Qusar sakini çoban itinə cərimə edilib.
Month: August 2025
-
İtinə görə 800 manat cərimə olundu
Qaynarinfo-nun məlumatına görə, 1974-cü ildə Qusar rayonunda anadan olmuş R.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 290.3 (zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) maddəsi ilə protokol tərtib edilib.Məlum olub ki, R.F.-ya məxsus çoban iti 1985-ci il təvəllüdlü qonşusu S.B.-nı tutub. Nəticədə zərərçəkmiş xəstəxanaya aparılıb. O, ambulator müalicə edildikdən sonra evə buraxılıb.Məhkəmənin qərarı ilə R.F. saxladığı çoban itinə görə, 800 manat məbləğində cərimə edilib. -
Qırışlara qarşı yeni gözəllik trendi: Təhlükəsizdirmi?
Sosial şəbəkələrdə yeni bir gözəllik trendi – mikroneydlinq populyarlıq qazanır. Bu, dəridə nəzarət altında mikro deşiklər açmaq üçün mikroiynələrdən istifadə edən kosmetoloji prosedurdur. Metodun tərəfdarları onun qırışları azalda biləcəyini və dərini cavanlaşdıra biləcəyini iddia edir. Lakin bütün mütəxəssislər buna razı deyil.
Qaynarinfo-nun məlumatına görə, Nyu-Yorkdan olan tibb elmləri doktoru, kosmetoloq-dermatoloq Mişel Qrin “Parade” jurnalına verdiyi şərhlərdə qeyd edib ki, mikroneydlinqi ev şəraitində etmək özünü təhlükəyə atmaq deməkdir:“Lazımi sterilizasiya və hazırlıq olmadan dəri infeksiyası və qıcıqlanma ehtimalı çox yüksəkdir. Bundan əlavə, mikroneydlinq çapıqların, hiperpiqmentasiyanın və ya göy rəngli ləkələrin yaranma riskini minimuma endirmək üçün sertifikatlı dermatoloq kimi təcrübəli mütəxəssis tərəfindən həyata keçirilməlidir”.Mütəxəssisə görə, bu proseduru etmək istəyirsinizsə, əlaqəli mütəxəssislərə müraciət etmək daha yaxşıdır. Həkim bununla da əlavə edib ki, səbgənc, herpes və ya hər hansı digər dəri xəstəliklərindən əziyyət çəkənlər mikroneydlinqdən ümumiyyətlə uzaq durmalıdırlar, çünki bu, problemi daha da ağırlaşdıra bilər.Mütəxəssislərin dediyinə görə, ümumiyyətlə, mikroneydlinq həqiqətən də kiçik qırışların vəziyyətini və dərinin fakturasını bir qədər yaxşılaşda bilər. Lakin alətləri və mütəxəssisi seçməyə çox ehtiyatla yanaşmaq lazımdır. Prosessuradan əvvəl mütləq həkimlə məsləhətləşmək və hər hansı bir şübhə olduqda bir daha risk etməmək lazımdır. -
Bu da “Qarabağ”ın yeni hücumçu transferi

“Qarabağ”ın yeni transferinin adı müəyyənləşib.
Median.Az “Sportinfo.az”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kamilo Duran Marquezlə anlaşıb.Məlumata görə, 23 yaşlı kolumbiyalı vinger sabah Azərbaycana təşrif buyuracaq. O, ölkəsinin U-20 yığmasının formasını geyinib.Cənubi amerikalı yerli “Medellin”də futbolun sirlərini öyrənib. 2021-ci ildə Braziliyalının məşhur klublarından “Flamenqo”ya icarəyə verilibBir il sonra Portuqaliyaya – “Lusitania”ya getsə də, buradan tez ayrılıb. Ardınca “Estrela”nın U-23 komandasına keçib. 2024-cü ildə Portuqaliyanın II Liqasında “Portimonenze”yə üz tutub. -
Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Ərəb Respublikasının energetika nazirinin köməkçisi Qiyas Diyabla görüşüb.
Bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin “X” hesabında yazılıb.“Azərbaycan və Suriya arasında energetika sahəsində əməkdaşlığın inkişafı ətrafında səmərəli danışqlar keçirilib”, – paylaşımda bildirilib. -
Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti aşlarlandı
Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti tapılıb.
Hadisə şəhərin 20-ci məhəlləsində qeydə alınıb.1962-ci il təvəllüdlü Nabat Qərib qızı Məmmədovanın meyiti onun yaşadığı evdə aşkarlanıb.Mərhumun meyiti müvafiq qurumlara təhvil verilib.Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. -
Vitse-kansler: Ukraynaya hər il 9 milyard avro ayıracağıq
Almaniya yaxın illər ərzində Ukraynaya hər il 9 milyard avro təqdim edəcək.
Bunu Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbeyl Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı bildirib.“Biz yaxın illərdə Ukraynaya dəstək verməyi, hər il 9 milyard avro xərcləməyi öhdəmizə götürürük, bu, hökumət tərəfindən razılaşdırılıb”, – o qeyd edib. -
Pezeşkian: “3+3” formatında danışıqlar regionda problemlərin həllində effektiv mexanizm olacaq
“3+3” formatında danışıqlar Cənubi Qafqazda problemlərin həllində effektiv mexanizm olacaq.
Bunu İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.“İran və Rusiyanın iştirakı ilə “3+3″ formatında (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran – red.) danışıqlar regionun problemlərinin həlli üçün daha effektiv və təsirli mexanizm olacaq”, – o qeyd edib.//report -
Bəxtiyar Ersay vəzifəsindən azad edildi
Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay yeni işinin icrası ilə əlaqədar Azərbaycandakı vəzifəsindən gedib.
O, Türkiyə Prezidentinin sərəncamı ilə Azərbaycan Müdafiə Nazirliyindəki vəzifəsindən azad edilib.Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. O, bir müddət əvvəl səlahiyyətlərinin icrasına başlayıb.Xatırladaq ki, Bəxtiyar Ersay 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi xidmətə başlayıb. O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib -
Синоптики объявили желтый уровень погодной опасности в стране
Синоптики объявили желтый уровень погодной опасности на 26-29 августа в связи с ветреной погодой, которая прогнозируется в столице и ряде регионов республики.
Об этом сообщили в Национальной службе гидрометеорологии.В частности, в Баку и на Абшеронском полуострове, в Нахчыванской АР, Агдаме, Агджабеди, Товузе, Агстафе, Газахе, Самухе, Гёйгёле, Шамкире, Дашкесане, Гедабеке, Гяндже, Горанбое, Нафталане, Мингячевире, Гаджигабуле, Сабирабаде, Губе, Гусаре, Хачмазе, Шабране, Сиязане, Хызы, Евлахе, Тертере, Барде, Кяльбаджаре, Лачыне, Зангилане, Физули, Джебраиле, Гобустане, Ширване, Сальяне, Нефтчале, Бейлагане, Билясуваре, Лерике, Ярдымлы и Джалилабаде будет преобладать порывистый северо-западный, скорость которого составит 13,9-20,7 м/сек.
-
Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən avqustun 26-29-da küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Ağdam, Ağcabədi, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Şəmkir, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Qobustan, Şirvan, Salyan, Neftçala, Beyləqan, Biləsuvar, Lerik, Yardımlı və Cəlilabadda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.







