Month: November 2025

  • Xəzər dənizi sahilində 112 suiti cəmdəyi aşkar edilib

    Xəzərin Qazaxıstan sahillərində 112 suiti cəmdəyi aşkar edilib.

    Bu barədə məlumatı Mangistau vilayətinin Ekologiya Departamenti yayıb.

    Departamentin məlumatında deyilir ki, Tupkaraqan rayonunun Asan yaşayış məntəqəsindən Bautino burnuna qədər sahil xəttinin monitorinqi zamanı 112 Xəzər suitisinin cəmdəyi aşkar edilib. Bu heyvanlar arasında kütləvi tələfatın səbəblərini müəyyən etmək üçün ərazidən dəniz suyu nümunələri götürülüb.

    Xəzərdə suitilərin kütləvi ölümü ilk dəfə qeydə alınmır. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən məlumatına görə, 2024-cü ildə bu cür hallara yüksək patogenli quş qripi virusu, immun çatışmazlığı fonunda neyrovirus infeksiyası və dəniz dibindən təbii qaz sızmaları nəticəsində asfiksiya səbəb ola bilərdi. 2022-2023-cü illərdə suitilər yırtıcı heyvanlar arasında taun xəstəliyindən və kəskin pnevmoniyadan tələf olub.

  • Kafedə dava salan şəxs məhkəmə zalında həbs edildi

    Qusar Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rahib Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə müttəhimə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 9 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında dərhal həbsə alınıb.

    İttiham aktından aydın olur ki, hadisə bu il Qusar şəhəri, Çingiz Qurbanov küçəsində yerləşən “İskra” kafesində qeydə alınıb.

    Belə ki, Rahib Yusifov həmin vaxt heç bir əsaslı səbəb olmadan kafedə olanların, o cümlədən zərərçəkmiş Maya İbrahimovanın (adı, soyadı şərtidir) ünvanına uca səslə nalayiq ifadələr işlədib, küçə söyüşləri ilə onu təhqir edib.

    Daha sonra təqsirləndirilən şəxs digər zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) üzərinə zor tətbiq edərək hücum edib. O, kafedə olan müştərilər və işçilər tərəfindən sakitləşdirilib və hadisə yerindən uzaqlaşdırılıb.

    Lakin təqsirləndirilən şəxs bununla kifayətlənməyərək geri qayıdıb, ictimai yerdə nalayiq ifadələr işlətməkdə davam edib, kafenin zalında yerləşən iki taxta masanı təpik zərbələri ilə vuraraq, zərərçəkmişə məxsus əmlakı məhv edib.

    Hadisə zamanı Rahib Yusifov əyləşdiyi masanın üzərində olan qəndqabını zərərçəkmişə tərəf atmaq məqsədilə əlinə götürüb. Lakin həmin vaxt kafedə olan bir şəxs tərəfindən bu hərəkətindən daşındırılıb.

    Hadisədən sonra Rahib Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • В Баку пропала 16-летняя девушка

    На улице Мухаммеда Хади в Хатаинском районе Баку пропала Д.Гадирова (2009 г.р.).

    Как сообщает Oxu.Az, 2 ноября девушка ушла из дома и до сих пор не вернулась.

    Расследованием инцидента занимается Хатаинское районное управление полиции.

  • Bakıda 16 yaşlı qız itkin düşdü

    Bakıda 16 yaşlı qız itkin düşüb.

    Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan 2009-cu il təvəllüdlü D.Qədirova noyabrın 2-də evdən çıxıb və geri qayıtmayıb.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

  • В Азербайджане в нефтегазовом секторе работают более 31 000 человек

    По данным на 1 октября 2025 года, в нефтегазовом секторе экономики в Азербайджана работают 31.2 тысячи человек, а в ненефтегазовом – 1 миллион 733.7 тысячи.

    Как сообщает Median.Az со ссылкой на Госкомитет по статистике Азербайджана, численность экономически активного населения страны составляет 5 миллионов 375.8 тысячи человек, из которых 5 миллионов 96.5 тысячи – занятые.

    По состоянию на 1 сентября текущего года число наёмных работников составило 1 миллион 764.9 тысячи человек. Из них 855.3 тысячи работают в государственном секторе экономики, а 909.6 тысячи – в негосударственном.

    Среди наёмных работников 23.1% заняты в сферах производства. В частности, 7.7% работают в обрабатывающей промышленности, 6.8% – в строительстве, 2.7% – в сфере водоснабжения, очистки и переработки отходов, 2.4% – в сельском, лесном хозяйстве и рыболовстве, 1.8% – в горнодобывающей промышленности, 1.7% – в производстве, распределении и снабжении электроэнергией, газом и паром.

    В сфере услуг работают 19% – в торговле и ремонте транспортных средств, 18% – в образовании, 8.6% – в здравоохранении и социальной защите, 6.3% – в государственном управлении, обороне и социальном обеспечении, 4.2% – в транспорте и складском хозяйстве, по 3.9% – в профессиональной, научной и технической деятельности, 3.7% – в размещении туристов и общественном питании, 2.9% – в сфере отдыха, развлечений и искусства, 2.3% – в финансовой и страховой деятельности, 1.9% – в сфере информации и связи, по 1.1% – в операциях с недвижимостью и других видах услуг.

  • Azərbaycanda neft-qaz sektorunda 31,2 min nəfər çalışır

    2025-ci il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda iqtisadiyyatın neft-qaz sektorunda 31.2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 733.7 min nəfər çalışıb.

    Median.Az Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 375.8 min nəfər təşkil edib. Onlardan 5 milyon 96.5 min nəfəri məşğul əhali olub.

    Cari ilin sentyabrın 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 764.9 min nəfər təşkil edib. Onların 855.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 909.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23.1%-i məhsul istehsalı sahələrində məşğul olub. Onların 7.7%-i emal sənayesində, 6.8%-i tikintidə, 2.7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 2.4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 1.8%-i mədənçıxarma sənayesində, 1.7%-i isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində fəaliyyət göstərib.

    Xidmət sahəsində işləyənlərin 19%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18%-i təhsil, 8.6%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.3%-i dövlət idarəetməsi, müdafiə və sosial təminat, 4.2%-i nəqliyyat və anbar təsərrüfatı, 3.9%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3.9%-i peşə, elmi və texniki fəaliyyət, 3.7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2.9%-i istirahət, əyləncə və incəsənət, 2.3%-i maliyyə və sığorta fəaliyyəti, 1.9%-i informasiya və rabitə, 1.1%-i daşınmaz əmlak əməliyyatları, 1.1%-i isə digər xidmət sahələrində çalışıb.

  • Türkiyə futbolunda qalmaqal: Klubun taktiki planları rəqib baş məşqçilərə ötürülüb

    “Keçən həftə Türkiyə Superliqasında “Başakşəhər”ə qarşı matçdan əvvəl klubumuzda işləyənlərdən biri bütün məlumatları rəqib baş məşqçi Nuri Şahinə çatdırıb”.

    Median.Az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, bunu “Antalyaspor” klubunun baş məşqçisi Erol Bulut deyib.

    O, ölkə çempionatı çərçivəsində noyabrın 3-də “Eyüpspor”la səfər oyunundan əvvəl də eyni hadisənin yaşandığını vurğulayıb:

    “Bütün taktiki planlarımız, topla necə oynayacağımız, hücumda nə edəcəyimiz ilə bağlı məlumatlar da “Eyüpspor”un baş məşqçisinə çatdırılıb. Klubun çörəyini yeyib xəyanət edənlər komandadan uzaqlaşdırılmalıdır. Onun kim olduğunu yaxın zamanda tapacağıq”.

    Xatırladaq ki, “Antalyaspor” evdə “Başakşəhər”ə 0:4 hesabı ilə uduzmuşdu. “Eyüpspor”a isə səfərdə 0:1 hesabı ilə qalib gəlib.

  • “Real Madrid”in gənc istedadında xroniki zədə aşkarlandı

    “Real Madrid” klubunun futbolçusu Franko Mastantuonoda zədə aşkarlanıb.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, bu gün Franko Mastantuononun üzərində aparılan müayinələrdən sonra 18 yaşlı vingerə xroniki qasıq zədəsi olan pubalji diaqnozu qoyulub.

  • Мадонна выходит замуж за бойфренда, который младше ее на 37 лет

    Певица Мадонна тайно помолвлена с 29-летним футболистом Акимом Моррисом.

    Об этом сообщает издание Radar Online со ссылкой на источник.

    По данным инсайдера, 67-летняя артистка готовится к свадьбе с молодым возлюбленным, с которым встречается уже несколько лет.

    “Естественно, она оформит брачный договор. Аким не возражает против этого – он уже согласился на все условия конфиденциальности с тех пор, как они начали встречаться”, – рассказал собеседник.

    Издание пишет, что певица еще не выбрала дату торжества, однако рассматривает несколько площадок для его проведения. Среди них – Италия, Португалия и поместье в Ист-Хэмптоне. Как уточнил источник, Моррис относится к певице “лучше, чем кто-либо другой”, и дает ей чувство уверенности и спокойствия. Сама же артистка хочет от свадьбы “знаменательного праздника в окружении самых любимых людей”.

  • Madonna özündən 37 yaş kiçik sevgilisi ilə evlənir

    Madonna 29 yaşlı futbolçu Akim Morrislə gizli nişanlanıb.

    Bu barədə “Radar Online” nəşri müğənninin ətrafındakı mənbəyə istinadla yazıb.

    Bildirilir ki, 67 yaşlı müğənni bir neçə ildir görüşdüyü futbolçuya ərə gedir.

    “Təbii ki, o, nikah müqaviləsi tərtib edəcək. Akim buna qarşı deyil: onlar görüşməyə başlayandan məxfiliklə bağlı bütün şərtlərə razılaşıb”, – deyə mənbə bildirib.

    Nəşr yazır ki, müğənni toyun tarixini hələ açıqlamayıb, lakin təntənəli mərasim üçün bir neçə məkanı nəzərdən keçirir. Bunların arasında İtaliya, Portuqaliya və İst-Hemptonda (ABŞ) bir malikanə var.