Month: August 2025

  • Astarada 47 yaşlı qadın QƏTLƏ YETİRİLDİ: Oğlu şübhəli bilinir (Yenilənib)

    Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, münaqişə zəminində cinayəti törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Astara rayonunda qətl hadisəsi baş verib.

    Hadisə Astara şəhəri ərazisində qeydə alınıb.

    Belə ki, Astara şəhər sakini, 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

    İlkin məlumata əsasən, hadisə qısqanclıq zəminində baş verib. Meyit müayinə olunması üçün morqa təhvil verilib.

    Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

    Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
    //oxu.az

  • Российского политолога Сергея Маркова признали иноагентом

    Российского политолога Сергея Маркова признали иностранным агентом.

    Его данные появились в соответствующем реестре Минюста России, опубликованном на сайте ведомства.

    В основаниях для включения вписана статья 7 Федерального закона “О контроле за деятельностью лиц, находящихся под иностранным влиянием”.

    Отмечается, что Министерство юстиции приняло решение о внесении Маркова в реестр 22 августа 2025 года.

  • Rusiyalı politoloq Sergey Markov xarici agent elan olundu

    Rusiyalı politoloq Sergey Markov öz ölkəsində xarici agent kimi tanınıb.

    Bu barədə məlumat Rusiya Ədliyyə Nazirliyinin müvafiq reyestrində yer alıb.

    O, siyahıya “Xarici təsir altında olan şəxslərin fəaliyyətinə nəzarət haqqında” Federal Qanunun 7-ci maddəsinə əsasən daxil edilib.

  • Президент: Азербайджан, Туркменистан и Узбекистан занимают важную геостратегическую позицию

    Азербайджан, Туркменистан и Узбекистан занимают важную геостратегическую позицию, соединяя Восток с Западом, Север с Югом.

    Об этом заявил президент Ильхам Алиев на встрече высокого уровня между Туркменистаном, Азербайджанской Республикой и Республикой Узбекистан.

    “Перед нашими странами открываются новые задачи и возможности в сфере транспортно-транзитного сотрудничества”, – отметил глава государства.

  • İlham Əliyev: Azərbaycan, Türkmənistan və Özbəkistan mühüm geostrateji mövqeyə malikdir

    Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir.

    Bu fikri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə səsləndirib.

    “Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

  • Fövqəladə hallarda məhv olmuş əmlakın əvəzlənməsi və qeydiyyatı asanlaşdı

    Azərbaycanda fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin əvəzlənməsi və qeydiyyatı asanlaşır.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasında bildirilir.

    Qurum bəyan edib ki, ölkəmizdə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində prosedurların sadələşdirilməsi, vətəndaş məmnunluğunun təmin olunması və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir.

    Bu baxımdan, iyulun 14-də qəbul edilmiş “Torpaq, Mülki, Mənzil, Şəhərsalma və Tikinti Məcəllələrində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlanda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi xüsusi önəm kəsb edir.

    Dəyişikliklərə əsasən, fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrində yeni yaşayış sahələrinin tikintisi məqsədəuyğun hesab edilmədikdə həmin torpaq sahələrinin əvəzinə torpaq sahələri dövlət ehtiyat fondu torpaqlarından ayrılacaq. Bu mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə yönəldiləcək. Belə olan halda torpaq sahələri bələdiyyə tərəfindən hərrac keçirilmədən və aidiyyəti dövlət qurumlarının rəyləri tələb olunmadan təqdim ediləcək.

    Qanunla aşağıdakı hallarda tikinti işləri fövqəladə hal nəticəsində məhv olmuş əmlakın yerləşdiyi torpaq sahəsində deyil, yeni torpaq sahəsində aparılır:

    – Torpaq sahəsi təbii fəlakət baxımından tikinti üçün yüksək riskli ərazi olduqda;

    – Torpaq sahəsinin təyinatına görə tikinti aparılmasına icazə verilmədikdə;

    – Torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zonalarında yerləşdikdə.

    Bu səbəblər Fövqəladə Hallar Nazirliyinin apardığı araşdırma nəticəsində müəyyən ediləcək və nəticə barədə vətəndaşa məlumat veriləcək.

    Qanun vətəndaşın maraq və mənafelərini nəzərə almaqla dövlət tərəfindən torpaqların qorunması və səmərəli istifadəsini təmin edir. Belə ki, vətəndaş yaşayış sahəsinin yeni torpaq sahəsində tikintisi ilə razılaşmadıqda onun maraqları nəzərə alınır, əvvəlki torpaq sahəsinin dəyəri mülkiyyətçiyə ödənilməklə dövlətin mülkiyyətinə keçir.

    Qanunla fövqəladə hal nəticəsində məhv olmuş əmlakın əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yeni yaşayış sahələri üzərində hüquqların qeydiyyatı ilə bağlı məsələlər də tənzimlənib.

  • Overçuk: “Moskva və Bakı enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər”

    Rusiya baş nazirinin müavini Aleksey Overçuk Moskva və Bakının birgə fəaliyyət üçün əsas istiqamətləri müəyyən etdiklərini bildirib.

    Median.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

    A.Overçukun sözlərinə görə, hər iki ölkə üçün prioritet sahələr enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafıdır.

    “Prioritetlərimiz sırasında regionda nəqliyyat bağlantılarının inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının möhkəmləndirilməsi, energetika sahəsində əməkdaşlıq, sənaye kooperasiyasının inkişafı, o cümlədən gəmiqayırma və kənd təsərrüfatı sahəsində və Xəzərdə əməkdaşlıq var,” – deyə Rusiya baş nazirin müavini bildirib.

  • Şabranda qadın ərinə yuxu dərmanı verdiyi üçün döyüldü

    Şabranda ərinə yuxu dərmanı verən qadın döyülüb.

    Hadisə rayonun Rəhimli kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Əli Mərdanov (soyadı şərtidir) həmkəndlisi Aytacı evlənmək məqsədilə qaçırıb, toy edib. Toy məclisində Əlinin ailə üzvləri və qardaşı Aytaca qızıl-zinət əşyaları hədiyyə ediblər.

    Bir müddət sonra Əli Aytacın telefonunda bacısı ilə yazışmasını görüb. Aytac bacısına yazıb ki, gecə Əliyə yuxu dərmanı verib yatızdırır, Əlinin ondan xəbəri olmur. Mesajları oxuyan Əli bu barədə Aytaca desə də, Aytac etdiklərini boynuna almayıb və arada mübahisə yaranıb.

    Bir neçə gündən sonra Aytacın bacısı Əli ilə Aytacın şəklini paylaşıb və bu məsələ də ailədə mübahisə yaradıb.

    Hadisədən bir neçə gün sonra Əlinin anası Aytacdan qızıllarını istəyib və həmin qızılları lombarda verib əvəzində pul götürəcəklərini deyib. Aytac isə buna etiraz edib.

    Məsələ ilə bağlı anası Əliyə məlumat verib və Əli Aytacdan qızılları istəyib. Aytac bu dəfə də qızılları verməkdən imtina edib və cütlük arasında dava düşüb. Dava zamanı Əli Aytacı şillə və təpik zərbələri ilə döyüb.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

    Şabran Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub. Məhkəmə buna görə cinayət işinə xitam verib.
    //oxu.az

  • В Лянкяране на 61-летнюю женщину обрушился бетонный забор – Видео

    В Лянкяране в результате обрушения бетонного забора пострадала женщина.

    Об этом сообщила пресс-служба Министерства по чрезвычайным ситуациям (МЧС).

    В ведомство поступило сообщение о человеке, оказавшемся в беспомощном положении в городе Лянкяран. В связи с происшествием на место немедленно были направлены спасатели Южного регионального центра МЧС.

    При оценке оперативной обстановки на месте происшествия было установлено, что Брильянт Бабаева (1964 г.р.), получила травмы различной степени тяжести в результате обрушения бетонной ограды частного жилого дома и оказалась в беспомощном положении под завалами.

    В результате оперативных мероприятий, проведенных спасателями с применением специальных средств, женщина была извлечена из-под завалов и передана бригаде скорой медицинской помощи.

  • Lənkəranda qadının üzərinə beton hasar aşdı – Video

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran şəhərində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş – 1964-cü il təvəllüdlü Brilyant Davud qızı Babayevanın fərdi yaşayış evinin beton piltədən ibarət hasarının uçması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

    Xilasedicilər tərəfindən xüsusi vasitələrin tətbiqi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində B.Babayeva xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.