Month: October 2025

  • Merkel Krımın ilhaqı zamanı Ukraynadan müqavimət göstərməməyi xahiş edib

    Litvanın keçmiş Silahlı Qüvvələr baş komandanı bildirib ki, Almaniyanın sabiq kansleri Angela Merkel 2014-cü ildə Krımın ələ keçirilməsi zamanı Ukrayna hakimiyyətindən silahlı müqavimət göstərməməyi xahiş edib.

    Litvanın sabiq Silahlı Qüvvələr baş komandanı və ölkənin NATO-dakı nümayəndəsi Yonasa Vytautas Zukas iddia edir ki, Almaniyanın keçmiş federal kansleri Angela Merkel Ukraynanın silahlı müqavimət göstərməməsinə təsir edib.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Welt” nəşri məlumat yayıb.

    Zukasın sözlərinə görə, o, Krımın işğalı zamanı Kiyevdə olub və Ukraynanın o vaxtkı prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinovla görüşüb. Turçinov guya müqavimət göstərilməməsini “Merkelin telefon zəngi ilə etdiyi xahişlə” izah edib.

    Merkelin ofisi bu iddiaları şərh etməkdən imtina edib və onun əvvəlki ictimai açıqlamalarına, eləcə də “Azadlıq” adlı xatirələr kitabına istinad edib.

    Əlavə olaraq qeyd edilir ki, keçmiş kanslerin əvvəlki bəyanatları da son günlər mübahisə doğurub. Merkel bir müddət əvvəl bildirmişdi ki, Polşa və Baltik ölkələrinin 2021-ci ildə Putinlə danışıqlara qarşı çıxması dolayısı ilə onun bir il sonra aqressiyasına təkan verib.

    Polşanın xarici işlər naziri Radoslav Sikorski bu fikrə cavab olaraq deyib ki, Polşa öz başı üzərində bağlanan razılaşmaları sevmir.

    Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis isə qeyd edib ki, Merkel öz siyasi mirasına tənqidi yanaşmalı və addımlarının nəticələrinə görə məsuliyyəti digər dövlətlərin üzərinə atmamalıdır.

  • Сын Фазаила Агамалы: Если отец и сестра поставят под сомнение мою легитимность, я обращусь в суд

    Я был избран новым председателем партии Ana Vətən (“Родина”) на сегодняшнем съезде. У меня есть факты, подтверждающие это.

    Как передает Median.Az, об этом Demokrat.az заявил Эльчин Агамалы, сын бывшего председателя партии Ana Vətən Фазаила Агамалы.

    Он утверждает, что победил значительным большинством голосов на съезде партии.

    “Никто, даже мой отец и сестра-депутат, не может попирать мои права. Я являюсь новым председателем партии Ana Vətən. По этому поводу готовятся документы, которые будут представлены в Министерство юстиции. Если мои отец и сестра Гюнай Агамалы предпримут шаги, ставящие под сомнение мою легитимность, я обращусь в Министерство юстиции и суд в отношении их действий”, – сказал Эльчин Агамалы.

  • Fəzail Ağamalının oğlu: “Atam və bacım legitimliyimi şübhə altına alsalar, onları məhkəməyə verəcəyəm”

    “Ana Vətən Partiyasının bu gün keçirilən Qurultayında mən yeni sədr seçildim. Bununla bağlı əlimdə faktlar var”.

    Median.Az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı bildirib.

    O, Ana Vətən Partiyasının Qurultayında böyük səslə qalib gəldiyini deyib:

    “Heç kim, hətta atam və deputat bacım belə mənim hüquqlarımı tapdalaya bilməz. Ana Vətən Partiyasının yeni sədri mənəm. Bununla bağlı sənədlər də hazırlanır və Ədliyyə Nazirliyinə təqdim olunacaq. Əgər atam və bacım Günay Ağamalı tərəfindən mənim legitimliyimi şübhə altına alacaq addımlar atılsa, o zaman onlarla bağlı Ədliyyə Nazirliyinə və məhkəməyə müraciət edəcəyəm”.

  • Heyvan bazarları bağlandı – Ət qıtlığı olacaq?

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gündən etibarən ölkə üzrə fəaliyyət göstərən heyvan bazarlarının müvəqqəti bağlandığını elan edib.

    Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır.

    Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq. Tədbirlər başa çatdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq.

    Bu prosesdə yerli icra hakimiyyətləri və polis orqanları da nəzarəti təmin edəcəklər.

    Qeyd edək ki, bir müddətdir ölkənin müxtəlif bölgələrində mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur.

    Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, bazarların bağlanması xəbəri artıq ət kəsimi ilə məşğul olan sahibkarlara ciddi problem yaradıb:

    “Onlar əvvəllər həftə ərzində bazara gedib, lazım olan qədər heyvan alacaqlarını düşünürdülərsə, indi hər gün heyvan axtarışındadırlar. Təsəvvür edin, qəssabxananı bir gün bağlayıb, boş saxlayaraq, rayonlara gedib ət axtarışında olurlar. Heyvan bazarlarının bağlanması bu kimi problemlər yaradır”.

    Ekspertin fikrincə, indiki halda ətin qiymətinin bahalaşması gözlənilmir:

    “Ətin qiymətinin artımının indiki halda baş verəcəyini düşünmürəm. Ona görə ki, alıcıların sayı azalıb. Bəzi adamlar xəstəliyin yayılmasından ehtiyatlanırlar və toyuq ətinə üstünlük verirlər. Yalnız ət deyil, digər ərzaq məhsullarının qiymətlərində də bahalaşma var, insanların gəlirləri azalır. Bu səbəbdən adamlar çalışırlar ki, ətə daha az vəsait xərcləsinlər. Bazarın bağlanması ümumilikdə bu problemi həll edəsi deyil. Birincisi, çox sayda heyvanlar tələf oldu. Avqust ayının 20-dən bu yana biz hökuməti xəbərdar edirdik ki, xəstəlik yayılmağa başlayıb, bunun qarşısı alınmalıdır. Bundan iki ay vaxt keçib. İndi başlayıblar bazarı bağlamağa. Artıq tələf olan olub, sağ qalan qalıb. Amma bəzi regionlarda xəstəlik davam edir. Lakin bazarın bağlanması yenə deyirəm problemi həll etməyəcək. Bazara sağlam heyvan çıxarılamalıdır. Ona görə də bazarda nəzarət sistem yaratmaq lazımdır. Kənd təsərrüfatı nazirliyində 1200 məmur var. Bizdə bir-iki bazar var, bir-iki məmur, bir-iki baytar həkim cəlb etmək, lazım gələrsə süni laboratoriyalar da təşkil etmək olar. Hər şeyin sivil qaydası var. Təəssüflər olsun ki, qeyri-peşəkarlıq üzündən bu kimi tədbirləri təşkil edə bilmirlər”.

    V.Məhərrəmli əlavə edir ki, bazarın bağlanması həm də ət istehsalı ilə məşğul olan sahibkarlara problem yaradır:

    “Onlar heyvanları bazara çıxarıb, rəqabət mühitində satış edib, qiymətləri müəyyən edirdilər. Bazara çoxlu alıcı gəlirdi. İndiki halda isə kökəltmə ilə məşğul olanların heyvanlarını bazara çıxarmaq imkanları yoxdur. Onlar bunu nəzərə alır və nisbətən alıcıya aşağı qiymətə satış etməyə çalışırlar. Burada müştərinin uzun məsafə gəlməsi və xərcini kompensasiya etməsi nəzərə alınır. Öz aralarında razılaşırlar. Elə bir problem yoxdur. Problem ondadır ki, bununla bağlı ciddi bir hesabat dinləməyib. Mən sizi əmin edirəm ki, nə qədər heyvanın tələf olması ilə bağlı da dəqiq rəqəm çıxarmaq mümkündür. O rəqəm ona görə lazımdır ki, tələf olan heyvanlar dövriyyəyə getməsin. Çox ciddi nəzarətə getmək lazımdır. Ölkədə nə qədər heyvan varsa, identifikasiyası aparılmalıydı. Heyvanların uçotu getməli, qulaqlarında vilkaları olmalıydı ki, hər bir fermanın nə qədər heyvanı olduğunun siyahısı təşkil olunsun. Heyvan əgər yoxdursa, necə olub, xəstələndiyi zaman heyvan qeydiyyata alınmalıydı. Heyvan öldükdə isə onun mütləq ölüsünü sahibkar göstərməlidir. Bu sistemə ciddi nəzarət etmək lazımdır”.

    İqtisadçı ekspert Akif Nəsirli isə qeyd edib ki, yerli bazarda ət qıtlığı yaşana bilər:

    “Çünki kütləvi bazarlar olmadığından kütləvi alışlar da olmayacaq. Ona görə də bazarda ət qıtlaşacaq. Qısa zamanda ətin qiyməti arta bilər. Bir məsələ də var. Hazırda ət bazarında dövriyyə kəskin şəkildə azalıb, ətin alıcılıq qabiliyyəti aşağıdır. İnsanlar xəstə mal və qoyun əti almaqdan ehtiyat edirlər. Bunun əvəzinə toyuq və digər ətlərə üstünlük verirlər. Bu da qiymətin bahalaşmasını tormozlayan amildir. İki amil arasında bir ortaq göstərici olacaq. Bu səbəbdən ətin qiymətinin kəskin şəkildə bahalaşması gözlənilmir”.

    A.Nəsirli söyləyib ki, bu addım fermerlərə ziyan vuracaq:

    “Çünki onların gəlir mənbəyi məhz bu bazarlardır. Likvidlik problemi yaşayacaqlar. Karantin prosesində heyvanları realizasiya etmək problemi ilə üzləşəcəklər. Onların dövriyyəsini, gəlirlərini azaldacaq. Lakin bu vəziyyət uzun çəkməyəcək. Dabaq xəstəliyinin inkubasiya dövrü 7-10 gündür. Buna görə də xəstəliyin yayılma zəncirini qırmaq üçün qısa fasilə bəsdir. Noyabrın 5-7-dən karantini qaldırmaq olardı. Mənim qənaətimə görə oktyabrın 10-dan karanatin elan edilsəydi, xəstəlik bu qədər ziyan vurmazdı. Hansı göstərici, məntiqə uyğun olaraq, ayın 25-dən bazarları bağlayırlar. Buna mən məntiqli izah tapa bilmirəm. Yəni 15 gün tədbir gecikib”.

  • Azərbaycanlı alim erməni təxribatı ilə üzləşdi

    Azərbaycanlı tanınmış alim Zaur Əliyev ermənilərin təxribatı ilə üzləşib.

    Bu barədə o, Feysbuk hesabında yazıb.

    “Ermənilər mənim məqalələrimdən şikayət ərizələri yazırlar. Məqalələrimin saytdan çıxarılmasını tələb edirlər. Beynəlxalq indeksli jurnallarda dərc etdirdiyim digər məqalələrə qarşı da hücumlara başlayıblar. Onların məktubu saytlarında dərc edilib və bu tək mənə yox, Azərbaycan həqiqətlərinə qarşı aparılan hücumların bir hissəsidir. Neçə vaxtdır mənim elmi məqalələrimə həqiqət axtaran alimlərin istinadlar verməsi onları qorxuya salıb. İnanıram ki, məqaləni çıxarda biləcəklər. Çünki onların gücü çoxdur. Arxalarında lobbi və diasporları var. Azərbaycan dövləti mənim arxamda dura biləcəkmi? Bax sual budur. Səsimiz və elmi əsaslarımız hər zaman belə olacaq? Təzyiqlər sayəsində həqiqətlərimiz susdurulacaq?

    Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası görəsən buna necə reaksiya verəcək? Bu, mənim siyasi elmlər doktoru adı almağıma sədlər çəkəcəkmi?

    Düşmənin etdiklərinin elmi məqalər və kitablarla dünyaya çatdırılmasında rol oynadığımı nəzərə alıb, bax bu cür təzyiqlər altında fəaliyyət aparmağıma diqqət verib, mənə dəstək üçün bu elmi adı verəcəklərmi?”, alim qeyd edib.

  • Küləkli hava ilə bağlı – Xəbərdarlıq

    Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, oktyabrın 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında, 26-sı gün ərzində isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
    Bakıda və Abşeron yarımadasında, Şərur, Neftçala, Hacıqabul, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Şəki, Oğuz, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsəndə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Bəzi çaylardan sel keçəcək

    Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

    Oktyabrın 26-sı gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

  • Захарова: Шеф-редактор Sputnik Азербайджан вылетел из Баку после освобождения из-под стражи

    Шеф-редактор Sputnik Азербайджан Евгений Белоусов вылетел из Баку после освобождения из-под стражи.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявила официальный представитель МИД РФ Мария Захарова.

    Напомним, что ранее Белоусов был переведен под домашний арест по решению Хатаинского районного суда.

  • “Sputnik Azərbaycan”ın baş redaktoru azadlığa buraxıldıqdan sonra BAKINI TƏRK EDİB – Zaxarova AÇIQLADI

    “Sputnik Azərbaycan”ın baş redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakını tərk edib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

    “Sputnik”in ikinci əməkdaşı Belousov da azadlığa buraxıldıqdan sonra Bakını tərk edib”, – deyə o bildirib.

    Xatırladaq ki, daha əvvəl Belousov Xətai Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılmışdı. Bir neçə gün əvvəl isə “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx da həbsdən azad edilərək Rusiyaya yola salınmışdı.

  • Xarici ölkədə qanunsuz silahlı birləşməyə qoşulan şəxs yeddi il azadlıqdan məhrum edilib

    Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşməyə qoşulmaqda, həmin birləşmənin təlimlərində iştirak etməkdə təqsirləndirilən Elxan İbrahimovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az APA-a istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Elxan İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, təqsirləndirilən şəxs xarici ölkənin ərazisində qanunsuz silahlı birləşməyə qoşulub, birləşməyə aid təlim düşərgələrində müxtəlif hərbi təlimlərdə iştirak edib və həmin birləşmənin silahlı mühafizəsində iştirak edib.

    Elxan İbrahimov AR Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, habelə onların fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirli bilinib.