Month: October 2025

  • Tanınmış rusiyalı aktyor 40 yaşında vəfat etdi

    Tanınmış rusiyalı aktyor Roman Popov 40 yaşında vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə TASS-a aktyorun agenti İlya Novikov məlumat verib.

    Popov daha çox “Rublyovkadan olan polis” serialındakı İqor Muxiç obrazı ilə tanınıb.

    Aktyor xərçəng xəstəliyindən əziyyət çəkib, 2018-ci ildə ona bədxassəli beyin şişi diaqnozu qoyulub.

    “SHOT” “Telegram” kanalı isə məlumat yayıb ki, komediya ustası ölümündən əvvəl iki həftədən çox komada olub.

    Məlumata görə, aktyorun vəziyyəti oktyabrın 11-də kəskin pisləşib. O, ağır vəziyyətdə reanimasiyaya aparılıb və əməliyyat olunub.

    Məhz bu prosedurdan sonra o, komaya düşüb və bir daha sağalmayıb. Popov xaricdən ona gətirilən dərmanlarla vəziyyətini yüngülləşdirməyə çalışıb.

    “SHOT” həmçinin bildirib ki, sənətçinin ailəsi onun bahalı müalicəsini qarşılamaq üçün Moskva yaxınlığındakı evini satışa çıxarıb.

  • Prezident İlham Əliyev: “Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir”

    “Düz beş il bundan əvvəl bu ərazi (Horovlu kəndi) işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə deyib.

    Bir neçə gündən sonra tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyimizi söyləyən dövlətimizin başçısı vurğulayıb:

    “8 Noyabr – Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb”.

  • Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin aparılması qaydası təsdiqləndi

    Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması qaydası təsdiqlənib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qiymətləndirmənin məqsədi Azərbaycan ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin qanuna, minatəmizləmə fəaliyyətinə dair tələblərə, standart əməliyyat prosedurlarına (SƏP) və mina əleyhinə beynəlxalq standartlara uyğun olaraq minatəmizləmə fəaliyyətini planlaşdırmaq, idarə etmək və həyata keçirmək imkanlarına malik olduğunu müəyyən etməkdir.

    Dövlət orqanları və şəxslərin qiymətləndirilməsini Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) həyata keçirəcək.

    Qiymətləndirmə dövlət orqanları və şəxslərin rəsmi müraciətləri əsasında aparılacaq.

  • Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı

    Milli Məclisin oktyabrın 31-də keçiriləcək payız sessiyası üzrə növbəti plenar iclasının gündəliyi açıqlanıb.

    Iclasda 11 məsələnin müzakirəsi nəzərdə tutulub.

    Həmin məsələlər aşağıdakılardır:

    1. 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.

    2. “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

    3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

    4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

    5. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

    6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

    7. “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    8. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    9. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    10. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

    11. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

  • Pakistan Hindistanla sərhəddə hava məkanını bağladı

    Pakistan genişmiqyaslı hərbi təlimlər səbəbindən 28 və 29 oktyabr tarixlərində müəyyən saatlarda Hindistanın qərbində yerləşən Rajasthan və Qucarat ştatları üzərindəki hava məkanını bağlamaq qərarına gəlib.

    Bu barədə xarici KİV məlumat yayıb.

    Hindistan mediasının məlumatına görə, ölkə 30 oktyabrdan 10 noyabra qədər Pakistanla qərb sərhədi boyunca dəniz, hava və quru qüvvələrinin iştirak edəcəyi “Trişul 2025” adlı genişmiqyaslı hərbi təlim keçirməyə hazırlaşır.

    Təlimlərə hazırlıq məqsədilə Hindistan hakimiyyəti həmçinin Qucarat və Rajastan hava məkanının bəzi hissələrini məhdudlaşdırıb.
    //unikal.az

  • Вратарь “Интера” насмерть сбил человека в инвалидной коляске на своём автомобиле

    Голкипер “Интера” Хосеп Мартинес сбил на своём автомобиле 81-летнего мужчину в электрической инвалидной коляске.

    Как передает Median.Az со ссылкой на издание Quicomo.it, трагедия произошла утром 28 октября.

    По данным источника, удар был чрезвычайной силы и, несмотря на немедленное вмешательство спасателей, пожилого мужчину спасти не удалось. Смерть констатировали на месте происшествия. Дорога была временно перекрыта для обеспечения работы экстренных служб и плановых проверок. В знак траура “Интер” решил отменить пресс-конференцию главного тренера Кристиана Киву.

    Сообщается, что сам Мартинес находится в состоянии шока после инцидента. 27-летний футболист не пострадал, но был глубоко потрясён произошедшим.

  • İtaliyada “İnter”in qapıçısı avtomobillə əlil arabasında olan şəxsi vurub öldürdü

    İtaliyanın “İnter” klubunun qapıçısı Xosep Martines avtomobili ilə elektrikli əlil arabasında olan 81 yaşlı kişini vurub.

    Median.Az quicomo.it saytına istinadən xəbər verir ki, hadisə oktyabrın 28-də yerli vaxtla saat 9:40-da baş verib.

    Məlumata görə, zərbə son dərəcə şiddətli olub, xilasedicilərin dərhal müdaxiləsinə baxmayaraq, yaşlı kişi hadisə yerində keçinib.

    Təcili yardım xidmətlərinin və planlı yoxlamaların aparılması üçün yol müvəqqəti bağlanıb.

    “İnter” klubu matəm əlaməti olaraq, baş məşqçi Kristian Çivunun saat 14:00-a planlaşdırılan mətbuat konfransını ləğv edib.

    İspaniyalı qapıçının hadisədən sonra şokda olduğu bildirilir. 27 yaşlı futbolçu xəsarət almasa da, bu hadisədən çox sarsılıb.

  • Agentlik küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Bu barədə agentlik məlumat yayıb.

    Xəbərdarlığa əsasən, oktyabrın 29-da günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 30-da gündüz saatlarına kimi davam edəcək.

    Həmin günlər ərzində şimal-qərb küləyinin sürətinin 18-23 m/san, arabir 25-28 m/san, açıq dənizdə isə 30 m/san-dək güclənəcəyi gözlənilir.

    Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda 3-5 m-ə çatacağı proqnozlaşdırılır.

  • В Азербайджане в связи с ветреной погодой объявлены желтое и оранжевое предупреждения

    В связи с прогнозируемой с полудня 29 октября до 30 октября ветреной погодой в Баку и на Абшеронском полуострове, а также в большинстве регионов страны объявлены желтое и оранжевое предупреждения.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В Баку и на Абшеронском полуострове, в Балакене, Гахе, Загатале, Шеки, Нефтчале, Барде, Тертере, Мингячевире, Агдаме, Евлахе, Гяндже, Самухе, Гёранбое, Нафталане, Газахе, Агстафе, Товузе, Шамкире, Дашкесане, Гусаре, Хызы ожидается северо-западный ветер, максимальная скорость которого составит 20.8-28.4 м/с.

    В других регионах страны будет дуть западный ветер, скорость которого будет достигать 13.9-20.7 м/с.

  • Bakıda və rayonlarda güclü küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə oktyabrın 29-u gündüzdən 30-u gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Balakən, Qax, Zaqatala, Şəki, Neftçala, Bərdə, Tərtər, Mingəçevir, Ağdam, Yevlax, Gəncə, Samux, Goranboy, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Qusar, Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu da narıncı xəbərdarlığa uyğundur.

    Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.