Month: October 2025

  • Prezident statistika sahəsində çalışan bir qrup şəxsi təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında statistika sahəsində çalışan işçilərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında statistika işinin təşkilində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Məmmədov Vahab Feyruz oğlu

    “Tərəqqi” medalı ilə

    Bağırov Hüseyn Fərəməz oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Aşurov Abdulkərim Şafi oğlu

    Babayev Nazim Kazım oğlu

    Əcəlov Toğrul Rafiq oğlu

    Əliyev Rauf Ağaxan oğlu

    Qafarov Heydər Zülməkan oğlu

    Qəhrəmanov Əyyub Məcid oğlu

    Quliyeva Səbinə Əliqulu qızı

    Tahirov Fərnad Tahir oğlu.

  • Gəncədə qadını maşın vurub öldürdü

    Gəncə şəhərində avtomobil piyadanı vurub öldürüb.

    Hadisə şəhər ərazisində baş verib.

    VAZ-2106 markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən qadını vurub.

    Piyada hadisə yerində ölüb. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma başlanılıb.
    //oxu.az

  • Новые правила заключения брака: что делать, если свидетельства о рождении родителей утеряны?

    С момента внесения изменений в Семейный кодекс Азербайджана родственные браки на территории страны находятся под запретом. При обращении в центры ASAN xidmət лица, желающие вступить в брак, должны предоставить свидетельства о рождении – как свои собственные, так и своих родителей – для проверки наличия родственных связей.

    Как сообщает Oxu.Az, эта процедура зачастую создает трудности для будущих супругов. Некоторые пары, не являющиеся родственниками, не могут заключить брак из-за того, что свидетельства о рождении их родителей утеряны.

    Ситуация особенно осложняется для молодых людей, выросших без родителей или потерявших связь с ними. В таких случаях процесс заключения брака превращается в настоящее испытание.

    Возникает закономерный вопрос: что делать парам, у которых отсутствуют свидетельства о рождении родителей?

    В ответ на запрос редакции сайта Министерство юстиции разъяснило порядок действий в подобных ситуациях:

    “В соответствии с пунктом 3.3 правил государственной регистрации актов гражданского состояния, утвержденных постановлению Кабинета министра от 31 октября 2003 года, наличие родственных отношений между лицами, желающими вступить в брак, проверяется должностным лицом отдела регистрации, консульского управления или представительства исполнительной власти через информационную систему Министерства юстиции Азербайджанской Республики.

    В случаях, когда получение этой информации через информационную систему невозможно, к заявлению о вступлении в брак прилагаются копии свидетельств о рождении лиц, желающих вступить в брак, и их родителей.

    Если лица, желающие вступить в брак, не могут предоставить свидетельства о рождении своих родителей, регистрационный орган принимает меры для получения соответствующих актовых записей. Соответствующие документы запрашиваются в отделе регистрации по месту рождения родителей. Если это невозможно, принимаются меры для получения других документов о рождении родителей и сведений о них.

    Лица, желающие вступить в брак, могут получить документы о рождении своих родителей только на основании нотариально заверенной доверенности от них. В случае смерти родителей, соответствующие справки могут быть предоставлены лицам, желающим вступить в брак”.

    Напомним, 23 июля 2024 года Президент Азербайджана Ильхам Алиев утвердил изменения в Семейный кодекс.

    Согласно поправкам, запрещены браки между детьми, имеющими общего биологического дедушку и/или бабушку, между имеющими биологическое родство дядей и племянницей, а также тетей и племянником.

    Запрет вступил в силу с 1 июля 2025 года.

  • Valideynin doğum haqqında şəhadətnaməsi olmayan cütlüklər nikaha girmək üçün nə etməlidirlər?

    Ailə Məcəlləsinə dəyişiklik edildiyi gündən etibarən ölkə ərazisində qohum evlilikləri qadağan olunub. Nikaha girmək istəyən şəxslər “ASAN Xidmət” mərkəzlərinə müraciət etdikdə onların qohumluq əlaqələrini yoxlamaq məqsədilə özlərinin və valideynlərin doğum haqqında şəhadətnamələri istənilir.

    Bəzən bu hal nikaha girmək istəyənlərə çətinlik yaradır. Belə ki, qohum olmayan bir qrup cütlük valideynləri doğum haqqında şəhadətnamələrini itirdikləri üçün nikaha girə bilmirlər.

    Nəzərə alsaq ki, bəzi gənclər tərk edilmiş uşaqlıq yaşayıblar və ailələrindən xəbərləri yoxdur, bu halda onların evlənməsi müşkül məsələyə çevrilir.

    Maraqlıdır, bəs görəsən, valideynin doğum haqqında şəhadətnaməsi olmayan cütlüklər nikaha girmək üçün nə etməlidirlər?

    Ədliyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nikaha daxil olmaq istəyən şəxslər valideynlərinin doğumu haqqında şəhadətnamələri təqdim edə bilmədikdə qeydiyyat orqanı müvafiq akt qeydlərinin əldə edilməsi üçün tədbir görür:

    “Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.3-cü bəndinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır.

    Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir.

    Nikaha daxil olmaq istəyən şəxslər valideynlərinin doğumu haqqında şəhadətnamələri təqdim edə bilmədikdə qeydiyyat orqanı müvafiq akt qeydlərinin əldə edilməsi üçün tədbir görür. Akt qeydləri valideynlərin doğulduğu yer üzrə qeydiyyat şöbəsindən istənilir, bu mümkün olmadıqda valideynlərin doğumu və valideynlər barədə digər sənədlərin əldə olunması üçün tədbir görülür.

    Nikaha daxil olmaq istəyən şəxslər valideynlərinin doğumu haqqında sənədləri yalnız onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında əldə edə bilərlər. Valideynlər vəfat etdiyi halda isə müvafiq arayışlar nikaha daxil olmaq istəyən şəxslərə təqdim oluna bilər”, – deyə cavabda vurğulanıb.

    Xatırladaq ki, 2024-cü il iyulun 23-də Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

    Dəyişikliyə əsasən, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun evliliyi qadağan edilib.

    Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minib.

  • Ramiz Mehdiyevin sensasion səs yazısı – AUDİO

    Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Qarabağda əldə etmiş qalibiyyət və dövlət rəhbərinin apardığı siyasətə münasibət bildirib.

    Ramiz Mehdiyev Manset.az-ın suallarını cavablandırarkən jurnalistin ona “Cənab Prezident böyük uğurlar əldə etdi və bütün Qarabağ işğaldan azad edildi” sualına “Onunla bağlı mənə sual verməyin” deyə bildirib. Daha sonra jurnalistin növbəti dəfə təkidlə “Yəqin ki, bunu böyük uğur kimi qiymətləndirirsiniz?” sualına isə “Yenə də deyirəm, o barədə sual verməyin” deyərək cavab verib.

    İndiki vəziyyətdə Mehdiyevin bu cavabları onu göstərir ki, Azərbaycanın və dövlət rəhbərinin apardığı siyasətə qarşı olub, əldə edilmiş uğurlar, nailiyyətlər və bütün dünyanın qəbul etdiyi möhtəşəm Qarabağ zəfəri onu narahat edib.

    Qarabağ zəfəri ilə bağlı sualı cavablandırmayan “boz kardinal”a bu zəfər uğrunda şəhid olan 3 mindən çox igidin və qazilərin haqqı halal olmayacaq.

    Həmin səs yazısını təqdim edirik:

  • Daxili İşlər Nazirliyindən növbəti ÇAĞIRIŞ

    Qanunsuz odlu silahların saxlanılması və daşınması cəmiyyət üçün ciddi təhlükə mənbəyidir. Belə silahlar istənilən vaxt qeyri-qanuni məqsədlə istifadə edilərək insan həyatına, sağlamlığına və ağır cinayətlərə səbəb ola bilər. Buna görə də daxili işlər orqanları əhali arasında profilaktik izahat işlərini, silahların aşkarlanması və yığılması üçün planlı əməliyyat-axtarış tədbirlərini sistemli şəkildə həyata keçirir və əldə edilən nəticələri ictimaiyyətlə bölüşür.

    Polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktik tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində 4181 ədəd odlu silah aşkar olunaraq götürülüb ki, onların da 1126-sı avtomat silahı, 263-ü tapança, 2792-si isə tüfəng olub.
    Qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş onları könüllü təhvil veriblər. Belə ki, 2025-ci ilin 9 ayı ərzində 3536 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. Keçirilən əməliyyat tədbirlərilə isə 645 silah aşkar olunaraq götürülüb.
    Qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevirilə, faciəyə səbəb ola bilər. Könüllü olaraq polisə təqdim edilən silaha görə isə vətəndaş məsuliyyətə cəlb edilmir. Buna görə də vətəndaşlara müraciət edərək qanunsuz yollarla əldə etdikləri və ya tapdıqları silah-sursatı könüllü olaraq yaxınlıqdakı polis orqanlarına təhvil vermələrini xahiş və tövsiyə edirik. Bu halda həmin şəxs heç bir cinayət məsuliyyəti daşımayacaq və bununla da həm özünü, həm də ailəsini böyük təhlükədən və qanunla müəyyən olunmuş ağır cinayət məsuliyyətindən xilas etmiş olacaq.
    Bu vətəndaşlıq nümunəsində cəmiyyətin hər bir üzvünün dəstəyi önəmlidir. Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik.

  • В Гаджигабуле предотвращен факт ранней свадьбы

    В селе Мейниман Гаджигабульского района правоохранительные органы оперативно предотвратили незаконную свадьбу.

    Полиция получила информацию о планируемом бракосочетании 23-летнего мужчины с девушкой, не достигшей 16-летнего возраста.

    После получения сигнала правоохранительные органы немедленно провели расследование и приняли необходимые меры для пресечения незаконного торжества.

    По информации ширванской региональной группы пресс-службы Министерства внутренних дел, родители обеих сторон были вызваны в полицейский участок, где с ними провели профилактические и разъяснительные беседы о требованиях законодательства.

    В настоящее время в Гаджигабульском районном отделе полиции принимаются юридические меры ответственности по данному факту.

    Правоохранительные органы вновь обращают внимание общественности на то, что согласно законодательству, брачный возраст установлен на уровне 18 лет как для женщин, так и для мужчин. Бракосочетание лиц, не достигших этого возраста, категорически запрещено законом, а лица, допускающие такие случаи, несут административную или уголовную ответственность. Родители и старшие члены семьи должны воздерживаться от таких незаконных действий и ответственно относиться к будущему своих детей.

  • Hacıqabulda erkən nikahın qarşısı alındı

    Hacıqabulda erkən nikah faktının qarşısı alınıb.

    Rayonun Meyniman kəndində 23 yaşlı şəxsin 16 yaşına yaşına çatmayan qızla planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlər nəticəsində qanunsuz təşkil olunan toy mərasiminin qarşısı alınıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

    Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində hüquqi məsuliyyət tədbirləri görülür.

    Bir daha diqqətə çatdırılır ki, qanunvericiliyinə əsasən, nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18-dir. Bu yaş həddinə çatmamış şəxslərin evləndirilməsi qanunla qəti şəkildə qadağandır və belə hallara yol verən şəxslər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Valideynlər, ailə böyükləri belə qanunsuz addımlardan çəkinməli, övladlarının gələcəyinə məsuliyyətlə yanaşmalıdırlar.

  • Ильхам Алиев сделал публикацию в связи с годовщиной освобождения города Зангилан – Видео

    Президент Азербайджана Ильхам Алиев сделал публикацию в связи с пятой годовщиной освобождения города Зангилан от армянской оккупации.

    В публикации говорится:

    “Наша история Победы: 20 октября 2020 года Зангилан”.

  • İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib – Video

    Prezident İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin beşinci ildönümü ilə bağlı paylaşım edib.

    Median.Az xəbər verir ki, paylaşımda deyilir:

    “Zəfər Tariximiz: 20 Oktyabr 2020-ci il Zəngilan”.