Month: November 2025

  • İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU – Hamı xəstəxanada imiş (FOTO)

    İnsult keçirərək xəstəxanaya yerləşdirilən Azadlıq Partiyasının sabiq sədri Əhməd Orucun evi qarət edilib.

    Median.Az xəbərinə görə, bu barədə Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib.

    Onun sözlərinə görə, hadisə atasını xəstəxanaya yerləşdirən gün baş verib.

    “Evimiz “Şamaxinka” adlanan ərazidə yerləşir. Biz xəstəxanada olanda pəncərəni qıraraq evə giriblər. Evdən 6 min manatlıq qızıl olmaqla ümumən 10 min manat dəyərində oğurluq edilib”.

    Abdul Oruc qeyd edib ki, hadisə ilə bağlı polisə məlumat verilib:

    “Xəstəxanadan qayıdanda gördük ki, evimiz qarət edilib. Dərhal polisə məlumat verdik. Binəqədi Rayon Polis İdarəsindən gəlib əl izlərini götürdülər. Bildiyimizə görə, hadisəni törədənin kimliyi artıq müəyyən olunub. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

    Qeyd edək ki, Əhməd Oruc iki gün əvvəl ürəyindəki ağrılarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. İnstitutda olarkən o, insult keçirib.

    Əhməd Oruc hazırda reanimasiyadadır.

  • Məktəbli oğluna maşın verən ata HƏBS EDİLDİ

    Naxçıvan Muxtar Respublikasında yetkinlik yaşına çatmamış övladına avtomobil sürməyə icazə verən və digər xuliqanlıq hərəkətləri edən şəxs məsuliyyətə cəlb olunub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Şərur rayonunun Yengicə kəndində qeydə alınıb.

    Belə ki, polis əməkdaşları kənd məktəbinin qarşısında xidmətdə olarkən 2009-cu il təvəllüdlü yeniyetmənin VAZ-2107 markalı avtomobil sürdüyünü müşahidə ediblər. Onlar sürücülük hüququ olmayan məktəblini saxlayıblar. Bu zaman yeniyetmə atasına zəng edərək maşının saxlanması barədə məlumat verib.

    Bundan bir neçə dəqiqə sonra 16 yaşlı oğlanın atası hadisə yerinə gəlib və oğlunun sürdüyü maşının saxlanmasına sərt etiraz edib, həmçinin digər xuliqanlıq hərəkətləri törədib.

    Polis əməkdaşları 39 yaşlı şəxsi saxlayaraq şöbəyə dəvət ediblər. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib olunaraq, məhkəməyə göndərilib.

    Şərur Rayon Məhkəməsinin qərarı ilə vətəndaşa 6 sutka inzibati həbs verilib.

  • Определен правовой статус двух национальных парков

    В Азербайджане определен правовой статус двух национальных парков.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно документу, Ахар-Бахарский и Илисуинский национальные парки включены в список подведомственных Министерству экологии и природных ресурсов учреждений, не входящих в его структуру.

  • İki milli parkın hüquqi statusu müəyyənləşib

    Azərbaycanda iki milli parkın hüquqi statusu müəyyənləşib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, Axar-Baxar Milli Parkı və İlisu Milli Parkı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilib.

  • Масштабный сбой Cloudflare привел к проблемам в работе сервисов по всему миру, в том числе и в Азербайджане

    Крупный сбой в инфраструктуре Cloudflare привел к перебоям в работе ряда популярных интернет-сервисов по всему миру, в том числе и ряда азербайджанских новостных сайтов. Также сообщалось о сбоях при оплате банковскими картами.

    Об этом следует из данных сервиса “Детектор сбоев”.

    Cloudflare, один из ведущих глобальных провайдеров сетевой инфраструктуры и контент-доставки, столкнулся с технической проблемой, из-за которой пользователи по всему миру сообщили о недоступности множества ресурсов.

    Среди затронутых сервисов – социальная сеть X (ранее Twitter), музыкальная платформа Spotify, а также разные видеоигры и игровые сервисы, включая League of Legends, Valorant и Faceit. Отдельные пользователи также отмечают сложности с доступом к ChatGPT.

    По данным Down Detector, только лишь за 10 минут на проблемы с серверами компании Cloudflare поступило более 5 000 жалоб от пользователей со всего мира.

    Компания Cloudflare пока не раскрыла детали инцидента, но сбой носит масштабный характер и затрагивает значительную часть интернет-трафика, проходящего через инфраструктуру провайдера. Вероятнее всего, специалисты уже работают над восстановлением стабильной работы сервисов.

    По последним данным, сбой в работе Cloudflare устранен и доступ к интернет-ресурсам восстановлен.

  • Dünyada, o cümlədən Azərbaycanda saytlara girişdə problem yaşanır

    Azərbaycanda saytlara girişdə çətinlik yaranıb.

    Problem “Cloudflare” xidmətindəki texniki nasazlıqla bağlı olub. Bu barədə “Cloudflare” rəsmi məlumat yayıb.

    Həmçinin, bank kartları ilə ödənişdə də problemlər yaşanıb.

    Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

  • Arvadını xəyanətə görə döyən şəxs həbs edilib

    Rusiyaya işləmək üçün gedən Şəki sakini Cabir Quliyev doqquz ay sonra geri qayıdıb və arvadı Zəminə Quliyevanı (ad-soyadlar şərtidir) döyərək ona xəsarətlər yetirib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, buna səbəb Zəminənin Cabirə xəyanət etməsi olub.

    Xəyanətin üstü isə Şəki Rayon Prokurorluğundan gələn zəng nəticəsində açılıb.

    Belə ki, rayon prokurorluğundan ona zəng edilib və arvadının qanaxma ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi, üçaylıq uşağın isə tələf olması barədə məlumat verilib.

    Bundan sonra Cabir həyat yoldaşının ona xəyanət etdiyini başa düşüb və boşanmaq qərarına gəlib.

    Cütlük boşanma ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına dəvət olunub. Orada Cabir boşanmağı xəyanətlə əlaqələndirib, arvadı isə bunu inkar etməyib. O, Rəsul adlı şəxslə münasibətdə olduğunu, buna görə hamilə qaldığını etiraf edib.

    Bu etirafdan sonra Cabir əsəbiləşərək Zəminənin üzərinə hücum çəkib, ona yumruq zərbələri endirib. Bundan sonra qadın döyülməsi ilə bağlı polisə şikayət edib.

    Şəki Rayon Məhkəməsinin hökmünə əsasən, Cabir Quliyev 9 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Бакинский метрополитен призывает соблюдать правила безопасности на платформе – Видео

    Переход за ограничительную линию во время ожидания поезда ставит под угрозу вашу безопасность и безопасность других пассажиров. Одно мгновение невнимательности может привести к серьёзным последствиям.

    Об этом говорится в обращении ЗАО “Бакинский метрополитен” к гражданам.

    В обращении также подчёркивается, что спуск на пути станции или любые другие действия, создающие угрозу (например, бросание предметов), влекут административную ответственность в соответствии с законодательством.

  • Bakı metrosunda qatar relslərinə düşənlərin görüntüləri – Video

    “Qatar gözləyərkən hüdud xəttini keçmək həm sizin, həm də digər sərnişinlərin təhlükəsizliyini riskə atır. Bir saniyəlik ehtiyatsızlıq böyük təhlükə yarada bilər”.

    Bu fikirlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin vətəndaşlara müraciətində bildirilib.

    “Stansiya yoluna enmək və ya təhlükə yaradan digər hərəkətlər (əşya atmaq və s.) qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət yaradır”, – müraciətdə qeyd edilib.

    Bakı metrosunda qatar relslərinə düşənlərin görüntülərini təqdim edirik:

  • Ali Məhkəmə Bəxtiyar Hacıyev barəsində qərar verib

    Bir sıra cinayətlərdə təqsirləndirilən Bəxtiyar Hacıyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib və aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

    Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

    Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.