Month: October 2025

  • Bakıda taksilərin sayına limit qoyuldu: NK-dan mühüm QƏRAR

    Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq ediləcək.

    Bu barədə Nazirlər Kabineti (NK) yeni qərar qəbul edib.

    Belə ki, Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 2.1-2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

    1. Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilsin.

    2. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla verilsin.

    3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

    4. Bu Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir və bu Qərarın 1-ci hissəsində qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.

  • Bakıda şirkətdən 7 min manatlıq oğurluq – İki mühafizəçisi saxlanıldı

    Paytaxtın Suraxanı rayonunda talama cinayəti baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Rayonun Zığ qəsəbəsində yerləşən şirkətlərin birindən 7000 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

    Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə mühafizə xidmətində çalışan 34 yaşlı A.İsgəndərov və 35 yaşlı A.Zeynalov saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку женщина родила дома

    Выехавшая на вызов в Хазарский район бригада скорой медицинской помощи была вынуждена принять роды дома.

    Об этом сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Прибывшая по вызову бригада оказала помощь 27-летней женщине на 38-й неделе беременности.

    “Начальный этап родов произошел непосредственно у нее дома, а затем процесс контролировался в автомобиле скорой помощи.

    После оказания необходимой первичной медпомощи матери и новорожденному, бригада скорой помощи эвакуировала их в соответствующее медучреждение.

    В настоящее время лечение матери и ребенка продолжается в Хазарском медицинском центре. Новорожденный мальчик весит 3 кг 150 г, рост – 50 см. Состояние обоих оценивается как удовлетворительное”, – отмечается в информации.

  • Bakıda qadın evdə doğuş edib

    Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş prosesini evdə icra etmək məcburiyyətində qalıb.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

    Bildirilib ki, çağırış ünvanında təcili tibbi yardım heyəti 38 həftəlik hamilə olan 27 yaşlı qadının doğuş prosesini idarə edib:

    “Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra isə proses təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb.

    Təcili tibbi yardım briqadası ana və yenidoğulmuşa zəruri ilkin tibbi yardım göstərdikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə ediliblər”.

    “Hazırda ana və körpənin müalicəsi Xəzər Tibb Mərkəzində davam etdirilir. Körpə oğlandır, çəkisi 3 kq 150 qr, boyu 50 sm-dir. Hər ikisinin vəziyyəti qənaətbəxşdir”, – deyə məlumatda qeyd olunub.

  • Fəvvarələr meydanında qanunsuz fotoqraflıq edən gənc həbs olundu

    Bakının mərkəzində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səbail rayonunun Nigar Rəfibəyli küçəsində – Fəvvarələr meydanının yaxınlığında müvafiq icazəsi və sənədləri olmadan küçədə fotoqraflıq edən 2001-ci il təvəllüdlü F.Kərimov (şərti) saxlanılıb. Bu zaman onun aqressiv reaksiyalar verərək müqavimət göstərdiyi, uca səslə söyüş söyərək tabesizlik etdiyi bildirilib.

    İctimai asayişi pozan şəxs barəsində Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində protokol tərtib edilib və məhkəməyə göndərilib.

    Səbail Rayon Məhkəməsində keçirilən iclasda 24 yaşlı fotoqraf küçə ticarəti üçün müvafiq icazə alınmalı olduğunu bilmədiyini deyib və ictimai asayişi pozduğuna görə peşman olduğunu bildirib.

    Məhkəmə onu xırda xuliqanlıq əməlində təqsirli bilərək 4 sutkalıq inzibati həbs verib.

  • Hərbi xidmətdən yeni gələn gənci maşınla vuraraq öldürən şəxs məhkəmə zalında həbs edildi

    Şəki Ağır Cinayətlər Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Hidayət Bəhrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında həbsə alınıb.

    İttihama görə, hadisə fevralın 7-də Yevlax rayonunun Ərəş kəndi ərazisində baş verib.

    Belə ki, rayon sakini Hidayət Bəhrəmov sürücülük vəsiqəsi olmadan, atasına məxsus “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən, kənd sakini, 2005-ci il təvəllüdlü Ələmdar Elgün oğlu Soltanovu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ələmdar Soltanov reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı fevralın 13-də müalicə aldığı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.

    Qeyd edək ki, ölən gənc hərbi xidmətini başa vuraraq evə yeni qayıdıbmış.

  • Ильхам Алиев: Отрадно, что значение выставки Rebuild Karabakh с каждым годом возрастает

    Отрадно, что значение выставки Rebuild Karabakh для местных и международных участников с каждым годом возрастает.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в обращении Президента Ильхама Алиева к участникам 5-й Азербайджанской международной выставки “Реконструкция, восстановление и развитие Карабаха” – Rebuild Karabakh.

    “На выставке демонстрируются образцы современных технологий и передовых инновационных решений, обсуждаются совместные проекты и возможности партнерства, создаются новые перспективы, направленные на социально-экономическое развитие региона. Проводимое уже в пятый раз это мероприятие не только демонстрирует миру достижения Азербайджана, но и еще больше укрепляет позиции нашей страны как глобального центра инвестиций, технологий и инноваций”, – подчеркивается в обращении главы государства.

  • Prezident: “Rebuild Karabakh” sərgisinin əhəmiyyətinin ildən-ilə artması məmnunluq doğurur”

    “Rebuild Karabakh” sərgisinin yerli və beynəlxalq iştirakçılar üçün əhəmiyyətinin ildən-ilə artması məmnunluq doğurur”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin 5-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciətində yer alıb.

    Azərbaycan Prezidenti qeyd edib ki, sərgidə müasir texnologiyalar və qabaqcıl innovativ həllər təqdim olunur, birgə layihələr və tərəfdaşlıq imkanları müzakirə edilir, regionun sosial-iqtisadi inkişafı üçün gələcəyə yönələn yeni fürsətlər yaradılır. Artıq beşinci dəfə keçirilən bu tədbir Azərbaycanın əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirməklə yanaşı, ölkəmizin qlobal miqyasda investisiya, texnologiya və innovasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

  • Keçmiş icra başçısı VƏFAT ETDİ

    Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ayvazalı Orucov vəfat edib.

    Qeyd edək ki, o, 1992-1993-cü illərdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

  • Полиция расследует случай с 16-летней матерью в Евлахе

    В Евлахском районном отделе полиции начато официальное расследование случая, связанного с 16-летней девушкой, ставшей матерью.

    Как сообщает Oxu.Az, по результатам расследования будет дана юридическая оценка данному факту.

    Напомним, председатель Общественного объединения помощи женщинам Təmiz Dünya (“Чистый мир”) Мехрибан Зейналова опубликовала в своих соцсетях информацию о том, что несовершеннолетняя вместе с младенцем была размещена в приюте, а местонахождение отца ребенка остается неизвестным.