полном составе правительства.

    В ходе сегодняшнего заседания ожидаются выступления министров.

    Напомним, Президент Азербайджана Ильхам Алиев находился с визитом в Вашингтоне 7-8 августа. В рамках визита лидеры Азербайджана и Армении при посредничестве президента США Дональда Трампа подписали в Белом доме совместную декларацию. Кроме этого, главы МИД Азербайджана и Армении в присутствии трех стран парафировали Соглашение о мире и установлении межгосударственных отношений.

  • Nazirlər Kabinetində Prezidentin Vaşinqton səfəri ilə bağlı xüsusi iclas keçirilir

    Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclası keçirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda hökumət üzvləri iştirak edirlər.

    İclasın davamında onların çıxışı nəzərdə tutulur.

  • Eldar Əzizov müşavirə keçirdi – Tapşırıqlar verdi

    Bu gün Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıqla bağlı geniş müşavirə keçirilib.

    Bu barədə BŞİH-dən məlumat verilib.
    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində şəhərin maddi-texniki bazası güclənib, paytaxt yeni inkişaf mərhələsinə qədəm qoyub.
    Onun sözlərinə görə, bu gün strukturlar öz funksional vəzifələrindən asılı olmayaraq vahid orqanizm kimi çalışmalıdırlar. Mövcud imkanlar daha səmərəli və əlaqəli fəaliyyət göstərməyə şərait yaradır və qarşıdan gələn mövsümə hazırlıq işləri də bu yanaşma ilə icra olunmalıdır.
    İclasda paytaxtda aparılan abadlıq-quruculuq, kommunal xidmətlər, yaşıllaşdırma işlərinin mövcud vəziyyəti müzakirə olunub və bu işlərin sürətləndirilməsi tapşırılıb. 
    Sonda müşavirə iştirakçılarına mövcud çatışmazlıqların aradan qaldırılması, payız-qış mövsümünə hazırlıq, abadlıq-quruculuq və təmizlik işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

  • Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir

    Avqustun 26-sı saat 15:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada II mərhələ seçimlərinə start verilir.

    Bu barədə Təhsil İnstitutu (ARTİ) məlumat yayıb. 
    Bildirilib ki, II mərhələ yalnız 1-ci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur.
    Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə 2 seçim imkanı təqdim olunur.
    II mərhələ üzrə seçimlərdə aşağıdakı şagirdlər iştirak edə bilərlər:
    – İmtahanda 10 və daha yuxarı bal toplayan şagirdlər;
    – I mərhələdə seçim edib, lakin qəbul olmayan şagirdlər;
    – I mərhələdə seçim edib qəbul olan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim etməyən şagirdlər;
    – I mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər.
    Bildirilib ki, II mərhələ üzrə seçim prosesi 27 avqust saat 23:59-da başa çatacaq. III mərhələ nəzərdə tutulmayıb.

  • Psixoloji problemləri olan yeniyetmə onu təhqir edən azyaşlı qonşusunu döydü

    Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Bəkirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

    İttihama görə, 2006-cı il təvəllüdlü, II qrup əlil Mahir Bəkirov qonşuluqda yaşayan 2012-ci il təvəllüdlü, zərərçəkmiş Sakit Yusifova (adı, soyadı şərtidir) xəsarət yetirib.

    Cinayət materiallarında qeyd edilib ki, zərərçəkmiş onu əvvəllər də psixi xəstəliyi ilə əlaqədar dəfələrlə təhqirlərə məruz qoyub. Mahir buna narazılığını bildirdikdə, Sakit onu 18 iyun 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində təkrarən təhqir edib. Bundan əsəbiləşən Mahir qəsdən qisas almaq üçün həmin vaxt velosipedə əyləşmiş vəziyyətdə olan zərərçəkmiş şəxsin bədəninin sol tərəfindən yumruqla vurub. Sonra o, velosipedin üstündən yerə yıxılan Sakiti təpikləyib. Nəticədə zərərçəkmişin daxili qanaxma ilə müşayiət olunan dalağı cırılıb.

    Hadisədən sonra Mahir Bəkirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • İrandan Azərbaycana altı kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb

    İrandan Azərbaycana altı kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, avqustun 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 6 kiloqram 95 qram marixuana, 150 ədəd “Gelopain-400”, 60 ədəd “Portal 0.4” və 60 ədəd “Sigomet” həbləri aşkar ollunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Bakıda qızıl-zinət əşyaları və mobil telefonlar oğurlayanlar tutuldu

    Binəqədi rayon sakini polisə müraciət edərək evindən 6000 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

    DİN-dən verilən məlumata görə, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı A.Əlmuradov saxlanılıb.

    Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə paytaxt sakininin evindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı R.Talıbov tutulub.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.