Month: November 2025

  • Hərbçilərin nəşi Türkiyəyə yola salındı

    Türkiyənin “C-130 tipli” hərbi yük təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin nəşini daşıyan təyyarə Türkiyəyə yola düşüb.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, təyyarə Gürcüstanın paytaxtı Tbilisidən havaya qalxıb.

    Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub

  • Muazzez Abacının sərvəti açıqlandı

    Ötən gün vəfat edən türkiyəli sənətçi Muazzez Abacının sərvəti açıqlanıb.
     
    Median.Az xəbər verir ki, onun sərvətinin təxminən 50,7 milyard türk lirəsi olduğu iddia edilib.

    Onun mülkləri arasında Tuzla səmtində villa, Kuzguncuk və Şişli səmtində mənzillər, Bankda külli miqdarda nağd pul və cip markalı bir neçə avtomobil var.

  • Gəncədə azyaşlı qızı maşın vurdu

    Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Mesian.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    Şəhər sakini 6 yaşlı A.Əlizadə yolu qarşı tərəfə keçmək istəyən zaman hərəkətdə olan avtomobil onu vurub.

    6 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

  • Doqquz il öncə itkin düşən Xəyalənin meyiti tapıldı: Əvvəllər də hücuma məruz qalıb

    Cəlilabadın Göytəpə qəsəbəsində 9 il əvvəl baş verən müəmmalı hadisənin yeni detalları üzə çıxıb.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hərbi xidmətdən qayıdan qonşularının qonaqlığından evə dönərkən itkin düşən Göytəpə sakini Xəyalə Xəlilovanın nəşinin qalıqları bu gün qəsəbə ərazisində istifadəsiz tikilidən aşkarlanıb.

    Onun qətlə yetirildiyi məlum olub. Cinayət əməlinin 1997-ci il təvəllüdlü Elnur Nizami oğlu Eynullayev tərəfindən törədilməsi müəyyən edilib.

    Mərhumun anası bildirib ki, Xəyalə əvvəllər də həmin şəxs tərəfindən hücuma məruz qaldığını ona danışıb: “O vaxt bağçada işləyirdim. Xəyalə onda demişdi ki, onu yolda tutmaq istəyən həmin şəxsin əlindən qaçıb”.

  • В Бишкеке ограничили работу развлекательных заведений

    Мэрия Бишкека сообщила об ограничении работы всех развлекательных объектов в столице до 22:00 по местному времени в рамках исполнения закона Кыргызстана “О тишине”.
    Как передает report, об этом сообщают кыргызские СМИ.
    Согласно новому распоряжению, руководителям кафе, ресторанов, баров, клубов, банкетных залов и других заведений предписано прекращать проведение всех торжественных и культурно-развлекательных мероприятий, а также завершать работу объектов не позднее указанного времени.
    Кроме того, после 22:00 необходимо выключать все энергоемкие приборы, включая электрические плиты, обогреватели и печи. Также запрещаются мероприятия с громкой музыкой и ярким освещением.
    Разрешено использование электрогенераторов только для объектов, удаленных от жилых домов, при соблюдении требований закона.
    Районные администрации совместно с муниципальной инспекцией будут контролировать соблюдение распоряжения и проводить регулярные рейды.

  • Bişkekdə əyləncə məkanlarının fəaliyyəti məhdudlaşdırılıb

    Bişkek meriyası Qırğızıstanın “Sükut haqqında” qanununun icrası çərçivəsində paytaxtda bütün əyləncə obyektlərinin fəaliyyətinin yerli vaxtla saat 22:00-a qədər məhdudlaşdırıldığını açıqlayıb.

    Report Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, yeni göstərişə əsasən, kafe, restoran, bar, klub, banket zalları və digər müəssisələrin rəhbərlərinə bütün bayram və mədəni-əyləncə tədbirlərinin keçirilməsini dayandırmaq və obyektlərin fəaliyyətini göstərilən vaxtdan gec olmayaraq başa çatdırmaq tapşırılıb.

    Bundan əlavə, saat 22:00-dan sonra bütün enerji tutumlu cihazların, o cümlədən elektrik plitələrinin, qızdırıcıların və sobaların söndürülməsi tələb olunur. Yüksək səsli musiqi və parlaq işıqlandırma ilə tədbirlərin keçirilməsi də qadağandır.

    Elektrik generatorlarından yalnız yaşayış binalarından uzaqda yerləşən obyektlərdə, qanunun tələblərinə riayət olunmaqla istifadə edilməsinə icazə verilir.
    Rayon administrasiyaları və bələdiyyə müfəttişliyi birlikdə bu göstərişin icrasına nəzarət edəcək və mütəmadi reydlər keçirəcəklər.

  • Minskdən Bakıya uçan təyyarə geri qayıtdı

    Noyabrın 12-si axşam saatlarında Minskdən Bakıya hərəkət edən “Belavia” Hava Yollarına məxsus “Embraer-195” tipli sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Minsk hava limanına qayıdıb.

    Uçuş saat 23:17-də həyata keçirilib. Havaya qalxdıqdan qısa müddət sonra nasazlıq aşkarlandığı üçün kapitanın qərarı ilə təyyarə 23:46-da hava limanına geri dönüb.

    Hadisədən sonra reys “Boeing 737-300” təyyarəsi ilə əvəz olunub və uçuş saat 02:20-də bərpa edilib.

    “Belavia” şirkəti sərnişinlərdən üzr istəyib və bildirib ki, onların rahatlığını təmin etmək üçün bütün mümkün tədbirlər görülüb.

  • Fransada “Tesla” salonunun dayanacağında 20-dən çox avtomobil yandı

    Fransanın Marsel şəhərinin yaxınlığında avtomobil salonunun dayanacağında 20-dən çox “Tesla” avtomobili yanıb.

    Bu barədə BFMTV telekanalı məlumat yayıb.

    “Le-Pen-Mirabo şəhərində “Tesla”nın avtomobil salonunun dayanacağında baş verən yanğın nəticəsində bu markanın 24 avtomobili məhv olub”, – deyə materialda qeyd olunub.

    Yanğın söndürüldükdən sonra, dayanacağa dəymiş ziyana baxmayaraq, avtomobil salonu işini adi qaydada davam edib.

  • Gəncədə 10 yaşlı uşağı maşın vurub

    Gəncədə piyadanı avtomobil vurub.

    Oxu.Az xəbər verir ki, hadisə şəhərin M.Bağırov küçəsində qeydə alınıb.

    Belə ki, 2015-ci il təvəllüdlü Elçin Məmmədov yolu qarşı tərəfə keçmək istəyərkən onu avtomobil vurub.

    Piyada xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Avropa çempionu Qətər klubuna baş məşqçi təyin olundu

    Futbol üzrə İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini Qətərin “Əl-Sədd” komandasını çalışdıracaq.

    Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

    Bildirilib ki, italiyalı mütəxəssislə iki il yarım müddətində müqavilə imzalanıb.

    Qeyd edək ki, Roberto Mançininin son iş yeri Səudiyyə Ərəbistanın milli komandası olub. O, karyerasında, həmçinin “Mançester Siti”, “İnter”, “Qalatasaray” kimi klublarda da çalışıb.

    Xatırladaq ki, Roberto Mançini İtaliya millisi ilə 2020-ci il Avropa çempionatının qalibi olub.