Month: November 2025

  • “Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur”

    Həkim qaraciyər xəstələri üçün ideal səhər yeməyi və nahar menyusunu açıqlayıb.

    Median.Az xəbər verir ki, rusiyalı dietoloq-hepatoloq Nuriya Dianova qaraciyər xəstəliklərindən əziyyət çəkən şəxslərə düzgün qidalanma ilə bağlı tövsiyələr verib.

    Həkimin sözlərinə görə, qaraciyər xəstələri üçün yüngül, zülal və tərəvəzlərlə zəngin səhər yeməyi vacibdir.
    “Səhər yeməyinə yaşıl lobyalı omlet hazırlamaq olar. Lobyaları bir qədər bişirib yumurta və süd qarışığı ilə sobaya qoymaq kifayətdir. Beləcə yemək həm dadlı, həm də lif baxımından faydalı olur. Omletin yanında buğda çörəyi vermək olar. Bu, ənənəvi çörək-yağ səhər yeməyinin sağlam variantıdır”, – deyə Dianova bildirib.

    Mütəxəssis vurğulayıb ki, bitki mənşəli yağlar qaraciyərin vəziyyətini yaxşılaşdırır, öd axınının normallaşmasına kömək edir və piylənmənin qarşısını alır. “Gündə ən azı bir çay qaşığı bitki yağı qəbul etmək lazımdır. Yağı sıyığa, salata və ya qarnira əlavə etmək olar” – deyə həkim qeyd edib.
    Dianova həmçinin naharda bitki əsaslı yeməklərə üstünlük verməyi tövsiyə edib. “Məsələn, bitki mənşəli “ət”dən hazırlanmış kotletləri arpa və balqabaqla birlikdə yemək olar. Axşam yeməyinə isə toyuq və ya hinduşka ciyəri bişirib, bol yaşıl göyərti ilə birlikdə təqdim etmək məqsədəuyğundur”, – deyə o əlavə edib.

    Həkim bildirib ki, qırmızı ətin azaldılması və bitki əsaslı məhsullara keçid qaraciyərin yüklənməsini azaldır. “Pasiyentlərimə izah edirəm ki, belə qidalanma onlara bahalı qaraciyər dərmanlarına daha az ehtiyac duymağa kömək edir. Müasir bitki mənşəli məhsullar zülal, lif və vitaminlərlə zəngindir. Məhz zülal çatışmazlığı qaraciyər xəstələrində ən çox rast gəlinən problemdir” – deyə Dianova vurğulayıb.

  • Merts Zelenskidən ukraynalıların ölkəni tərk etməməsi üçün tədbir görməsini xahiş edib

    Almaniya kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenskidən ukraynalıların ölkəni tərk etməməsi üçün tədbirlər görülməsini xahiş edib.

    APA xəbər verir ki, bu barədə Welt nəşri məlumat yayıb.

    “Merts xüsusilə gənc ukraynalıların Almaniyaya köçmək əvəzinə öz ölkələrində xidmət göstərməsinin vacibliyini qeyd edib. O, Zelenskidən bunun təmin edilməsini xahiş edib”, – məlumatda deyilir.

  • В России потерпел крушение истребитель Су-30

    Многоцелевой истребитель Су-30 потерпел крушение в Карелии (Россия), экипаж погиб.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в Минобороны РФ.

    “Сегодня около 19:00 мск (20:00 по бакинскому времени – ред.) в Республике Карелия при выполнении планового учебно-тренировочного полета потерпел катастрофу самолет Су-30. Он упал в безлюдном районе. Полет выполнялся без боекомплекта. Экипаж самолета погиб”, – говорится в сообщении ведомства.

  • Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb

    Rusiyanın Kareliya Respublikasında “Su-30” qırıcı təyyarəsi qəzaya uğrayıb.

    Median.Az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata əsasən, qəza nəticəsində ekipaj həlak olub.

    Bildirilir ki, hadisə bu gün axşam saatlarında təlim uçuşu keçirilərkən baş verib.

  • Prokuror “Fənərbağça”nın iki futbolçusunun həbsini tələb edib

    İstanbul məhkəməsində keçirilən dinləmə zamanı prokuror “Fənərbağça” klubunun futbolçuları Ceydon Ostervolde və Mert Hakan Yandaşın həbsini tələb edib.

    Median.Az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, məhkəmə iclası Türkiyə Superliqasının ötən mövsüm 37-ci turu çərçivəsində keçirilmiş “Qalatasaray” – “Fənərbağça” oyunundan sonra baş vermiş qalmaqallı hadisələrlə bağlı olub.

    Prokuror Ostervolde və Yandaşdan savayı, “Fənərbağça” klubunun həkimi Ertuğrul Karanlık, “Fənərbağça”nın keçmiş meneceri Hulusi Belgü və keçmiş baş məşqçi İsmail Kartalın oğlu Emre Kartalın 1 il 3 ay müddətindən 3 il 4 ay 15 gün müddətinə qədər həbsini tələb edib.

    Dövlət ittihamçısı adı sadalananların “qəsdən xəsarətlərinin yetirilməsi” və “idman meydanlarında asayişin pozulması və idman qurğularına zərər verilməsi” ittihamları ilə təqsirli bilinməsini istəyib.

    Məhkəmə şübhəlilərin vəkillərinə müvəkkilərini müdafiə etmələri üçün vaxt verərək, növbəti məhkəmə iclasını yanvarın 15-nə təyin edib.

  • В Баку создается музей информационных технологий

    В Баку будет создан музей информационных технологий (ИТ).

    Как передает Median.Az, об этом на своей странице в социальной сети сообщил инициатор проекта Вахид Гасым.

    Он отметил, что основная цель – представить студентам старые технологии, устройства и носители информации, а также пробудить в них интерес к истокам ИТ.

    Отмечается, что музей будет располагаться по адресу: проспект Метбуат, 25 (вблизи станции метро “Эльмляр Академиясы”).

  • Bakıda IT muzeyi yaradılır

    Bakıda İnformasiya Texnologiyaları (IT) muzeyi yaradılacaq.

    Median.Az xəbər verir ki, bu barədə layihənin təşəbbüskarı Vahid Qasım öz sosial şəbəkə hesabında məlumat verib.

    O bildirib ki, bu muzeyin əsas məqsədi köhnə texnologiyaları, qurğuları və məlumat daşıyıcılarını tələbələrin diqqətinə çatdırmaq və onlarda IT-nin köklərinə maraq oyatmaqdır.

    Qeyd olunub ki, muzey Bakı şəhəri, Mətbuat prospekti 25 ünvanında (metronun “Elmlər akademiyası” stansiyasının yaxınlığı) yerləşəcək.

  • Azərbaycan – İslandiya oyununda ilk hissə başa çatıb

    2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan – İslandiya matçında birinci hissə başa çatıb.

    Median.Az
    xəbər verir ki, qonaqlar fasiləyə 0:2 hesab ilə öndə yollanıblar.

    ***

    2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan – İslandiya matçında hesab arasında fərq artıb.

    Median.Az xəbər verir ki, İslandiya millisinin heyətində ikinci qolu 39-cu dəqiqədə İnqason vurub.

  • В ряде районов Азербайджана ожидаются ливни с грозами – ПРЕДУПРЕЖДЕНИЕ

    В регионах Азербайджана с вечера 14 ноября дня до второй половины 15 ноября местами ожидается дождливая погода.

    Об этом Median.Az сообщили в Национальной гидрометеорологической службе.

    Отмечается, что кратковременные ливневые дожди с грозами ожидаются преимущественно в восточных районах

  • Bəzi rayonlarda leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

    Azərbaycanın rayonlarında noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Median.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

    Qeyd olunub ki, əsasən şərq rayonlarında yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.