Month: November 2025

  • Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

    Dövlət sirrini yaymaqda təqsirləndirilən Vüsal Allahverdiyevin cinayət işi üzrə məhkəmə başlayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib. Prosesdə anket məlumatları dəqiqləşdirilib.

    Cinayət işinin məhkəmə baxış iclası noyabrın 25-nə təyin edilib.

    Qeyd edək ki, Vüsal Allahverdiyevə Cinayət Məcəlləsinin 284.1-ci (Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda) maddəsi ilə yekun ittiham irəli sürülüb.

  • Fəhlə ev yiyəsini söydü, irad bildirən ustanı bıçaqladı

    Fəhlə paytaxtda birlikdə işlədiyi ustanı bıçaqlayıb.

    Hadisə Xaşaxuna bağları massivində baş verib.

    Təqsirləndirilən İlham Qocayev (soyad şərtidir) izahatında bildirib ki, təmir etdikləri evin yaxınlığında olan kafedə yemək yeyib. Sonra zərərçəkən Elsevər Əhmədov (soyad şərtidir) da ora gəlib. Qiymətlə bağlı ev yiyəsindən narazılıq edib, amma söyüş söyməyib. Sonra kafedən çıxıb evə gedib. Bir qədər sonra zərərçəkən də evə gəlib. Bu zaman zərərçəkən ona irad bildirməyə başlayıb və aralarında mübahisə yaranıb. Əlbəyaxa olan zaman zərərçəkən onu sərinkeşlə zərbə endirmək istəyib, bu zaman o, özünü müdafiə etmək üçün qarşı tərəfi bıçaqla ayaq nahiyəsindən vurub. Sonra o, oradan uzaqlaşıb şəhərdə kirayə qaldığı evə gedib. O bildirib ki, zərərçəkənə xəsarət yetirmək niyyəti olmayıb, yalnız özünü müdafiə edib.

    Zərərçəkən isə izahatında bildirib ki, təqsirləndirilən şəxslə birlikdə Xaşaxunada yolun qırağında kafedə axşam yeməyi yeyərək təxminən 1 saat kafedə oturublar. Təqsirləndirilən şəxs orada bir qədər pivə içib, daha sonra paltarlarını dəyişmək üçün kafedən kənarlaşıb evə doğru gəliblər. Bu zaman yolda təqsirləndirilən şəxs ev yiyəsinin ünvanına səbəbsiz şəkildə nalayiq söyüşlər işlədib. O, yolboyu ona münasibət bildirməyib, lakin evin həyətinə çatdıqda ona irad bildirib ki, nəyə görə səbəbsiz yerə ev sahibinin dalınca nalayiq söyüş söyür. Bu zaman təqsirləndirilən şəxs ona anidən “ümumiyyətlə, sən nə deyirsən” deyib qışqıraraq həyətdəki stolun üzərindən götürdüyü bıçaqla sol ayağının baldır hissəsindən xəsarət yetirib. Onlarla birlikdə işləyən digər fəhlə köməyə gəlib və tez 103 xidmətinə zəng edib. Bir qədər sonra Təcili Tibbi Yardım gəlib və onu 3 saylı Sabunçu Xəstəxanasına aparıblar.

    Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
    //oxu.az

  • Marketdən 393 minlik oğurluq edən satıcı və şirkət əməkdaşları azadlığa buraxıldılar

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Səlim Məmmədov, Yusif Həsənov və Mahal Nağıyevin (hər üçünün adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Səlim Məmmədov, Yusif Həsənov, Mahal Nağıyevə 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onların 2023-cü il tarixdən həbsdə olduğu nəzərə alınıb və cəzaları çəkilmiş hesab olunub. Onlar dərhal saxlanıldıqları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad ediliblər.

    İttihama görə, Səlim Məmmədov, Yusif Həsənov, Mahal Nağıyev tamah məqsədilə qabaqcadan əlbir olaraq qrup təşkil edib və vahid niyyətlə Cəlilabad şəhərində yerləşən, zərərçəkmiş N.Əlizadəyə məxsus marketin anbarından uzun müddət ərzində gizli talama əməliyyatları həyata keçiriblər.

    Belə ki, təqsirləndirilən şəxslər 2020-ci ilin fevral ayından 18 mart 2023-cü il tarixinədək marketin anbarından ardıcıl və sistemli şəkildə məhsullar çıxarmaqla ümumilikdə 392 788.53 məbləğində külli miqdar ziyan vurublar.

    Səlim Məmmədov sözügedən marketdə satıcı, Yusif Həsənov isə MMC-lərin birində satış təmsilçisi işləyib.

    Yusif Həsənov ifadəsində bildirib ki, Səlimin satmaq istədiyi malların market qiymətindən ucuz olduğunu görüb onunla razılaşıb. Sonra həmin mallardan ondan alaraq işlədiyi MMC-nin sürücüsü Mahal Nağıyevlə aparıb başqa mağazalara aldığı qiymətdən baha qiymətə satıb qazanc əldə edib.

    Səlim Məmmədov isə söyləyib ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyib, onunla barışıq əldə edib.

  • В Агдаше обнаружено тело гражданина России

    В Агдашском районе найден мёртвым гражданин Российской Федерации.

    Как сообщает Oxu.Az, трагический инцидент произошёл в одном из домов на территории города. Тело Махира Мамедова (1958 г.р.) было обнаружено соседями в спальне дома, где мужчина проживал один.

    По данному факту районная прокуратура проводит расследование.

  • Rusiya vətəndaşının meyiti Ağdaşda tapıldı

    Ağdaş rayonunda Rusiya vətəndaşının meyiti tapılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib. 1958-ci il təvəllüdlü Mahir Dursun oğlu Mamedovun meyiti tək yaşadığı evində yataq otağında qonşuları tərəfindən aşkarlanıb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • В КНДР заявили о необходимости ядерного оружия в текущей обстановке

    Власти Корейской Народно-Демократической Республики (КНДР) в ответ на требование G7 о полной денуклеаризации заявили о необходимости ядерного оружия в текущей геополитической обстановке.

    Об этом пишет ЦТАК.

    “Нынешний статус КНДР не изменяется по внешнему риторическому настоянию, а в сегодняшней суровой геополитической обстановке обладание ядерным оружием является самым точным выбором для сдерживания самых агрессивных государств”, – сообщает агентство.

    Помимо этого, в заявлении говорится, что “требования G7 игнорируют Конституцию КНДР и ее суверенный выбор”.

  • KXDR nüvə silahından imtina etmək niyyətində deyil

    KXDR hakimiyyəti bəyan edib ki, mövcud geosiyasi vəziyyətdə nüvə silahından imtina etmək niyyətində deyil və bu, onun G7-nin tam nüvəsizləşdirmə tələbinə cavabıdır.

    Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

    “KXDR-in indiki statusu xaricin ritorik təkidi ilə dəyişə bilməz, bugünkü sərt geosiyasi şəraitdə nüvə silahına sahib olmaq ən təhlükəli və mənfur dövlətləri çəkindirməkdən ötrü ən düzgün seçimdir”, – deyə məlumatda bildirilib.

  • Береговая охрана США заявила об обнаружении корабля РФ около Гавайев

    Береговая охрана США утверждает, что в октябре обнаружила российский военный корабль в 28 км к югу от острова Оаху.

    “Береговая охрана США 29 октября обнаружила и отследила российский военный корабль возле территориальных вод США, примерно в 15 морских милях (27.8 км – ред.) к югу от Оаху”, – говорится в опубликованном заявлении. Как утверждается, речь идет о разведывательном корабле “Карелия”.

    Береговая охрана отметила, что “иностранные военные корабли других стран имеют право проходить за пределами территориальных вод других стран”.

  • ABŞ Havay adaları yaxınlığında Rusiyanın kəşfiyyat gəmisini aşkarlayıb

    ABŞ-nin Sahil Mühafizəsi oktyabr ayında Havay adaları yaxınlığında Rusiyanın hərbi gəmisini aşkar etdiyini bəyan edib.

    Gəmi Oahu adasından 28 kilometr aralıda ABŞ-nin ərazi suları yaxınlığında müəyyən edilib.

    Məlumata görə, aşkar edilən “Kareliya” adlı kəşfiyyat gəmisi olub.

    Sahil Mühafizəsindən bildirilib ki, xarici ölkələrin hərbi gəmiləri digər dövlətlərin ərazi sularından kənarda sərbəst şəkildə üzmək hüququna malikdir.

  • В Гяндже 40-летнего мужчину на улице ранили ножом

    В Гяндже произошла поножовщина.

    Как сообщает Oxu.Az, инцидент зафиксирован на улице Баян.

    Между Мухаммедом Маариф оглу Тагиевым (1994 г.р.) и Ровшаном Маариф оглу Велиевым (1985 г.р.) возник конфликт, в ходе которого последний получил ножевое ранение.

    По данному факту возбуждено уголовное дело.

    М.Тагиев задержан в качестве подозреваемого.