Month: October 2025

  • Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna geri dönüb

    Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo Hava Limanına eniş etməyə qərar verib.

    Bu barədə AZAL məlumat yayıb.

    Bildirilib ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.

    Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən, Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

    Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo Hava Limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.

    Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.

    Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.

    “AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo Hava Limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir”, – aviaşirkətdən bildirilib.

  • Пенсии в Азербайджане будут полностью выплачены завтра

    Выплата пенсий в Азербайджане будет завершена 21 октября.

    Об этом сообщили в Государственном фонде социальной защиты при Министерстве труда и социальной защиты населения.

    Было отмечено, что в тот же день будут выплачены пенсии лицам, имеющим право на пенсию на льготных условиях.

  • Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək

    Oktyabrın 21-də respublika üzrə pensiyaların tam ödənilərək, prosesin yekunlaşdırılması nəzərdə tutulub.

    Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

  • Taksi qiymətləri artacaq? – Rəsmi cavab (VİDEO)

    Qanunvericiliyin tələblərinə müvafiq olaraq, taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətin tətbiqi ilə bağlı 60 gün öncədən məlumat verilməlidir.

    Bunu AYNA-nın mətbuat xidmətinin rəhbəri Tural Orucov İTV-yə müsahibəsində deyib.

    “Qeyd ediləni, eləcə də, icazələrin verilməsinə kvotanın tətbiq edilməsi haqqında qərarın 1 noyabr tarixindən qüvvəyə minməsini nəzərə alaraq, taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 31 dekabra kimi davam edəcək.

    Həmçinin, taksi fəaliyyəti ilə məşğul olan şəxslərə çağırış etmək istərdik. Belə ki, növbəti illərdə istehsal tarixindən 15 il ötmüş avtomobillərin taksi fəaliyyəti üçün istifadəsi mümkün olmayacaq. Bunu nəzərə alaraq, köhnə nəqliyyat vasitələrinin, xüsusən də istehsal tarixi 2011-ci il olan avtomobillərin verilmiş müddət ərzində yenilənməsi tövsiyə olunur.

    Qeyd etmək istərdik ki, kvotanın tətbiqindən sonra qiymətlərin artacağı, sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı yayılan məlumatlar yanlışdır. Hazırda taksi fəaliyyəti üçün 35 min aktiv icazə mövcuddur. Gün ərzində bunlardan yalnız 22-23 min taksi minik avtomobili xidmətə çıxır. Yəni kvotanın 25 min təyin edilməsi bazara təsir etməyəcək və taksi çatışmazlığı baş verməyəcək. Əksinə, peşəkar əmək bazarı formalaşacaq və əhaliyə göstərilən taksi xidmətlərinin keyfiyyəti daha da yüksələcək”, – o qeyd edib.

    AYNA rəsmisi kvotanın tətbiqindən sonra sürücülərin iş yerini itirəcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib:

    “Limit sürücülərə deyil, nəqliyyat vasitələrinin sayına tətbiq ediləcək. Yəni bu iş yerlərinin sayına təsir göstərməyəcək”.

  • Daşkəsəndə altı uşağının səs-küyünə dözməyən kişi arvadını döydü

    Daşkəsəndə uşaqlarının səs-küyündən əsəbiləşən kişi arvadını döyüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində baş verib.

    41 yaşlı İzzət Muradov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadını yerə yıxaraq, təpiklə başına zərbələr vurub.

    Təqsirləndirilən şəxs bildirib ki, mübahisəyə səbəb arvadının onun sözünə əməl etməməsi və uşaqların səs-küy salması olub:

    “Evdə uşaqlar səs-küy salanda tez əsəbiləşirəm və nalayiq sözlər işlədirəm. Əvvəllər də belə olub”.

    6 uşaq anası olan zərərçəkənin sözlərinə görə əri ilə arasında süfrənin təmiz olmaması səbəbindən mübahisələri olub:

    “İzzətə dedim ki, uşaqlar dərs edirlər, mən də kürədə çörək bişirirəm. İşimi bitirib süfrəni təmizləyəcəm. Lakin o, mənimlə mübahisə etdi. Yanından uzaqlaşanda saçımdan tutdu, dartıb yerə yıxdı. Sonra təpiklə başıma zərbələr vurdu. Başımdan qan axırdı. Bu hadisədən sonra polisə şikayət etdim. Əvvəllər də ərim məni döyüb. Lakin məhkəmədə şikayətçi olmamışam. Amma yenə də İzzət hər gün evdə səbəbsiz yerə dava-dalaş salırdı. Məni uşaqlarımın yanında söyüb döyürdü. Həm də məni və azyaşlı qızımızı əxlaqsız adlandırır”.

    Qadın bildirib ki, 6 uşağının hamısı azyaşlıdır və onları çətinliklə böyüdür. Buna baxmayaraq, əri tərəfindən daim döyülür. Əri ilə barışmaq istəmir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir.

    Hadisə ilə bağlı İzzət Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.

    Daşkəsən rayon Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyi ilə keçirilən iclasda İzzət Muradovun 20 gün müddətinə inzibati qaydada həbs olunmasına qərar verilib.

  • Футболист “Реала” Мбаппе восстановился от травмы лодыжки

    Французский нападающий “Реала” Килиан Мбаппе восстановился от травмы правой лодыжки и может выйти в стартовом составе на гостевой матч чемпионата Испании против “Хетафе”.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом на пресс-конференции заявил главный тренер “Реала” Хаби Алонсо.

    Ранее Мбаппе из-за травмы лодыжки пропустил матч отборочного турнира чемпионата мира против команды Исландии (2:2), досрочно покинув расположение сборной Франции.

    “Мбаппе готов играть, его лодыжка в порядке, – сказал Алонсо. – Он может выйти в стартовом составе на игру с “Хетафе”.

    Мбаппе 26 лет. Нападающий лидирует по количеству забитых мячей в чемпионате Испании (9) и Лиге чемпионов (5).

  • Mbappe zədəsini sağaldıb, sabah meydana çıxa bilər

    Fransa yığmasının “Real Madrid”də çıxış edən ulduz futbolçusu sağ topuğundakı zədəsini sağaldıb.

    Bu barədə İspaniya təmsilçisinin baş məşqçisi Xabi Alonso mətbuat konfransında məlumat verib.

    Onun sözlərinə görə, forvard İspaniya çempionatında sabah “Xetafe” ilə səfər matçında meydana çıxa bilər.

    Qeyd edək ki, Mbappe zədə səbəbindən dünya çempionatının seçmə mərhələsində İslandiya ilə matçı (2:2) buraxmalı olub.

  • У берегов Филиппин произошло сильное землетрясение

    Землетрясение магнитудой 5.6 зарегистрировано у побережья Филиппин.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его данным, эпицентр располагался в 105 км к востоку от города Бутуан (остров Минданао) с населением около 309 тыс. человек. Очаг залегал на глубине 55 км.

    Информация о пострадавших и разрушениях не поступала.

  • Filippin sahillərində 5,6 bal gücündə zəlzələ oldu

    Filippin sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanların episentri təxminən 309 min nəfər əhalisi olan Butuan şəhərindən (Mindanao adası) 105 km şərqdə yerləşib. Zəlzələnin ocağı 55 km dərinlikdə olub.

    Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

  • В Гусарском районе автомобиль опрокинулся в водоканал: 5 человек получили ранения

    В Гусарском районе автомобиль опрокинулся в водоканал, 5 человек получили ранения.

    Как сообщает Report, инцидент произошел на автодороге Гусар – Шахдаг.

    Легковой автомобиль Renault во время движения съехал с дороги и опрокинулся в водоканал.

    В результате происшествия житель Агдамского района Э.Аскеров (1992 г.р.), житель Билясуварского района А.Джафарзаде (1996 г.р.), житель Уджарского района Р.Гусейнов (2004 г.р.), житель Бардинского района Н.Мамедов (1994 г.р.) и житель Гусарского района Н.Салимов (1994 г.р.) были госпитализированы с травмами различной степени тяжести.

    По данному факту проводится расследование.