Month: October 2025

  • Noyabrda ardıcıl 4 gün iş olmayacaq

    Gələn ay ardıcıl 4 gün iş olmayacaq.

    8 noyabr Zəfər Günü, 9 noyabr isə Dövlət Bayrağı Günüdür.

    Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.

    Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.

    Qeyd edək ki, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) isə iş günü olan bayram günləridir.

  • III MDB Oyunları: Voleybol yarışında daha iki oyun keçirilib

    Azərbaycanda keçirilən III MDB Oyunlarının voleybol turnirində daha iki oyun baş tutub.

    15 yaşadək qızlardan ibarət Rusiya yığması Belarusla üz-üzə gəlib.

    Qarşılaşma Rusiya seçməsinin qələbəsi ilə yekunlaşıb – 3:0.

    Digər matçda isə Özbəkistan Tacikistana eyni hesabla qalib gəlib.

    Qeyd edək ki, voleybol yarışlarına oktyabrın 6-da yekun vurulacaq.
    //report

  • В Афганистане восстановили мобильную связь и интернет

    В Афганистане частично восстановлена работа мобильных операторов и интернета спустя 48 часов после их отключения властями Талибана.

    Как передает Median.Az со ссылкой на France 24, об этом сообщает AFP.

    По его данным, к среде мобильная связь и Wi-Fi возобновили работу в разных частях страны, в том числе в Кабуле, в провинциях Кандагар, Хост, Газни и Герат.

    Правительство Талибана пока не комментировало причины масштабного отключения телекоммуникаций.

    В понедельник вечером по всей стране наблюдались перебои в работе мобильной связи и интернета, что вызвало сильную обеспокоенность среди населения.

    Ранее афганские СМИ сообщали, что верховный лидер Исламского Эмирата Афганистан Хайбатулла Ахундзада распорядился запретить использование проводного интернета в ряде регионов для “предотвращения аморального поведения”. По словам чиновников, это решение осложнило работу государственных служб.

  • Əfqanıstanda mobil rabitə və internet bərpa olunub

    Əfqanıstanda 48 saat sonra mobil operatorların və internetin işi qismən bərpa olunub.

    Bu barədə AFP məlumat yayıb.

    Məlumata görə, oktyabrın 1-də mobil rabitə və internetin fəaliyyəti ölkənin müxtəlif bölgələrində, o cümlədən Kabil, Qəndəhar, Qəzni və Herat vilayətlərində bərpa edilib.

    “Taliban” hökuməti isə hələ ki, telekommunikasiyaların genişmiqyaslı kəsilməsinin səbəblərini şərh etməyib.

  • Задержаны главы организаций, выпускавших фальшивые ордена и медали

    Установлены лица, изготавливавшие и продававшие фальшивые ордена и медали, а также удостоверения различного назначения.

    Как сообщили в пресс-службе МВД, в результате оперативных действий сотрудниками полиции задержаны занимавшиеся незаконной деятельностью председатель ОО “Ветераны Отечественной войны Азербайджана” Физули Рзагулиев, руководитель благотворительного фонда “Деде Горгуд” Эльдар Исмаилов и председатель ОО “Центр стабильности и развития” Расим Мамедов.

    В офисах этих организаций были обнаружены и изъяты в качестве вещественных доказательств более 1 500 медалей и орденов, отражающих важные государственные даты и знаменательные события, 421 удостоверение, более 60 различных печатей и другие поддельные наименования.

    По факту возбуждено уголовное дело по статье Уголовного кодекса Азербайджана о подделке официальных документов, государственных наград, печатей, штампов, бланков, дополнительном изготовлении, продаже или использовании поддельных документов. Ф.Рзагулиев, Э.Исмаилов и Р.Мамедов привлечены к следствию.

    Следственные мероприятия по уголовному делу продолжаются.

  • Saxta orden və medal təsis edən QHT sədrləri cinayət məsuliyyətinə cəlb ediliblər

    Saxta orden və medallar,habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar.

    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə məşğul olan – “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.

    Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1 500-dən çox medal və orden, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhür və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar.

    Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

  • Tələbələr və təqaüdçülər üçün ictimai nəqliyyatda güzəştlər hansı formada ola bilər? – VİDEO

    Təqaüdçülər və tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiq olunması ilə bağlı mexanizm hazırlanır.

    Bunu “Report”a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov son günlər təqaüdçülər və tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiq olunması ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

    O qeyd edib ki, inkişaf etmiş ölkələrdə tələbələrin bir sıra xidmətlərdən o cümlədən ictimai nəqliyyatdan aşağı tariflərlə istifadə etmək imkanları var:

    “Yaxın zamanlarda Azərbaycanda da oxşar praktikanın tətbiqinin reallaşması gözlənilir. Bu nəticə etibarı ilə daha çox sosial təminata ehtiyacı olan, eyni zamanda insan kapitalının inkişafı baxımından vacib olan kateqoriyaların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək.

    Təhsil eksperti Elmin Nuri təklif edir ki, sözügedən güzəştlər tələbələr üçün tək paytaxtdaxili deyil, rayonlara hərəkət edən ictimai nəqliyyatlara da tətbiq edilərsə daha yaxşı olar: “Ümumiyyətlə, dünya ölkələrində tələbələrlə bağlı tətbiq olunan sosial layihələr paketinin ilk yerində məhz yol-nəqliyyatla bağlı güzəştlər dayanır. Bu güzəştlər rayonlararası nəqliyyat daşınmasında da tətbiq olunarsa tələbənin büdcəsi üçün faydalı bir rəqəmə çevriləcək”.

    Nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edir, güzəştlərin tətbiqi üçün münbit şərait olmalı, ictimai nəqliyyat fondu fəaliyyətə başlamalıdır:

    “Fonda müəyyən məbləğlər toplanmalı, dövlətlə daşıyıcılar arasında “Brutto” müqaviləsi imzalanmalıdır. Bundan sonra güzəşt məsələsinə baxıla bilər. Optimal üsul isə dünya praktikasında da olan gündəlik, aylıq, illik paketlərin alınmasıdır ki, bu zaman sərnişinə müəyyən güzəştlər tətbiq edilir. İnkişaf edilmiş ölkələrdə qiymətin diferensiallaşdırılması təcrübəsi də var. Məsələn müxtəlif ölkələrdə qiymətlər sutkanın saatlarına görə, məsafəyə görə, nəqliyyat vasitəsinin növünə görə də dəyişə bilir. Azərbaycan da bu təcrübədən istifadə edə bilər”

    Qeyd edək ki, yeni tarif menyusunun tətbiqi ictimai nəqliyyatda tam nağdsız sistemə keçiddən sonra mümkün olacaq.

  • Hərbi komissarın məhkəməsində şahid: Pulu “şirinlik” kimi vermişəm

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ülfət Məmmədov ifadə verib.

    O bildirib ki, Xəzər Tibb Mərkəzində stomotoloq-həkim işləyir:

    “Aliəvi tanışımız Maya xanımın oğlu Fuad Rüstəmovun 18 yaşı tamam olmuşdu, ali məktəbə imtahan vermək üçün möhlət istəyirdi. Çünki Dövlət İmtahan Mərkəzi çağırış yaşında olduğuna görə arayış istəyirdi. Ona görə də imtahanda iştirak edə bilməsi üçün hərbi komissarlıq “stop”u götürməliydi. Mən də bununla bağlı Xəzər rayonunun hərbi komissarı Ramin Şükürovla görüşdüm və Maya xanımın 4 min manatı olduğunu söylədim. Daha sonra pulu onlara çatdırdım”.

    O, dövlət ittihamçısı Orxan Kəngərlinin suallarını cavablandırarkən deyib ki, Ramin Şükürov ondan pulu şəxsən almayıb, 6-cı otaqdakı Xaliq Əzizova verməsini istəyib.

    Daha sonra Ramin Şükürovun vəkili Ceyhun Yusifovun suallarını cavablandıran şahid deyib ki, Ramin Şükürova çatmalı olan pul “şirinlik” olub:

    “Onsuz da pul olsa-olmasa da, Ramin müəllim bu işi görəcəkdi. Mən də pulu da “şirinlik” kimi vermişəm”.

    Vəkilin pulun “şirinlik” və ya rüşvət olması ilə bağlı digər suallarına dövlət ittihamçısı etiraz edib. Bildirib ki, şahid bunun “şirinlik” olduğunu deyir. Ceyhun Yusifov isə vurğulayıb ki, şirniyyat ancaq kulinariyada olur.

    Ramin Şükürov isə şahidin yalan danışdığını deyib. Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. O, ifadəsində göstərib ki, Ramin Şükürov ona bu işlərin görülməsinin bəzən 6 min, bəzən də 8 minə başa gəldiyini söyləyib:

    “Mən Maya xanımdan 4 min manatı alaraq Ramin Şükürovun yanına gəldim. O da pulu Xaliq Əzizova verməyimi istədi. Mən də pulu ona verdim”.

    Ülfət Məmmədov isə ibtidai istintaqa verdiyi ifadəsini qismən təsdiqləyib və Ramin Şükürovla aralarında 6, yaxud 8 min manat söhbəti olmadığını vurğulayıb.

    Proses oktyabrın 15-nə təyin edilib.

    Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

    Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

    Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

    Məhkəmənin gedişatında Ramin Şükürov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.
    //report

  • Naxçıvanda yanğın olub, 583 abonent qazsız qalıb

    Naxçıvan şəhəri Tumbul kəndində həyətyanı sahədə baş vermiş yanğın nəticəsində aşağı təzyiqli yerüstü və yeraltı polietilen qaz kəməri zədələnib.

    Hadisədən dərhal sonra təhlükəsizlik səbəbilə ərazidə 583 abonentin qaz təchizatı dayandırılıb.

    Bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır və tamamlandıqdan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

    Hadisə nəticəsində xəsarət alan olmayıb.

  • Kolleclərin boş qalan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat başlayır

    Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək.

    Bu barədə Elm və Təshil Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

    Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.

    Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.