Month: August 2025

  • В Туркменбаши началась встреча высокого уровня между Туркменистаном, Азербайджаном и Узбекистаном

    В Туркменбаши началась встреча высокого уровня между Туркменистаном, Азербайджанской Республикой и Республикой Узбекистан.

    Как сообщает АЗЕРТАДЖ, сначала Президент Азербайджанской Республики Ильхам Алиев, председатель Халк Маслахаты Туркменистана Гурбангулы Бердымухамедов и президент Республики Узбекистан Шавкат Мирзиёев сделали совместное фото.

  • Türkmənbaşıda Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin yüksəksəviyyəli görüşü başlayıb

    Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş başlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə foto çəkdiriblər.

  • 100 mindən çox məktəbli geyimi satışa çıxarılıb

    Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldığından, valideynlər övladlarının məktəbə hazırlığı üçün artıq alış-verişə başlayıblar. Bu baxımdan məktəbli geyimlərinə olan tələbatın da artdığı müşahidə edilir.

    Hazırda Bakı Tikiş Evi tərəfindən təxminən 100 min ədəd məktəbli forması istehsal olunub və tələbata uyğun olaraq əlavə istehsal da planlaşdırılır.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Tikiş Evindən məlumat verilib.

    Mərkəzin şöbə müdiri Etibar Əzimov bildirib ki, məktəbli formalarının əsas üstünlüklərindən biri onların təbii parçalardan hazırlanmasıdır:

    “Bütün köynəklər 100 faiz pambıqdan, digər geyimlər isə 60 faiz yun və 40 faiz polyester qarışığından tikilir.

    Formalar Bakı Tikiş Evinin satış mərkəzlərində təqdim olunur və hər birinə 1 il zəmanət verilir. Hazırda 7 satış mərkəzimiz fəaliyyət göstərir”.

    E.Əzimov onu da qeyd edib ki, məktəbli formalarının nə qədər istehsal olunub satışa çıxarıldığına dair dəqiq statistika payız aylarında – mövsüm yekunlaşdıqdan sonra müəyyənləşəcək.

    Xatırladaq ki, iyul ayının 1-dən etibarən Bakı Tikiş Evində istehsal olunan məktəbli formalarına endirimli qiymətlər tətbiq edilib. Uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar və ətəklər 20 manatdan 15 manata, jaketlər isə əvvəlki 30 manat əvəzinə 20 manata təklif olunur.

  • Türkiyədə zəlzələ oldu

    Türkiyənin Bingöl vilayətinin Solhan bölgəsində zəlzələ baş verib.

     
    Bununla bağlı AFAD məlumat yayıb.
     
    Yerli vaxtla saat 13:30-da qeydə alınan təbii fəlakət 3.9 bal gücündə və 17.67 km dərinlikdə olub.
    Son rəsmi məlumatlara görə, Türkiyənin müxtəlif bölgələrində bu gün bir neçə zəif zəlzələ də qeydə alınıb.
    Son zəlzələlər:
    22.08.2025 – saat 13:30:57 – 3.9 bal – Solhan (Bingöl) – 17.67 km dərinlik
    22.08.2025 – saat 09:39:06 – 2.4 bal – Sındırgı (Balıkəsir) – 7 km dərinlik
    Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.
     //azxeber.com

  • Yaşa görə nə qədər adam sosial müavinət alır?

    2025-ci ilin iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 166 min 900 nəfərdən çox olub.

    Bu barədə DSMF məlumat yayıb.
    Bildirilib ki, onların 35%-ni kişilər, 65%-ni isə qadınlar təşkil edib.
    Qeyd edək ki, 2024-cü ilin iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 153 700 nəfərdən çox olub. Onların 30,95%-ni kişilər, 69,05%-ni isə qadınlar təşkil edib.

  • Şərurlu İsfəndiyar: “Həmin pulu vermək bizi yandırır”

    “Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun bahalı avtomobilləri üzərinə həbs qoyulub. İcra məmuru iş adamının 482 000 ABŞ dolları borcunun olması ilə bağlı belə qərar qəbul edib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, İsfəndiyar Axundov icra məmurumun qərarı ilə razılaşmır.

    Bu barədə açıqlama yayan Axundov hesab edir ki, həbs qoyulan 9 avtomobilin qiyməti borcundan qat-qat çoxdur: “Hər şeyimizə həbs qoyublar. Min nəfər işçimiz var, ayda bir milyon manat da vergi veririk. O borcu mən ödəyərəm. Bizim üçün çətin deyil, 1-2 illik pulumuzu yığıb verərik. Amma bunu vermək bizi yandırır, göynədir. Bizə qarşı heç bir sənəd yoxdur. Əgər dediklərimdə bir kəlmə yalan varsa, mənə ən ağır cəza verilsin. Bir daha deyirəm, lazımdırsa, o pulu ödəyərəm. Ancaq xahiş edirəm, bu məsələ araşdırılsın”.

    Qeyd edək ki, məhkəmə “Şərur” MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərarı ləğv edib. Apellyasiya instansiyası qərarı təsdiq edənə kimi avtomobillərin üzərindəki həbs qüvvədə qalacaq.

    “Şərur” MTK-ya məxsus sözügedən avtomobillər aşağıdakılardır:

    – “Lexus LX 600” avtomobili, “AA” dövlət qeydiyyat nişanlı;

    – “Lamborghini” markalı avtomobil, “YA” dövlət qeydiyyat nişanlı;

    – “Toyota Hilux” avtomobili, “PZ” dövlət qeydiyyat nişanlı;

    – 2 ədəd “KIA Rio” avtomobili, “PF” və “PZ” dövlət qeydiyyat nişanlı;

    – “KIA Carnival” miniveni, “AT” dövlət qeydiyyat nişanlı.

  • Tovuzda ölümlə nəticələnən qəza olub

    Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə avqustun 21-də qeydə alınıb.

    Nüsrət Sabir oğlu Məmmədov idarə etdiyi VAZ-2106 avtomobili ilə Qovlar-Əyyublu yolunda hərəkətdə olarkən piyada Məhərrəm Həbib oğlu Abbasovu vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.
    //oxu.az

  • Трамп выступит сегодня с заявлением

    Президент США Дональд Трамп выступит с заявлением для прессы в 12:00 по местному времени (20:00 по бакинскому – ред.).

    График американского лидера распространил пресс-пул Белого дома.

    Тема заявления не называется.

  • Tramp bu gün mətbuat qarşısında xüsusi bəyanatla çıxış edəcək

    ABŞ Prezidenti Donald Tramp bu gün yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 19:00-da – red.) mətbuat qarşısında bəyanatla çıxış edəcək.

    Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.

    Hələlik bəyanatın hansı mövzu ilə əlaqədar olacağı açıqlanmır.

  • Abşeronda boya istehsalı zavodu yanır

    Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib. Məlumata görə, polis əməkdaşları hadisə yerini mühafizə edir, təhlükəsizlik və digər zəruri tədbirlər görür.