Month: November 2025

  • Gəncədə 40 yaşlı kişi küçədə bıçaqlandı

    Gəncədə 40 yaşlı kişi bıçaqlanıb.

    Oxu.az-ın məlumatına görə, hadisə Gəncə şəhəri Bayan küçəsində qeydə alınıb.

    1994-cü il təvəllüdlü Məhəmməd Maarif oğlu Tağıyevlə 1985-ci il təvəllüdlü Rövşən Maarif oğlu Vəliyev arasında mübahisə yaranıb. R.Vəliyev bıçaqlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən M.Tağıyev tutulub.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light (CIF) подорожала на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке повысилась на 0.85 доллара, или 1.3% – до 66.28 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 65.43 доллара.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.85 ABŞ dolları və ya 1.3% artaraq 66.28 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.43 ABŞ dolları təşkil edib.

  • Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Cəfər Bayramovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Cəfər Bayramov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    İttihama görə, daha əvvəl məhkumluq həyatı yaşamış Cəfər Bayramov 2025-ci ilin mart ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Lənkəran rayonunda tanışı olan Cəmilə Vəliyevanı (adı və soyadı şərtidir) aldadaraq, ona guya hüquq-mühafizə orqanları əməkdaşlarının onların münasibətindən xəbərdar olduqlarını və ailə üzvləri arasında rüsvay olacaqlarını bildirib, qorxu hissi yaratmaqla həmin şəxsdən adına kredit götürməsini xahiş edib. Təqsirləndirilən şəxs qadına kredit məbləğini özünün qaytaracağına dair yalan vədlər verərək, onun etibarından sui-istifadə edib. Nəticədə zərərçəkmişin bankdan aldığı 1 400 manat məbləğində pulu ələ keçirib, şəxsi məqsədlərinə xərcləyib.

    Bundan başqa, Cəfər Bayramov eyni ilin mart ayının sonunda digər tanışı Arif Ələkbərova (adı və soyadı şərtidir) qarşı hədə-qorxu ilə pul tələb etmək niyyətinə düşüb. O, Arifin guya çəkilmiş rüsvayedici videomateriallarının özündə olduğunu deyərək, həmin görüntüləri sosial şəbəkələrdə yaymaqla hədələyib və bu yolla ondan əvvəlcə 2 000 manat, daha sonra isə təkrarən 250 və 200 manat məbləğlərində pul tələb edərək ələ keçirib.

    Beləliklə, təqsirləndirilən şəxs müxtəlif şəxslərə hədə-qorxu yolu ilə ümumilikdə 2 850 manat məbləğində vəsaiti ələ keçirib.

  • В Уджаре в одном из домов обнаружили тело мужчины

    В одном из домов в центре Уджара нашли тело Намига Дашдыева (1968 г.р.)

    Как сообщает Oxu.Az, причина смерти пока не установлена.

    По данному факту проводится расследование.

  • Ucarda evdən kişi meyiti tapılıb

    Ucar rayonunda meyit aşkarlanıb.

    Hadisə rayon mərkəzində yerləşən evlərdən birində qeydə alınıb.

    Belə ki, 1968-ci il təvəllüdlü rayon sakini Namiq Nəsrəddin oğlu Daşdıyevin meyiti aşkar edilib.

    Hadisənin səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Новый глава ИВ Балакенского района представлен коллективу

    Натиг Нушраван оглу Агаев, назначенный распоряжением Президента Азербайджанской Республики Ильхама Алиева главой Исполнительной власти (ИВ) Балакенского района, сегодня официально был представлен коллективу.

    Как сообщает Report, нового главу ИВ представил помощник главы государства – заведующий отделом по территориально-организационным вопросам Администрации Президента Зейнал Нагдалиев.

    З.Нагдалиев передал поручения и рекомендации главы государства.

    Н.Агаев выразил признательность за оказанное ему доверие.

  • Balakən Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

    Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Nuşravan oğlu Ağayev bu gün kollektivə təqdim olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, yeni icra başçısını Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

    Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.

  • В ОАЭ создали новый “вирусный” шоколад


    В Абу-Даби (ОАЭ) выпустили эксклюзивный шоколад, последовав примеру Дубая, где подобный десерт стал вирусным в прошлом году.

    Об этом сообщает корреспондент “РИА Новости”.

    Новый шоколад Abu Dhabi Chocolate создан филиппинским шеф-поваром Нуэлем Катисом.

    Его особенностью стала начинка из фиников и тахини с добавлением шафрана и кардамона, а сама плитка покрыта съедобной золотой фольгой.

    Дубайский шоколад с фисташковой пастой и тестом катаифи стал интернет-сенсацией летом 2024 года.

    По данным торговых точек Duty Free, за первую половину 2025 года в Дубае было продано 2.5 млн плиток этого десерта на сумму 45 млн долларов.

  • BƏƏ-də yeni eksklüziv şokolad buraxıldı

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Dubayın ardınca növbəti eksklüziv şokolad buraxılıb.

    Median.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, yeni “Abu Dhabi Chocolate” şokoladı filippinli şef-aşpaz Nuel Katis tərəfindən hazırlanıb.

    Şokoladın özəlliyi içində xurma və küncüt əzməsindən ibarət olmasıdır, həmçinin ədviyyat olaraq zəfəran və hil əlavə edilib. Şokolad yeyiləbilən qızıl zərlə örtülüb.

    BƏƏ-də Dubayın püstəli pastası və kadayıf xəmirindən hazırlanmış şokoladı 2024-cü ilin yayında internetdə sensasiya yaratmışdı. “Duty Free” mağazalarının məlumatına görə, 2025-ci ilin ilk yarısında Dubayda bu desertdən 45 milyon dollar dəyərində 2.5 milyon şokolad satılıb.