Month: August 2025

  • Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinin 67 faizi yekunlaşıb

    İşğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Məlumata görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb. Hazırda xəttin 75-106 km hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır.

    Qeyd olunur ki, layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Bundan başqa, dəmir yolu xətti boyunca 40 körpünün, 26 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın, istinad divarlarının – ümumilikdə 553 mühəndis qurğusunun tikintisi həyata keçiriləcək.

  • 10 manatlıq şirkətin vergi borcu yarandı

    “DREAM LAND KTM” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu yaranıb. 

    Valyuta.az-ın məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 58158.57 AZN vergi borcu var. 
    Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi İnşallah Qarayev Balaşah oğludur. Şirkət riskli vergi ödəyicilər siyahısına daxil edilib.
    B.Qarayevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

  • Эрдоган: Экономическое сотрудничество Турции, Азербайджана и Армении выйдет на новый этап

    Экономическое сотрудничество между Турцией, Азербайджаном и Арменией выйдет на новый уровень.

    Как передает Report, об этом заявил президент Турции Реджеп Тайип Эрдоган в ходе выступления после заседания Кабинета министров.
    По его словам, это станет возможным после полной реализации проекта Зангезурского коридора.

  • Ərdoğan: Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək

    Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
    O bildirib ki, bu, Zəngəzur dəhlizi layihəsinin tam reallaşmasından sonra mümkün olacaq.
    Ərdoğan, həmçinin Zəngəzurun bütün region üçün sülh layihəsi olduğunu deyib.
    Onun sözlərinə görə, təməli atılan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin Zəngəzur dəhlizinin onurğa sütunu olacaq.
    “Bu yol iki xətli olacaq, elektrikləşdiriləcək və siqnalizasiya ilə təmin ediləcək. Həmin xətt ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıyacaq. Dəyəri 2,4 milyard avro olan bu layihənin istifadəyə verilməsi ilə Çindən Böyük Britaniyaya beynəlxalq ticarət yolu daha səmərəli olacaq. Layihə eyni zamanda Xəzər və Aralıq dənizi hövzələrini birləşdirəcək”.

  • Обнародована информация о состоянии матери и сына, получивших ножевые ранения

    Обнародована информация о состоянии матери и сына, получивших ножевые ранения в Гяндже.

    Как сообщили в TƏBİB, 25 августа 2025 года около 16:30 два человека (женщина и мужчина) были доставлены в отделение скорой медицинской помощи больницы имени Аббаса Сеххета при Гянджинской объединенной городской больнице.
    Жительнице Дашкесанского района Назлы Пашаевой 1970 года рождения диагностирована колото-резаная рана левой руки, ее сыну Орхану Пашаеву 1996 года рождения — колото-резаная рана в области левого плеча. Пострадавшим была оказана необходимая медицинская помощь.
    Состояние матери и сына оценивается как стабильное, их лечение продолжается в профильном отделении.
    Отметим, что инцидент произошел на улице Фархада Алиева в Гяндже. По подозрению в совершении преступления задержана супруга Орхана Пашаева — А. Мамедова.
    По факту ведется расследование.

  • Gəncədə bıçaq xəsarəti alan ana və oğulun son vəziyyəti açıqlanıb

    Gəncədə bıçaq xəsarəti alan ana və oğulun son vəziyyəti açıqlanıb.

    TƏBİB-dən bildirilib ki, 25.08.2025-ci il tarixində saat 16:30 radələrində 2 nəfər (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
    Sol bazunun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən 1970-ci il təvəllüdlü Nazlı Paşayeva və sol sarğının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü Orxan Paşayevə zəruri tibbi xidmətlər göstərilib.
    Vəziyyətləri stabil olan şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.
    Qeyd edək ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb. Hadisəni törətməkdə şübhəli bilinən isə O.Paşayevin həyat yoldaşı A.Məmmədovadır. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
    Faktla bağlı araşdırma aparılır.

  • Число погибших при авиаударах Израиля по Йемену увеличилось до 10

    Число погибших в результате налета ВВС Израиля на расположения хуситов из повстанческого движения “Ансар Аллах” в Сане выросло до 10 человек.

    Об этом сообщила пресс-служба движения.
    По ее сведениям, в результате ударов по электростанции “Хазиз” и заправочной станции в Сане погибли 10 человек, еще 92 получили ранения. В критическом состоянии находится 21 пострадавший.
    Ранее сообщалось о четырех погибших и 67 раненых.
    Напомним, что 24 августа Израиль нанес серию ударов с воздуха по энергетическим объектам Саны. Обстрелу подверглись топливозаправочная станция компании Yemen Petroleum и электростанция “Хазиз”.

  • İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 10-a çatıb

    İsrail Hərbi Hava Qüvvələrinin Husi üsyançılarının Sənadakı bazalarına hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb.

    Bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.
    Məlumata görə, Sənada “Xəziz” elektrik stansiyasına və yanacaqdoldurma məntəqəsinə endirilən zərbələr nəticəsində 10 nəfər ölüb, 92 nəfər yaralanıb. Zərərçəkənlərdən 21-nin vəziyyəti ağırdır.
    Qeyd edk ki, daha əvvəl 4 nəfərin öldüyü, 67 nəfərin yaralandığı bildirilirdi.
    Xatırladaq ki, İsrail avqustun 24-də Sənada enerji obyektlərinə silsilə hava zərbələri endirib. “Yəmən Petroleum” yanacaqdoldurma məntəqəsi və “Xəziz” elektrik stansiyası atəşə tutulub.

  • “Bir həftəyə 7 mindən çox əsgər ölüb” – Tramp

    “Ötən həftə Ukrayna ilə Rusiya arasında gedən döyüşlərdə 7221 əsgər ölüb”.

    Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
    Ağ Ev lideri Ukrayna ilə Rusiya arasındakı müharibənin artıq böyük bir şəxsi münaqişəyə çevrildiyini vurğulayıb.
    Qeyd edib ki, ABŞ bu vəziyyətə son qoymaq üçün zəruri addımlar atacaq.
    “Biz buna son qoyacağıq”, -deyə Donald Tramp bildirib. 

  • Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik etdi

    Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:
    “Hörmətli Mehriban Arif qızı.
    Böyük sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə təbrik edir və ən səmimi arzularımı çatdırıram.
    Parlaq, çoxtərəfli ictimai və dövlət xadimi, sevimli həyat yoldaşı və ana kimi Sizə həmişə heyranam.
    Siz təmiz və fədakar ürəyiniz, xeyirxah əməlləriniz ilə haqlı olaraq bütün Azərbaycan xalqının məhəbbətini, Özbəkistanda və dünyanın digər ölkələrində böyük hörmət qazanmısınız.
    Bu gözəl gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ailə səadəti, mənəvi harmoniya, bütün yaxşı təşəbbüslərinizi həyata keçirmək naminə tükənməz güc və enerji arzulayıram.
    Qoy, həyatınız həmişə sevinc, yaxınlarınızın qayğısı və dəstəyi ilə dolsun!”