Month: August 2025

  • Пациентка прокомментировала скандальные кадры, распространенные во время операции – Видео

    Несколько дней назад в социальных сетях распространились видеокадры, на которых пациентка запечатлена в обнаженном виде во время операции.

    Героиня видео прокомментировала данные кадры в интервью телеканалу Xəzər TV. По словам женщины, публикация видео нанесла ей серьезный моральный и материальный ущерб.

    “Они меня опозорили. Сейчас я нахожусь за пределами Азербайджана, но как только вернусь – подам жалобу. Когда я увидела это видео, обратилась в клинику, но мне сказали: “куда хочешь, туда и жалуйся”. Я была под наркозом и ничего не осознавала. Кадры были сняты 15 июня во время операции, а сняла их лично руководитель клиники – Хаяла Исмайылова. Она опубликовала кадр из-за конфликта с Гюльбадой Абдуллаевой. Я требую возмещения причиненного мне ущерба”, – заявила женщина.

    Отметим, что скандальные кадры были распространены 19 августа из клиники UĞUR Estetik Mərkəzi 777, которая функционировала без лицензии.

    Подробнее – в сюжете:

  • Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent DANIŞDI – Video

    Əməliyyat olunan pasiyentin çılpaq halda çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılıb.

    Həmin kadrların qəhrəmanı Xəzər TV-yə danışaraq başına gələnləri açıqlayıb. Onun sözlərinə görə, görüntülərin yayılması həm maddi, həm də mənəvi zərərə səbəb olub:

    “Bunu edənlər məni biabır ediblər. Hazırda Azərbaycanda deyiləm, amma gələn kimi şikayət edəcəyəm. Videonu görəndə xəstəxanaya müraciət etdim, mənə isə “hara istəyirsən şikayət et” dedilər. Mən narkozda idim, heç nə anlamırdım. Kadrlar iyunun 15-də əməliyyata girdiyim vaxt çəkilib və görüntüləri klinikanın rəhbəri Xəyalə İsmayılova çəkib. O, Gülbadə Abdullayeva ilə mübahisə etdiyinə görə videonu yayıb. Mənə dəyən zərərin qarşılanmasını tələb edirəm”.

    Qeyd edək ki, sözügedən görüntülər avqustun 19-da lisenziyasız fəaliyyət göstərən “UĞUR Estetik Mərkəzi 777″dən yayılıb.

    Ətraflı süjetdə:

  • Хирург, имя которой фигурирует в деле о смерти пациентки, продолжает проводить операции? – Видео

    Три месяца назад в клинике Mərcan после проведения операции абдоминопластики и липосакции скончалась пациентка. После инцидента разрешение клиники на проведение хирургических операций было аннулировано, а врач, проводившая операцию, – привлечена к административной ответственности.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, в ходе проверки, проведенной после смерти гражданки России, выяснилось, что Нигяр Мухаммедова, являющаяся врачом общей практики, работала пластическим хирургом без соответствующего сертификата.

    Однако на кадрах, распространенных в социальных сетях несколько дней назад, видно, что она снова выполняет абдоминопластику и липосакцию в одной из частных клиник столицы.

    Н.Мухаммедова внесла ясность в данную ситуацию.

    “Если уполномоченные органы запретят мне работать – я подчинюсь этому требованию. Я уже 25 лет добросовестно выполняю свою работу. Меня называют “фальшивым” хирургом, хотя я окончила медицинский университет с красным дипломом. Мне тяжело психологически”, – сказала она.

    В Министерстве здравоохранения сообщили, что имя Н.Мухаммедовой отсутствует в списке пластических хирургов, утвержденном Специальной инспекционной комиссией. В Центре аналитической экспертизы также подтвердили, что она не прошла соответствующую сертификацию во время предыдущих проверок. По этой причине в отношении нее был составлен протокол по статье 215.4 Кодекса об административных проступках.

    В свою очередь, в Генеральной прокуратуре заявили, что расследование по факту смерти 37-летней Арзу Садыговой, скончавшейся после операции 11 июня в клинике Mərcan, продолжается.

    Подробнее – в сюжете:

  • Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – Video

    Üç ay əvvəl “Mərcan” klinikasında abdominoplastika və liposaksiya əməliyyatı olunan pasiyent ölüb.

    Hadisədən sonra klinikanın cərrahi əməliyyat aparmaq hüququ dayandırılıb, əməliyyatı həyata keçirən həkim isə inzibati qaydada cərimələnib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan qadının ölümündən sonra aparılan yoxlamalar zamanı ümumi cərrah Nigar Məhəmmədovanın sertifikasiyadan keçmədən plastik cərrah kimi fəaliyyət göstərdiyi məlum olub.

    Lakin son günlər sosial şəbəkələrdə yayılan görüntülərdə onun paytaxtdakı özəl klinikalardan birində yenidən abdominoplastika və liposaksiya əməliyyatları icra etdiyi əksini tapıb.

    Məsələ ilə bağlı Nigar Məhəmmədova açıqlama verib:

    “Aidiyyəti qurumlar mənim fəaliyyətimə qadağa qoysa, qanun qarşısında boynum incədir. 25 ildir düzgün işləyirəm. Qadağa qoyularsa, baş üstə! Mənə saxta cərrah deyirlər. Halbuki Tibb Universitetini qırmızı diplomla bitirmişəm. Psixoloji əziyyət çəkirəm, əməliyyatlara girmirəm”.

    Səhiyyə Nazirliyindən bildirilib ki, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur. Analitik Ekspertiza Mərkəzi də əvvəlki yoxlamalar zamanı onun müvafiq sertifikasiyadan keçmədiyini təsdiqləyib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə barəsində protokol tərtib olunub.

    Baş Prokurorluq isə açıqlamasında qeyd edib ki, 11 iyun tarixində “Mərcan” klinikasında aparılan əməliyyat nəticəsində 37 yaşlı Arzu Sadıqovanın ölümü ilə bağlı araşdırmalar davam edir. İctimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.

    Ətraflı süjetdə:

  • На официальных страницах Ильхама Алиева в соцсетях опубликованы кадры из Туркменистана – Видео

    В официальных аккаунтах Президента Азербайджана Ильхама Алиева в социальных сетях опубликованы кадры в связи с рабочим визитом в Туркменистан 22 августа.

    Median.Az представляет данную публикацию:

  • Prezident İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım edib – Video

    Prezident İlham Əliyev avqustun 22-də Türkmənistana işgüzar səfəri barədə sosial media hesabında video paylaşıb.

    Median.Az paylaşımı təqdim edir:

  • Матвиенко направила поздравительное письмо Первому вице-президенту Мехрибан Алиевой

    Председатель Совета Федерации Федерального собрания Российской Федерации Валентина Матвиенко направила поздравительное письмо Первому вице-президенту Азербайджанской Республики Мехрибан Алиевой.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемая Мехрибан Арифовна!

    Примите мои сердечные поздравления по случаю Вашего дня рождения.

    В Российской Федерации Вас знают как опытного и мудрого руководителя, талантливого организатора, пользующегося большим авторитетом у граждан Азербайджанской Республики и за рубежом.

    С искренним теплом и глубокой признательностью вспоминаю наши встречи, наполненные душевностью и доброжелательной атмосферой. Рассчитываю, что мы и впредь будем иметь возможность открыто обсуждать пути развития обоюдовыгодных российско-азербайджанских связей, в том числе по парламентской линии, содействовать реализации проектов, отвечающих интересам наших стран.

    В этот праздничный день хочу отдать должное Вашей неиссякаемой жизненной энергии и поистине исключительному обаянию, а также умению сочетать успешную деятельность на ответственном государственном посту и роль заботливой, любящей жены и матери.

    Дорогая Мехрибан ханым! Позвольте пожелать Вам всех земных благ, крепкого здоровья, успехов и поддержки близких Вам людей. Пусть родные всегда будут рядом, вдохновляя и оберегая, а в доме царят гармония, любовь и счастье. Пусть каждый новый день приносит радость, свет и ощущение глубокого удовлетворения от всего, что Вы делаете для людей и страны.

    Примите уверения в моем высоком уважении”.

  • Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

    Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli Mehriban Arif qızı.

    Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Rusiya Federasiyasında Sizi Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda böyük nüfuza malik təcrübəli və müdrik rəhbər, istedadlı təşkilatçı kimi tanıyırlar.

    Səmimiyyət və mehribanlıq şəraitində keçən görüşlərimizi məmnuniyyətlə və dərin minnətdarlıq hissi ilə xatırlayıram. Ümidvaram ki, biz gələcəkdə də qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələrinin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf yollarını açıq şəkildə müzakirə etmək, ölkələrimizin maraqlarına cavab verən layihələrin reallaşdırılmasına kömək göstərmək imkanına malik olacağıq.

    Bu əlamətdar gündə Sizin tükənməz həyat enerjinizə və həqiqətən də müstəsna cazibənizə, həmçinin məsul dövləti vəzifənizdə uğurlu fəaliyyətinizə və qayğıkeş, mehriban həyat yoldaşı və ana rolunu vəhdətdə yaşatmaq bacarığınıza ehtiramımı bildirmək istərdim.

    Əziz Mehriban xanım! İcazə verin, Sizə dünyanın bütün nemətlərini, möhkəm cansağlığı, uğurlar və yaxınlarınızın dəstəyini arzulayım. Qoy, doğmalarınız Sizi ruhlandıraraq və qoruyaraq həmişə yanınızda olsunlar, evinizdə harmoniya, sevgi və xoşbəxtlik hökm sürsün. Hər yeni gün sizə sevinc, nur, insanlar və ölkəniz naminə gördüyünüz bütün işlərdə dərin məmnunluq hissi gətirsin.

    Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.

  • Kanada ABŞ-a tarifləri ləğv etdi

    Kanada ABŞ-a qarşı bir çox cavab tariflərini ləğv edib.

    Bu barədə Baş nazir Mark Karni açıqlama verib. Lakin Kanadanın ABŞ avtomobilləri, polad və alüminiumua tətbiq etdiyi 25 faiz tariflər hələlik qüvvədə qalacaq.

    Mart ayında Kanada ABŞ-ın polad və alüminiuma 25 faiz rüsum elan etməsindən sonra ABŞ 25 faizlik cavab tarifləri tətbiq edib.

  • Yanlış ayaqqabı istifadəsi ayaq sağlamlığını təhlükə altına alır

    Yay fəslində açıq və rahat ayaqqabılara maraq artsa da, həkimlər yanlış seçimlərin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər. Xüsusilə şəkərli diabet xəstələrinin bu mövsümdə daha diqqətli olmaları vacib hesab olunur.

    Ortopediya və travmatologiya üzrə mütəxəssis cərrah Serkan Akçay isti hava, tərləmə, düzgün ayaqqabı seçilməməsi və çılpaq gəzintinin diabetik ayaqlarda yaraların yaranmasını asanlaşdırdığını vurğulayıb. Onun sözlərinə görə, yay aylarında göbələk və infeksiya riski artır və bu dövr şəkərli diabet xəstələri üçün daha həssas olur.

    Ayaqların günəşdən qorunmasının əhəmiyyətinə toxunan Akçay bildirib: “Yayda günəş yanığı yaraların əmələ gəlməsinə səbəb ola bilər. Neyropatiya yaşayan xəstələr qum, asfalt və ya daş üzərindəki yanığı hiss etməyə bilərlər. Dərinin quruması və çatlamasının qarşısını almaq üçün kifayət qədər maye qəbul edilməlidir”.

    Akçay şəkərli diabet xəstələrinə gündəlik olaraq ayaqlarını diqqətlə yoxlamalarını tövsiyə edib:

    * Yaralar, qızartı, su yığılması, çat və rəng dəyişikliklərinə nəzarət edilməlidir.
    * Ayağın altını görmək üçün güzgüdən istifadə olunmalıdır.
    * Ayaqlar ilıq su ilə yuyulmalı, barmaq araları diqqətlə qurudulmalıdır.
    * Batıq dırnaq və ya kalluza özbaşına müdaxilə edilməməlidir.
    * Çılpaq gəzməkdən çəkinmək, dəniz kənarı və ya hovuz ətrafında diabetik terlik və ya ayaqqabı geyinmək vacibdir.
    * əfəs alan, tikişsiz və ortopedik ayaqqabılara üstünlük verilməlidir.

    Yeni ayaqqabıların əvvəlcə evdə qısa müddət geyinilməsinin faydalı olduğunu bildirən həkim pambıqdan hazırlanmış, tikişsiz corabların seçilməsini və onların hər gün dəyişdirilməsini tövsiyə edib:

    “Yeni yaranın, su yığılmasının, qızartının, şişkinliyin, istilik artımının, irinlənmə və pis qoxunun yaranması halında dərhal həkimə müraciət edilməlidir. Mütəmadi həkim müayinələri və qan şəkərinin izlənməsi həyati əhəmiyyət daşıyır”.

    Mütəxəssislər hesab edirlər ki, yayda sağlam ayaqlar üçün düzgün ayaqqabı seçimi xüsusi rol oynayır. Tövsiyələrə əməl etməklə ayaq sağlamlığını qorumaq və mövsümü rahat keçirmək mümkündür.