Month: November 2025

  • III kurs tələbəsi vəfat etdi

    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbinin III kurs tələbəsi Rahilə Orucova vəfat edib.

    Bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.
    R.Orucovanın ölüm səbəbi açıqlanmayıb

  • Sabirabadda 17 yaşlı qız üçün yenidən toy keçiriləcəyinə dair iddialara aydınlıq gətirilib

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabadda 17 yaşlı qız üçün yenidən toy keçiriləcəyinə dair iddialara aydınlıq gətirib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Xatırladılıb ki, bir neçə ay əvvəl Sabirabad rayonunda 18 yaşına çatmayan qızın toy mərasiminin keçiriləcəyi barədə məlumat yayılmışdı. Dövlət Komitəsi digər qurumlarla birlikdə məsələni araşdırıb və toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

    Noyabrın 15-də isə mediada ailənin toy mərasimini yenidən planlaşdırdığı gündəmə gətirilib.

    Dövlət Komitəsi tərəfindən Uşaq və Ailələrə Dəstək Mərkəzi və Sabirabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb, aparılan araşdırmalar və ailə ilə danışıq nəticəsində məlum olub ki, yayılan məlumat həqiqəti əks etdirmir.

    Ailə tərəfindən bildirilib ki, toy mərasiminin qızın 18 yaşı tamam olduqdan sonra, 2026-cı ilin oktyabr ayında təşkil olunması planlaşdırılır.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən o da bildirilib ki, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə Sabirabad Rayon İcra Hakimiyyətinin nümayəndələri uşağın hüquqlarının təmin olunmasına nəzarətin, ailə ilə maarifləndirici işin davam etdirilməsi, qanunvericiliyin tələblərinin bir daha izah edilməsi məqsədilə ailəyə yenidən səfər edəcəklər.

    Qeyd edək ki, Sabirabadın Yolçubəyli kənd sakini, 35 yaşlı Orxan Mehbalıyevlə rayonun Türkədi kənd sakini, 17 yaşlı Zəhra Salmanlının (18 yaşı 2026-cı il iyunun 19-da tamam olacaq – red.) oktyabrın 15-də qız toyu baş tutmuşdu. Məlumat polisə daxil olduqdan sonra hər iki tərəfin valideynləri şöbəyə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılmış və oktyabrın 23-nə planlaşdırılan oğlan toyunun qarşısının alındığı açıqlanmışdı.

  • İntim videolar çəkən FHN-in sabiq əməkdaşı Zaur Mirzəyev azadlığa çıxdı

    Nazirlikdəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyev azadlığa çıxıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindən bir az əvvəl azad edilib.

    Zaur Mirzəyev bir neçə ay öncə cəzasının qalan hissəsini şərti çəkməsini istəsə də, məhkəmə buna icazə verməmişdi. Bu gün o, vəzifə səlahiyyətlərini aşma və nüfuz alveri cinayətləri ilə bağlı aldığı üç il üç aylıq həbs cəzasını günə-gün başa vurub.

    Qeyd edək ki, Z.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. Onun xidməti otağında bir neçə qadın əməkdaşla çəkilmiş intim videolar uzun müddət ölkə gündəminin əsas müzakirə mövzularından biri olmuşdu.

  • Lənkəranda iki nəfərin yanmış meyitlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır

    Lənkəranda iki nəfərin yanmış meyitlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

    Vurğulanıb ki, noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində iki nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

    Hadisənin başvermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

  • Сотрудник ANAMA подорвался на мине в Газахском районе

    Сегодня, 17 ноября, в районе села Бала Джафарли Газахского района, расположенного в приграничной с Арменией зоне, произошел минный инцидент.

    Как сообщает Median.Az со ссылкой на Агентство Азербайджана по разминированию (ANAMA), сотрудник агентства Самир Имамвердиев (1988 г.р.) при выполнении служебных обязанностей подорвался на противопехотной мине.

    В результате инцидента у него была ампутирована правая нога в области пятки. С.Имамвердиев был доставлен в центральную районную больницу. Его состояние удовлетворительное, угрозы жизни нет.

  • Qazax rayonunda mina partlayıb, ANAMA-nın əməkdaşı xəsarət alıb

    Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də mina hadisəsi baş verib.

    Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

    Bildirilib ki, agentliyin əməkdaşı, 1988-ci il təvəllüdlü Samir Mübariz oğlu İmamverdiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

    Samir İmamverdiyev Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub, vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

  • Qaxda ata mülkünə görə dava: 65 yaşlı kişi bacısına xəsarət yetirdi – Video

    Qax rayonunda qardaş atasının mülkünə görə bacısını döyüb.

    Hadisə rayonun Qaxbaş qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü Qüdrət Xudeynatovun evi atasının mülki ilə həmsərhəd olub. Atası rəhmətə gedəndən sonra mülk onun qardaşına qalıb.

    Bir neçə gün öncə o həyətində işləyərkən atasının evinin darvazasının traktorla çıxarıldığının şahidi olub. Hadisə yerinə gələn Qüdrət orada bacısı ilə rastlaşıb. Məlum olub ki, darvazanı bacısı çıxarıb dəyişmək istəyir. O, prosesə etiraz etsə də, bacısı darvazanı çıxaracağını bildirib. Nəticədə Qüdrət əlindəki dəmir parçası ilə bacısını döyərək, ona baş və bədən nahiyələrindən xəsarətlər yetirib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisə ilə bağlı protokol tərtib edilərək, sənədlər məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə Qüdrət 300 manat cərimələnib.
    //oxu.az

  • Эксперт: Новые правила существенно улучшат социальное положение учителей – Видео

    В 4 430 средних общеобразовательных школах Азербайджана работает около 142 000 учителей. В настоящее время примерно у 25 000 преподавателей учебная нагрузка составляет менее 13 часов в неделю, что значительно снижает их зарплату – некоторые получают всего 250-300 манатов в месяц.

    Как сообщает Xəzər TV, эксперт в сфере образования Кямран Асадов отметил, что новые правила существенно улучшат социальное положение учителей.

    Он подчеркнул, что участие в новой системе будет добровольным, а на первом этапе в процесс будут вовлечены педагоги, набравшие более 51 балла на сертификации.

    Подробнее – в видео:

  • Müəllimlərin iş saatının dəyişdirilməsinin YENİ DETALLARI – Video

    Ölkənin 4 430 orta ümumtəhsil məktəbində ümumilikdə 142 min müəllim çalışır. Mövcud qanunvericiliyə əsasən, orta məktəblərdə müəllimlər dərs yükünə uyğun olaraq, yəni həftəlik dərs saatlarına görə məktəbdə olurlar. Hazırda 142 min müəllimin təxminən 25 mininin dərs yükü 13 saatdan aşağıdır. Bu isə onların əməkhaqlarının ciddi şəkildə azalmasına səbəb olur. Bəzi müəllimlərin aylıq əməkhaqqı 250-300 manat civarında qalır.

    Median.Az “Xəzər TV”yə istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, tətbiq ediləcək yeni qaydalar ilk növbədə müəllimlərin sosial rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

    Ekspert bildirib ki, proses könüllü olacaq və ilkin mərhələdə sertifikasiyada 51 baldan yuxarı nəticə göstərmiş müəllimlər bu prosesə cəlb ediləcəklər.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Balaxanı yolundakı dərin çuxur hərəkəti iflic edir – Sürücülərdən ŞİKAYƏT (Video)

    Bakıda, Balaxanı-Zabrat yolunda yaranan iri çuxur sürücülər üçün təhlükəli vəziyyətə səbəb olub.

    Median.Az “Xəzər TV”yə istinadən xəbər verir ki, sürücülər problemin gecə saatlarında iritonnajlı yük avtomobillərinin həmin yoldan keçməsi nəticəsində yarandığını bildirirlər. Onların sözlərinə görə, çuxur nəqliyyat vasitələrinə ciddi ziyan vurmaqla yanaşı, qəza riskini də artırır.

    Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, əraziyə baxış keçirilib və problemin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: