Month: October 2025

  • Bricit Makron Fransanın rəsmi vergi portalında kişi kimi qeydə alınıb

    Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron ölkənin rəsmi vergi portalında kişi adı ilə qeydiyyata alınıb, onun adı “Jan-Mişel” olaraq göstərilib.

    Sözügedən fakt barədə BFMTV kanalının sənədli filmində danışılıb.

    Filmin anonsunda yayımlanan parçada birinci xanımın administrasiyanın rəhbəri Tristan Bomen ötən ilin sentyabrında vergi məlumatları yoxlanılarkən ortaya çıxan maraqlı faktdan danışır. Bomenin sözlərinə görə, xanım Makronun adı olan bölmədə Bricit yerinə “Jan-Mişel” yazılıb. Özü də bu xəta texniki deyil, xaricdən müdaxilə nəticəsində yaranıb.

    Yelisey sarayı hadisəyə ciddi yanaşıb. Bricit Makron şikayət ərizəsi verib. Araşdırma zamanı məlumatların dəyişdirilməsində iki nəfər şübhəli bilinib.

    Xatırladaq ki, 2022-ci ildə Bricitin guya kişi olaraq doğulduğu barədə iddialar ortaya çıxıb. Birinci xanım 2021-ci ildə buna bənzər iddialarla video dərc etmiş medium Amandin Roya və jurnalist Nataşa Reyə qarşı iddia qaldıraraq, onları böhtan atmaqda günahlandırıb. 2024-cü ilin martında Emmanuel Makron bütün bunları ağ yalan adlandıraraq şayiələri təkzib edib, bu kimi bəyanatların onda qəzəb hissi yaratdığını vurğulayıb.

    Elə həmin ilin iyununda Parisdə məhkəmə prosesi başlayıb. Nəticədə Roy və Rey sentyabr ayında 13 500 avro məbləğində cərimələniblər.

  • Yük maşını iribuynuzlu mal-qaranı vurdu

    Ağstafada qəza baş verib.

    Hadisə rayon ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan yük avtomobili magistral yola çıxan iki baş iribuynuzlu mal-qaranı vurub. Hadisə nəticəsində heyvanlar tələf olublar.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Dələduzluq edən şəxslər saxlanıldı

    Şirvanda dələduzluq edən şəxs saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə beş nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.

    Bildirilib ki, adıçəkilən şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlara yüksək məvacibli yaxşı işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə vədlər verdiyi və ümumilikdə 15400 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

    Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, F.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

    Polis həmçinin sosial evlərdə mənzil almaq adı ilə dələduzluq edən şəxsi saxlayıb. Bildirilib ki, keçirilən əməliyyat tədbirlərilə vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı İlkin Akifoğlu saxlanılıb.

    Araşdırmalarla saxlanılan şəxsin ayrı-ayrı vətəndaşlara sosial evlərdə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vədlər verərək dələduzluq etdiyi və zərərçəkənlərin ümumilikdə 90 min manatdan artıq pulunu mənimsədiyi müəyyən olunub.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Украина заявила об атаке на одну из ключевых энергетических подстанций РФ

    Украина атаковала одну из ключевых энергетических подстанций в Волгоградской области России.

    Об этом сообщил руководитель Центра противодействия дезинформации при СНБО Украины Андрей Коваленко в своем Telegram-канале.

    По его словам, атаке подверглась подстанция “Балашовская” напряжением 500 кВ.

    “Это ключевой объект Южной энергосистемы РФ, которая обеспечивает энергией Волгоградский военный округ, объекты Минобороны и транспортные энергетические узлы на направлении Саратов-Воронеж. Ранее российская сторона также потеряла аналогичную подстанцию “Вешкайма”, – написал он.

  • Ukrayna Rusiyanın əsas enerji yarımstansiyalarından birinə hücum edib

    Ukrayna Rusiyanın Volqoqrad vilayətindəki ölkənin əsas enerji yarımstansiyalarından birinə hücum edib.

    Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko özünün teleqram kanalında məlumat verib.

    Onun sözlərinə görə, hücum 500 kV-luq “Balaşovskaya” yarımstansiyasına edilib.

    “Bu, Rusiyanın Cənub Enerji Sistemindəki əsas obyektdir və Volqoqrad Hərbi Dairəsini, Müdafiə Nazirliyinin obyektlərini və Saratov-Voronej marşrutundakı enerji nəqliyyat qovşaqlarını enerji ilə təmin edir. Rusiya daha əvvəl oxşar yarımstansiya olan “Veşkayma”nı itirmişdi”, – o yazıb.

  • Xəzər rayonunun şəhər xəstəxanasında travmatoloq problemi: “Yarım iş vahidində çalışır” – Video

    Sosial şəbəkələrdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında travmatoloq çatışmazlığı ilə bağlı paylaşım geniş müzakirələrə səbəb olub.

    İddialara görə, xəstəxanada yalnız bir həkim-travmatoloq çalışır və o da günorta saat 12-yə qədər xəstəxanada olur. Günün ikinci yarısında isə travmatoloji yardıma ehtiyacı olan xəstələr xidmət ala bilmirlər.

    Baku TV məsələni aydınlaşdırmaq üçün adıçəkilən xəstəxanada olub.

    Tibb mərkəzinin şöbə müdiri Vəsilə Əliyeva bildirib ki, hazırda xəstəxanada yalnız bir travmatoloq – Cavid Cəfərov fəaliyyət göstərir:

    “O, yarım iş vahidində çalışır və gün ərzində orta hesabla 4-5 xəstə qəbul edir. Təcili hallarda pasiyentlər əvvəlcə Qeydiyyat şöbəsinə müraciət edirlər, ilkin tibbi yardım göstərildikdən sonra isə aidiyyəti tibb müəssisələrinə yönləndirilirlər. Həkim-travmatoloq vəzifəsi üzrə vakansiya açılıb”.

    Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qurum vəziyyətdən xəbərdardır:

    “Doğrudan da, adıçəkilən xəstəxanada yalnız bir travmatoloq çalışır və gündəlik müraciətlərin sayı yüksək deyil”.

    Qurumdan əlavə edilib ki, xəstəxanada həkim-travmatoloq vakansiyası mövcuddur.

    Daha ətraflı süjetdə:

  • COVİD və qriplə qarışdırılır, çox sürətlə yayılır – Ölümcül xəstəlik geri qayıtdı

    Üç həftədən artıq davam edən öskürək, gecə tərləməsi və qəfil çəki itkisi… Bunlar təkcə qrip və ya COVİD-19 deyil, yenidən yayılmağa başlayan vərəmin də əlamətləri ola bilər. 

    Qaynarinfo xəbər verir ki, pandemiya dövründə diqqətdən kənarda qalan bu qədim xəstəlik bir çox ölkədə sürətlə yayılmaqdadır. Mütəxəssislər xəbərdarlıq edir: “Müalicə vasitəsilə yoluxma zəncirini qırmaq üçün sürətli hərəkət etməliyik”.
    Qlobal miqyasda vərəmin artımı narahatlıq doğurur
    Son məlumatlara görə, xüsusilə Böyük Britaniyada və digər bir sıra ölkələrdə vərəm hallarında nəzərəçarpacaq artım müşahidə olunur. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA), 2024-cü ildə ölkədə qeydiyyata alınan vərəm hallarının əvvəlki illə müqayisədə 13,6 faiz artaraq 5490-a çatdığını açıqlayıb. Halların əksəriyyəti xarici mənşəli olsa da, yerli əhali arasında da artım tendensiyasının başladığı vurğulanır.
    Agentliyin vərəm bölməsinin rəhbəri Dr. Ester Robinson “Daily Mail” qəzetinə açıqlamasında bildirib:
    “Qızdırma ilə müşayiət olunan israrlı öskürəyə biganə qalmaq olmaz. Bu simptomlar hər zaman qrip və ya COVİD-19 mənasına gəlmir, vərəm kimi ciddi xəstəliklərin də xəbərçisi ola bilər”.
    O, həmçinin qeyd edib ki, sürətli diaqnoz və müalicə ilə yoluxma zəncirini qırmaq mümkündür. Bu səbəbdən risk qrupuna aid şəxslərin vaxt itirmədən həkimə müraciət etməsi həyati əhəmiyyət daşıyır.
    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, vərəm 2023-cü ildə təxminən 1,25 milyon insanın ölümünə səbəb olub və bu göstərici ilə HİV, malyariya və COVİD-19-u geridə qoyub. Bu, xəstəliyin hələ də ciddi bir qlobal sağlamlıq təhdidi olduğunu göstərir.
    COVİD-19 dövründə diqqətdən yayınmış xəstəlik
    Mütəxəssislərin fikrincə, pandemiya illərində vərəm bir qədər arxa plana keçib. Döş qəfəsi xəstəlikləri üzrə mütəxəssis Dr. Abdullah Kansu bildirib ki, COVİD-19 və vərəm hər ikisi oxşar simptomlarla – öskürək, nəfəs darlığı, qızdırma kimi şikayətlərlə özünü göstərir. Bu da vərəm hallarının pandemiya zamanı ikinci plana keçməsinə səbəb olub.
    Dr. Kansu əlavə edib ki, hazırda diaqnostik imkanlar çox genişdir – qan analizləri, rentgen və digər üsullarla bu iki xəstəliyi bir-birindən dəqiq ayırmaq mümkündür. Ona görə də qarışdırılma qorxusu yoxdur.
    Vərəm yalnız ağciyərləri deyil, digər orqanları da zədələyə bilər

    Mütəxəssis vurğulayıb ki, vərəm təkcə ağciyərlərə deyil, beyni, sümük və limfa sistemini də təsir edə bilər:

    “Vərəm bəzən “vərəm menengiti” kimi beyin iltihabına, qadınlarda isə boruların zədələnməsi nəticəsində sonsuzluğa səbəb ola bilər. Sümükləri və bağırsaqları tutaraq ciddi fəsadlara gətirib çıxarır”.
    Asan yoluxma mexanizmi
    Vərəmin əsas simptomları uzunmüddətli öskürək, balğam, gecə tərləməsi, bədən çəkisinin azalması və davamlı qızdırmadır. Dr. Kansu xəbərdarlıq edib:
    “Xəstə öskürərkən mikroblar havaya damcı yolu ilə yayılır. Eyni mühitdə olan insanlar bu damcıları tənəffüs etdikdə infeksiya asanlıqla ağciyərlərinə keçə bilər”.
    Bununla belə, o qeyd edib ki, hər yoluxan şəxs xəstələnmir. Güclü immunitetə malik insanların əksəriyyəti mikrobu təsirsiz hala gətirə bilir. Yoluxanların yalnız təxminən 5 faizində xəstəlik inkişaf edir.
    Müalicə necə aparılır?
    Dr. Kansu bildirib ki, vərəm təxminən 6 ay davam edən bir müalicə prosesi tələb edir. İlk iki ayda dörd fərqli antibiotik təyin olunur, sonrakı dörd ay isə yalnız iki dərmanla davam edilir. Bu müddətdə xəstələr dispanserlərdə mütəmadi izlənilir, rentgen və balğam analizləri ilə bərpa prosesi qiymətləndirilir:
    “Müalicənin ardıcıl aparılması çox vacibdir. İlk iki aydan sonra xəstənin ümumi vəziyyəti yaxşılaşır, amma tam sağalma üçün müalicəni sona qədər davam etdirmək mütləqdir”.

  • Bacı-qardaş arasında sədr qalmaqalı – Fəzail Ağamalı oğlunu qovdu

    Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında qalmaqal yaşanıb.

    “Qafqazinfo”nun məlumatına görə, yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.
    Fəzail Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.
    Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.
    Məlumatı Fəzail Ağamalı saytımıza təsdiq edib. O, oğlunun qurultayın reqlamentini pozduğu üçün binadan kənarlaşdırıldığını bildirib:
    “Öz adamları ilə birgə qurultayı pozmağa cəhd etdilər. Bu səbəbdən iclası təxirə saldıq. Elçini də binadan kənarlaşdırdılar. Mən partiya sədrliyinə qızımı təklif edirəm. Amma hələ ki, özüm istefa verməmişəm. Dediyim kimi, Elçinin hərəkətlərinə görə qurultayı dayandırdıq”.
    Fəzail Ağamalının oğlu isə atasının dediklərini yalanlayıb. Elçin Ağamalının sözlərinə görə, atası bu gün sədrlikdən istefa verib. Öz yerinə də bacısı Günay Ağamalının namizədliyini irəli sürüb. Bundan əlavə partiya sədrliyinə daha iki namizəd olub:

    “Partiya nümayəndələri mənim namizədliyimi təsdiqlədilər. 100-dən çox səslə mən sədr seçildim. Bundan sonra Fəzail Ağamalı işığı söndürdü. Mənim seçilməyimi qəbul etməyib qurultayı pozdu. Amma mən yekdil səslə yeni sədr seçilmişəm. Hər kəs də təsdiq edə bilər”.

  • Kiberpolis 5 dəstəni ifşa etdi – Video

    Sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitlərinin köçürülməsi və leqallaşdırılmasında istifadə olunan bank kartlarının qanunsuz alqı-satqısını həyata keçirən dəstə üzvlərinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat-texniki tədbirlər həyata keçirilib. 

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 
    Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən tədbirlərlə qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan 5 fərqli dəstənin 12 nəfərdən ibarət üzvü – Əjdər Əzizov, Fərman Cəfərov, Hikmət Quliyev, habelə Adəm Əliyev və tanışı Cavid İsmayılzadə, Əlvan Musayev eləcə də onunla əlbir olan Məhərrəm Babayev, Rəvan Mehdiyev, Aydın Məmmədzadə və Adil Məmmədov, həmçinin Alşan Səfərov və Rüstəm Novruzov saxlanılıblar. 
    Daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar. 
    Daha sonra həmin kartların böyük əksəriyyəti cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsəsən “telegram” sosial şəbəkəsində ölkə xaricində cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri 2 mindən artıq bank kartının cinayətkar fəaliyyətə yönləndirildiyi aşkarlanıb. 

    Qeyd edək ki, əksər hallarda öz kartını dəstə üzvlərinə təqdim edən şəxslər onların hansı məqsədlər üçün istifadə ediləcəyindən xəbərsiz olublar. 

    Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir. 
    Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, öz bank rekvizitlərinin üçüncü şəxslərə “drop”, yəni cinayət faktlarında istifadə edilməsi məqsədi ilə təqdim olunması yolverilməzdir. Əgər bank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə edilir.

  • Elman Nəsirov qızının yaydığı videodan danışdı

    Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm olub.

    Laləzər Əliyeva atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirib.
    Median.Az xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı Elman Nəsirovla əlaqə saxlayıb.
    O, bununla bağlı şərhi olmadığını deyib:
    “Bu, radikal müxalifətin işidir, çünki onların hədəfindəyəm. Radikallarla ömrümün sonunadək mübarizədə olacağam. Onlar o qədər tükənib ki, başqa insanlardan əleyhimə istifadə edirlər. Yazıqsınız!”
    Göründüyü kimi, deputat Elman Nəsirov Laləzər Əliyevanın onun qızı olduğunu birmənalı şəkildə inkar etmir. Bu da iddiaların doğru olduğuna dair müəyyən qənaət formalaşdırır.