Month: September 2025

  • Bakıda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    4. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyası istiqamətində;

    5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. “20 Yanvar” dairəsində;

    7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    8. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    11. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    13. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;

    14. Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

    15. Fətəli xan Xoyski prospekti, metronun “Gənclik” stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    16. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    17. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;

    18. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    19. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    20. Mirzə Qədim İrəvani küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

    21. Mirzə Qədim İrəvani küçəsi, Xətai prospekti istiqamətində;

    22. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    23. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    24. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    25. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq

    Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sentyabrın 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR, Kəlbəcər, Gəncə, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

    Sarı xəbərdarlığa uyğun olaraq isə əksər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Yankoviç 6 həftə oynaya bilməyəcək

    “Qarabağ”ın zədəli futbolçusu Marko Yankoviçin durumu ciddidir.

    Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

    “Marko Yankoviçin zədəsi ilə bağlı ilkin dəyərləndirmə belə idi ki, bu, əzələ spazmasıdır. Yəni “Benfika” ilə oyunda belə bir ehtimal var idi. MRT müayinəsindən sonra müəyyənləşdi ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Yankoviçin komandaya qayıtması təxminən 6 həftə çəkəcək” – deyə klub rəsmisi bildirib.

    Bu isə o deməkdir ki, monteneqrolu yarımmüdafiəçi Çempionlar Liqasında oktyabrın 1-də “Kopenhagen” (Danimarka) və oktyabrın 22-də “Atletik”lə (İspaniya) keçiriləcək oyunları buraxacaq.

  • Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

    Prezident İlham Əliyev avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, fərmanla Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılır.

    Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşacaq:

    – avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin fonda köçürülən hissəsi;

    – nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq.

    Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təsdiqlənib.

    Fondun vəsaitindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və dövlət xəzinədarlığı sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində aşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara fərmanda nəzərdə tutulmuş hallarda subsidiya ödənilməsi üçün istifadə edilir:

    – sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar;

    – elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar;

    – Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə, həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar.

    Fərmanla Nazirlər Kabinetinə Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

    Həmçinin NK bir ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

    – bu fərmanda göstərilən inzibati ərazilərdə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtlərini;

    – daşıyıcılara ödəniləcək subsidiyanın hesablanması və ödənilməsi qaydasını.

    NK, eləcə də, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

    – 2026-cı il yanvarın 1-dən bu fərmanda göstərilən inzibati ərazilərdə müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın təmin edilməsi, sərnişin axınının intensivliyi və ya avtomobil nəqliyyatı xidmətinin davamlılığı nəzərə alınmaqla, nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin müəyyən etdiyi marşrutlar üzrə daşıyıcıların avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətləri göstərməsi nəticəsində yaranan xərclərinin kompensasiya olunmasını nəzərdə tutan məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin tətbiqinə başlamalı və bu prosesi 2028-ci il yanvarın 1-dək başa çatdırmalı;

    – AYNA və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılar arasında bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqaviləyə əsasən daşıyıcılar tərəfindən göstərilən avtomobil nəqliyyatı xidmətinə görə hesablanan dəyərlə həmin xidmət üçün təsdiq edilmiş gediş haqqına uyğun olaraq sərnişinlərin ödənişlərindən toplanan vəsait arasında mənfi fərq yarandığı təqdirdə, həmin fərq məbləğində fondun vəsaiti hesabına daşıyıcılara subsidiya ödənilməsini təmin etməli;

    – bu fərmanın 4.2-ci bəndi nəzərə alınmaqla, avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələbləri bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

    – bu fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

    Avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisi 2026-cı il yanvarın 1-dən, nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq isə 2027-ci il yanvarın 1-dən fonda mədaxil olunacaq.

  • Trampın helikopteri təcili eniş edib

    ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniyanı daşıyan helikopter Böyük Britaniyada təcili eniş edib.

    Bu barədə “Daily Mail” məlumat yayıb.

    İnsident ABŞ prezidentinin Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransı üçün görüşdüyü Çekersdəki iqamətgahından Stansted hava limanına uçarkən baş verib.

    Qeyd olunur ki, prezident helikopterinin hidravlik sistemində problemlər yaranıb. Pilotlar ehtiyat tədbiri olaraq təyyarəni Luton hava limanına endirmək qərarına gəliblər. Orada Tramp və birinci xanım ehtiyat helikopterə keçib, yollarına davam ediblər.

    Texniki nasazlığa baxmayaraq, xəsarət alan olmayıb. Reys təyinat yerinə iyirmi dəqiqə gecikib.

  • Президент Ильхам Алиев поздравил еврейскую общину Азербайджана

    Президент Азербайджана Ильхам Алиев направил поздравительное письмо еврейской общине Азербайджана по случаю еврейского Нового года – Рош ха-Шана.

    Как сообщает Median.Az со ссылкой на President.az, в послании говорится:

    “Уважаемые соотечественники!

    Сердечно поздравляю вас с новогодним праздником еврейского народа – Рош ха-Шана, выражаю самые теплые пожелания.

    Еврейской общине принадлежит особое место в Азербайджане, где исторически царят прогрессивные традиции толерантности и высокая культура совместного проживания. Евреи, являющиеся сегодня неотъемлемой частью нашего общества, на протяжении столетий живут бок о бок с представителями других народов и конфессий в условиях мира, взаимного уважения и доверия.

    В современном мире Азербайджан – одно из немногих мест, где нет антисемитизма, ксенофобии и этнорелигиозной нетерпимости. Сохранение культурного разнообразия, развитие языка и культуры этнических меньшинств, продвижение мультикультурных ценностей являются одними из приоритетных направлений проводимой в Азербайджане государственной политики.

    Наши граждане еврейского происхождения активно участвуют во всех сферах общественно-политической жизни, вносят достойный вклад в дальнейшее укрепление национально-духовной солидарности в обществе, донесение реалий Азербайджана до мировой общественности.

    Рош ха-Шана – символ обновления, духовной чистоты, доброты и солидарности. В этот знаменательный день еще раз поздравляю каждого из вас с праздником, желаю счастья вашим семьям, достатка вашим домам.

    С праздником!”

  • Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

    Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

    “Hörmətli həmvətənlər!

    Sizi yəhudi xalqının yeni il bayramı – Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

    Tarixən mütərəqqi tolerantlıq ənənələrinin və yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudilər yüz illərdir ki, digər xalqların və konfessiyaların nümayəndələri ilə birlikdə əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar.

    Müasir dünyamızda Azərbaycan antisemitizmin, ksenofobiya və etnik-dini dözümsüzlüyün mövcud olmadığı nadir məkanlardan biridir. Mədəni müxtəlifliyin qorunub saxlanılması, etnik azlıqların dil və mədəniyyətinin inkişafı, multikultural dəyərlərin təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

    Yəhudiəsilli vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə layiqli töhfələr verirlər.

    Roş ha-Şana yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğularının rəmzidir. Bu əziz gündə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

    Bayramınız mübarək olsun!”

  • Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü – MƏHKƏMƏ

    Bakıda iş yoldaşını öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin məhkəməsi başlayıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə məhkəmə baxış iclası keçirilib.

    Prosesdə prokuror ittiham aktını elan edib.

    Möhsün Abdullayev 1970-ci ildə Gədəbəy rayonunda anadan olub. 1997-ci ildə zorlama əməlinə görə məhkum olunub, azadlığa çıxdıqdan sonra qəlibçi işləyib. Abdullayev ittiham üzrə özünü qismən təqsirli bilib.

    İfadəsi zamanı Möhsün Abdullayev iş yoldaşını masanın üzərindən götürdüyü stəkanla cəmi bir dəfə vurduğunu qeyd edib. Onun sözlərinə görə, buna Bahadur Tağıyevin onu əsassız yerə söyməsi səbəb olub. Prokuror təqsirləndirilən şəxsə istintaqda fərqli ifadə verdiyini bildirib.

    İttihama görə, Möhsün Abdullayev masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Nəticədə zərərçəkənin başından qan axmağa başlayıb. Sonra yumruqla ona zərbələr vurub. Məqsədi Tağıyevdən işlətdiyi nalayiq ifadələrə görə qisas almaq olub.

    Amma məhkəmə zalında Möhsün Abdullayev bildirib ki, məqsədi qisas olmayıb, sadəcə Bahadurun əlindən çıxmaqdan ötrü onu stəkanla vurub:

    “Yumruqla onu vurmamışam. Bizi iş yoldaşım Tofiq Əsədov ayırdı, digər iş yoldaşlarımla birgə zərərçəkmişə tibbi yardım göstərdik. Hadisə təxminən saat 16-da baş versə də, Təcili Tibbi Yardıma 2 saatdan sonra məlumat verdik”.

    Zərərçəkmiş şəxsin hüquqi varisi olan həyat yoldaşı məhkəmə zalında ağlayıb. O, üzünü təqsirləndirilən şəxsə tutaraq bildirib ki, kaş ki onun yoldaşını öldürməzdi, övladlarını atasız qoymazdı. Qadın Möhsün Abdullayevdən hansı səbəbə görə, ərini qətlə yetirdiyini soruşub. Təqsirləndirilən şəxs bir daha bildirib ki, Bahadur Tağıyevi nalayiq ifadələrə görə, özündən asılı olmayaraq vurub. Stəkanı əlinin ovucunda saxlayıb. Onun aldığı xəsarətdən öləcəyini düşünməyib.

    Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

    Qeyd edək ki, Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

  • Qatarların qarşısına 81 dəfə qəfil insan çıxdı – 7 nəfər öldü

    Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb.

    Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

    Bildirilib ki, bunun nəticəsində maşinistlər təcili tormozlama etməli olub: “Bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub: 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

    “ADY bir daha xatırladır ki, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməyin, sağa və sola baxın, hər 2 tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yolunuza davam edin”, – deyə qurum bəyan edib.

  • Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u axşamdan 21-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Sentyabrın 19-u axşam və 20-si səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

    Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.