Month: October 2025

  • Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, oktyabrın 3-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    ⁠Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

  • “Qarabağ”ın qazancı 55 milyonu keçdi

    “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinə iki qələbə ilə başlayıb.

    Median.Az qafqazinfo-ya istinadla xəbər verir ki, “Benfika”nı 3:2, “Kopenhagen”i 2:0 məğlub edən Ağdam klubu ümumilikdə 4,2 milyon avro (8 milyon 300 min manat) əldə edib.

    UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. pizza

    “Qarabağ” liqa mərhələsinə düşdüyünə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı. Hazırda isə bu məbləğ son iki qələbə ilə birlikdə 27,97 milyon avro (55,8 milyon manat) çatıb.

  • Gəncədə küçədə söyüş söyən tiktoker HƏBS OLUNDU

    Gəncədə küçədə söyüş söyən tiktoker həbs olunub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, 47 yaşlı Murad Rüstəmov şəhər ərazisində polis şöbəsinin yaxınlığında mobil telefonla danışarkən uca səslə söyüşlər söyüb. Məlumata əsasən, buna görə polis əməkdaşları ona irad bildirəndə isə qanuni tələblərinə məhəl qoymayaraq, hərəkətlərinə davam edib.

    Nəticədə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.

    Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 6 il əvvəl Ukraynadan Azərbaycana gəlib:

    “Bir neçə ildir tiktokda 69 min izləyicisi olan səhifəmdə din əleyhinə paylaşımlar edirəm. Paylaşımlarım dindarların hissiyyatına toxunur. Buna görə də, dindarlar məni söyürlər və hətta 3 dəfə həyatıma sui-qəsd olub. Həmin hadisələrlə bağlı polis araşdırma da aparıb”.

    Murad Rüstəmov əlavə edib ki, barəsindəki ittihamlarla razı deyil.

    Gəncə Şəhər Məhkəməsində hakim Zaman İmanovun sədrliyi ilə keçirilən prosesdə Murad Rüstəmov barəsində 30 gün müddətinə inzibati həbs cəzası təyin olunub.

  • Rusiya ordusu Ukraynada sərnişin qatarına zərbə endirib

    Rusiya silahlı qüvvələri Ukraynanın Sumı vilayətinin Şostka rayonunda dəmiryol stansiyasına zərbə endirib.

    Bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Qriqorov Ukrayna İctimai Televiziyasına məlumat verib.

    Məlumata görə, Şostka-Kiyev sərnişin qatarı zərbəyə tuş gəlib.

    Hücum nəticəsində 30-a yaxın insan yaralanıb, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

  • Türkiyədə fabrikdə partlayış: Ölənlər var

    Türkiyədə kimya fabrikində partlayış baş verib.

    Median.Az “Sabah”a istinadən xəbər verir ki, hadisə Kocaeli vilayətinin Dilovası rayonunda qeydə alınıb.

    İlkin məlumata görə, insident nəticəsində iki nəfər həlak olub. Çox sayda işçinin isə yaralandığı bildirilib.

    Hadisənin səbəbləri araşdırılır.

  • Супруга Пашиняна Анна Акопян: Завершила читать книгу Эрдогана – ФОТО

    Супруга премьер-министра Армении Никола Пашиняна Анна Акопян завершила чтение книги президента Турции Реджепа Тайипа Эрдогана “Более справедливый мир возможен”.

    Она поделилась этим в своей социальной сети.

    “Я читала ее параллельно с моими научными книгами, поэтому это заняло некоторое время. Уверена, специалисты в Армении прочтут ее сразу после публикации, а для тех, чьи интересы выходят за рамки книг о международных отношениях, но действительно хотели бы узнать, что написал президент соседней страны, я бы сказала: книга посвящена изменению структуры ООН, пересмотру прав постоянных членов Совета безопасности и предоставлению организации реального инструментария для реагирования на вызовы современности”, – написала Акопян.

    По её словам, в своей работе Эрдоган выдвигает идею о том, что “мир не может оставаться во власти пяти постоянных членов Совета безопасности ООН”.

  • Paşinyanın həyat yoldaşı Anna Akopyan: “Ərdoğanın kitabını oxuyub bitirdim” – FOTO

    Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını oxuyub yekunlaşdırdığını bildirib.

    O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

    Akopyan söhbətin “A fairer world is possible” (“Daha ədalətli dünya mümkündür”) əsərindən getdiyini vurğulayıb.

    “Kitabı elmi ədəbiyyatımla paralel oxuduğum üçün müəyyən vaxt apardı. Əminəm ki, Ermənistanın mütəxəssisləri bu kitabı dərc olunandan dərhal sonra oxuyacaqlar. Amma beynəlxalq münasibətlərdən kənar mövzularla maraqlanan və qonşu ölkənin prezidentinin nə yazdığını bilmək istəyənlərə deyə bilərəm ki, əsər BMT-nin strukturunun dəyişdirilməsi, Təhlükəsizlik Şurasının daimi üzvlərinin səlahiyyətlərinə yenidən baxılması və təşkilata müasir dövrün çağırışlarına cavab verəcək real alətlərin verilməsinə həsr olunub”, – deyə Akopyan yazıb.

    Onun sözlərinə görə, Ərdoğan əsərində “dünya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün nəzarətində qala bilməz” fikrini önə çəkir.

  • Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb, xəstəxanadan evə aparılıb

    Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a şairin ailəsi məlumat verib.

    Bildirilib ki, həkimlər əlindən gələni etsələr də, onun səhhətində heç bir irəliləyiş olmayıb.

    “Ona görə də belə qərara gəldik ki, evə aparaq. Hazırda evdədir və vəziyyəti ağırdır”.

    Xatırladaq ki, Əlisəmid Kür sentyabrın 15-dən səhhətində yaranan problemlərə görə Respublika Diaqnostika Mərkəzinin reanimasiyasında müalicə alırdı.

  • Закончилась одна из самых продолжительных магнитных бурь

    Завершилась одна из наиболее продолжительных магнитных бурь нынешнего солнечного цикла, продолжавшаяся примерно четверо суток.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил руководитель Лаборатории солнечной астрономии Института космических исследований (ИКИ) РАН Сергей Богачев.

    По словам ученого, основной планетарный индекс Kp, на основании которого фиксируются периоды начала и окончания геомагнитных бурь, опустился в “зеленую” зону.

    “Исходя из показаний наземных магнитометров и измерений солнечного ветра, продолжавшаяся всю текущую неделю магнитная буря завершена. С вечера пятницы наблюдается быстрая стабилизация геомагнитной обстановки”, – сказал Богачев.

  • Ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatdı

    Təxminən dörd gün davam edən ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatıb.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyasının rəhbəri Sergey Boqaçov məlumat verib.

    Alimin sözlərinə görə, geomaqnit qasırğalarının başlanğıc və sonunu qeyd etmək üçün istifadə olunan əsas planetar indeks artıq yaşıl zonaya düşüb.

    “Yerüstü maqnitometrlərin məlumatları və günəş küləyinin ölçülməsinə əsasən, bütün həftə ərzində davam edən maqnit qasırğası başa çatıb. Yerin geomaqnit vəziyyətində sürətli sabitləşmə müşahidə olunur”, – Boqaçev bildirib.