Month: October 2025

  • Tiktoker “Beniz”ə ittiham elan olunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi altında hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker, “Beniz” ləqəbli Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Oxu.az-ın məlumatına görə, prokuror Tural Yaqubov təqsirləndirilənə ittiham aktını elan edib.

    A.Xəlilova ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilməyib.

    “İstintaq müddətində müstəntiq məni dinləmədi. Ev mənim öz aldığım evdir. O insan Bakıda almağı təklif etdi, o səbəbdən işinə görə köçməli olduq. Bizim aramızda şantaj və hədə deyilən heç nə olmayıb. Üzümə şahid kimi durdurulan İbadulla və Şöhrətin verdikləri ifadədən belə xəbəri yoxdur, bunlar təzyiqlə alınan ifadələr olublar. Dəfələrlə məndən də işgəncə və zorakılıqla ifadə almağa çalışıblar. Biz oktyabrda ayrılmışıq, noyabrda məndən şikayət edib. Onun məni şantaj etməsinə heç bir əsas olmayıb. Bütün bunları ona təzyiqlə elətdiriblər. Mən ona hədə-qorxu ilə heç nə aldırmamışam, özəl günlərimdə özünün mənə aldığı hədiyyələr olub”.

    Növbəti proses noyabrın 18-nə təyin edilib.

    Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

    Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

  • Monteneqroda həbs olunan azərbaycanlının kimliyi məlum oldu

    Məlum olduğu kimi, Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasında adı hallananlar arasında Azərbaycan vətəndaşı da var.


    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hazırda həbsdə olduğu bildirilən şəxsin kimliyi məlum olub. Belə ki, bu, 31 yaşlı Yaqub Qurbanovdur.
    Həmin şəxsin iş yoldaşı Nəcəf Nəcəfli saytımıza müraciət edərək bildirib ki, hadisə oktyabrın 26-sı yaşadıqları binanın daşlanmasından sonra baş verib: “Biz burada tikinti işində çalışırıq və həm də yataqxanada yaşayırıq. Yerli sakinlər yaşadığımız binanı daşlamağa başladılar. Biz də polisə müraciət etdik. Polis də gəlib yataqxanada qalan 45 nəfər azərbaycanlını apardı bölməyə. İş yoldaşlarımız arasında türklər də var idi. Hətta yolda da bizdən kimi görsələr, tutub aparırdılar. Həmin gün düz gecə saat 4-ə kimi bizi orada saxladılar. Sonra bizi buraxdılar, amma Yaqubu buraxmadılar. Səbəb kimi isə Yaqubun ayaqqabısını şəhərdə baş verən bıçaqlanma hadisəsində iştirak edən adamın ayaqqabısına oxşatmaqları göstərilib. Bıçaqlanma hadisəsini törədən Türkiyə vətəndaşı olub və o qaçıb. Bizi də Türkiyə vətəndaşı bilib daşlayırlar. Artıq 36 saatdan çoxdur ki, Yaqub polis bölməsində saxlanılır”.

    N.Nəcəflinin sözlərinə görə, yataqxanada kameralar var və bütün giriş-çıxışlar görünür: “Əgər belə bir şeylə ittiham olunuruqsa, gəlib kameraları açıb baxsınlar. Biz bura çörəkpulu dalınca gəlmişik. Dövlətimin, millətimizin üzünü qara edəcək heç nə etməmişik. İndi də vəziyyət çox pisdir. Səhərə qədər bizim binanı daşlayıblar, yata bilməmişik. Axırda da polis maşınını gətirib saxladılar burada. Küçələrdə də “türklər buranı tərk etsin, türklərə ölüm” şüarları ilə mitinqlər gedir. Dövlətimizdən kömək gözləyirik. Yaqub buraxılsın, onun heç bir günahı yoxdur”.

    Məsələ ilə bağlı aidiyyəti qurumlara müvafiq sorğularla müraciət etmişik.
    Qeyd edək ki, sözügedən hadisə ilə bağlı N.D. (54) adlı Türkiyə vətəndaşı da saxlanılıb. Həmçinin 45 nəfər müvəqqəti olaraq polis nəzarətinə alınıb, 8 nəfər deportasiya olunub, 2 nəfərə isə məhkəmə nəzarəti tətbiq edilib. Bundan sonra Azərbaycan və Türkiyə icmalarına qarşı etirazlar və hücum cəhdləri baş verib. Oktyabrın 27-si polis türkiyəli vətəndaşlara hücum hazırlığında olduğu iddia edilən bir neçə Monteneqro vətəndaşını da saxlayıb. Əməliyyat zamanı beysbol dəyənəkləri və digər hücum alətləri ələ keçirilib.

  • Bu tarixdə qar yağacaq – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
    Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturu gecə 15-17, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.
    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
    Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

  • Медики сообщили о состоянии студентов после отравления угарным газом в Гяндже

    Стало известно о состоянии студентов, которые вчера в Гяндже пострадали от отравления угарным газом.

    В ответ на запрос Oxu.Az в Объединении по управлению территориальными медицинскими подразделениями (TƏBİB), 27 октября в 19:20 две женщины были госпитализированы в отделение неотложной медицинской помощи больницы имени академика З.Мамедова, входящей в состав Гянджинской объединённой городской больницы.

    “Лицам с диагнозом токсического воздействия угарного газа была оказана первичная медицинская помощь. Пациенты в удовлетворительном состоянии были выписаны домой для дальнейшего лечения”, – отметили в TƏBİB.

    Напомним, что вчера в больницу были доставлены студенты С.Рустамли (2007 г.р.) и Л.Гасанова (1994 г.р.) с диагнозом “отравление угарным газом”.

  • Gəncədə dəm qazından zəhərlənən tələbələrin SON VƏZİYYƏTİ

    Ötən gün Gəncə şəhərində dəm qazından zəhərlənən tələbələrin son vəziyyəti açıqlanıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 27-si saat 19:20-də iki nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    “Dəm qazının toksik təsiri diaqnozu təyin edilən pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilir.

    Xatırladaq ki, ötən gün dəm qazından zəhərlənən tələbələr 2007-ci il təvəllüdlü S.Rüstəmli və 1994-cü il təvəllüdlü L.Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

  • Şirkətin 57,4 min manatını mənimsəyən satıcı-anbardar azadlığa buraxıldı

    Mənimsəmədə təqsirləndirilən Vaqif Ağayevin barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə proses başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilib, ona şərti cəza verilib. Vaqif Ağayev dərhal həbsdən azad olunub.

    İttihama görə, Vaqif Ağayev 2020-ci ildə ASC-lərdən birinin Yardımlı rayonu Sırıq kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsində işləyib. O, buğda toxumu məhsulların satışından əldə edilməli olan 133 725.02 manat məbləğində pul vəsaitindən 132 045.02 manat pul vəsaitini ASC-nin hesabına daxil edib. Lakin təqsirləndirilən şəxs yerdə qalan 1 679.71 manat pul vəsaitini həmin şirkətin hesabına daxil etməyib. Daha sonrakı əməliyyatlara da ümumilikdə 57 401.22 manat dəyərində məhsulu − özgənin əmlakını mənimsəmə yolu ilə talayıb.

    İlkin instansiya məhkəməsi – Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest, zərərçəkmiş isə apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, protest və apellyasiya şikayəti təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli bəraət hökmü ləğv olunub. Təqsirləndirilən şəxs Vaqif Ağayev 5 il müddətə azadlıqdan məhrum edilərək, dərhal məhkəmə iclas zalından həbsə alınmışdı. Bu hökmdən isə təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdi.

  • Президент ознакомился с деятельностью предприятия по производству фильтров для воды в Сабирабаде

    28 октября Президент Азербайджанской Республики Ильхам Алиев ознакомился с деятельностью предприятия по производству фильтров для воды Общества с ограниченной ответственностью (ООО) Fırtına Su Sistemləri в Сабирабадском промышленном квартале.

    Как сообщает АЗЕРТАДЖ, ООО Fırtına Su Sistemləri зарегистрировано в качестве резидента Сабирабадского промышленного квартала в 2024 году.

    На предприятии, проектная стоимость которого составляет около 1.2 миллиона манатов, на основе китайской технологии производится оборудование для фильтрации и очистки жидкостей. Планируется производить 210 тысяч единиц фильтров, 15 000 устройств для фильтрации воды в год. Производимые здесь устройства и запасные части не только поставляются на внутренний рынок, но и экспортируются в Казахстан, Узбекистан и Турцию.

    На предприятии создано 50 рабочих мест. В ближайшем будущем количество рабочих мест планируется увеличить.













  • İlham Əliyev Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində “Fırtına Su Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “Fırtına Su Sistemləri” MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

    Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir.

    Qeyd edək ki, müəssisədə 50 iş yeri yaradılıb. Yaxın gələcəkdə iş yerlərinin sayının artırılması nəzərdə tutulur.













  • Büdcədən icbari tibbi sığorta fonduna ayrılan vəsaitin azalmasının səbəbi açıqlandı

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gələn ilin büdcəsində icbari tibbi sığorta fonduna ayrılan vəsaitin azalmasının səbəbi açıqlayıb.

    Agentlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, səhiyyə sahəsinə ayrılan vəsaitlər ildən-ilə artır.

    Qeyd olunub ki, 2026-cı il üçün icmal büdcənin səhiyyə xərcləri 3 milyard 582 milyon manat müəyyən edilib:

    “Bu 2024-cü il ilə müqayisədə 1 milyard 58 milyon manat və ya 42 faiz, 2025-ci il ilə müqayisədə isə 222 milyon manat və ya 7 faiz çoxdur. Son 5 ildə ümumilikdə səhiyyə xərcləri mütləq ifadədə 2.2 milyard manat və ya 2.5 dəfə artıb.

    İcbari tibbi sığorta fonduna ayrılan vəsaitdəki dəyişiklik maliyyə təminatının mövcud ehtiyatlar hesabına həyata keçirilməsini də nəzərdə tutur. Belə ki, 2026-cı ildə icbari tibbi sığorta fondunun xərclərinin maliyyələşdirilməsi məqsədilə gəlirlərinin diversifikasiyası aparılıb, icbari tibbi sığorta haqları, dövlət büdcəsindən ayrılan vəsait və fondun əvvəlki illərdə formalaşmış ehtiyat vəsaitləri hesabına zəruri maliyyə təminatı tam təmin edilib.

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gələn il də Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlərin maliyyələşməsini genişləndirəcək. Hazırda Agentlik Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin sığorta hesabına qarşılanması istiqamətində işlər aparır”.

  • Ильхам Алиев ознакомился с деятельностью хлопкоперерабатывающего завода в Сабирабаде – ФОТО

    28 октября Президент Азербайджанской Республики Ильхам Алиев ознакомился с деятельностью хлопкоперерабатывающего завода Общества с ограниченной ответственностью (ООО) Taşobası в Сабирабадском промышленном квартале.

    Как сообщает АЗЕРТАДЖ, на хлопкоперерабатывающем заводе ООО Taşobası, зарегистрированном как резидент Сабирабадского промышленного квартала в 2023 году, с использованием турецких, германских и итальянских технологий производятся хлопковолокно и технические семена хлопчатника.

    Проектная стоимость завода составляет 3.3 миллиона манатов, а его производственная мощность – 8 тысяч тонн хлопковолокна, 10 000 тонн технических семян в год. Выпускаемая продукция направляется на удовлетворение потребностей внутреннего рынка и на экспорт. На сегодняшний день реализовано произведенной продукции на сумму 2.6 миллиона манатов, из которых на долю экспорта приходится 2.2 миллиона манатов. В качестве сырья на заводе используется хлопок, выращенный в Нефтчалинском, Сальянском, Сабирабадском и Саатлинском районах. Это, в свою очередь, позволяет обеспечить сезонной работой на хлопковых полях 300 человек. Всего на заводе создано 80 рабочих мест.