Month: November 2025

  • В Польше провели операцию против армянской мафии: изъята продукция на 7.6 млн долларов

    В Польше провели масштабную операцию по ликвидации незаконных фабрик по производству табачных изделий.

    Об этом пишет RMF24.

    Результатом спецоперации стало изъятие незаконных товаров на сумму 28 млн злотых (около 7.6 млн долларов – ред.), профессиональных производственных линий, а также задержание 15 человек. Правоохранители закрыли три незаконные фабрики по производству табачных изделий в Мазовии и Лодзи.

    Изъяты полные линии по производству сигарет, сушильная камера, более 12.7 млн сигарет “известной марки”, 25 тонн сушеного табака и полуфабрикаты для производства сигарет. Представитель Погранслужбы в Бещадах лейтенант Петр Закелаж заявил, что если бы товары попали на рынок, государственная казна потеряла бы примерно 53 млн злотых (около 14.5 млн долларов – ред.) дохода и неуплаченных налогов.

    По словам Кшиштофа Вжеснёвского из Центрального бюро расследований (CBŚP), среди задержанных – девять граждан Армении, которые могут быть причастны к производству незаконной продукции. 14 задержанных, в том числе граждане Армении, обвинены в участии в организованной преступной группе, незаконном производстве табачных изделий и налоговых преступлениях. Четырем из них также будет предъявлено обвинение в хранении и транспортировке табачных изделий без польских акцизных марок.

    Все они были взяты под стражу на три месяца. Пятнадцатый задержанный, подозреваемый в предоставлении помещений для производства, был помещен под надзор полиции и получил запрет на выезд из страны.

  • Polşada erməni mafiyasına qarşı əməliyyat

    Polşada hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz tütün fabriklərinə qarşı genişmiqyaslı əməliyyat keçiriblər.

    Bu barədə RMF24 məlumat yayıb.

    Əməliyyat nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları Mazoviya və Lodzda üç qanunsuz tütün fabrikini bağlayıblar.

    Həmçinin 28 milyon zlotı (təxminən 7,6 milyon dollar) dəyərində qanunsuz mallar (12,7 milyondan çox siqaret, 25 ton quru tütün və s), peşəkar istehsal avadanlıqları müsadirə edilib və 15 nəfər həbs edilib.

    Saxlanılanlardan on dördü, o cümlədən doqquz Ermənistan vətəndaşı, mütəşəkkil cinayətkar dəstədə iştirak etməkdə, qanunsuz tütün istehsalında və vergi cinayətlərində ittiham olunur. Onlar barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • В Турции провели операцию против нелегальных азартных игр: задержаны 36 человек

    Турецкая жандармерия провела операцию в девяти провинциях страны в рамках борьбы с отмыванием (легализацией) доходов от незаконных азартных игр.

    Об этом сообщает Median.Az со ссылкой на турецкий телеканал TRT Haber.

    Во время операции были задержаны 36 человек, из них четверо – профессиональные судьи. Выяснилось, что для сокрытия следов доходов от нелегальных азартных игр использовались холодные криптовалютные кошельки.

    Было обнаружено, что некоторые из задержанных перечисляли крупные суммы на счета четырех судей до и после игр, которые они обслуживали.

    В рамках расследования было конфисковано значительное количество активов, принадлежащих компаниям и частным лицам. Среди изъятых активов – 1.441 млн евро, 630 000 долларов, 5 кг золота, 200 кг серебра и криптовалюта.

  • Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 36 nəfər saxlanıldı

    Türkiyədə jandarmeriya doqquz vilayətdə qanunsuz mərc oyunlarından əldə edilən gəlirlərin yuyulmasına (leqallaşadırılması) qarşı əməliyyat keçirib.

    Median.Az bu barədə “TRT Haber” telekanalına istinadən xəbər verir.

    Əməliyyat zamanı dördü peşəkar hakim olmaqla 36 nəfər saxlanılıb. Məlum olub ki, qanunsuz mərc oyunlarından əldə edilən gəlirlərin izini itirmək üçün kriptovalyutalara aid soyuq pul kisələrindən istifadə edilib.

    Saxlanılan bəzi şəxslərin 4 hakimin idarə etdiyi oyunlardan əvvəl və sonra onların hesabına külli miqdarda vəsait köçürdükləri üzə çıxıb.

    Təhqiqat çərçivəsində şirkətlərə və şəxslərə məxsus xeyli sayda aktiv müsadirə edilib. Ələ keçirilən aktivlər arasında 1 milyon 441 min avro, 630 min dollar, 5 kq qızıl, 200 kq gümüş və soyuq pul kisələrində saxlanılan kriptovalyutalar var.

  • На трассе Алят – Астара загорелся грузовик – Видео

    На трассе Алят – Астара загорелся грузовик.

    Как сообщает Median.Az со ссылкой на Министерство по чрезвычайным ситуациям Азербайджана, на горячую линию 112 поступило сообщение о пожаре на 56-м километре дороги в Сальянском районе.

    На место происшествия оперативно прибыли подразделения Государственной службы пожарной охраны.

    Возгорание, начавшееся в прицепе грузовика MAN, удалось быстро ликвидировать, не допустив его распространения.

    Огонь уничтожил два колеса прицепа, остальные части транспортного средства не пострадали.

  • Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb – Video

    Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 56-cı kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində MAN markalı yük avtomobilinin qoşqusunda baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində qoşqunun iki təkəri yanıb.

    Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.

  • Скончалась Народная артистка Азербайджана Роза Джалилова (Обновлено)

    19 ноября в 04:30 в Республиканский центр скорой и неотложной медицинской помощи поступил вызов из Сабаильского района Баку.

    Как сообщили Oxu.Az в ответ на запрос в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB), по указанному адресу была направлена бригада скорой медпомощи.

    “Медики констатировали смерть Народной артистки Азербайджана Розы Джалиловой”, – отмечается в информации.

    * * * * *

    Скончалась Народная артистка Азербайджана, 97-летняя танцовщица Роза Джалилова.

    Как сообщает bakupost.az, деятель искусства ушла из жизни в собственной квартире.

    Роза Джалилова родилась 17 мая 1929 года в Губе. В 1947 году окончила с отличием классическое отделение Бакинского хореографического училища. Два года работала в балетной труппе Азербайджанского театра оперы и балета имени М.Ф.Ахундова.

    В 1949 году перешла в Ансамбль песни и танца Азербайджанской государственной филармонии, созданный Узеиром Гаджибековым. С 1965 по 1975 год руководила танцевальной группой данного ансамбля.

    Наряду с национальными танцами в её репертуаре были арабские, персидские, индийские танцы и танцы других народов мира. Много лет работала хореографом. В 1989 году ею создан ансамбль песни и танца “Гюлистан”.

    Более 30 лет Роза Джалилова представляла Азербайджан на многих международных фестивалях, которые проходили в Канаде, Китае, США, Турции, Ираке, Эфиопии, Марокко.

    17 сентября 2007 года была удостоена звания Народной артистки Азербайджана, в 2019-м – ордена “Шохрат”. С 2002 года получала персональную пенсию Президента.

  • Xalq artisti Roza Cəlilova vəfat etdi (Yenilənib)

    “Noyabrın 19-u, saat 04:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən çağırış qeydə alınıb”.

    Bu məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq verib.

    Qeyd olunub ki, çağırış ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

    “Təcili tibbi yardım briqadası tərəfindən Xalq artisti Roza Cəlilovanın həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda vurğulanıb.

    * * * * *

    Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, sənətkar yaşadığı mənzildə – Bakının Səbail rayonunda T.Elçin küçəsi, 5 ünvanında dünyasını dəyişib.

    Qeyd edək ki, Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M.F.Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965-1975-ci illərdə isə qrupa rəhbərlik edib.

    Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. O, 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb.

    Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub.

    Ümumdünya festivallarının və beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova “Gülüstan” ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan “Sevinc” rəqs ansamblına da rəhbərlik edib.

    2007-ci ildə “Xalq artisti” fəxri adını alıb.

  • Maştağada yeniyetmə parkda yıxılaraq ölüb

    Bakıda yeniyetmə parkda yıxılaraq ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 18-də saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən parkda baş verib.

    Qəsəbə sakini 2011-ci il təvəllüdlü T.Q. huşunu itirərək yıxılıb və xəstəxanaya aparılarkən ölüb.

  • Taksi sürücüsü sükan arxasında yatdı – “Plan 150 manatdır” – VİDEO

    Hava limanında çəkilən görüntülər geniş müzakirələrə yol açıb.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, maşının içərisində yatan sürücünü lentə alan şəxs taksi sürücülərinin çox işləməsindən şikayətlənib.

    “Planı etmisiniz 150 manat, səhər 8-dən axşam 10-a kimi işləyirlər yorulurlar”, – deyə videonu çəkən şəxs gileylənib.

    O bildirib ki, yorğun şəxslərin yola çıxması hər birimiz üçün təhlükəlidir.

    Qeyd edək ki, bir müddət əvvəl bəzi taksilərin hava limanı ərazisindən müştəri götürməsinin qadağan edilməsi ilə bağlı məsələ gündəmdə idi. Sonradan məsələ ilə bağlı dəyişiklik olundu, bəzi taksi şirkətləri yeni qaydalarla işləməyə başladı.