Month: November 2025

  • Sergey Zverev: “Alla Puqaçova Rusiyaya qayıda bilər”

    “Alla Puqaçovanın Rusiyaya qayıtması mümkündür”.

    Bu barədə hazırda İsraildə yaşayan ulduz müğənninin yaxın dostu, stilist və vokalist Sergey Zverev deyib.

    “Əlbəttə ki, o, geri qayıdacaq. Heç yerə getməyəcək! Alla möhtəşəm görünür. Hələ də çox gözəl göründüyü müddətdə özünə solo albom hazırlamalıdır”, – deyə Zverev bildirib.

    Qeyd edək ki, Alla Puqaçova 2022-ci ildə Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başladıqdan sonra ölkəni tərk edərək İsrailə getmişdi.

  • “Google Play”də yeni FUNKSİYA

    “Google Play” “Harada izləmək olar” adlı yeni funksiyanı işə salır.

    Median.Az “Androidauthority” saytına istinadən xəbər verir ki, bu funksiya istifadəçilərə lazım olan film və ya serialın harada yayımlandığını tez bir zamanda müəyyənləşdirməyə kömək edəcək.

    Artıq “Play Store”da axtarışa film və ya serialın adını yazdıqda, kontenti izləməyin mümkün olan bütün tətbiqlərin siyahısı istifadəçinin qarşısına çıxacaq. Əgər siyahıdakı xidmət istifadəçinin cihazında quraşdırılmayıbsa, onu birbaşa həmin səhifədən endirmək mümkün olacaq.

    Bununla belə, funksiya müəyyən məhdudiyyətlərə malikdir. Sistem istifadəçinin həmin platformaya abunə olub-olmadığını göstərmir. Orada reklamların göstərilib-göstərilməyəcəyi barədə məlumat yoxdur. Həmçinin bəzi platformalarda olduğu kimi, əlavə ödənişli abunə tələb olunub-olunmadığı da göstərilmir.

  • Употребление граната и орехов омолаживает иммунную систему

    Ученые пришли к выводу, что регулярное потребление граната и орехов способствует омоложению иммунной системы.

    Об этом сообщает Nature Aging.

    Исследование показало, что эти продукты могут улучшить состояние клеток, помогая им эффективно использовать жирные кислоты как источник энергии.

    Во время эксперимента участники в течение 28 дней употребляли небольшие порции граната и орехов. Результаты показали снижение признаков клеточного истощения и улучшение метаболизма клеток.

    При этом эксперты не советуют увлекаться этими продуктами. Отмечается, что добавлять гранат и орехи в повседневный рацион нужно в меру.

  • İmmun sistemini cavanlaşdıran iki məhsul – ARAŞDIRMA

    Alimlər müntəzəm olaraq nar və qoz yeməyin immun sisteminin cavanlaşmasına kömək etdiyi qənaətinə gəliblər.

    Median.Az bu barədə “Nature Aging” jurnalına istinadən xəbər verir.

    Tədqiqat göstərib ki, bu məhsullar hüceyrələrin vəziyyətini yaxşılaşdırır, onlara enerji mənbəyi kimi yağ turşularından səmərəli istifadə etməyə kömək edir.

    Təcrübə zamanı iştirakçılar 28 gün ərzində kiçik porsiyalarda nar və qoz yeyiblər. Nəticələr hüceyrə tükənməsi əlamətlərinin azalmasını və hüceyrə metabolizminin yaxşılaşmasını göstərib.

    Eyni zamanda, mütəxəssislər bu məhsulları həddindən artıq qəbul etməməyi məsləhət görürlər. Qeyd olunur ki, nar və qoz gündəlik rasiona lazımi miqdarda əlavə edilməlidir.

  • İstanbulda kritik vəziyyət: Şəhərin 50 günlük suyu qalıb

    İstanbulun su anbarlarında vəziyyət kritik həddə çatıb. Doluluq göstəriciləri artıq 25 faiz sərhədinin də altına enib.

    Qaynarinfo-nun məlumatına görə, meteorologiya üzrə məsləhətçisi professor Orhan Şen “CNN Türk”ə bildirib ki, İstanbulun cəmi 50 günlük suyu qalıb. Onun sözlərinə görə, təhlükə siqnalı artıq çalır, çünki yağıntılar kifayət etmir:

    “Qarşıda yağışlı dövr var, lakin oktyabr və noyabr ayları da yağışlı keçməli idi, belə olmadı. Risk davam edir. Bu şəkildə qışın sonuna qədər getsək, fəlakət yaşana bilər. Gözlənilən yağış miqdarı gəlmir. Keçən həftə İstanbulda yağış oldu, amma anbarlardakı doluluğa təsir etmədi. Şəhərə gündə 3 milyon kubmetr su verilir və həmin yağış ancaq bu tələbatı kompensasiya etdi. Qarşıdakı həftəyə baxırıq – İstanbulda 5 gün, bəlkə də 7-8 gün yağış yoxdur. Yağışlar kifayət qədər deyil. Bu mövsümdə anbarlarda doluluğun davamlı olaraq yüksəlməsi lazım idi. Noyabr ayında doluluq göstəricisi 30 faizdən yuxarı olmalı idi. İstanbulda 4 böyük anbar var: Ömerli, Terkos, Böyükçəkməcə Sazlıdere. Burada əsas olan suyun ümumi həcmi deyil, istifadə oluna bilən hissəsidir. Keçən həftə bu rəqəm 200 milyon kubmetr idi, bu həftə isə 185 milyon kubmetrə düşüb. Hər keçən gün azalma davam edir”.

    Professor bildirib ki, hazırda 185 milyon kubmetr su mövcuddur. Bunun təxminən 10 faizi dib suyudur:

    “Deməli, istifadə oluna bilən orta hesabla 150 milyon kubmetr su qalır. Gündə 3 milyon kubmetr su sərf olunduğunu nəzərə alsaq, şəhərin 50 günlük suyu var. Yağışlar bu şəkildə davam etsə, ancaq gündəlik tələbat ödənmiş olacaq. Əgər bu şəkildə cəmi 50 günlük su ilə yay mövsümünə başlasaq, o zaman fəlakət qaçılmazdır”.

  • İcra hakimiyyətindəki qəbulda qalmaqal: Vəzifəli şəxs başçının müavininə hücum etdi

    Goranboy Rayon İcra Hakimiyyətində (RİH) keçirilən qəbul zamanı xuliqanlıq etmiş vəzifəli şəxs həbs olunub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

    Belə ki, rayonun Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində çalışan Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü İ.Məmmədov qəbul zamanı RİH rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Z.Əliyevə hücum etdiyinə görə polis tərəfindən saxlanılıb.

    Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən vəzifəli şəxs məhkəməyə göndərilib.

    İ.Məmmədov ifadəsində bildirib ki, torpaq sahəsi icarəyə götürmək niyyəti olub və buna görə qəbula gedib:

    “Özümü 510-cu maddə ilə təqsirli bilirəm. Goranboy rayonu Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində işləyirəm. Həmin gün icra hakimiyyətində keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün getmişdim. Məqsədim Qızılhacılı qəsəbə ərazisində xırdabuynuzlu heyvanların otarılması üçün torpaq sahəsi istəmək idi. İcra başçısının müavini Z.Əliyev mənə bu barədə izah verdi. Lakin mən əsəbiləşərək uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başladım”.

    İcra başçısının müavini isə qeyd edib ki, İ.Məmmədova digər vətəndaşlarla eyni münasibət göstərilib:

    “O, ümumi örüş sahəsinin öz adına sənədləşdirilməsi ilə əlaqədar qanunsuz iddialar irəli sürdü. Bu zaman Goranboy Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən həmin şəxsə qanuni izahlar verilməsinə baxmayaraq, qanunsuz tələblərini yenidən aqressiv şəkildə uca səslə deməyə başladı. Bir daha həmin şəxsə izah verilsə də, Goranboy RİH rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başladı. Hətta bununla kifayətlənməyərək məni vurmağa çalışdı. Bu səbəbdən həmin hadisənin şahidi olan şəxslərlə birgə akt tərtib edildi”.

    Goranboy Rayon Məhkəməsinin qərarı ilə İ.Məmmədov 6 sutkalıq həbs edilib.

  • Yağış yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ

    Bakıda noyabrın 18-də yağış yağacağı, rayonlarda 21 dərəcə isti olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturu gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
    Havanın temperaturu gecə 8-12, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.

  • Nəqliyyat vasitələri qaçıran 2 şəxs saxlanıldı

    Sabunçu rayonu ərazisində paytaxt sakini olan bir nəfərin “Geely” markalı avtomobili qaçırılıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.Quliyev və E.Rəsulov avtomobillə birgə saxlanılıblar.
    Nəsimi rayonu ərazisində isə bir nəfərə məxsus “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən R.Baxşıyev nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.
    Araşdırmalar aparılır.

  • Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı

    Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb.

    Bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.
    Bildirilib ki, o, bu il noyabrın 24-də Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

  • Abşeron rayonunda silsilə oğurluqlar edən şəxslər saxlanılıblar

    Abşeron rayonu ərazisində ayrı-ayrı evlərdən qaz sayğacları və məişət əşyalarının oğurlanması barədə polisə məlumatlar daxil olub. 

    Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı P.Şahmarlı və 49 yaşlı N.Bəylərov müəyyən olunaraq saxlanılıb.
    Araşdırmalar aparılır.