Month: October 2025

  • Prezident bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edib

    Bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin, sədrlərinin və sədr müavininin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

    Sərəncamla apellyasiya instansiyası məhkəmələri üzrə:

    – Ələddin Tofiq oğlu Məcidov Şəki Apellyasiya Məhkəməsi sədrinin müavini;

    – Samir Firdusi oğlu Həsənov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini;

    – Zahid Tahir oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;

    – Xəqani Hacı oğlu Səmədov Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri;

    Ağır cinayətlər məhkəmələri üzrə:

    – Hüseyn İnanc oğlu Hüseynli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;

    – Nigar Arzu qızı İmanova Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;

    – Babək Əkbər oğlu Pənahov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;

    Hərbi məhkəmələr üzrə:

    – Fərman Məmməd oğlu Abbasov Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri;

    İnzibati məhkəmələr üzrə:

    – Rəşad Mövsüm oğlu Nuriyev Ağcabədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan İnzibati Məhkəməsinin hakimi;

    Kommersiya məhkəmələri üzrə:

    – İlkin Əli oğlu Əliyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi;

    – Fərid Eldar oğlu Hətəmzadə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi;

    Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

    – İlham Sadət oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin hakimi və sədri;

    Bakı şəhərinin rayon məhkəmələri üzrə:

    – Fuad Ələsgər oğlu Hüseynov Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;

    Rayon (şəhər) məhkəmələri üzrə:

    – İlqar Vidayət oğlu Hüseynov İsmayıllı Rayon Məhkəməsinin sədri;

    – Emin İlham oğlu Məmmədli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi və sədri;

    – Zaman Şakir oğlu İmanov Gəncə Şəhər Məhkəməsi sədrinin müavini təyin edilib.

  • Tokiodan Nyu-Yorka 60 dəqiqəyə kosmik uçuşlar həyata keçiriləcək

    Yaponiyanın “Nippon Travel Agency” turizm şirkəti kosmik məkan vasitəsilə raket uçuşu xidmətini başlatmaq planlarını elan edib.

    Median.Az-ın SCMP-yə istinadən məlumatına görə, xidmət 2030-cu illərdə başlayacaq və Tokio ilə Nyu-York və digər ABŞ şəhərləri arasında cəmi 60 dəqiqəyə uçuş etməyə imkan verəcək.

    Gedib-gəlmə uçuşun qiyməti 100 milyon yen və ya təxminən 657 min dollar təşkil edəcək. Xidmət təkrar istifadə edilə bilən raket sistemlərinin hazırlanmasında ixtisaslaşan startapla əməkdaşlıq şəraitində təqdim olunacaq.

    Xidmət üçün əvvəlcədən sifarişlərin qəbulunun 2026-cı maliyyə ilindən başlanması planlaşdırılır. Layihənin həyata keçirilməsi mərhələli şəkildə olacaq: 2026-cı ildə kosmik qida dequstasiyası və kosmosla əlaqəli yerüstü obyektlərə ekskursiya proqramları başlayacaq, 2040-cı illərə qədər isə orbitdə qalma xidməti işə salınacaq.

    Əməkdaşlıq çərçivəsində “Nippon Travel Agency” əlaqəli məhsulların hazırlanması və təşviqi ilə məşğul olacaq. Tokio startapı “Innovative Space Carrier”in prezidenti Kodziro Hatada bildirib ki, şirkəti mümkün reyslərin sayını artırmaqla səyahət xərclərini azaltmağa çalışacaq.

  • “Sovetski”dəki tarixi binalar sökülür? – RƏSMİ

    Müxtəlif KİV-lərdə keçmiş “Sovetski” adlanan ərazidə tarixi binaların söküntüsü və onlara müdaxilə ilə bağlı yayılmış məlumatlarla bağlı açıqlama verilib.

    Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən ərazidə rəsmi dövlət reyestrinda olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb.

    “Hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir. Mirzə Fətəli 31 ünvanında yerləşən binaya gəlincə, söküntü sözügedən binada deyil ona bitişik olan qəzalı binada həyata keçirilib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub. Sonda bir daha media qurumlara müraciət edərək xahiş edirik ki, yalnız dəqiqləşdirilmiş məlumatları yaysınlar. Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir”, – məlumatda qeyd olunub.

  • Hərbi xidmətdən qayıdıb 13 yaşlı qızla sevgili oldu: Spirtli içki verib, təcavüz etdi

    Kürdəmir rayonunda hərbi xidmətdən qayıdan gənc 13 yaşlı qıza təcavüz edib.

    Hadisə 2024-cü ildə baş verib. Kürdəmir rayon sakini, 2004-cü il təvəllüdlü Fəhmin Azadov (adı və soyadı şərtidir) hərbi xidmətdən qayıdıb. Ailə üzvləri onun gəlişi ilə əlaqədər evdə mərasim təşkil ediblər. Məclisə Fəhminin anasının rəfiqəsi də 2011-ci il təvəllüdlü nəvəsi G.C. ilə birlikdə qatılıb. G.C. məclisdən sonra nənəsi ilə birlikdə Fəhmingildə qalıb və həmin vaxt qızla oğlanın münasibəti yaranıb. G.C. evlərinə qayıdandan sonra da Fəhminlə əlaqə saxlamaq istəyib. O bu məqsədlə xalası oğlundan Fəhminin nömrəsini alıb və onunla yazışmağa başlayıb. Nəticədə Fəhminlə 13 yaşlı qız arasında sevgi münasibətləri başlayıb.

    Bir müddətdən sonra Fəhmin qıza cinsi əlaqədə olmağı təklif edib. Qız Fəhminlə razılaşıb və oğlan görüşmək üçün onlara gəlib. Fəhmin həyətə daxil olaraq, G.C.-ni bağçaya çağırıb və onlar bağçada qucaqlaşıb-öpüşüblər.

    Hadisədən bir müddət sonra Fəhmin spirtli içki alaraq, yenidən qızgilə gəlib. Onlar evdə həmin içkidən qəbul edərək cinsi əlaqədə olublar. Bundan sonra cütlük daha iki dəfə əlaqədə olub.

    Hadisədən bir müddət sonra məlum olub ki, qız hamilədir. G.C. bu barədə anasına deyib və birlikdə yoxlanış üçün Ağsu Rayon Mərkəzi Xəstəxanasına gediblər. Məlum olub ki, G.C. artıq 21 həftəlik hamilədir.

    Məsələ ilə bağlı Fəhminə məlumat verilsə də, oğlan bundan boyun qaçırıb.

    Faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlə F.Azadov saxlanılaraq istintaqa təhvil verilib. Məhkəmənin hökmü ilə F.Azadov barədə 3 ay həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinin istintaqı yekunlaşdıqdan sonra iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məhkəmədə G.C. təqsirləndirilən şəxsi sevdiyini bildirib və ondan şikayətçi olmadığını deyib.

    Məhkəmənin hökmü ilə F.Azadov 6 il azadlıqdan məhrum edilib.
    //oxu.az

  • Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 30-da bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.

  • Bakıda sürücü sərxoş vəziyyətdə qəza törətdi – VİDEO

    Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Changan” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Tayfun Fərəcov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, sürücü ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına, polisin qanuni tələbinə əməl etmədiyinə, eləcə də avtomobili C.Hacıbəyli və M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən işıqfora vuraraq onu yararsız vəziyyətə saldığına görə saxlanılıb.

    Bildirilib ki, T.Fərəcovun spirtli içkidən istifadə etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinəyə aparılıb. Müayinə zamanı onun spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə T.Fərəvoc 2 ay müddətinə inzibati qaydada həbs olunub.

  • Билеты на матч “Карабах” – “Челси” поступили в продажу

    Билеты на матч основного этапа Лиги чемпионов УЕФА между “Карабахом” и “Челси” (Англия) поступили в продажу сегодня в 15:00.

    Цены на стандартные билеты составляют 10, 15, 25, 35, 40, 50, 75 манатов, для VIP-секторов – 200, 250, 300 и 400 манатов, для VVIP-секторов – 1 000 манатов.

    Билеты можно приобрести только через мобильное приложение и сайт iTicket.az.

    Отметим, что матч, который состоится 5 ноября на Республиканском стадионе имени Тофика Бахрамова, начнется в 21:45.

  • “Qarabağ” – “Çelsi” oyununun biletləri satışa çıxarılıb

    UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri satışa çıxıb.

    Satışa saat 15:00-da start verilib.

    Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

    Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

    Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

  • ВС РФ взяли под контроль Вишневое в Днепропетровской области

    Вооруженные силы Российской Федерации (РФ) взяли под контроль населенный пункт Вишневое в Днепропетровской области.

    Об этом сообщили в Министерстве обороны РФ.

  • Rusiya Silahlı Qüvvələri Dnepropetrovskda yaşayış məntəqəsini nəzarət altına aldı

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətindəki yaşayış məntəqəsini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Vişnyovoye yaşayış məntəqəsini nəzarət altına alıblar.