Month: October 2025

  • Azərbaycanda qatarların hərəkətinə maneə yaratmaq üçün relslərə qəsdən daş düzülüb – Video

    Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti qatarlarının maşinistləri 37 dəfə təcili tormozlama ediblər ki, nəticədə sərnişinlərin və qatar heyətinin həyatına təhlükə, həmçinin qrafikdə gecikmələr yaranıb.

    Bu barədə ADY QSC məlumat yayıb.

    Hadisələrin əksəriyyətində relslər üzərinə qəsdən daş düzülməsi halları müşahidə olunub.

    “Xatırladaq ki, bu cür məsuliyyətsiz hərəkətlərlə qatarlara ziyan vuranlar Azərbaycan qanunvericiliyi əsasında məsuliyyətə cəlb olunurlar”, – deyə qurumdan bildirilib.

  • Podqoritsada saxlanılan Azərbaycan vətəndaşlarına görə Monteneqro Ombudsmanına müraciət edilib

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva son günlər Monteneqronun paytaxtı Podqoritsa şəhərində bir sıra Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Monteneqro Ombudsmanı Sinişa Bjekoviçə məktub ünvanlayıb.

    Bu barədə Ombusdmanın Mətbuat Xidməti məlumat yayıb.

    Müvəkkil monteneqrolu həmkarına müraciət edərək, məsələni öz nəzarətinə götürməsini və hazırda həbsdə olan Azərbaycan vətəndaşlarının hüquqlarının Monteneqronun milli qanunvericiliyinə, habelə beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun şəkildə müdafiəsinin təmin olunmasını xahiş edib.

    Ombudsman saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardım və tərcüməçidən istifadə hüquqlarının təmininin vacibliyini vurğulayıb.

    Səbinə Əliyeva, həmçinin beynəlxalq sənədlərdə təsbit olunmuş bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə uyğun olaraq, etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət dolu çıxışların və ya düşmənçilik münasibətlərinin qarşısının alınmasının vacibliyini də vurğulayıb.

    Qeyd edək ki, Monteneqro polisi Podqoritsa sakinini bıçaqlamaqda şübhəli bilinən iki Türkiyə vətəndaşını saxlayıb. Bundan sonra hadisə yerinə toplaşanlar miqrantlara qarşı şüarlar səsləndiriblər. Daha sonra digər qanun pozuntularına görə 40-dan çox Türkiyə vətəndaşı saxlanılıb. Saxlanılanlar arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilib.

  • ВНИМАНИЮ граждан: Минобороны утилизирует непригодные к использованию боеприпасы – ФОТО

    С 29 по 31 октября в учебном центре на территории Агдеринского района с соблюдением правил безопасности будет проведена утилизация боеприпасов с истекшим сроком эксплуатации и непригодных к использованию.

    Об этом сообщили в Министерстве обороны Азербайджана.

    “Призываем население не паниковать из-за звуков взрывов, причин для беспокойства нет”, – говорится в информации оборонного ведомства.

  • Nazirlikdən XƏBƏRDARLIQ: Ağdərədə partlayışlar olacaq – Foto

    Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 29-31 oktyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – MN-dən bildirilib.

  • Xarici ölkələrdə işə düzəltmək adı ilə insanları aldadan şəxslər TUTULDULAR

    Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar.

    Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar. Y.Abdullayev və E.Malayev bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər.

    Faktlarla bağlı Nəsimi RPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • В НАНА проводятся расследования по фактам присвоения средств и случаев злоупотребления

    В Национальной академии наук Азербайджана (НАНА) продолжаются расследования по фактам присвоения средств и случаев злоупотребления.

    Как сообщает AПA, расследование охватывает период руководства нынешнего президента НАНА Исы Габиббейли, а также деятельность прежних руководителей – Рамиза Мехтиева и Акифа Ализаде.

    Расследование проводит Главное управление по борьбе с коррупцией при генеральном прокуроре Азербайджана.

    Ранее в разные годы по фактам нарушений закона, допущенных в академии, в Главном управлении по борьбе с коррупцией при генеральном прокуроре, расследовались различные уголовные дела.

    Генпрокурор Кямран Алиев 1 октября в заявлении для прессы сообщил, что по фактам нарушений, происходивших в НАНА в разные периоды, проводится всестороннее расследование.

    Он отметил, что уголовные дела расследуются по нескольким направлениям.

    “По имеющейся у меня информации, предварительное следствие по некоторым эпизодам уже завершено, и эти уголовные дела направлены в суд для рассмотрения”, – отметил генеральный прокурор.

    В настоящее время продолжается предварительное расследование по другому уголовному делу, связанному с новыми фактами нарушений в этом учреждении.

  • AMEA-da mənimsəmə və sui-istifadə halları araşdırılır

    Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir.

    Median.Az APA-ya istinadən xəbər verir ki, araşdırma AMEA prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrü, eyni zamanda, daha öncəki rəhbərlərin (Ramiz Mehdiyev, Akif Əlizadə) fəaliyyət illərini əhatə edir.

    Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparıldığı bildirilir.

    İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır.

    Qeyd edək ki, indiyədək AMEA-da baş verən qanun pozuntuları ilə bağlı fərqli illərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müxtəlif cinayət işləri istintaq olunub.

    Baş prokuror Kamran Əliyev də oktyabrın 1-də mətbuata açıqlamasında AMEA-da ayrı-ayrı vaxtlarda baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirmişdi.

    O, cinayət işlərinin bir neçə istiqamət üzrə araşdırıldığını açıqlamışdı. “Məndə olan məlumata görə, artıq bəzi epizodlar üzrə ibtidai istintaq yekunlaşıb. Həmin cinayət işləri baxılması üçün məhkəməyə göndərilib”.

    Hazırda isə sözügedən qurumdakı qanun pozuntuları ilə bağlı başqa cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

  • Мексика вызвала посла США после ударов по судам наркотеррористов

    Посол США в Мексике Рональд Джонсон был вызван на встречу с Секретариатом иностранных дел и Секретариатом военно-морского флота Мексики.

    Об этом сообщается в Х внешнеполитического ведомства страны.

    На встрече со стороны Мехико присутствовали канцлер иностранных дел Хуан Рамон де ла Фуэнте и секретарь военно-морского флота, адмирал Раймундо Педро Моралес Анхелес. Беседу провели по указанию президента Клаудии Шейнбаум.

    “В атмосфере дружелюбия стороны сошлись во мнении, что главным приоритетом является спасение человеческой жизни на море, а также полное уважение национального суверенитета, подтверждая приверженность взаимопониманию и сотрудничеству, которые исторически характеризовали отношения между двумя странами”, – сказано в сообщении.

    Встреча прошла на фоне проводимых американской стороной атак по кораблям, связанных с перевозкой наркотиков. Подобные операции продолжаются с сентября. 28 октября глава Пентагона Пит Хегсет заявил об ударах по четырем лодкам, перевозившим наркотики, в результате 14 наркотеррористов погибли, один выжил – его спасением занималась в том числе мексиканская сторона.

    В основном целями атак против наркотеррористов становятся суда и лодки, связанные с Венесуэлой. На прошлой неделе американский лидер Дональд Трамп пригрозил, что США перейдут к ударам по суше после атак с кораблей, чтобы остановить поток наркотиков в страну из Венесуэлы.

  • Meksika ABŞ səfirini çağırdı – SƏBƏB

    ABŞ-nin Meksikadakı səfiri Ronald Conson Meksika Xarici İşlər Katibliyi və Dəniz Donanması Katibliyinə görüşə çağırılıb.

    Bu barədə ölkənin xarici siyasət idarəsinin “X” hesabında məlumat verilib.

    Mexiko tərəfindən görüşdə xarici işlər kansleri Xuan Ramon de la Fuente və dəniz donanmasının katibi, admiral Raymundo Pedro Morales Anxeles iştirak edib. Söhbət prezident Klaudiya Şeynbaumun göstərişi ilə keçirilib.

    “Dostluq mühitində tərəflər dənizdə insan həyatının xilas edilməsinin, həmçinin milli suverenliyə tam hörmət göstərilməsinin əsas prioritet olduğu barədə razılığa gəliblər və tarixən iki ölkə arasındakı münasibətləri xarakterizə edən qarşılıqlı anlaşma və əməkdaşlığa sadiqliklərini təsdiqləyiblər”, – deyə məlumatda bildirilib.

    Görüş ABŞ tərəfindən narkotik daşıyan gəmilərə qarşı həyata keçirilən hücumlar fonunda keçirilib. Bu cür əməliyyatlar sentyabr ayından davam edir. Oktyabrın 28-də Pentaqon rəhbəri Pit Heqset narkotik daşıyan dörd qayığa zərbələr nəticəsində 14 narkoterroristin həlak olduğunu, birinin sağ qaldığını bildirib.

    Narkoterroristlərə qarşı hücumların hədəfləri əsasən Venesuela ilə əlaqəli gəmilər və qayıqlardır. Keçən həftə Donald Tramp xəbərdarlıq edib ki, ABŞ gəmilərə hücumlardan sonra Venesueladan ölkəyə narkotik axınını dayandırmaq üçün quru hücumlarına keçəcək.

  • İsmayıllıda kitabxana müdiri vəfat edib – FOTO

    İsmayıllıda kitabxananın filial müdiri Kübrə Qurbanova vəfat edib.

    Bu barədə İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi məlumat yayıb.

    Bildirilib ki, Kübrə Baba qızı Qurbanova uzun illər İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Talıstan kənd kitabxana filialının müdiri işləyib.