Month: August 2025

  • Число погибших из-за взрыва на складе пиротехники в Карачи возросло до четырех человек

    В пакистанском городе Карачи общее число погибших результате взрыва и пожара на складе пиротехники недалеко от медицинского комплекса “Тадж” возросло до четырех человек.

    Об этом сообщает портал Dawn со ссылкой на экстренные службы.

    Кроме того, 33 человека получили ранения, которые госпитализированы. Повреждены близлежащие дома, торговые лавки и несколько автомобилей.

    Инцидент произошел вчера, и сообщалось о двух погибших.

  • Pakistanda pirotexnika anbarında partlayış nəticəsində ölənlərin sayı dördə çatıb

    Pakistanın Karaçi şəhərində “Tac” tibb kompleksi yaxınlığındakı pirotexnika anbarında baş verən partlayış və yanğın nəticəsində ölənlərin ümumi sayı dörd nəfərə çatıb.

    Bu barədə “Dawn” portalı məlumat yayıb.

    Bundan başqa, 33 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Yaxınlıqdakı evlər, mağazalar və bir neçə avtomobil zədələnib.

    Hadisə ötən gün baş verib.

  • Воздух в Азербайджане прогреется до 37 градусов

    Завтра воздух в Азербайджане прогреется до 37 градусов.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В Баку и на Абшеронском полуострове осадков не ожидается. Будет преобладать северо-западный ветер, который днем сменится умеренным юго-восточным.

    Температура воздуха ночью составит 21-25, днем – 29-34 градуса тепла. Атмосферное давление понизится с 758 до 755 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-80, днем – 40-45%.

    В районах Азербайджана в основном без осадков. Ночью и утром в некоторых горных районах прогнозируется туман. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью составит 22-25, днем – 32-37, в горах ночью 10-15, днем – 21-26 градусов тепла.

  • Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

    Azərbaycanda avqustun 23-də 37 dərəcə isti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq

  • Libertadores Kubokunun 1/4 final mərhələsinin cütləri müəyyənləşib

    Futbol üzrə Libertadores Kubokunun 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

    8 komandadan dördü Argentina, üçü Braziliya, biri isə Ekvador təmsilçiləridir

    “Estudiantes” (Argentina) – “Flamenqo” (Braziliya)

    “River Pleyt” (Argentina) – “Palmeyras” (Braziliya)

    “Rasinq” (Argentina) – “Veles Sarsfild” (Argentina)

    LDU (Ekvador) – “San Paulo” (Braziliya)

    Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları sentyabrın 16-da, cavab görüşləri isə 23-də keçiriləcək.

  • Məktəblərin yeni tədris ili üçün tədris planları təsdiqlənib

    Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planları təsdiqlənib.

    Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

    Yeni tədris planına əsasən, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

    – qəsəbə və kəndlərdə yerləşən ümumi təhsil müəssisələri üçün – ən azı 10 uşaq;

    – uşaqların sayı 5-9 olduğu halda, məktəbəhazırlıq qrupları regional təhsil idarələrinin razılığı əsasında yaradılır;

    – şəhərlərdə yerləşən ümumi təhsil müəssisələri üçün – ən azı 15 uşaq.

    Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarında uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

    Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları verilmir. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzular müvafiq qrup jurnalında qeyd edilir, uşaqların formativ qiymətləndirilməsi aparılır və bu barədə valideynlərə məlumat verilir.

    Bundan başqa, Azərbaycanın ümumi təhsil müəssisələrində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasından seçilir.

    Tədris dilindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində xarici dilin tədrisi I sinifdən başlanır. Tədrisi I sinifdən başlanan xarici dil şagirdin ümumi təhsil müəssisəsində öyrəndiyi əsas xarici dil hesab edilir.

    Nəzərdə tutulan şərt ödənilməklə bir neçə xarici dil tədris olunan ümumi təhsil müəssisəsində övladı üçün müvafiq xarici dil onun valideyni və ya digər qanuni nümayəndəsi tərəfindən seçilir.

  • Azərbaycanlı FIFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb

    Azərbaycanlı FIFA referisi Əli Cəbrayılov futzal üzrə UEFA Çempionlar Liqasının oyunlarına təyinat alıb.

    O, qitənin ən nüfuzlu klub turnirinin ilkin mərhələsində E qrupunun Bolqarıstanda təşkil olunacaq matçlarında ədaləti qoruyacaq.

    Həmyerlimiz avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək.

    Ə.Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” – “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb.

    Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.

  • Naxçıvanda ehtiyatda olan hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb – Video

    Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub.

    Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, həmçinin təhlükəsizlik qaydaları və dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar çatdırılıb.

    Qeyd edək ki, hərbi vəzifəlilərin döyüş hazırlığının artırılması məqsədilə bilik və bacarıqlarının, eləcə də təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün toplanışda müxtəlif tapşırıqların icra edilməsi planlaşdırılıb.

  • В Армении задержан замглавы нацоператора почтовой связи “Айпост” за хищение

    Заместитель директора компании “Айпост” Арман Абрамян задержан по подозрению в хищении.

    Об этом сообщают армянские СМИ.

    По информации издания, речь идет о возможных нарушениях, допущенных в период его работы в Комитете по управлению государственным имуществом. Сумма злоупотреблений оценивается примерно в 200 млн драмов (около $500 тыс.). Задержание состоялось накануне.

    В настоящее время компанию “Айпост” возглавляет супруга Айка Конджоряна — руководителя парламентской фракции правящей партии “Гражданский договор”.

  • Ermənistanda yüksək rütbəli məmur mənimsəmə faktı üzrə saxlanılıb

    “Haypost” şirkətinin direktor müavini Arman Abramyan təxminən 500 min dollar məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.

    Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    Nəşrin məlumatına görə, söhbət onun Dövlət Əmlakının İdarə Edilməsi Komitəsində işlədiyi dövrdə yol verilmiş mümkün pozuntulardan gedir. Sui-istifadə edilən məbləğ təxminən 200 milyon dram (təxminən 500 min dollar) qiymətləndirilir. Bildirilib ki, o ötən gün saxlanılıb.

    Hazırda “Haypost” şirkətinə hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryanın həyat yoldaşı rəhbərlik edir.