Month: Noyabr 2025

  • Azərbaycanda bu məhsul kəskin BAHALAŞDI – VİDEO

    Kənd yumurtası bahalaşıb…

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, İsmayıllı bazarında hazırda bir ədəd kənd yumurtası 40 qəpiyə satılır. Satıcıların sözlərinə görə, onlar yumurtanı kənd sakinlərindən 35 qəpiyə alırlar və cəmi 5 qəpik qazanc əldə edirlər.

    Kəndlilər qiymət artımını istehsal xərclərinin çoxalması ilə əlaqələndirirlər. Bildirilir ki, toyuqlar üçün alınan arpa və digər yem məhsullarının qiyməti yüksəldiyindən yumurtanın da qiyməti artır. Digər səbəb isə kənd yumurtasının qış aylarında az olmasıdır.

    Alıcılar isə qiymət yüksək olsa da, kənd yumurtasına üstünlük verdiklərini deyirlər.

    Şəkidə isə kənd toyuğu yumurtasının qiyməti iki dəfə artaraq 50 qəpik olub, bununla yanaşı bazarlarda kənd yumurtası tapmaq da olmur.

    Paytaxt bazarlarında da kənd yumurtasını tapmaq müşkülə çevrilib.

    Daha ətraflı videomaterialı təqdim edirik.

  • Məktəbin həyətində infarkt keçirən oğlan ölümündən əvvəl bərk qorxubmuş… – VİDEO

    Qorxu keçirən 17 yaşlı yeniyetmə 1 il əvvəl bitirdiyi məktəbin qarşısındakı həyətdə ölüb…

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə dünən axşam saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki 94 saylı məktəbin qarşısında baş verib. 17 yaşlı Eşqi Məhi oğlu Rüstəmov yaxın dostlarının əhatəsində dünyasını dəyişib. Onun ayağının altına atılan pirotexniki vasitəndən həyəcan keçirdiyi bildirilir.

    Hadisənin baş verdiyi an Eşqi Rüstəmovun yanında olan həmyaşıdları onun partlayışdan həyəcan keçirdiyini iddia ediblər.

    Fidan Hüseynova iddia edir ki, təcili tibbi yardım ilkin yardım göstərib getdikdən sonra Eşqi Rüstəməvun səhhəti yenidən pisləşib:

    Mərhumun qonşularından öyrəndik ki, Eşqi Rüstəmovun ailəsi əslən Cəbrayıl rayonundandır. Evin tək oğlu olan Eşqinin özündən başqa bir bacısı var.

    17 yaşlı yeniyetmənin dəfnindən qayıdan doğmalarından təfərrüatları öyrənmək istəsək də danışmaq istəmədilər.

    Hazırda faktla bağlı araşdırma aparılır.

    Daha ətraflı videomaterialı təqdim edirik.

  • Zelenski Parisdə Makronla görüşəcək

    Fransa Prezidenti Emmanuel Makron dekabrın 1-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

    Median.Az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

    Məlumata görə, tərəflər Cenevrədəki müzakirələr, ABŞ-ın təqdim etdiyi plan və Avropa tərəfdaşları ilə koordinasiya kontekstində mövcud vəziyyəti, habelə davamlı və ədalətli sülhün şərtlərini müzakirə edəcəklər.

  • Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapılıb

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparıb.

    Median.Az Ayna.az-a istinadla xəbər verir ki, axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı və digər sənədlər tapılıb.

    Dəlillər AXCP sədrinin “Boz kardinal”la əlaqələrinin olduğu şübhələrini ciddiləşdirir. İlkin araşdırmalar zamanı müxtəlif ünvanlarda axtarışlar aparıldığı, çoxsaylı şahidlərin dindirildiyi, əhəmiyyətli sübutlar əldə edildiyi barədə məlumatlar yayılıb.

    Qeyd edək ki, Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb.

    Axtarış DTX-da aparılan araşdırma çərçivəsində həyata keçirilib. Bu tədbirlər R.Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

    Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

    Səbail rayon məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barəsində cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

  • Amerikalılar “Qara cümə”də rekord məbləğdə pul xərclədilər

    ABŞ sakinləri noyabrın 28-də “Qara cümə”də onlayn alış-verişə rekord 11.8 milyard dollar xərcləyiblər. Bu, keçən illə müqayisədə 9.1% daha çoxdur.

    Median.Az xəbər verir ki, bu barədə internet mağazalarının məlumatlarını izləyən “Adobe Analytics”ə istinadən “Reuters” məlumat yayıb.

    Qeyd olunub ki, ən populyar məhsul kateqoriyaları geyim və aksesuarlar olub. “Adobe Analytics”in proqnozlarına əsasən, noyabrın 29-da amerikalılar alış-verişə 5.5 milyard dollar (illik 3.8% artım), noyabrın 30-da isə 5.9 milyard dollar (illik 5,4% artım) xərcləyəcəklər. Şirkət gözləyir ki, “Kiber bazar ertəsi”ndə (“Cyber Monday” (dekabrın 1-də) ölkə sakinləri 14.2 milyard dollarlıq alış-veriş edəcəklər. Bu, keçən illə müqayisədə 6.3% daha çoxdur.

    Bu il endirimlər bir çox idxal mallarına ABŞ-nin tətbiq etdiyi rüsumlar səbəbindən iqtisadi qeyri-müəyyənlik fonunda başlayıb. Qeyd olunur ki, bu həm pərakəndə satıcılar, həm də istehlakçılar üçün xərclərin artmasına səbəb olub.

  • Ürəyi qoruyur deyə ovuc-ovuc yediyimiz çərəz ağciyəri məhv edirmiş

    Ürək sağlamlığı üçün faydalı hesab edilən, gündəlik rasionda tez-tez yer alan quru meyvələrin bəzi hallarda sağlamlıq üçün risk yaratdığı məlum olub. Xüsusilə çox miqdarda istehlak olunduqda qozun ağciyərlərə ciddi şəkildə zərər verdiyi ortaya çıxıb.

    Median.Az xəbər verir ki, qozun tərkibindəki omega-3 yağ turşuları ürək-damar sağlamlığını dəstəkləyir, qan dövranını tənzimləyir və pis xolesterolu (LDL) azaltmağa kömək edir. Damar sərtliyi riskini aşağı saldığı üçün uzun illərdir “ürək dostu qida” kimi tanınır.

    Lakin mütəxəssislər bildirirlər ki, qozun faydaları olsa da, həddindən artıq istehlakı ağciyərlərə mənfi təsir göstərə bilər.

    Mütəxəssislərin araşdırmalarına görə qozun müntəzəm və normadan artıq qəbulu ağciyərlərdə iltihablanma yarada bilər.

    Bu proses isə zamanla tənəffüs yolu xəstəliklərinə səbəb ola bilər.

    Xüsusilə qozun tərkibində olan omega-6 yağ turşularının yüksək miqdarda qəbul edilməsi orqanizmdə iltihabı artırır və bu da ağciyər toxumalarının zədələnməsi ilə nəticələnir.

  • Məhəmməd Əsədullazadə: “Proseslər göstərir ki, Ramiz Mehdiyevin Rusiya ilə əlaqələri ifşa olunub”

    “Son proseslər göstərir ki, Ramiz Mehdiyevin Rusiya ilə əlaqələri ifşa olunub”.

    Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

    O bildirib ki, Ramiz Mehdiyevin müxalifətdən olan bəzi qruplar, eləcə də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə əlaqələri mətbuat müstəvisində qeyd edilir.

    “Regional və beynəlxalq şərtlər dəyişir. Bu proseslər Azərbaycanın təhlükəsizliyini təhdid edə bilər. Rusiyanın ölkəmizə qarşı müxtəlif müstəvilərdə təxribatlar həyata keçirdiyinin şahidi oluruq. Bu proseslərdə Ramiz Mehdiyev, radikal müxalifət və AXCP-nin adı hallanır. Bu kontekstdə dövlətçiliyimizi hədəf alan marjinal qruplar mütləq şəkildə Azərbaycan siyasətindən getməlidir”, – deyə politoloq əlavə edib.

    Ətraflı Baku TV-nin süjetində:

  • VİRAT gəmisi Türkiyəyə aparılır

    Ötən gecə Qara dənizdə partlayışın baş verdiyi VİRAT gəmisi Türkiyəyə aparılır.

    Bu barədə Türkiyənin Dənizçilik Baş İdarəsindən bildirilib

    Qeyd olunub ki, gəminin təhlükəsiz yerə aparılması işlərinə bu gün saat 17:45-də (Türkiyə vaxtı ilə) başlanılıb.

    Gəminin dekabrın 1-də günorta saat 1 radələrində Türkiyəyə çatacağı bildirilir.

    Məlumata görə, proses nəzarət altındadır.

  • “Ramiz Mehdiyev və AXCP vahid tandem kimi çalışıb” – Deputat

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində axtarış aparılıb. Dövlət Təhlükəsizliyi Xidmətində Əli Kərimli barəsində araşdırma ilə bağlı onun yaşadığı mənzildə axtarış aparılıb, lakin o, saxlanılmayıb. Qeyd edək ki, Əli Kərimli barəsində araşdırma Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.

    Milli Məclisin deputatı Bəhruz Məhərrəmov azxeber.com-a açıqlamasında bildirib ki, hər hansı şəxsin siyasi baxışları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz:

    “Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 3-cü maddəsinə müvafiq olaraq, hər hansı şəxsin siyasi baxışları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz. O cümlədən də Əli Kərimli özü barəsində qapıldığı eyforiyanın əksinə heç kimdən artıq deyil. Əksinə, çoxsaylı təkzibedilməz sübutlar tam fərqli mənzərə meydana çıxarır.
    Barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilmiş Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərə, dövlətə xəyanətə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunur. İlkin araşdırmalar və proseslərin təhlili bu prosesdə ona xaricdən dəstəyin və daxildə bu xəyanətə yardım edən subyektlərin müəyyən edilməsini milli təhlükəsizlik baxımından zərurətə çevirir”.

    Deputat qeyd edib ki, AXCP-nin
    Mehdiyevin önəmini gündəmdə saxlamaq üçün alət kimi istifadə olunduğunu demək üçün xeyli əsaslar mövcuddur:

    “AXCP və Mehdiyevin hər zaman sinxron işlədiyini, bu partiyanın Mehdiyevin önəmini gündəmdə saxlamaq üçün alət kimi istifadə olunduğunu demək üçün xeyli əsaslar mövcuddur. Məsələn, 2003-cü ildə hakimiyyət xülyası yarımçıq qalan Mehdiyev fəaliyyətin bütün sonrakı periodunda AXC ünsürlərini meydanlara çıxarmaq və sonra onların aksiyalarını “zərərsizləşdirməklə” hakimiyyətin qorunmasında özünün əvəzsiz rolunun olması barədə siyasi mif yaratmağa çalışıb. Mehdiyevin vəzifədən uzaqlaşdırılmasının ardınca isə AXCP-nin meydan fəallığı sıfıra enib. Bu gün əminliklə demək mümkündür ki, ən azı ötən 22 ildə Mehdiyev və AXC vahid tandem kimi çalışıb. Təbii ki, hakimiyyət hərisliyinin əsirinə çevrilən Mehdiyevin iqtidara gəlişi mahiyyətcə əslində hakimiyyətin milli iradədən alınaraq xarici dövlətin nəzarətinə verilməsi demək idi. Sirr deyil ki, Mehdiyevin əsas güvənc yeri Rusiya xüsusi xidmət orqanları olub. Eyni zamanda AXC özü də zamanında məhz Qorbaçov yenidənqurmasının imitasiyası kimi Rusiya xüsusi xidmət orqanlarının sələfləri tərəfindən yaradılıb. Heç şübhəsiz ki, bu amil hər iki tərəfi bir-birinə yaxınlaşdırıb”.

    Parlamentari deyib ki, məhz Mehdiyevin xeyir-duası ilə Azərbaycanda radikal ünsürlər AXC ətrafında Milli Şura adı altında birləşdirilməyə cəhd edildi:

    “Habelə qısa müddət öncə Mehdiyevin çevriliş planının perspektiv inkişaf hissəsi kimi Milli Şura yaradılacağına dair sənədin yayımlanması Şura təfəkkürünün vahid qaynağı barədə ehtimalları reallığa sürükləyir. Bir sözlə, uzun illər dövr ərzində Mehdiyevin “beşinci kolonla” “mübarizəsi”, AXC-nin isə Rusiyanın ünvanına “barışmaz” mövqeyi reallıqların pərdələnməsinə hesablanmışdı. Təsadüfi deyil ki, şimal qonşumuzun zaman-zaman bərabər hüquqlu əməkdaşlıq niyyətlərindən kənara çıxan cəhdlərinə Bakıdan layiqli cavab verildikcə AXCP ünsürləri daha da radikallaşır, daxildə təzyiq mühiti yaradaraq situasiyanı Azərbaycan əleyhinə çevirməyə cəhd edirdilər. Vətən müharibəsi və antiterror tədbirləri dövründə, habelə postmüharibə reallığında AXCP birmənalı şəkildə siyasi fəaliyyətlə yox, milli mənafelər əleyhinə, daha dəqiq desək, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə fəaliyyətlə məşğul olması da bunun bariz nümunəsidir”.

    B.Məhərrəmov vurğulayıb ki, Əli Kərimli başda olmaqla radikallar Mehdiyevlə bərabər batacaqlarını yaxşı dərk edərək bu kimi qarışdırıcı fəaliyyətə baş vurublar:

    “Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra AXCP ünsürlərinin və onların nəzarətindəki söyüş müxalifəti və sosial media trollarının diqqəti bir zamanlar Mehdiyevlə rəsmi işgüzar münasibətdə olmuş və hazırda vəzifədə olan digər şəxslərə yönəltməsi Mehdiyev–AXC “əməkdaşlığı”nın bariz nümunəsi hesab edilə bilər. Görünən odur ki, Əli Kərimli başda olmaqla radikallar Mehdiyevlə bərabər batacaqlarını yaxşı dərk edərək bu kimi qarışdırıcı fəaliyyətə baş vurmuşdular. Aydındır ki, yeni reallıqda məhz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan qələbələri ilə tam müstəqil hərbi-siyasi güc kimi özünü təsdiq edib. Heç şübhəsiz ki, Cənubi Qafqazda maraqların bərabər əsaslarla təmin edilməsini istəməyən qüvvələr üçün bu, arzuolunmaz status-kvo olduğu üçün əks həmlə qaçılmaz idi. Bu mənada, həmin güclərin Azərbaycandakı uzantıları qismində Mehdiyev və onun “partkomu” Kərimlinin, habelə bütövlükdə AXCP-nin fəaliyyətinin köklü araşdırılması son dərəcə zəruri idi”.

    “Digər bir məsələ, uzun müddətdir ki, cəmiyyətdə haqlı olaraq sual yaranırdı ki, Əli Kərimli özünün heç bir real gəliri olmamasına baxmayaraq, “ictimai əsaslar” pərdəsi altında cangüdənlər və sosial media terroru üçün muzdlu trol ordusunu hansı vəsait hesabına saxlayıb? Hər kəs əmin ola bilər ki, cari istintaqın hətta ilkin nəticələri bu sualın cavabını artıqlaması ilə verə biləcək”-, deyə deputat bildirib.

  • Mehdiyev-Kərimli tandemi: Köhnə oyun, yeni fiasko

    Siyasətdə zaman-zaman elə tandemlər yaranır ki, ilk baxışdan onlar tandem deyil, tam əks qütb kimi görünür, amma əslində hansısa qaranlıq məqamda onların yolları kəsişir. Ramiz Mehdiyev və Əli Kərimli də bu kateqoriyadandır – biri uzun illər sistemin içində “Boz kardinal” və ya “beşinci kolon”un memarı kimi tanınan, digəri isə illərdir siyasətdə davamlı narazılıq ilə fəaliyyət göstərən müxalif sima. Bu iki xəttin kəsişməsi çoxlarına qəribə gəlsə də, məlum olub ki, ortada ümumi maraq varmış: hakimiyyətə gedən qaranlıq yol.

    Belə ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı mənzildə bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən axtarış aparılıb.

    Median.Az-ın məlumatına görə, Əli Kərimli barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.

    Bu isə əbəs deyil. Çünki bir müddət əvvəl Ramiz Mehdiyevin özü Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

    Ona görə də bu prosesin mərkəzində iki adın – Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və AXCP lideri Əli Kərimlinin adının dayanması təsadüfi deyil.

    Prosesdə əsas təhlükə mənbəyi görünən tərəflərdən biri, ya da elə birincisi Rusiya amilidir. Haqlı sual yaranır ki, bəs “Moskva küləyi” niyə həmişə eyni istiqamətdən əsir?

    Qeyd etmək yerinə düşər ki, Mehdiyev də, Kərimli də zaman-zaman Moskvanın orbitinə yaxınlaşmaqla gündəmə gəliblər. Biri SSRİ-nin “siyasi laboratoriyasından” çıxmış, digəri isə uzun illərdir Qərb, Rusiya və regiondakı siyasi kuluarların istiqamətini öz maraqlarına uyğunlaşdırmağa çalışan fiqur olub. Bu tandem elə bil ki, iki fərqli cinsdən olan, amma eyni havada uçan iki quşu xatırlatsa da, nəticədə hər ikisi eyni ağacın üzərinə qonmağa çalışıb – Rusiyanın çürüməkdə olan təsir ağacı.

    Bəs sövlətə xəyanətin cəzası nədir?

    Dövlətə xəyanət təkcə hüquqi anlayış deyil, həm də siyasi yaddaş məsələsi və ən yüksək təhlükəsizlik xəttinin qırılması deməkdir. Ona görə də kimliyindən asılı olmayaraq – istər vəzifədə olsun, istərsə də müxalifətdə – konstitusion sistemə qənim kəsilən hər kəsin aqibəti eyni olur. Bu baxımdan, Mehdiyev – Kərimli xəttinin araşdırılması nə emosional reaksiyadır, nə də siyasi göstəriş, bu, dövlət təhlükəsizliyinin qorunmasıdır. Dövlət isə təhdid altında qalmaq üçün yox, yaşamaq və yaşatmaq üçün qurulur.

    Kölgədəki fiqurlar və ya səhnəyə çıxmaq istəyib, amma işıqdan qorxan aktyorlar kimlərdir?

    Mehdiyev və Kərimli xəttinə cəlb olunan digər şəxslər də olub. Bu xətdə müxtəlif səviyyələrdə vəzifədən getmiş və Mehdiyevin təsiri altında olan keçmiş məmurlar, radikal müxalifətyönümlü şəxslər, habelə bəzi Qərb və Rusiya siyasi dairələri ilə əlaqəsi iddia edilən aktorlar da yer alıblar. Onların fəaliyyət prinsipləri isə eynidir. Tribunadan şüarlar səsləndirmək, gizli planlar qurmaq, nəhayət xaricdən “məsləhət” alıb mənfur niyyətlərini həyata keçirmək. Amma nəticədə hamısı bir şeyi unudublar: şou ilə dram fərqlidir və ona görə də dövlət teatrında improvizasiya risklidir. Bu baxımdan, bu gün DÖVLƏT pərdəarxasında da, səhnədə də xəyanətə əli bulaşan hər kəsi eyni tərzdə sorğu-sual edir.

    Bir sözlə, bu fiqurların məqsədi bir olsa da – hakimiyyəti zorla ələ keçirmək – Azərbaycan dövlətinin sərt və çevik təhlükəsizlik sistemi bu cəhdlərin qarşısını vaxtında aldı.