Month: October 2025

  • Paytaxtda taksi xidmətinə 25 minlik LİMİT: Nə dəyişəcək?

    Nazirlər Kabineti Bakıda taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində mühüm dəyişiklik edib.

    Yeni qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin sayı 25 000-lə məhdudlaşdırılacaq.

    Qərarın məqsədi paytaxtda taksi xidməti sahəsində tənzimləmələri gücləndirmək və xidmətin keyfiyyətini artırmaqdır. Bununla belə, yeni limit bir sıra suallar doğurur:

    Hazırda Bakı şəhərində fəaliyyət göstərən taksilərin sayı nə qədərdir? Taksiparkların gələcək fəaliyyəti necə tənzimlənəcək?

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini daşıyır və “Avtomobil nəqliyyatı haqqında” Qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir. Nəqliyyat növləri arasında balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota tətbiqi təcrübəsi dünya ölkələrində də geniş istifadə olunur.

    “Xatırladaq ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətə göstərmək istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış vəsiqəsi, daşımaları yerinə yetirmək üçün taksi nəqliyyat vasitələrinə isə buraxılış vəsiqəsinin əlavəsi hesab olunan buraxılış kartı almalıdırlar.

    Məlumat üçün bildiririk ki, taksi sahəsində islahatların başlanıldığı ötən dövr ərzində mühüm nəticələr əldə olundu. Belə ki, taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqinə və bu istiqamətdə fəaliyyət göstərən daşıyıcıların və onların nəqliyyat vasitələrinin müvafiq qaydada uçotuna başlanıldı, davamlı nəzarətin qurulması təmin edildi. Taksi fəaliyyəti göstərən sürücülər isə peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olundu və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə başladılar. Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə ‘E-taksi’ alt sistemi yaradıldı. Bütün taksi icazələri fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir.

    İslahatların həyata keçirilməsindən əvvəl taksi parkının 62%-nin istismar müddəti 15 ildən artıq olduğu halda, islahatlardan ötən qısa zaman kəsiyində mühüm nailiyyət oldə olundu və artıq taksi parkının 67%-nin istismar müddəti səkkiz il təşkil edir. Görülən tədbirlər nəticəsində taksi parkı yeni və ekoloji baxımdan təmiz avtomobillərlə əvəz olunub.

    14 oktyabr 2025-ci il tarixinə olan məlumata əsasən, taksi daşımalarına Bakı şəhəri üzrə verilmiş buraxılış vəsiqələrinin sayı 19 554, nəqliyyat vasitələrinə verilmiş buraxılış kartlarının sayı isə 34 014-dür. Bu avtomobillərin təxminən 55%-i və ya 18 825 ədədi son beş ildə istehsal olunan nəqliyyat vasitələridir.

    Əgər islahatlardan əvvəl taksi parkında fərqli nəqliyyat vasitələrini görmək mümkün idisə, islahatlar nəticəsində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ağ və qırmızı rəngli nəqliyyat vasitələri artıq taksi parkının 79%-ni təşkil edir.

    Taksi fəaliyyəti sahəsində şəffaflığın və xidmət keyfiyyətinin daha da artırılması məqsədilə yeni elektron mexanizmlərin tətbiqi həyata keçirilir (sürücü və nəqliyyat vasitəsinin tanınması, taksi üçün “rəqəmsal əkiz”). Hazırda texnoloji həllər vasitəsilə ümumi nəzarətin artırılması üzərində iş aparılır.

    Bu günədək həyata keçirilən islahatlar özünü doğruldub və mühüm nailiyyətlər əldə olunub. Hazırda isə kvotanın tətbiqi nəqliyyat növləri arasında balanslaşdırılmış siyasətin həyata keçirilməsinə şərait yaratmaqla yanaşı keyfiyyətli taksi xidmətinin təmin olunmasına öz töhfəsini verəcək.

    Qeyd edək ki, kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur və hazırda icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcəklər. Kvotaya uyğunlaşma isə “Lisenziyalar və icazələr haqqında” Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək”, -deyə məlumatda bildirilir.

  • “Qarabağ”ın məşqçisi “Qalatasaray”ın düşərgəsində

    “Qarabağ” klubunun məşqçisi Hüseyn Seyidov Türkiyənin “Qalatasaray” klubunda təcrübə proqramı keçib.

    Median.Az bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

    Mütəxəssis klubun saytına açıqlamasında səfərin onun üçün həm peşəkar, həm də şəxsi baxımdan çox önəmli olduğunu deyib:

    “Bu imkanı yaratdıqları üçün klubun baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov olmaqla hər kəsə təşəkkür edirəm. Bu, mənim üçün çox dəyərli bir təcrübə idi. Həm özümü sınamaq, nəyə qadir olduğumu görmək, həm də hansı sahələrdə biliklərimi artırmalı olduğumu dərk etdim. “Qalatasaray”da çox isti münasibətlə qarşılandım. Baş məşqçi Okan Buruk və qapıçılar üzrə məşqçi Fadıl Koşutan ilə günün 10 saata qədərini birgə keçirirdik. Video təhlillərdən tutmuş, hər qapıçıya fərqli yanaşma prinsiplərinə qədər bir çox məsələləri müzakirə etdik. Müasir futbolun trendlərini yaxından izləmək və öyrənmək imkanım oldu”.

    O, Fadıl Koşutanla iş prosesinin onun üçün xüsusilə faydalı olduğunu qeyd edib:

    “Fadıl Koşutan UEFA-nın PRO kateqoriyalı məşqçisidir. Onunla gün ərzində uzun müzakirələr aparırdıq. O, uzun illər Taffarel və Muslera ilə çalışmış mütəxəssisdir. Sonuncu gün artıq tam açıq fikir mübadiləsi şəraitində idik. Mənim bu qədər uzaq məsafədən sırf öyrənmək məqsədilə gəldiyimi bildirdi və bunu yüksək qiymətləndirdi. Bu münasibət mənim üçün əlavə motivasiya oldu. Açığı, oradan böyük bir özgüvənlə qayıtdım”.

    Seyidov “Qalatasaray” və “Qarabağ” arasındakı fərqlərdən də danışıb:

    “Təbii ki, müəyyən fərqlər var. “Qalatasaray” Avropadakı yenilikləri çox tez mənimsəyir və onları öz sisteminə tətbiq edir. Bu baxımdan bizdən bir neçə addım öndədirlər. Amma artıq “Qarabağ”da da həmin yenilikləri tətbiq etməyə başlamışıq. Ümumi məşq prosesi baxımından isə ciddi fərq yoxdur. Sadəcə, orada qapıçı məşqçiləri üçün yaradılan şərait fərqlidir. Onların fərdi otaqları, xüsusi inventarları və təhlil imkanları var. Bu, işin keyfiyyətinə birbaşa təsir edir”.

    O, bu istiqamətdə klub rəhbərliyinə də təkliflərini çatdırdığını bildirib:

    “Rəhbərliyimiz bu məsələyə çox pozitiv yanaşdı və dəstək verdi. Düşünürəm ki, bu, işimizin effektivliyini daha da artıracaq. Bu səfər mənim üçün həm təcrübə, həm də motivasiya baxımından böyük addım oldu. Əldə etdiyim bilik və təcrübəni artıq komandamızda tətbiq etməyə başlamışam”.

  • На каких улицах Баку 14 октября наблюдаются транспортные заторы?

    Центр интеллектуального управления транспортом Министерства внутренних дел Азербайджана обнародовал информацию о текущей ситуации на столичных дорогах.

    В настоящее время затруднено движение транспорта на:

    1) шоссе Баку – Сумгайыт, в направлении станции метро “20 Января”;

    2) проспекте Зии Буниятова, от Бакинского олимпийского стадиона в направлении станции метро “20 Января”;

    3) проспекте Гейдара Алиева (основная и второстепенная дороги), в направлении центра столицы;

    4) 1-я Приозерная дорога, в направлении проспекта Зии Буниятова;

    5) улице Алы Мустафаева, в направлении проспекта Зии Буниятова;

    6) Тбилисском проспекте, от станции метро “20 Января” в направлении центра;

    7) улице Юсифа Сафарова, в направлении центра столицы;

    8) улице Узеира Гаджибекова, до пересечения с проспектом Азадлыг;

    9) проспекте 8 Ноября, от пересечения с улицей Сулеймана Ахмедова в направлении центра столицы;

    10) улице Микаила Мушфига, от транспортной развязки в Бадамдаре в направлении школы №20;

    11) проспекте Бабека, в направлении центра столицы;

    12) аэропортовском шоссе, в направлении станции метро “Кёроглу”;

    13) бинагадинском шоссе, в направлении станции метро “Азадлыг проспекти”;

    14) улице 28 Мая, между пересечениями с улицами Александра Пушкина и Рашида Бейбутова.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    12. Mirzə Qədim İrəvani küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

    13. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    16. Fətəli xan Xoyski prospekti, “Gənclik” metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    17. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    18. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    19. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    20. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    21. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    22. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    21. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    22. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

    23. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

    24. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    25. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

  • В Агдамском районе обнаружены человеческие останки

    В селе Тагибейли Агдамского района были обнаружены человеческие останки.

    Как сообщает Teleqraf, находка была сделана во время проведения земляных работ на территории населенного пункта.

    Сотрудники правоохранительных органов начали расследование.

  • Ağdamda insan sümükləri tapıldı

    Ağdamda insan sümükləri tapılıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, sümük qalıqları rayonun Tağıbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən aşkar edilib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

  • Prezident “Ozon qatını dağıdan maddələr haqqında” protokola Kiqali Düzəlişini təsdiqləyib

    Prezident İlham Əliyev “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişini təsdiqləyib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı dövlətimizin başçısı müvafiq qanunu imzalayıb.

  • Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ilə bağlı saziş təsdiqlənib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş təsdiqlənib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qeyd edək ki, sənəd 2025-ci il iyunun 25-də Cenevrə şəhərində və 2025-ci il iyulun 11-də Bakı şəhərində imzalanıb.

  • Xaçmazda dəniz sahilində suiti cəsədləri tapılması ilə bağlı RƏSMİ AÇIQLAMA

    Dünən Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında, Xəzər dənizinin sahilində suiti cəsədləri tapılıb.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyindən açıqlama verilib.

    Bildirilib ki, tapılan cəsədlər əraziyə dəvət olunan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının iştirakı ilə aktlaşdırılıb, cəsədlərdən nümunələr götürülərək AQTA-ın aidiyyəti üzrə laboratoriyasına göndərilib:

    “Müvafiq olaraq laborator analizlərin nəticələri bəlli olduqdan sonra araşdırmanın nəticələri Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən mediaya təqdim olunacaq”.

    AQTA-dan bildirilib ki, Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilboyu sahədə aşkarlanan suiti qalıqlarından agentliyin egional bölməsinin əməkdaşları tərəfindən nümunələr götürülüb:

    “Laborator müayinələrin sınağı nəticəsində suitilərin ölüm səbəbi məlum olacaq. Əlaqədar qurumlarla birgə araşdırmalar aparılır”.

  • BMT-nin layihə rəhbəri Bakıda içkili vəziyyətdə saxlanıldı

    Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı layihə rəhbəri Rəvan Həsənzadə polis tərəfindən saxlanılıb.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, Rəvan Həsənzadə içkili vəziyyətdə Səbail rayonunda avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb. O, səs-küy salaraq narahatlıq yaradıb, DYP əməkdaşları ilə mübahisə edib. Bu səbəbdən o, 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb və barəsində protokol tərtib olunub.

    Məhkəmə iclasında Rəvan Həsənzadə özünü təqsirli bilərək əməlindən peşman olduğunu deyib və bağışlanması barədə qərar qəbul edilməsini xahiş edib. Məhkəmə onun səhvini və beynəlxalq təşkilatındakı fəaliyyətini nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəyə xitam verib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 50 manat məbləğində cərimə edilib.