Month: September 2025

  • Azərbaycan dövlət büdcəsindən 8 ayda 202 milyon manatdan çox vəsait geri qaytarılıb

    Bu ilin yanvar-avqust aylarında dövlət büdcəsindən 202 milyon 30,6 min manat məbləğində vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, geri qaytarılan vəsaitin 6 milyon 944,9 min manatı əcnəbilər tərəfindən ölkə ərazisində alınan istehsal və kommersiya məqsədi daşımayan mallara görə ödənilən ƏDV-nin qaytarılmasına aiddir. Bu məbləğə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə qaytarılan ƏDV də daxildir.

    Fiziki şəxs olan istehlakçılara isə işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar tərəfindən göstərilən xidmətlərə, pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınan mallara və xidmətlərə görə ödənilən ƏDV-nin 124 milyon 683,2 min manatı geri ödənilib.

    Həmçinin, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 18 milyon 817,8 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Hesabat dövründə artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə isə dövlət büdcəsindən geri qaytarılan vəsaitin məbləği 51 milyon 584,7 min manat təşkil edib.

  • Bilyardın “Snuker” növü üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib

    Bilyardın “Snuker” növü üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.

    Bu barədə “Report”a Bilyard Federasiyasından məlumat verilib.

    Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilən yarışın qalibi Orxan Rzayev olub.

    Fəxrəddin Həsənov gümüş, Turac Namazovla Azər Rzayev bürünc medal əldə edib.

  • Появились подробности возможного трансфера защитника “Ливерпуля” Конате в “Реал”

    Мадридский “Реал” продвинулся в переговорах с центральным защитником “Ливерпуля” Ибраимом Конате.

    Об этом сообщает Foot Mercato со ссылкой на журналиста Marca Хосе Феликса Диаса.

    По сведениям Диаса, переговоры между мадридским клубом и 26-летним французским футболистом уже находятся на продвинутой стадии.

    Ранее сообщалось, что у игрока следующим летом истекает контракт с английским клубом и “Реал” хочет подписать его бесплатно.

  • “Liverpul”un müdafiəçisinin “Real”a mümkün transferinin təfərrüatı açıqlanıb

    “Real” klubu “Liverpul”un mərkəz müdafiəçisi İbrahim Konate ilə danışıqlarda irəliləyiş əldə edib.

    Bu barədə “Marca”nın jurnalisti Xose Feliks Diasa istinadən “Foot Mercato” məlumat yayıb.

    Diasın sözlərinə görə, Madrid klubu ilə 26 yaşlı fransalı futbolçu arasında danışıqlar artıq inkişaf mərhələsindədir.

    Daha əvvəl bildirilib ki, futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatır və “Real” onunla həmin vaxt müqavilə imzalamaq istəyir.

  • Китай запустил с моря ракету Jielong-3 с 11 спутниками для Geely Automotive

    Компания Chinarocket успешно вывела на орбиту 11 спутников Geely при помощи коммерческой ракеты Jielong-3 (“Цзелун-3”, также называется Smart Dragon-3).

    Об этом сообщила Китайская корпорация аэрокосмической науки и техники (CASC).

    Как уточняется на ее странице в социальной сети WeChat, старт был осуществлен 9 сентября в 03:48 по пекинскому времени (23:48 по бакинскому времени 8 сентября) с платформы в Желтом море около города Жичжао (восточная провинция Шаньдун).

    Запущенные космические аппараты будет использовать автопроизводитель КНР – Geely Automotive. Это пятая спутниковая группировка Geely, ее задача – обеспечить тестирование услуг автономного вождения и межтранспортной связи. Такие технологии также позволяют вести наблюдения за океаном.

  • Çin dənizdən 11 peyki olan “Jielong-3” raketini kosmosa göndərib

    Çinin “Chinarocket” şirkəti kommersiya məqsədli “Jielong-3” raketindən (həmçinin “Smart Dragon-3” adlanır) istifadə edərək “Geely”nin 11 peykini uğurla orbitə çıxarıb.

    Bu barədə Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

    Korporasiyanın “WeChat” sosial şəbəkəsindəki səhifəsində bildirilib ki, buraxılış sentyabrın 9-da Pekin vaxtı ilə saat 03:48-də (Bakı vaxtı ilə sentyabrın 8-də, saat 23:48) Sarı dənizdəki Jiçjao şəhəri (şərqi Şandun əyaləti) yaxınlığındakı platformadan həyata keçirilib.

    Orbitə buraxılan kosmik gəmi Çinin “Geely Automotive” şirkəti tərəfindən istifadə ediləcək. Bu, “Geely”nin beşinci peyk qrupudur, onun vəzifəsi avtonom idarəetmə xidmətlərinin və avtomobillərarası rabitənin sınaqdan keçirilməsini təmin etməkdir. Bu cür texnologiyalar həm də okeanı izləməyə imkan verir.

  • Müəllimlərin işə qəbulu üzrə müsahibənin apellyasiya nəticələri elan olunub

    Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

    Bu barədə Təhsil İnstitutunun İnsan Resusları Mərkəzi məlumat yayıb.

    Müsahibələrdə uğur qazanan namizədlər 12 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3×4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

    Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

  • Növbəti dörd gündə güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Sentyabrın 10-u axşamdan 14-dək Azərbycanda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında, Gəncə, Tovuz, Goranboy, Daşkəsən, Ağstafa, Qazax, Qusar, Xızı, Qobustan, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

    Azərbaycanın digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Nepalda iğtişaşlar: 1500-dən çox məhbus həbsxanadan qaçıb

    Nepalda baş verən iğtişaşlar fonunda ölkənin Lalitpur şəhərindəki Nakhu həbsxanasından ən azı 1 500 məhbus qaçıb.

    Bu barədə yerli “Khabarhub” nəşri məlumat verib.

    “Rastriya Svatantra Partiyasının sədri Rabi Lamiçhane azad edildikdən sonra Lalitpurdakı Nakhu həbsxanasının bütün məhbusları müəssisəni tərk ediblər”, – deyə məlumatda bildirilib.

    Qeyd olunub ki, Nepalda iğtişaşlar zamanı həbsxanada ən azı 1 500 nəfər saxlanılırdı. Nəşrin məlumatına görə, polis öz postlarını tərk etdiyi üçün məhbuslar qaçmağa müvəffəq olublar.

    “Məhkumların kütləvi şəkildə azadlığa buraxılması ictimai təhlükəsizliyə potensial təhlükə yaratdığı üçün hakimiyyət vəziyyəti izləyir”, – deyə nəşr yazıb.

  • Şəmkirdə valideynlərini itirən qız 15 yaşında ana oldu

    Şəmkirdə 29 yaşlı oğlan qonşularında yaşayan, 16 yaşı tamam olmayan qızla qeyri-rəsmi şəkildə ər-arvad kimi yaşayıb. Onların övladları dünyaya gələndə isə cinayətin üstü açılıb.

    Median.Az Musavat.com-a istinadla xəbər verir ki, 29 yaşlı Rasim (adı şərtidir) zərərçəkmiş kimi tanınan Günellə (adı şərtidir) bir məhəllədə yaşayıblar.

    Günelin atası illər öncə dünyasını dəyişib. Nənəsi və anası ilə birlikdə yaşayan Günel 2008-ci il təvəllüdlüdür. Günel anasını da itirdikdən sonra Rasimlə birlikdə yaşamağa başlayıb. Rasim deyib ki, Günel başsız və ortalıqda qalmasın deyə onu öz evinə gətirib. Onunla birlikdə ər-arvad kimi yaşamağa başlayıblar. Onlar arasında rəsmi nikah olmayıb.

    Rasimin evinə gedən zaman Günelin 15 yaşı olub. Günel hamilə olandan sonra hüquq-mühafizə orqanları məsələni araşdırmağa başlayıb.

    Rasim 14 yaşı tamam olmuş, lakin 16 yaşa çatmamış qızla cinsi münasibətdə olmağa görə cinayət məsuliyyətinə cəlb olunub. Hər iki tərəf iş üzrə dindirilən zaman bir-birini sevdiklərini, ər-arvad kimi yaşadıqlarını deyiblər.

    Araşdırma zamanı məlum olub ki, Günel ikinci övladına da hamilədir.

    Məhkəmə Rasim barəsində bir il şərti cəza təyin edib.