Month: November 2025

  • SOCAR в 2026 году выплатит в госбюджет дивиденды на сумму 450 млн манатов

    Государственная нефтяная компания Азербайджана (SOCAR) в 2026 году выплатит в госбюджет страны дивиденды в размере 450 млн манатов.

    Как сообщает Report, такая сумма указана в бюджетных материалах на следующий год.

    Согласно документу, дивиденды, предусмотренные со стороны SOCAR, в 2026 году сократятся по сравнению с показателем на 2025 год на 12 млн манатов или на 2.6%.

    SOCAR в 2024 году впервые выплатила в госбюджет страны дивиденды, их объем составил 407.9 млн манатов.

  • SOCAR gələn il 450 milyon manat dividend ödəməli olacaq

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2026-cı ildə dövlət büdcəsinə 450 milyon manat dividend ödəməsi nəzərdə tutulur.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

    Sənədə əsasən, bu, 2025-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12 milyon manat və yaxud 2.6% azdır.

  • На Солнце зафиксирована мощная вспышка

    Солнечная вспышка предпоследнего класса мощности – М3.5 – зарегистрирована 4 ноября.

    Как передает Median.Az, об этом сообщили ТАСС в Институте прикладной геофизики.

    “4 ноября в 04:48 мск (05:48 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 4274 (N22E72) зафиксирована вспышка класса M3.5 продолжительностью 25 минут”, – уточнили в институте.

    Солнечные вспышки в зависимости от мощности рентгеновского излучения делятся на пять классов: А, В, С, М и Х.

    Минимальный класс А0.0 соответствует мощности излучения на орбите Земли в 10 нановатт на квадратный метр. При переходе к следующей букве мощность увеличивается в 10 раз. Вспышки могут сопровождаться выбросами солнечной плазмы, облака которой, достигая Земли, могут провоцировать магнитные бури.

  • Günəşdə güclü partlayış qeydə alınıb

    Noyabrın 4-də Günəşdə ikinci ən güclü sinfə aid olan M3.5 dərəcəli partlayış qeydə alınıb.

    Medin.Az-ın məlumatına görə, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan bildirilib.

    “Noyabrın 4-də saat Bakı vaxtı ilə saat 5:48-də 4 274 ləkələr qrupunda (N22E72) rentgen diapazonunda 25 dəqiqə davam edən M3.5 sinfinə aid partlayış qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

  • В России повторно объявили в розыск Гусейна Гасанова

    Российские власти повторно объявили в розыск блогера-миллионника Гусейна Гасанова, подозреваемого в отмывании денег.

    Это следует из базы данных МВД РФ.

    Гасанова объявляли в розыск 14 мая по уголовной статье. Ему было предъявлено обвинение в соответствии с п. “б” ч. 4 ст. 174.1 УК РФ (“легализация (отмывание) денежных средств в особо крупном размере или иного имущества, приобретенных лицом в результате совершения им преступления”). Позже адвокат блогера Дмитрий Козяйкин сообщил, что Гасанов рассматривает вопрос возвращения в Россию.

  • Rusiyada Hüseyn Həsənov yenidən axtarışa verildi

    Rusiya hakimiyyəti pulların yuyulmasında şübhəli bilinən azərbaycanlı milyonçu bloqer Hüseyn Həsənovu yenidən axtarışa verib.

    Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasındakı qeydə əsasən bəlli olub.

    Xatırladaq ki, Həsənov mayın 14-də cinayət maddəsi ilə axtarışa verilib. Ona Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndinə uyğun olaraq (“cinayət nəticəsində əldə edilmiş külli miqdarda pulların və ya digər əmlakın leqallaşdırılması (yuyulması)”) ittiham irəli sürülüb. Daha sonra bloqerin vəkili Dmitri Kozyaykin Həsənovun Rusiyaya qayıtmaq məsələsini nəzərdən keçirdiyini bildirib.

  • Роналду высказался о сравнении с Месси: Не хочу скромничать

    Нападающий саудовского клуба “Аль-Наср” и сборной Португалии Криштиану Роналду в разговоре с журналистом Пирсом Морганом отреагировал на сравнение с футболистом “Интер Майами” и национальной команды Аргентины Лионелем Месси.

    “Есть мнение, что Месси лучше тебя. А ты что думаешь?” – спросил журналист Роналду.

    Футболист на это ответил: “Я не согласен с мнением, что Месси лучше меня. Не хочу скромничать”.

    Наиболее яркий период соперничества Роналду и Месси пришёлся на времена выступления футболистов в Ла Лиге. Португалец тогда играл за мадридский “Реал”, а аргентинец выступал за “Барселону”. Месси восемь раз брал “Золотой мяч”, становился чемпионом мира и победителем Кубка Америки. Роналду становился чемпионом Европы, победителем Лиги наций, а также выиграл пять “Золотых мячей”. У обоих нападающих в послужном списке есть множество других трофеев.

  • Kriştianu Ronaldu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib

    Portuqaliya yığmasının və “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu “İnter Mayami” komandasının və Argentina yığmasının futbolçusu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib.

    Ulduz forvard bu məsələyə jurnalist Pirs Morqana müsahibəsində toxunub.

    O, jurnalistin “Belə bir fikir var ki, Messi səndən daha yaxşıdır. Bəs sən nə düşünürsən?” sualına cavab verərkən belə deyib:

    “Messinin məndən daha yaxşı futbolçu olduğu fikri ilə razı deyiləm. Təvazökarlıq etmək istəmirəm”.

    Qeyd edək ki, iki ulduz futbolçu arasında ən güclü rəqabət Ronaldunun “Real Madrid”, Messinin isə “Barselona”da oynadığı dövrdə yaşanıb.

  • Yüksək təzyiq zamanı qidalanmada uzaq durulmalı olan 10 zərərli məhsul və içki

    Yüksək arterial təzyiqi olan insanlar üçün ən böyük təhlükə “fast-fud” məhsullarının və duzlu yeməklərin çox istifadəsidir. Belə qidalar sağlamlıq vəziyyətini daha da pisləşdirə bilər.

    Qaynarinfo xəbər verir ki, “Health” nəşrinin məlumatına görə, qan təzyiqinə nəzarət etmək üçün müntəzəm fiziki aktivlik, sağlam çəki saxlamaq və düzgün qidalanmaq vacibdir. Xüsusilə duz, şəkər və zərərli yağlarla zəngin məhsullardan uzaq durmaq tövsiyə olunur.

    1.Duzlu məhsullar

    Duzun artıq miqdarı orqanizmdə suyun toplanmasına, qanın həcminin artmasına və damar divarlarına əlavə təzyiqin yaranmasına səbəb olur. Bu da ürək xəstəlikləri və insult riskini artırır.

    Duzlu məhsullara daxildir: konservləşdirilmiş şorbalar, ədviyyəli souslar, emal olunmuş ətlər, qablaşdırılmış qəlyanaltılar və pitsa.

    2.Doymuş yağlarla zəngin məhsullar

    Doymuş yağlar damarların divarında xolesterin lövhələrinin yaranmasına səbəb olur, bu isə qan axınını məhdudlaşdırır və təzyiqi yüksəldir. Belə məhsullara krem əsaslı souslar, yağlı ət növləri, qızardılmış yeməklər, yağlı süd məhsulları və emal olunmuş ətlər daxildir.

    3.Əlavə şəkərli məhsullar

    Şəkərin çoxluğu qanda qlükozanın səviyyəsini kəskin artırır, bu isə ürək-damar sistemini yükləyir və iltihabi prosesləri gücləndirir. Belə məhsullara səhər şirniyyatları, konfetlər, siropda konservləşdirilmiş meyvələr, şirin yoqurtlar, müxtəlif siroplar və şəkərli içkilər daxildir. Şəkərli içkilər (enerji içkiləri, qazlı içkilər, idman içkiləri, şirin qəhvə və soyuq çaylar) artıq çəkiyə və insulin müqavimətinə səbəb olaraq hipertoniya riskini artırır.

    4.Alkoqollu içkilər

    Az miqdarda alkoqol qısa müddətlik təzyiqi azalda bilər, lakin uzunmüddətli və ya çox miqdarda qəbul edildikdə təzyiq daha da yüksəlir. Alkoqol həm də susuzlaşmaya və bəzi dərmanlarla təhlükəli qarşılıqlı təsirə səbəb ola bilər.

    5.Emal olunmuş və dondurulmuş məhsullar

    Bu məhsulların tərkibində çoxlu miqdarda duz, yağ və şəkər olur. Onların tez-tez istifadəsi hipertoniya riskini artırır. Belə məhsullara dondurulmuş kartof fri, lazanya, pitsa, piroq və hazır yeməklər daxildir.

    6.Xolesterinlə zəngin qidalar

    Bu məhsullar damarların daralmasına və aterosklerozun inkişafına gətirib çıxararaq qan təzyiqini yüksəldə bilər. Onlara yağ, mal əti (xüsusilə hamburger və kolbasa), pendir, içalat məhsulları və yüksək yağlı “fast-fud” növləri daxildir.

    7.Yağlı “fast-fud” məhsulları

    “Fast-fud” yeməkləri çox vaxt doymuş və trans yağlarla zəngindir. Bu isə artıq çəki, yüksək xolesterin və bədəndə iltihaba səbəb olur. Belə məhsullara kartof fri, qızardılmış toyuq və balıq, hamburger və pitsa daxildir.

    8.Souslar

    Souslar çox vaxt duz və şəkərlə zəngindir. Por­si­ya miqdarına nəzarət bu təsiri azalda bilər. Belə souslara “barbekyu”, ketçup, xardal, soya sousu, “teriyaki” və kremli salat sousları daxildir.

    9.Emal olunmuş və qablaşdırılmış qəlyanaltılar

    Bu məhsullar uzun müddət saxlanmaq üçün hazırlanır və çoxlu duz, şəkər və zərərli yağ ehtiva edir. Qidalanma dəyəri aşağı olduğundan, insan daha çox yeməyə meyilli olur. Onlara şokolad batonları, pendirli qəlyanaltılar, paket peçenelər, kartof çipsləri, popkorn və qarışıq qəlyanaltılar daxildir.

    10.Doymuş yağ və natrium tərkibli dondurulmuş hazır yeməklər

    Belə məhsullar həm xolesterini, həm də qan təzyiqini artırır və bədəndə maye yığılmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, sağlam qidalanma, duzun azaldılması, təzə meyvə və tərəvəzlərin artırılması, eləcə də yetərli fiziki aktivlik yüksək qan təzyiqinin idarə olunmasında əsas amillərdəndir.

  • Ramiz Mehdiyevin həyat yoldaşı Bakıda erməni təşkilatı yaradıb -SENSASİON İDDİA

     “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva ilə bağlı şok məlumatlar açıqlayıb.
     
    Median.Az xəbər verir ki, “Bakupost.az”ın məlumatına görə, o, Mehdiyev hakimiyyətdə olduğu dönəmdə Q.Mehdiyevanın başçılığı ilə Azərbaycanda vəzifəli məmurların erməni həyat yoldaşlarının birləşdiyi“Hayastan” adlı təşkilatın yaradıldığını iddia edib:
     
    “Qalina Mehdiyeva və Əli Həsənovun həyat yoldaşı Badamdarda tikdirdikləri villada ustaların yanında ermənicə danışırdılar. Mən bu barədə “Xural”da manşet vermişəm. Ustaların biri ağlaya-ağlaya “Xural”a gəlib dedi ki, Əvəz müəllim, biz hara gedirik? Bunun axırı nə olacaq? Mən o zaman yazdım, üstünə getdim. Məlum oldu ki, Qalina xanımın başçılığı ilə Azərbaycanda vəzifəli məmurların erməni həyat yoldaşlarının birləşdiyi bir “Hayastan” təşkilatı var”. 
     
    Ə.Zeynallı “Hayastan” təşkilatının Bakıda adını dəyişmiş ermənilərin müxtəlif vəzifələrə yerləşdirilməsi işi ilə məşğul olduğunu da bildirib:
     
    “Bəlkə qulaqlara bir az dəhşətli gələ bilər, amma mən bunu “Xural” qəzetində yazmışam. Öz aralarında ermənicə danışıblar, “Hayastan” təşkilatı qurublar. Həmin təşkilatın üzvlərindən biri də adını dəyişmiş erməni İrina Danyelyan idi, o, məni məhkəməyə vermişdi.