Month: November 2025

  • В Шамахинском районе убита женщина: задержан ее муж

    В Шамахинском районе убита женщина.

    Как сообщили oxu.az в региональной группе пресс-службы службы Министерства внутренних дел (МВД), Г.Эйналова была убита выстрелом из огнестрельного оружия.

    По предварительной информации, убийство на почве ревности совершил ее муж, житель района П.Тагиев, ранее служивший в отделе полиции, но некоторое время назад уволенный по собственному желанию.

    Он был задержан правоохранителями.

    По данному факту в районной прокуратуре возбуждено уголовное дело, ведется расследование.

  • Şamaxıda qadın qətlə yetirildi – Əri saxlanıldı

    Şamaxı rayonunda qadın qətlə yetirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan oxu.az-a bildirilib ki, odlu silahdan açılan atəş nəticəsində G.Eynalovaya öldürülüb.

    İlkin məlumata görə, hadisəni rayon sakini, əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş, qadının həyat yoldaşı P.Tağıyev qısqanclıq zəminində törədib.

    P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

  • Число жертв крушения грузового самолета в Кентукки возросло до 12 человек

    Число погибших в результате крушения грузового самолета MD-11 авиакомпании UPS в Луисвилле, штат Кентукки, возросло до 12 человек, включая ребенка.

    Как передает Median.Az, об этом сообщает Associated Press.

    Агентство со ссылкой на губернатора Энди Бешира уточняет, что поиск выживших маловероятен, так как службы экстренного реагирования обследовали обгоревшую зону крушения. Двое пострадавших находятся в критическом состоянии, еще 18 человек получили медицинскую помощь и были выписаны.

    Грузовой самолет McDonnell Douglas MD-11 потерпел крушение недалеко от аэропорта имени Мохаммеда Али в Луисвилле. Авария произошла вскоре после взлета рейса 2976, направлявшегося в международный аэропорт имени Дэниела К. в Гонолулу. На борту находились три члена экипажа. После падения MD-11 возник пожар.

  • ABŞ-də baş verən təyyarə qəzasında ölənlərin sayı 12-yə çatıb

    ABŞ-nin Kentukki ştatının Luisvill hava limanı yaxınlığında “UPS Airlines” şirkətinə məxsus “MD-11” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

    Median.Az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, həlak olanlar arasında uşaq da var.

    Məlumata görə, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır, 18 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

    Xatırladaq ki, yük təyyarəsi hava limanı yaxınlığında qəzaya uğrayıb. Hadisə layner havaya qalxdıqdan az sonra baş verib. Hava gəmisinin üç ekipaj üzvü olub. “MD-11” qəzaya uğradıqdan sonra yanğın başlayıb.

  • Делегация Национальной гвардии штата Оклахома США находится с визитом в Азербайджане

    Делегация Национальной гвардии штата Оклахома (США) во главе с начальником Объединённого штаба бригадным генералом Колби Уайтом совершает визит в Азербайджан.

    Как передает Median.Az, об этом сообщает управление по связям со СМИ и общественностью Минобороны АР.

    Сначала делегация США посетила Аллею шехидов, возложив цветы на могилы наших сограждан, отдавших жизнь во имя независимости и территориальной целостности Азербайджана, и венок к мемориалу “Вечный огонь”.

    Заместитель министра обороны Азербайджанской Республики – генеральный директор Агиль Гурбанов провёл встречу с делегацией США.

    На встрече были обсуждены укрепление связей в области двустороннего военного сотрудничества между Азербайджаном и штатом Оклахома (США), а также мероприятия, проводимые в этом направлении.

    Стороны также обменялись мнениями по ряду других вопросов, представляющих взаимный интерес.

  • ABŞ-nin Oklahoma Milli Qvardiyasının nümayəndə heyəti ölkəmizdə səfərdədir

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oklahoma Milli Qvardiyasının Birgə Qərargahlar rəisi briqada generalı Kolbi Uaytın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

    Median.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    ABŞ nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

    Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – baş direktor Aqil Qurbanov ABŞ nümayəndə heyəti ilə görüşüb.

    Görüşdə Azərbaycanla ABŞ-nin Oklahoma ştatı arasında ikitərəfli hərbi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər müzakirə edilib.

    Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

  • Putindən nüvə sınaqları ilə bağlı TAPŞIRIQ

    Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə nüvə sınaqlarına hazırlıq məsələsini gündəmə gətirib.
     
    Median.Az xəbər verir ki, Rusiya mediasının məlumatına görə, Putin Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, xüsusi xidmət orqanlarına və mülki qurumlara bu istiqamətdə təkliflər hazırlamağı tapşırıb.
     
    Prezident bu qərarı ABŞ lideri Donald Trampın nüvə sınaqlarını bərpa etmək planı ilə bağlı açıqlamasından sonra verib.
     
    Putin bildirib ki, əgər ABŞ və ya müqaviləyə daxil olan digər ölkələr nüvə sınaqlarına başlasa, Rusiya da cavab olaraq oxşar addımlar ata bilər.

  • Gürcüstanda azərbaycanlı gənclər döyüldü– VİDEO

    Tbilisidə qrup halında zorakılığın təşkili və iştirakında ittiham olunan Manana Giorqobiani saxlanılıb.
     
    Median.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
     
    İstintaqla müəyyən edilib ki, noyabrın 2-də gecə saatlarında Manana Giorqobiani Tbilisidəki supermarketlərdən birində çalışan 2006-cı il təvəllüdlü T.M. və 2004-cü il təvəllüdlü E.M. adlı işçiləri təhqir edib. Bundan sonra o, tanışı 1996-cı il təvəllüdlü C.Ç. adlı şəxslə əlaqə saxlayıb. Həmin şəxs bir neçə nəfərlə hadisə yerinə gəlib, onlar supermarketin iki əməkdaşını küçəyə çıxarıblar və fiziki zorakılığa məruz qoyublar.
     
    Hüquq-mühafizə orqanları cinayət əməlinin altı iştirakçını müəyyən ediblər. Cinayətdə əli olan digər şəxslərin yerlərinin müəyyən olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməlinə görə 9 ilədək həbs cəzası nəzərdə tutulur.
     
    İctimai fəal Samirə Bayramova APA-nın yerli bürosuna bildirib ki, döyülən gənclər azərbaycanlılardır, biri Dmanisi, digəri isə Qaraçöp bölgəsindədir:
     
    “Hər ikisi ağır xəsarətlər alıb. 2006-cı təvəllüdlü gəncə kəllə-beyin travması diaqnozu qoyulub və ona bir aylıq yataq rejimi tövsiyə edilib”.

  • İslamabadda mərkəzi binada Zəfər Günü münasibətilə Azərbaycan bayrağı proyeksiya olunub

    Pakistanın paytaxtı İslamabadın mərkəzi hissələrində 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə müxtəlif şüarlar yerləşdirilib.

    Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, mərkəzi binalardan birinin üzərinə Azərbaycanın dövlət bayrağı proyeksiya olunub.

    Binanın üzərində həmçinin “Azərbaycan Respublikasının Zəfər Günü” şüarı yazılıb.

  • Gəncədə 19 yaşlı oğlan ölüb

    Gəncə şəhərində 19 yaşlı şəxsin ölüm faktı qeydə alınıb.

    “Qafqazinfo”nun məlumatına görə, 2006-cı il təvəllüdlü Ə. Abbasov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılarkən həyatını itirib.

    19 yaşlı gəncin hansı səbəbdən vəfat etdiyi hələlik bilinmir.

    Faktla bağlı araşdırma başlanılıb.