Month: November 2025

  • Sumqayıtda dəmir yolundan 67 min manatlıq oğurluq olub

    Dəmir yolundan 67 min manatlıq dəmir konstruksiyalar oğurlayan şəxslər saxlanılıblar.

    Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Sumqayıt şəhərində stansiya ərazisində olan metal anbarından müxtəlif ölçülü relsləri oğurlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

    Həmin şəxslər – əvvəllər məhkum olunmuş Xızır Hüseynov, Xudabaxış Ağayev, Akaş Paşayev və Sədat Elbruszadə ümumi çəkisi 109 ton metal qurğuları oğurlayaraq dəmir yollarına 67 min manat maddi ziyan vurublar.

    Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

  • ООН: Развитие ИИ может привести к появлению оружия с чрезмерной автономностью

    Неконтролируемое развитие и использование искусственного интеллекта может привести к появлению вооружений с недопустимой степенью автономности.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил заместитель генерального секретаря ООН, специальный посланник по цифровым технологиям Амандип Гилл.

    “Искусственный интеллект – это действительно мощная технология, которая может ускорить развитие существующих систем вооружений. В будущем мы можем увидеть системы, обладающие большей степенью автономности, чем нынешние автоматизированные. Существует четкая тенденция к увеличению автономности некоторых из этих систем”, – сказал представитель всемирной организации. Он принимал участие в энергетической конференции ADIPEC, которая прошла в Абу-Даби.

    По словам заместителя генерального секретаря ООН, правительства должны сохранить человеческий контроль над вооружениями, а также обеспечить ответственность и подотчетность военного персонала, принимающего решение о выборе цели. “Мы должны убедиться, что эта технология не станет еще одним дестабилизирующим фактором в без того напряженной международной обстановке и не усложнит еще больше отношения между крупными державами”, – добавил он.

    Гилл напомнил о призыве генерального секретаря ООН Антониу Гутерриша ввести к 2026 году полный запрет на оружие, способное принимать автономные решения об уничтожении целей. По словам спецпосланника, соответствующие переговоры сегодня идут в рамках Глобальной комиссии по ответственному искусственному интеллекту в военной сфере, а также Конвенции о конкретных видах обычного оружия, запрещающей применение вооружений, которые причиняют неоправданные страдания комбатантам или оказывают неизбирательное воздействие на гражданское население.

  • BMT: Süni intellektin inkişafı həddindən artıq muxtariyyətə malik silahların yaranmasına səbəb ola bilər

    Süni intellektin nəzarətsiz inkişafı və istifadəsi qəbuledilməz dərəcədə muxtariyyətə malik silahların yaranmasına səbəb ola bilər.

    Bunu BMT Baş katibinin müavini, rəqəmsal texnologiyalar üzrə xüsusi elçi Amandip Gill bəyan edib.

    “O, həqiqətən, güclü texnologiyadır və mövcud silah sistemlərinin inkişafını sürətləndirə bilər. Gələcəkdə hazırkı avtomatlaşdırılmış olanlardan daha yüksək muxtariyyətə malik sistemləri görə bilərik. Bu sistemlərin bəzilərində muxtariyyətin artmasına açıq tendensiya mövcuddur”, – deyə BMT rəsmisi bildirib. O, Əbu-Dabidə keçirilən ADIPEC enerji konfransında iştirak edib.

    BMT Baş katibinin müavininin sözlərinə görə, hökumətlər silahlar üzərində insan nəzarətini qoruyub saxlamalı, hədəf seçimi barədə qərar qəbul edən hərbi personalın məsuliyyətini və hesabatlılığını təmin etməlidir.

    “Biz əmin olmalıyıq ki, bu texnologiya onsuz da gərgin olan beynəlxalq vəziyyətdə əlavə qeyri-sabitləşdirici amilə çevrilməsin və böyük dövlətlər arasında münasibətləri daha da çətinləşdirməsin”, – deyə o əlavə edib.

    Gill BMT Baş katibi Antoniu Quterreşin 2026-cı ilə qədər hədəflərin məhv edilməsi barədə muxtar qərar qəbul edə bilən silahların tam qadağan olunması çağırışını xatırladıb. Xüsusi elçinin sözlərinə görə, bu istiqamətdə danışıqlar hazırda hərbi sahədə məsuliyyətli süni intellekt üzrə Qlobal Komissiya çərçivəsində, həmçinin döyüşçülərə əsassız əzab verən və ya mülki əhaliyə fərqsiz təsir göstərən silahların istifadəsini qadağan edən Silahlar Konvensiyası çərçivəsində aparılır.
    //TASS

  • СМИ: Британия не сможет использовать авианосец Prince of Wales без помощи НАТО

    Великобритания не сможет задействовать авианосец HMS Prince of Wales без помощи партнеров по НАТО.

    Об этом сообщил телеканал Sky News со ссылкой на источники в оборонных кругах.

    По их сведениям, ВМС Великобритании испытывают дефицит собственных военных кораблей и вспомогательных судов и нехватку личного состава, в связи с чем для формирования полноценной авианосной ударной группы потребуется поддержка союзников. Один из собеседников телеканала заявил, что Лондон “может поддержать НАТО только в том случае, если НАТО предоставит сопровождение”. “США могут обеспечить полный пакет услуг, в то время как Великобритании для этого придется отказаться от других своих обязательств”, – добавил он.

    В свою очередь министр обороны Соединенного Королевства Джон Хили, находясь с визитом в Италии, утверждал, что авианосец Prince of Wales в случае возникновения кризисной ситуации будет готов к выполнению задач в срок до 10 дней после получения соответствующего оповещения. Он подчеркнул, что корабль, который прибыл в Неаполь в рамках восьмимесячного похода, может быть задействован в операциях НАТО в будущем.

    Prince of Wales покинул английский Портсмут 22 апреля, чтобы возглавить авианосную ударную группу во время похода в Индо-Тихоокеанский регион. Авианосец стоимостью £3 млрд ($4 млрд) может нести до 24 истребителей F-35В с вертикальной посадкой, 16 вертолетов Merlin и Wildcat, а также БПЛА.

    “Великобритания и 20 стран, которые в течение последних восьми месяцев входили в состав авианосной ударной группы, готовы вместе поддержать и укрепить глобальную безопасность и обеспечить глобальное сдерживание”, – сказал Хили, объявляя Prince of Wales готовым к операционным заданиям. Таким образом корабль присоединился к другому британскому авианосцу HMS Queen Elizabeth.

  • KİV: Britaniya NATO-nun köməyi olmadan “Prince of Wales” aviadaşıyıcısını istifadə edə bilməyəcək

    Böyük Britaniya “HMS Prince of Wales” aviadaşıyıcısını NATO tərəfdaşlarının köməyi olmadan istifadə edə bilməyəcək.

    Bu barədə “Sky News” telekanalı müdafiə dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

    Məlumata görə, Böyük Britaniya Hərbi Dəniz Qüvvələri hərbi və yardımçı gəmiləri, həmçinin şəxsi heyət baxımından çatışmazlıq yaşayır. Buna görə də tamhüquqlu aviadaşıyıcı zərbə qrupunun formalaşdırılması üçün müttəfiqlərin dəstəyi tələb olunur. Telekanalın həmsöhbətlərindən biri bildirib ki, London “yalnız NATO müşayiət təmin edərsə, alyansa dəstək göstərə bilər”. “ABŞ tam xidmət paketini təmin edə bilər, Böyük Britaniya isə bunun üçün digər öhdəliklərindən imtina etməli olacaq”, – deyə o əlavə edib.

    Öz növbəsində, Böyük Britaniyanın müdafiə naziri Con Hili İtaliyaya səfəri zamanı bəyan edib ki, “Prince of Wales” aviadaşıyıcısı böhranlı vəziyyət yarandığı halda, müvafiq xəbərdarlıqdan sonra 10 gün ərzində tapşırıqları yerinə yetirməyə hazır olacaq. O vurğulayıb ki, səkkiz aylıq səfər çərçivəsində Neapola gələn gəmi gələcəkdə NATO əməliyyatlarında istifadə oluna bilər.

    “Prince of Wales” 22 aprel tarixində İngiltərənin Portsmut şəhərindən yola çıxaraq Hind-Sakit okean regionuna səfər zamanı aviadaşıyıcı zərbə qrupuna rəhbərlik üçün limanı tərk edib. Dəyəri 3 milyard funt sterlinq (4 milyard ABŞ dolları) olan aviadaşıyıcı 24 ədəd vertikal enişə malik “F-35B” qırıcısı, 16 “Merlin” və “Wildcat” helikopteri, həmçinin PUA-lar daşıya bilir.

    “Böyük Britaniya və son səkkiz ay ərzində aviadaşıyıcı zərbə qrupuna daxil olan 20 ölkə birlikdə qlobal təhlükəsizliyi dəstəkləməyə və möhkəmləndirməyə, həmçinin qlobal çəkindirməni təmin etməyə hazırdır”, – deyə Hili “Prince of Wales” gəmisini əməliyyat tapşırıqlarına hazır elan edərkən bildirib. Beləliklə, gəmi digər Britaniya aviadaşıyıcısı “HMS Queen Elizabeth”ə qoşulub.

  • В результате теракта в Израиле один человек погиб, трое ранены

    На Западном берегу Иордана у перекрестка Гуш-Эцион двое мужчин наехали на автомобиле на пешеходов-израильтян, затем один из них вышел и начал нападать на людей с ножом.

    Как передает Median.Az со ссылкой на Times of Israel, в службе скорой помощи Израиля сообщили, что один пострадавший погиб от ножевого ранения, еще трое ранены.

    В больницу в Иерусалиме доставлена женщина в тяжелом состоянии, и мужчина и 15-летний подросток в состоянии средней степени тяжести.

    Напавших было не менее двоих. Оба были застрелены на месте сотрудниками силовых структур, как рассказали очевидцы.

    Власти Израиля проводят расследование нападения.

  • İordan çayının qərb sahilində terror aktı törədildi: Ölən və xəsarət alanlar var

    İordan çayının qərb sahilində, Xevron şəhərində törədilən terror aktı nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

    Median.Az “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, içərisində iki nəfərin olduğu avtomobil israilli piyadaların üzərinə sürülüb. Daha sonra maşında olanlardan biri yerə düşərək, bıçaqla onlara hücum edib.

    Hər iki terrorçu təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

    Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

  • Sabah Sumqayıtın bəzi ərazilərində su olmayacaq

    Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində su təchizatı müvəqqəti dayandırılacaq.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsindən bildirilib.

    Qeyd edilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq noyabrın 19-da saat 10:00-dan axşam saatlarınadək şəhərin bir neçə ərazisində suyun verilməsində müvəqqəti fasilə olacaq.

    Məhdudiyyətlər şəhərin 12-3-4, 5-6, 7-8-12, 14, 15-17, 16-18, 19-20-21, 29-30-32, 39, 40, 41, 42, 41A, 43-44-46, 4-cü məhəllə, həmçinin “Qızılqum” yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsi, Baxçaşəhər Sülh küçəsi, Xəzər sahili küçələri, eləcə də 1, 3 və 4-cü mikrorayonların bir hissəsi, 8, 9 və 10-cu mikrorayonlarda müşahidə olunacaq və təqribən 30 min abonenti əhatə edəcək.

    Suyun verilişi təmir işləri başa çatdıqdan sonra tədricən bərpa olunacaq.

  • İnternet resurslarının fəaliyyətində yaranmış fasilə ilə bağlı Dövlət Xidməti açıqlama yaydı

    “Cloudflare” antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətində yaranmış fasilənin “AzStateNet” şəbəkəsinə və gov.az zonası domenlərinə hər hansı təsiri qeydə alınmayıb”.

    Bu barədə XRİTDX məlumat yayıb.

    “Məlumat üçün bildiririk ki, təhlükəsizliyi XRİTDX tərəfindən təmin olunan dövlət informasiya ehtiyatları və AzstateNet şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək 24/7 monitorinq olunur.

    “Cloudflare” kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axınının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir”, – məlumatda qeyd olunur.

  • Azərbaycan cüdoçuları Riqada keçirilən turnirdə dörd medal qazandılar

    Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən Avropa Cüdo Ümidləri Turnirində dörd medal qazanıblar.

    Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

    Bildirilib ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan beynəlxalq yarışda Azərbaycan cüdoçuları iki qızıl, bir gümüş və bir bürünc medal əldə ediblər.

    Fəxrim Məhərrəmov (U-13, -46 kq) və Fərhad Quliyev (U-15, -60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

    Səccət Tağıyev (U-15, -42 kq) gümüş, Cahid Bayramlı (U-15, -66 kq) isə bürünc mükafata sahib çıxıblar.

    Qeyd edək ki, turnirdə 20 ölkədən 289 cüdoçu mübarizə aparıb.